Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1345/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment, gəlirin və başqa qazancların ¼ hissəsi miqdarında aliment, alimentin uşağın bank hesabına köçürülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(051)-1756/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə 24 dekabr 2003-cü il tarixdə ailə qurmuşdur. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2004-cu il tarixdə Gülgün, xx.xx.2009-cu il tarixdə Elgün adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuş, Gülgün adlı uşaq Cavabdeh və Elgün adlı uşaq isə iddiaçının yanında qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, məhkəmədən yetkinlik yaşına çatmayan övladı xx.xx.2009-cu il təvəllüdlü Elgün adlı uşağın saxlanması üçün hər ay 200 manat məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı tutulan aliment məbləğinin 50%-nin Elgün adlı uşağın bank hesabına köçürülməsi, iddianın verildiyi vaxtdan hesablanmaqla birgə nikahdan doğulmuş Gülgün adlı uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında alimentin və əlavə xərclərə görə 250 (iki yüz əlli) manat məbləğində pulun İddiaçı tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əlavə xərclərə görə 250 (iki yüz əlli) manat hissəsində iddiadan imtina etmiş və həmin hissədə işə xitam verilməsini xahiş etmişdir.
5. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddiaya qarşı etirazının məhkəməyə təqdim etmişdir.
6. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı cavabdehlə 24 dekabr 2003-cü il tarixdə ailə qurmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuş, Gülgün adlı uşaq Cavabdeh və Elgün adlı uşaq isə onun yanında qalmışdır. Birgə nikahlarından doğulmuş hər iki-Gülgün və Elgün adlı uşaqların saxlanması üçün qarşılıqlı aliment tələbi irəli sürməmişlər. Ancaq o uşağa baxmaqda çətinlik çəkir. Belə ki Gülgün adlı uşaq rəsmi olaraq ananın himayəsində olmasına baxmayaraq onun gündəlik xərcləri də daxil olmaq təhsil haqqı xərcini də iddiaçı çəkir, özünün himayəsində olan Elgün adlı uşaq da hazırda skolioz xəstəsidir və müalicə alır. Hazırda övladı ilə birgə valideynləriylə yaşayır. Cavabdeh isə övladıyla maraqlanmır. Hesab edir ki, cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) hər ay 200 manat məbləğində alimentin tutulub ona ödənilməsi əsaslıdır. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
7. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili Vəkil1 da məhkəmə iclası zamanı iddiaçının izahatına uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehdən tutulacaq pulun bank hesabına köçürülməsinə etiraz etdi.
8. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini isə müdafiə etdi, əsasən qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah qeydinin pozulmasından sonra Gülgün adlı uşaq onunla yaşamışdır. Gülgün 2-ci kurs tələbəsidir və illik 1500 manat təhsil haqqı ödəyir. Həmçinin aylıq təxminən 400 manat maaş alır və bu məbləğ uşağın tələbatı üçün kifayət etmir. Hesab edir ki, ilkin iddia əsassızdır. Belə ki cavabdeh yetəri qədər maaş alır və Gülgün adlı uşağın tələbatının kiçik bir hissəsini qarşılayır. Qalan xərci isə özü çəkir. Ona görə də Elgün adlı uşaq üçün hər ay əlavə olaraq 200 manat aliment ödəməyə onun imkanı yoxdur. Ödəyəcəyinə dair məhkəmə aktı qəbul ediləcəyi təqdirdə isə həmin məbləğin uşağın bank hesabına istəyir. Odur ki, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir
9. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil2 məhkəmə iclası zamanı qarşılıqlı iddianı müdafiə etdi və cavabdehin izahatına uyğun izahat verdi. Məhkəmədən izahatında göstərilənlərə nəzərə alıb qətnamə çıxarılmasını xahiş etdi.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, qəbul edilmiş qətnamə ilə birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış uşaqlardan biri ayrıldıqdan sonra cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı), digəri isə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) yanında qalmışdır.
11. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, yəni tərəflərin birgə nikahından doğulmuş Elgün adlı uşağın saxlanması üçün hər ay 140 manat məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə alimentin həcminin təyini məsələsini bununla əsaslandırır ki, iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirə malik olmasını təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır.
12. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, yəni tərəflərin birgə nikahından doğulmuş Elgün adlı uşağın saxlanması üçün hər ay 140 manat məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə alimentin həcminin təyini məsələsini bununla əsaslandırır ki, iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirə malik olmasını təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır.
13. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə isə iddia təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının qanunvericiliyə əsasən qazancın və (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmasına və tutulan aliment məbləğinin 50 %-dən çox olmayan hissəsinin bank hesabına köçürülməsini tələb etmək hüquq vardır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli sorğuya cavabdan görünür ki, Alıyev X2 şəhər Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində işləyir. Vəzifə maaşı 1487 manatdır. ("xxxx" MMC-də isə texnik sistemlər/kompüterlər vəzifəsi üzrə 207 manat əmək haqqı alır). Bütün bunlara əsasən ilkin iddia üzrə iddiaçının qazancını nəzərə alaraq İddiaçı Cavabdeh xeyrinə qazancın (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalı, iddiaçının hazırda maddi vəziyyətinin uşağın saxlanması üçün kifayət etməsi və gələcəkdə baş verə biləcək halları nəzərə alaraq belə hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Elgün adlı uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmuş 140 manat alimentin 50 % faizi bank hesabına köçürülməsi onun gələcəkdə təhsili və sair bu kimi məsələlər üçün məsrəflərinin qarşılanmasına kömək olacaqdır.
14. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafelərini və hər iki tərəfin himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, hər iki iddia üzrə iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan başlayaraq, cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması və tutulmuş alimentin 50 %-nin bank hesabına köçürülməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını (qarşılıqlı iddia üzrə cavabdeh) əlverişsiz vəziyyətə salmır, həmçinin ilkin iddia üzrə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin ilkin iddia üzrə cavabdehin xeyrinə tutulması xx.xx.2004-cü il təvəllüdlü Gülgünün saxlanması üçün əsaslıdır.
15. Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(051)- 1756/2022 saylı qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yanında qalan xx.xx.2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, ilk iddia tələbi üzrə alimentin tutulmasına 29 iyul 2022-ci il tarixdən başlanılması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia təmin edilməsi, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh yanında qalan xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərinin) ¼ dörddə bir hissəsi miqdarda alimentin iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdeh) tutulub cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə tutulan 140 manat sabit pul məbləğində alimentin 50% məbləğinin xx.xx.2009-cu il təvəllüdlü X4 adına açılmış bank hesabına köçürülməsi, qarşılıqlı iddia tələbi üzrə alimentin tutulmasına 08 avqust 2022-ci il tarixdən başlanılması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20, 22, 55.3, 75, 76, 78 və 100-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
17. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2 (051)-1175/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cu il təvəllüdlü Gülgün ananın- Cavabdeh, xx.xx.2009-cu il təvəllüdlü Elgün atanın- İddiaçı yanında qalmaları müəyyən olunmuşdur.
18. İşdə olan Nikahın pozulması haqqında xx.xx.2021-ci il tarixli 130 saylı şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur.
19. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2004-cu il tarixdə Gülgün adlı uşaqları doğulmuşdur.
20. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il tarixdə Elgün adlı uşaqları doğulmuşdur.
21. İşdə olan Kapital Bank ASC-yə məxsus olan qəbdən görünür ki, X1 təhsil aldığı müəssisəyə 1500 manat məbləğində ödəniş edilmişdir.
22. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tutulan 140 manat sabit pul məbləğində alimentin 50 % məbləği xx.xx.2009-cu il təvəllüdlü X4 adına açılmış bank hesabına köçürülməsini təmin etmişdir. Lakin məhkəmə bu mövqeyini heç bir sənəd və ya sübutla əsaslandırmamışdır. Halbuki, bu məsələ kifayət qədər həssas və bilavasitə uşağın mənafeyi ilə bağlı olan məsələdir və ciddi şəkildə araşdırılmalı və mötəbər sübutlarla əsaslandırılmalı idi.
24. Onun əmək haqqımın 1/4 hissəsinə yönəldilməsi hissəsində məhkəmə səhv etmişdir. Belə ki, cavabdeh və onun vəkili əvvəlcə sabit pul məbləğində 200 manat alimentin tutulmasını xahiş etsə də, sonradan iddia tələbini əsassız şəkildə artırmaqla bağlı ərizə vermiş, məhkəmə isə həmin tələbi qəbul etmişdir. İddia tələbini artırmaqla bağlı cavabdehin (qarşılıqlı iddiada iddiaçı) ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsində məhkəmə səhvə yol vermişdir. Belə ki, bu ərizə məhkəmə hazırlıq iclasında və ya bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduqda və ya iddiaçıdan asılı olmayan hallarda verilməli idi. Lakin sadalanan halların heç biri bu işə aid deyil. Belə ki, mənim iş yerim və gəlirlərim barədə cavabdehin əvvəlcədən xəbəri var idi, hətta bu halı müəyyən etmək üçün məhkəmənin də kifayət qədər imkanı və vaxtı olub, yəni elektron məhkəmə sistemində tərəflər haqqında, o cümlədən onların gəlirləri barədə məlumat var.
25. Məhkəmə prosesi gedişində müəyyən edilmişdir ki, uşaqların bütün maddi xərclərini və mənəvi qayğılarını o çəkir. O, məhkəmə prosesində qızı Gülgünün təhsil haqqı və digər xərclərini ödəməyi barədə çek təqdim etmişdir, bundan əlavə qızı Gülgün də məhkəmə prosesində onun bütün xərclərini onun ödəməyini təsdiq etmişdir. Oğlu Elgün 8-ci sinifdə oxuyur, məktəbdənkənar fərdi hazırlıqlara gedir. Məhkəməyə oğlu Elgünün skalioz xəstəliyi və müntəzəm müalicə və müayinəyə ehtiyacı olması barədə də sənəd təqdim etmişdir. Oğlu Elgün sırf müalicə məqsədilə üzgüçülük kurslarına da gedir. Bütün bunlar maddi xərc tələb edir və həmin xərcləri də o təkbaşına qarşılayır. Lakin məhkəmə bunları nəzərə almamışdır.
26. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(051)-1756/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və mübahisə üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
29. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləjə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
31. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
32. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(051)- 1756/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, onun əsl niyyəti qətnaməni qarşılıqlı iddiaya aid hissədə mübahisələndirmək olduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin, qarşılıqlı iddianı təmin edərkən qarşılıqlı iddiaya aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı təmin edərkən qarşılıqlı iddiaya aid hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 23-cü bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 30cu bəndində qeyd olunmuş Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tələbindən də göründüyü kimi, aliment ödəyən şəxs alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsini tələb edə bilər. Göründüyü kimi, cavabdeh bu tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, alimentin 50%-nin uşağın bank hesabına köçürülməsi hər bir halda uşağın üstün mənafeyinə xidmət edən hal olmaqla, işin hallarında həmin halın uşağın mənafeyinə uyğun gəlmədiyini göstərəcək heç bir hal aşkar edilməmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 25-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, valideynlər arasında alimentlə bağlı razılıq olmadıqda, bir uşağa görə qazancın və digər gəlirlərin ¼-i miqdarında alimentin tələb edilməsi bu qətnamənin 30-cu bəndində qeyd olunmuş Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbinə əsasən cavabdehin qanunla birbaşa müəyyən edilmiş hüququdur. İddiaçının qeyd etdiyi hallar həmin məbləğin dəyişdirilməsi üçün əsas ola bilməz.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı təmin edərkən qarşılıqlı iddiaya aid hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(051)-1756/2022 nömrəli qətnaməsi mübahisələndirilən - qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(051)- 1756/2022 saylı qətnaməsi mübahisələndirilən – təmin olunmuş qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov