Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1313/2022 10.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair (Açar sözlər: iddia- aliment) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-967/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər 2 uşağa görə 175 manat, ümumilikdə 350 manat uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh alınaraq İddiaçı ödənilməsi, eyni zamanda və hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər 1 uşağa görə 193 manat, ümumilikdə 386 manat uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh alınaraq İddiaçı ödənilməsi, eyni zamanda və hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2008-ci ildə nigah bağlanmış, nigahdan 2 uşağı olmuş, 2014-cü ildə nigah pozulmuş, uşaqlar alınıb anaya verilmiş, aliment tələbi təmin edilmiş, sonradan cavabdehin uşaq tələbinə dair iddiası təmin edilməmişdir. 05 dekabr 2008- ci il tarixdə 182 №-li nigah aktı qeydi ilə Qəbələ rayonunun qeydiyyat şöbəsində X6 ilə İddiaçı arasında bağlanmış nigah Qəbələ rayon Məhkəməsinin 2(025)- 13/2014 saylı 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Qəbələ rayon məhkəməsinin 2(025)-40/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 Zaur Aynal oğlundan alınaraq Cavabdeh verilmişdir. Qəbələ rayon məhkəməsinin 2(025)-1846/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin aliment tələbi təmin edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Qəbələ rayon məhkəməsinin 2(025)- 418/2018 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh uşaq tələbinə dair mənə qarşı olan iddiası təmin edilməmiş, qətnamə qanun qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-967/2022 saylı qətnaməsi ilə (E.İsayev) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra uşaqlar ataları İddiaçı yanında qalmışdır. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2014-cü il tarixli 2(025)-40/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 cavabdeh İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(025)-1846/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(025)-871/2014 saylı məhkəmə əmri əsasında tutulan alimentin miqadrı dəyişdirilərək X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat (uşaqların hər biri üçün 100 (bir yüz) manat olmaqla) alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarından məlum olmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli, 2(025)-13/2014 saylı qətnaməsi ilə iddiaçı X6 ilə cavabdeh X7 arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2008-ci il dekabrın 05-də qeydə alınmış 182 nömrəli nikahın pozulması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2014-cü il tarixli 2(025)-40/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 cavabdeh İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(025)-1846/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(025)-871/2014 saylı məhkəmə əmri əsasında tutulan alimentin miqadrı dəyişdirilərək X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat (uşaqların hər biri üçün 100 (bir yüz) manat olmaqla) alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında onların birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 himayədə saxlanılması və aliment ödənilməsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi məhkəmə aktlarına əsasən öz həllini tapmasına dair hallar aşkar olmasına baxmayaraq, hazırda xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7 ataları - İddiaçı ilə yaşayır. Lakin tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların atanın himayəsinə verilmələrinə dair hər hansı məhkəmə aktı mövcud deyildir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər 1 uşağa görə 193 manat, ümumilikdə 386 manat uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh alınaraq ona ödənilməsini tələb etsə də iddiaçı cavabdehin aylıq gəliri haqqında hər hansı bir sübut məhkəməyə təqdim edə bilmədiyinə görə, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa məhkəmə hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat pulun cavabdehdən tutulması ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim edilmədiyinə görə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1-ci və 78.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2, 77.1, 88, 217, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən 2(025)- 418/2018 saylı xx.xx.2021-ci il tarixli qətnaməni nəzərə almamış, həmin qətnamədə isə uşaqların iddiaçıdan tələb edilməsi irəli sürülsə də uşaqların İddiaçı alınaraq Cavabdeh verilməsi tələbi təmin edilməmiş, məhkəmə isə həmin bu fakta əhəmiyyət vermədən məhz uşaqların atanın yanında saxlamasına dair məhkəmə aktının mövcud olmamasına istinad etmişdir. Məhkəmə uşaqların ananın yanında faktiki yaşamalarına dair hər hansı bir sübutun movcud olmamasını, əlavə olaraq uşaqların ataları ilə yəni iddiaçı ilə birlikdə yaşaması halının sübut edilməməsi kimi nəticəyə gələrkən bu hissəni araşdırmamışdır. Qətnamənin nəticəsinin 2020-ci il tarixi qətnamə ilə uzlaşmaması açıq-aşkardır. Məhkəmə nəzərə almamışdır ki, uşaqların kimin yanında yaşamasından asılı olmayaraq uşaqların saxlanmasını təmin olunmasını həyata keçirməli idi. Qeyd edilənləri nəzərə alaraq, Qəbələ rayon məhkəməsinin 2(025)-418/2018 saylı xx.xx.2021-ci il tarixli qətnamənin ləğv edilməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-967/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-967/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-967/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra uşaqlar ataları İddiaçı yanında qalmışdır. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2014-cü il tarixli 2(025)-40/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 cavabdeh İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(025)-1846/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(025)- 871/2014 saylı məhkəmə əmri əsasında tutulan alimentin miqadrı dəyişdirilərək X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat (uşaqların hər biri üçün 100 (bir yüz) manat olmaqla) alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işə baxarkən 2(025)-418/2018 saylı xx.xx.2021-ci il tarixli qətnaməni nəzərə almamış, həmin qətnamədə isə uşaqların iddiaçıdan tələb edilməsi irəli sürülsə də uşaqların İddiaçı alınaraq Cavabdeh verilməsi tələbi təmin edilməmiş, məhkəmə isə həmin bu fakta əhəmiyyət vermədən məhz uşaqların atanın yanında saxlamasına dair məhkəmə aktının mövcud olmamasına istinad etmişdir. Məhkəmə uşaqların ananın yanında faktiki yaşamalarına dair hər hansı bir sübutun movcud olmamasını, əlavə olaraq uşaqların ataları ilə yəni iddiaçı ilə birlikdə yaşaması halının sübut edilməməsi kimi nəticəyə gələrkən bu hissəni araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində öz əksini tapan dəlillər sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, apellyatorun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olaraq göstərdiyi Qəbələ Rayon Məhkəməsinin 2(025)-418/2018 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mülki iş materiallarında öz əksini tapmamışdır. Lakin buna baxmayaraq iş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(025)-1846/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(025)- 871/2014 saylı məhkəmə əmri əsasında tutulan alimentin miqadrı dəyişdirilərək X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat (uşaqların hər biri üçün 100 (bir yüz) manat olmaqla) alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Belə olan haklda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların atanın himayəsinə verilmələrinə dair hər hansı məhkəmə aktı mövcud deyildir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, aliment təyin edilərkən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyəti nəzərə alınır. Belə ki, qanunuvericilikdə öz əksini tapan müvafiq normaların tələblərindən irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, aliment maddi vəziyyəti yaxşı olan tərəfdən alınaraq maddi vəziyyəti aşağı olan tərəfə ödənilməlidir. Göründüyü kimi hazırki vəziyyətdə apellyator qarşı tərəfin maddi vəziyyəti ilə bağlı hər hansı bir sübütu məhkəməyə təqdim edə bilməmişdir. Lakin mülki iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş Məşğulluq haqqında 04 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018ci il tarixdən Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) olaraq qeydiyyatdadır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, iddiaçı tərəf apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-967/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-967/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1313/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1313/2022
10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver