Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1363/2022 21.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin müddətinin uzadılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(051)-2052/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin, 3 saylı mənzilinə buraxılmamağına dair yaratdığı maneələrin aradan qaldırılmasını, Cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair ərizəçinin mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair hərəkətlərin Cavabdeh qadağan olunması və ərizəçinin mülkiyyətində olan Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin, 3 saylı mənzilə köçürülməsi və həmin mənzilə giriş qapısının açarlarının birinin İddiaçı verilməsi haqda qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 16(051)-1/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə buraxılmamağına dair yaradılmış maneələr aradan qaldırılmalı, ərizəçinin mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair etdiyi hərəkətlərin Cavabdeh qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın qüvvədə olma müddətinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi müəyyən edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, ərizəçi İddiaçı iddia ərizəsi ilə eyni vaxtda vəsatətlə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və mənzilin giriş qapısının açarlarının verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır və hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Odur ki, həmin mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti təminat tədbirinin uzadılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(051)-2052/2022 saylı qərardadı ilə vəsatət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-2052/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək İddiaçı Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə buraxılmamağına dair yaradılmış maneələrin aradan qaldırılması, ərizəçinin mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair etdiyi hərəkətlərin Cavabdeh qadağan edilməsi, vəsatətin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, məhkəmədən həmin qərardadın ləğv edilməsi xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(051)-2052/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(051)-2052/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 158.1.-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi İddiaçı tərəfindən məhkəmə qaydasında mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin mülkiyyətində olan mənzilə ərizəçinin buraxılmamasına dair etdiyi hərəkətlərin Cavabdeh qadağan edilməsi məhkəmənin icraatında olan 2(051)-2052/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(051)-2052/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(051)-2052/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(051)-2052/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1363/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1363/2022
21.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver