Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-130/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(014)-464/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «5750 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 5780 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5750 (beş min yeddi yüz əlli) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 5780 (beş min yeddi yüz səksən) məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(014)-464/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, 2750 manat vurulmuş zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2780 manat məbləğində pul Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı “xxxx” ASC tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı sözügedən avtomobil görə 5000 manat, zərəçəkənə görə isə 750 mamat olmaqla ümumilikdə 5750 manat məsrəf etmişdir. Cavabdehin zərərçəkənə ödədiyi 3000 manat avtomobilə görə ödənilmiş 5000 manata aid edilməməlidir. Ona görə də iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(014)- 464/2019 saylı qətnаməsi ləğv edilməli və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(014)-464/2019 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, 3000 manat məbləğində pul Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməli, qətnamə qalan hissədə yəni, 2750 manat vurulmuş zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2780 manat məbləğində pulun Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materialları və işin faktiki hallarının tədqiqi nəticəsində müəyyən edildi ki, “xxxx” ASC ilə X3 arasında xx xxxxxx 2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “İsuzu NQR 71R” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx xxxx 2018-ci il tarixdə “İsuzu NQR 71R” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunun 217-ci kilometrliyində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz E220 CDİ” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına və X1 yüngül xəsarət vurulmasına səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən “Mercedes Benz E220 CDİ” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 (beş min) manat. X1 yüngül xəsarətin vurulmasına görə 750 (yeddi yüz əlli) manat olmaqla, cəmi 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinəsığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.4-cü maddəsinə əsasən faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti iddia tələbinə münasibətdə əsaslıdır. Mübahisəni həll edərkən birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmadan iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı sözügedən avtomobil görə 5000 manat, zərəçəkənə görə isə 750 mamat olmaqla ümumilikdə 5750 manat məsrəf etmişdir. Cavabdehin zərərçəkənə 3000 manat avtomobilə görə ödənilmiş 5000 manata aid edilməməlidir. Əvvəla cavabdeh bu barədə məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Digər tərəfdən dəymiş ziyan artıq iddiaçı tərəfindən sığortalıya ödənilmişdir. Bununla da iddiaçının cavabdehdən ödədiyi pulu subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bundan başqa kollegiya qeyd edir ki, cavabdeh ödədiyi 3000 (əgər ödəyibsə) manat pulu sığortalı şəxsdən geri tələb edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(014)-464/2019 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, 3000 manat məbləğində pul Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməli, qətnamə qalan hissədə yəni, 2750 manat vurulmuş zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2780 manat məbləğində pul Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(014)-464/2019 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, 3000 manat məbləğində pul Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməli, qətnamə qalan hissədə yəni, 2750 manat vurulmuş zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2780 manat məbləğində pulun Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(014)-464/2019 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. 3000 manat məbləğində pul Cavabdeh alınıb «xxxx» ASC-yə ödənilsin. Qətnamə qalan hissədə, 2750 manat vurulmuş zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2780 manat məbləğində pul Cavabdeh alınıb «xxxx» ASC-nin xeyrinə verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-130/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-130/2020
09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver