Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1331/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-173/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yayılmış məlumatların şərəf və ləyaqəti alçaldan və hörmətdən salan işgüzar nüfuza xələl gətirən məlumatlar olması hesab edilməklə, bu məlumatların həqiqəti əks etdirməyən fikirlər olduğu müəyyən edilməsi; cavabdehlərin yaymış olduğu, ərizədəki məlumatları şərəf və ləyaqətini alçaldan, hörmətdən salan, işgüzar nüfuzuna xələl gətirən məlumatlar olduğundan, bu məlumatlar cavabdehlər tərəfindən rəsmi qaydada təkzib edilməsi; cavabdehlərin şərəf və ləyaqətimi alçaldan, hörmətdən salan, işgüzar nüfuzuna xələl gətirən məlumatları nəticəsində keçirdiyi mənəvi sarsıntı və istirablara görə onların hər birindən 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsinə və ödənilən dövlət rüsumunun onlardan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-173/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Meliorasiya X2 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Prezidentinin X1 ilə iş və Hərbi Məsələlər Üzrə şöbə müdirinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə şikayət ərizələri ilə müraciət etməklə, İddiaçı barəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatlar yayması nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq cavabdehlərin hər birindən 200 ( iki yüz) manat pul alınıb iddiaçıya verilməsi, İddiaçı barəsində şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu cavabdehlər tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Meliorasiya X2 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Prezidentinin X1 ilə iş və Hərbi Məsələlər Üzrə şöbə müdirinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə rəsmi məlumat vermək yolu ilə müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150 manat ekspertiza xərci tutularaq Dövlət Xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normaların tələbləri pozulmaqla çıxarıldığından, qeyri-qanuni, qərəzli və əsassız olduğundan tamamilə ləğv edilməlidir. Belə ki, həqiqətən də iddiaçı A. Mikayılov qanuni əsaslarla onların icarəsi altında olan torpaq sahəsini uzun illərdir ki,zəbt etmişdir. Bununla bağlı çoxsaylı məhkəmə mübahisəsi açmış və tərəflərindən irəli sürülmüş hər bir iddia onların xeyrinə həll edilmişdir. Belə ki, iddiaçı onların icarəsi altında olan torpaq sahəsini zəbt etdiyi üçün , məhkəmdə iddia qalıdırılmış. Həmin mübahisəyə hər üç məhkəmə instansiyasında baxılmışdır. Onların hüquqları bir daha tanınmışdır. Bundan əlavə həqiqətən iddiaçının şəxsi silahı vardır. Ona görə də ailələri qorxu altındadır. Hesab edirlər ki, müraciətlərində göstərilən xüsusatların böhtan olub- olmaması ilə bağlı ilk öncə iddiaçı tərəfindən xüsusi ittiham qaydasında müraciət edilməli və onun mənafeyi naminə qərar qəbul edildiyi halda , hazırkı iddia tələbi irəli sürülməli idi. İddiaçı isə birbaşa hazırkı iddia tələbini irəli sürmüş və haqsız və ədalətsiz olaraq ona böhtan atdıqları müəyyən edilmədən hazırkı məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-173/2020 saylı qətnaməsinin ləğv olunmalı, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı və Cavabdeh2 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-173/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas ola bilməz. Azərbaycan Respubliksının Konsitutsiyası: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 46. 1-ci hissə. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; Maddə 46. 2-ci hissə. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında xx xxx 1999-cu il tarixli 7 saylı qərarına əsasən, Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. «T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Qeyd edilən qərarın 3-cü bəndində həmçinin göstərilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, iddiaçı cavabdehlər tərəfindən əsassız şər-böhtan xarakterli məlumatlar əsasında onun şərəf və ləyaqətinin ləkələndiyini bildirsə də, məhkəmə kollegiyası iş materiallarını təhlil edərək bu qənaətə gəlir ki, həmin dəlillər üzrə iddiaçının şərəf və ləyaqətinin alçaldılması halları aşkar edilməmişdir. İş materiallarında iddiaçının şərəf və ləyaqətinin ləkələndiyini sübut edən başqa dəlil mövcud deyildir. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, cavabdehlər müxtəlif dövlət orqanlarına müraciət etməklə iddiаçının şərəf və ləyаqətinin alçaldılmasını deyil, özlərinin ehtimal olunan pozulmuş hüquqlarının bərpasını istəmişlər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinəəsasən vətəndaşların müraciət etmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarınının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin məzmunundan göründüyü kimi vətəndaşların üç formada – təklif, ərizə vəşikayət formasında dövlət orqanlarına müraciət etmələri nəzərdə tutulmuşdur. Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elmi, texniki, hüquqi yaradıcılıq və başqa sahələrlə bağlı məsələnin həllini nəzərdə tutan, ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan, şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət formasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətləəlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradır, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Sadalanan normaların məzmunundan göründüyü kimi, cavabdehin bir vətəndaş kimi pozulması ehtimal edilən hüquqlarının bərpası və müdafiəsi məqsədilə qanunla qorunan müraciət hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-173/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-173/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1331/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1331/2020
02.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver