Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1346/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı və cavabdeh X4 vəkili X13 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X5 12 000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli(hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X5 8000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X10 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 il bundan əvvəl cavadehlə razılığa gələrək mülkiyyətində olan 0,065 ha torpaq sahəsinin 0,0303 ha hissəsini cavabdehin mülkiyyətində olan 0, 40 ha fındıq bağı ilə dəyişdirmişdir. Cavabdeh Fındıqlı kəndində yerləşən özünə məxsus 0,40 ha fındıq bağını onun istifadəsinə vermişdir. O da öz növbəsində mülkiyyətində olan torpaq sahəsinin 0,0305 ha hissəsini ona vermişdir. Artıq 10 ildir ki, onlar həmin torpaq sahələrindən istifadə edirlər. xx xxxxxx 2018-ci il tarixdə cavabdehlə o həmin torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi imzalayaraq torpağı rəsmi olaraq cavabdehin mülkiyyətinə vermişdir. Sonra o, cavabdehdən ona verdiyi 0,40 ha fındıq bağını rəsmiləşdirməyi xahiş etmiş, lakin o bundan imtina etmişdir. Bundan sonra cavabdeh onu həmin fındıq bağından istifadə etməyə qoymayaraq onu fındıq bağından çıxartmışdır. O, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin onun bu iddiası təmin edilməmişdir. Lakin məhkəmənin qətnaməsi ilə və həmin məhkəmə prosesində iştirak edən şahidlərin ifadələri ilə cavabdehlə ona məxsus bağın dəyişdirilməsi sübut olunmuşdur. Buradan görünür ki, cavabdeh onun əmlakı hesabına əsassız olaraq varlanmışdır. Odur ki, cavabdeh onun torpağı ilə dəyişdiyi 0,40 ha fındıq bağının bugünki bazar qiyməti olan 12000 manatı ona qaytarmalıdır. Bu səbəbdən də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh X10 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı iddiaçıya pul verməmişldir. İddiaçı 10 ildir fındıq bağından istifadə etmişdir. O, isə 10 il bundan əvvəl həmin iddiaçının verdiyi torpaq sahəsində ev tikərək orada yaşayır. Onun iddiaçıya borcu yoxdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 vəkili X18 apelyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbini təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlər onun etibarından istifadə edərək onu aldatmışlar. Ona görə də birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. . Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(033)-991/2019 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X10 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisi ndə bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN -1 N ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. X16, X8 və X3 tərəfindən verilmiş izahatlardan görünür ki, Serov X2 Amalya Ramazanovnanın atası ilə şifahi olaraq razılaşmış və Zaqatala şəhərində yerləşən özünə məxsus 0,065 ha torpaq sahəsinin 0,0305 ha hissəsini cavabdehin atasının mülkiyyətində olan 0,40 ha fındıq bağı ilə dəyişdirmişlər. İddiaçı torpaq sahəsini satmamışdır. Onlar öz aralarında razılaşaraq torpaq sahələrini dəyişdirərək 10 ildir ki, istifadə edirlər. Lakin buna baxmayaraq X14 Serovdan götürdüyü torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi imzalatdırdıqdan sonra həmin torpaq sahəsinin əvəzi olaraq verdiyi fındıq bağı barədə alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişdir. Daşınmaz əmlakın eksperti İsa Abdullayev tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Maqov kəndində yerləşən 40 sot fındıq bağının torpaqla birlikdə bazar qiyməti 8000 manatdır. Zaqatala Dövlət X15 xx xxxx 2020-ci il tarixli 55 saylı arayışından görünür ki, Zaqatala rayonu Maqov kəndində yerləşən 0,40 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsində mövcud olan orta məhsuldarlıqlı bar verən 10x10 əkin sxemində əkilmiş 45 topa fındığın Zaqatala rayonu ərazisində orta bazar məzənnəsinə görə qiymətlər bir topaya görə yerindən və şəraitindən asılı olaraq 150-200 manat arası dəyişir. Odur ki, 45 topa fındıq bağının ümumi dəyəri 6750-9000 manat arası dəyişməsi ehtimal edilir. Azərbaycan Repsublikası DT və XK-ın Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayon X7 xx xxxxxxxx 2003-cü il tarxili 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Maqov kəndində X9 ailə üzvlərinə 16383 kvm kənd təsərrüfatı məhsullahrının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər-çə-kənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa-nun-vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, on il bundan əvvəl tərəflər arasındakı qarşılıqlı razılığa əsasən iddiaçı Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən 0.0305 ha torpaq sahəsini cavabdehin ailəsinə, bunun müqabilində isə cavabdeh tərəf ailə üzvlərinə məxsus olan, Zaqatala rayonu Maqov kəndində yerləşən 0.40 ha torpaq sahəsini iddiaçıya verməyi, yəni dəyişdirməyi öhdələrinə götürmüşlər. Sözügedən 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi AN № 441829 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən cavabdehin ailə üzvlərinin istifadəsində, Zaqatala şəhərində yerləşən 0.0305 ha torpaq sahəsi isə iddiaçının istifadəsində olmuşdur. Mübahisə ilə bağlı işin faktiki hallarının hərtərəfli araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin vaxtdan yəni 10 il əvvəl olmaqla iddiaçı torpaq sahəsindən istifadə etmiş, cavabdeh isə iddiaçıya məxsus 0.0305 ha torpaq sahəsində məhz həmin vaxtdan başlayaraq ev tikərək həmin evdə yaşamağa başlamış və hal-hazıradək həmin evdə yaşayır. İddiaçıya məxsus torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər əldə olunan kimi tərəflər notariat kontoruna getmiş və xx.xx.2018-ci il tarixli AN № 068264 saylı alqı-satqı müqaviləsi əsasında iş üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək 0.0305 ha torpaq sahəsini cavabdehə heç bir ödəniş olmadan satmışdır. Bundan sonra iddiaçı cavabdehdən hazırda mübahisələndirilən 0.40 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsini tələb etmiş, iş üzrə cavabdeh bundan imtina etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin apelyasiya şikayətlərində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Birincisi ona görə ki, yuxarıda qeyd olunduğu kimi təxminən 10 ildən bundan əvvəl tərəflər özlərinə məxsus olan torpaqları dəyişdirmək barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin, cavabdeh isə iddiaçı tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişlər. Sonradan iddiaçı özünə məxsus olan torpaq sahəsini cavabdehin adına rəsmiləşdirsə də, qarşı tərəf bu öhdəlikdən yayınmışdır. Qeyd olunan torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehin istifadəsinə verilərkən ərazi tamamilə boş olmuş, həmin ərazidə heç bir əkili, o cümlədən də fındıq topaları mövcud olmamışdır. İddiaçı da həmin ərazidə xeyli sayda fındıq tingləri əkib-becərmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. İşin bu halı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən də mübahisləndirilməmişdir. Artıq həmin fındıq ağacları bəhər, qazanc verən bir ərəfədə cavabdehı tərəf mübahisə edərək həmin torpağın iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, torpağın geri qaytarılmasında israrlıdır. Məhz bundan sonra İddiaçı öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağaclarının dəyərini tələb edir. İddiaçı işin bu halını cavabdeh tərəfin onunla qarşılıqlı razılığa gəlməməsi ilə əlaqələndirmişdir. İkinci, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi ziyan tələbi ilə bağlı iddianı qismən təmin etməkdə işin faktiki hallarına uyğun hüquqi nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün təfsir etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, təxminən 10 il bundan əvvəl tərəflər öz aralarında şifahi razılığa gələrək hazırki mübahisəli torpaq sahəsini boş, üzərində heç bir ağac və s. olmayan bir şəkildə iddiaçının faktiki istifadəsinə vermiş, iddiaçı da həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda çoxillik ağaclar (fındıq tingləri) əkmiş və uzun zaman həmin torpağa və fındıq topalarına öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. İddiaçı da öz aralarındakı danışığı etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq ağaclarının (topalarının) əklibbecərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda iddiaçının həmin torpaq sahəsinə və orada olan ağaclara özbaşına qulluq etməsi və bu qədər xərc çəkməsi də inandırıcı görünmür. Buradan da bir daha görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, cavabdeh bu qədər xərc çəkmişdir. Üçüncüsü, Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüquqna malik olsalar da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi fındıq ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Dördüncüsü, apelyasiya şikayətinin daha bir dəlilinə, yəni “mübahisəli torpaq sahəsində 45 topa fındıq ağacının olması və həmin ağacların 10 il bundan əvvəl əkilməsi” ilə razılaşmamsı, bunun hansı üsulla müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan mübahisə ilə bağlı mütəxəssis rəyi (səhifə 42 və 49) almış və iddia tələbini qismən təmin edərkən də məhz həmin rəyə istinad emişdir. Apelyator isə dəlilinin bu hissəsi ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Beşinci, məhkəmə kollegiyası cavabdeh tərəfin arqumentlərinə tənqidi yanaşaraq qeyd edir ki, cavabdehin nümayəndəsi (atası) Həfsət Bağırov birinci instansiya məhkəməsində izahat verərkən bildirmişdir ki, Cavabdeh onun qızıdır və torpağın alqısatqısı ilə bağlı iddiaçıya pul verməmişlər, iddiaçı həmin torpaqdan 10 ildir ki, istifadə edir. Belə olan halda sual yaranır. Necə oldu ki, iddiaçı birdən-birə özünə məxsus olan torpaq sahəsini heç bir qohumluq və s. əlaqəsi olmayan şəxsin (cavabdehin) adına rəsmiləşdirir və səbəb nə olmuşdur? Buradan da belə məntiqi nəticəyə gəlmək olur ki, deməli tərəflər arasında əvvəlcədən hansısa sövdələşmə olub ki, iddiaçı həm öz torpağını cavabdehin adına sənədləşdirir və torpağın real dəyərini almır, həm də cavabdeh tərəfin adına olan torpağa xeyli xərc tələb edən uzunillik ağaclara qulluq edir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd etməyi lazım bilir ki, cavabdeh mübahisəli torpaq sahəsində əkilib-becərilmiş fındıq ağaclarına (topalarına) münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməklə yanaşı işə baxılarkən də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1346/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1346/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver