Məhkəmə qərarları › İş №2(107)-1335/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1335/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1335/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi,İddiaçı vəkili X2 vəcavabdeh X5 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylı qətnaməsindən İddiaçı və cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X7 ilə onun arasında bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğvi, DƏDRX-in 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın etibarsız hesab edilməsi və cavabdeh X3 18000 (on səkkiz min) manat məbləğdə pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onunla cavabdeh X7 ilə arasında xx xxxxxx 2018-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, müqavilə üzrə cavabdehə ödədiyi 18000 (on səkkiz min) manat məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylıqətnаməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə X5 arasında Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv edilməsi, xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında ödənilmiş 11000 (on bir min) manat məbləğdə pul vəsaitinin cavabdeh X3 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı və cavabdeh X7 apelyasiya şikayətləri vermişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normaların tələbləri pozulmaqla çıxarıldığından, qeyri-qanuni, qərəzli və əsassız olduğundan qismən ləğv edilməlidir. Belə ki, cavabdeh X7 onun tanışı olmuşdur. O, özünə məxsus olan, Mingəçevir şəhərinin mərkəzində yerləşən 495 kv.metr olan torpaq sahəsini satdığını demiş və öz adına olan Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışı ona göstərmişdir. Özü Nərgiz Alıyevaya inanaraq həmin torpaq sahəsini almağa razılıq vermişdir. Bundan sonra N.Alıyeva torpaq sahəsini ona göstərmiş və torpaq sahəsi X.Əliyev küçəsi 3 b ünvanda yerləşmişdir. Həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında onun adına qeydə alınmış və özü Nərgiz Alıyevaya alqı-satqı müqaviləsi əsasında 11000 (on bir min) manat və müqavilədən kənar 7000 (yeddi min) manat məbləğdə pul vermişdir. Sonra isə həmin torpaqda tikinti işləri aparmaq istədikdə Mingəçevir şəhər Memarlıq Şöbəsindən həmin ərazinin Mingəçevir şəhər İ̇cra Hakimiyyətinin balansında olduğunu bildirmişlər. Özü Dövlət Əmlak Komitəsinin 17 saylı Yevlax Ərazi İ̇darəsinə müraciət etmiş və həmin vaxt Nərgiz Alıyeva onu aldadaraq, olmayan torpaq sahəsini satdığını və onun 18000 (on səkkiz min) manat pulunu mənimsədiyini başa düşmüşdür. Göstərilənlərə görə cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylıqətnaməsinin qismən ləğv edilməsini, iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh X7 apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normaların tələbləri pozulmaqla çıxarıldığından, qeyri-qanuni, qərəzli və əsassız olduğundan tamamilə ləğv edilməlidir. Belə ki, cavabdeh X1 şəhərində yerləşən 0.0495 ha torpaq sahəsini xx xxxx 2017-ci il tarixdə Hüseynov Fehruz Savalan oğlundan 4700 manata almışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx xxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra Mingəcevir səhəri X.Əliyev kücəsi 3 b ünvanda yerləsən mülkiyyətində olan torpaq sahəsini xx xxxxxx 2018ci il tarixdə İddiaçı 11000 manata satmışdır. N.Alıyevadan əlavə olaraq 7000 manat məbləğdə pul almamışdır. Belə ki, həmin alqı-satqı müqaviləsi notariat kontorunda AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Göstərilənlərə görə cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylıqətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X6 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 özü tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmli, cavabdeh X5 apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylı qətnaməsi qismən yəni İddiaçı ilə X5 arasında Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv edilməsi, xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi əsasında ödənilmiş 11000 (on bir min) manat məbləğdə pul vəsaitinin cavabdeh X3 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdeh X1 şəhərində yerləşən 0.0495 ha torpaq sahəsini xx xxxx 2017-ci il tarixdə Hüseynov Fehruz Savalan oğlundan 4700 manata almışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx xxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra Mingəcevir səhəri X.Əliyev kücəsi 3 b ünvanda yerləsən mülkiyyətində olan torpaq sahəsini xx xxxxxx 2018-ci il tarixdə İddiaçı 11000 manata satmışdır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X80 x xxxxxx 2018 -ciiltarixli, AN-10675672 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhərində yerləşən 495 kv.metr torpaq sahəsini 11000 manata İddiaçı satmışdır. Bundan sonra İddiaçı həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmək istəmişdir. Lakin, bu zaman ona satılmış torpaq sahəsinin Mingəçevir şəhər İ̇cra Hakimiyyətinin balansında olduğu müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi imzalanarkən X10 Bayramovaya X.Əliyev 5b ünvanda yerləşən torpaq sahəsini gəstərmiş, o da həmin torpağı almaq üçün 11000 manat ödəmişdir. Aldadığından xx xxxxxxx 2019-cu il tarixdə xəbərdar olan İddiaçı xx xxxxxx 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki,xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,cavabdeh X7, Mingəçevir şəhərində yerləşən 0.0495 ha torpaq sahəsini İddiaçı 11000 manata satmışdır. Əlavə olarq cavabdehə 7000 manat pulun verilməsi barədə idiaçı tərəfindən hər hansı bir sübut növü məhkəmələrə təqdim edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Qeyd edilənlərə əsasən iddiaçının apelyasiya şikayəti əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqavilələrindən görünür ki, cavabdeh X1 şəhərində yerləşən 0.0495 ha torpaq sahəsini xx xxxx 2017-ci il tarixdə Hüseynov Fehruz Savalan oğlundan 4700 manata almışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx xxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra Mingəcevir səhəri X.Əliyev kücəsi 3 b ünvanda yerləsən mülkiyyətində olan torpaq sahəsini xx xxxxxx 2018ci il tarixdə İddiaçı 11000 manata satmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə dair tərəflər arasında bağlanmış “Alqı-satqı müqaviləsi”nin etibarlılığına hüquqi qiymət verilməlidir. Mingəçevir Şəhər Məhkəməsi qeyd edilən tələbi əsaslı hesab etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin satdığı torpaq sahəsi iddiaçının almaq istədiyi torpaq sahəsi deyildir. Eyni zamanda həmin torpaq sahəsi şəhər icra hakimiyyətinin balansındadır. Məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı yuxarıda qeyd edilən dəlillərini bildirsə də, onları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İşdə olan və ilk iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunun “Alqısatqı müqaviləsindən” isə görünür ki, ilk iddiaçı həmin müqaviləni imzalayaraq müqavilədə ifadə edilmiş şərtlə, razılaşmışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan torpaq sahəsinə dair sərbəst sərəncam verərək – onu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpaq sahəsinə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Tərəflərin şərtləri, hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satıcı (cavabdeh), həm alıcı (iddiaçı) bu şərtlər, hüquq və vəzifələr ilə razılaşaraq müqaviləni imzalamış, müqavilə notariat orqanında qeydə alınmışdır. Müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan hesab edilməlidir ki, ilk iddiada ifadə edilmiş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb əsassızdır. X11 Məhkəməsi bu tələbi təmin etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki,cavabdeh X5 apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylı qətnaməsi qismən yəni İddiaçı ilə X5 arasında Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv edilməsi, xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında ödənilmiş 11000 (on bir min) manat məbləğdə pul vəsaitinin cavabdeh X3 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmli, cavabdeh X5 apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylı qətnaməsi qismən, yəni İddiaçı ilə X5 arasında Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv edilməsi, xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi əsasında ödənilmiş 11000 (on bir min) manat məbləğdə pul vəsaitinin cavabdeh X3 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamə iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X5 apelyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-187/2020 saylı qətnаməsi qismən, yəni İddiaçı ilə X5 arasında Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv edilməsi, xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında ödənilmiş 11000 (on bir min) manat məbləğdə pul vəsaitinin cavabdeh X3 alınıb İddiaçı ödənilməsi, qətnamənin eyni vaxtda icra olunması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişidirilmədən saxlanılmalıdır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar