Məhkəmə qərarları › İş №2(107)-1371/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1371/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1371/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ana ilə ünsiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(075)-686/2021 saylı qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1922-ci il təvəllüdlü anaları Maraqlı şəxs ilə şənbə və bazar günləri saat 09:00dan 21:00-dək, bir gün olan rəsmi bayram günlərində 6 saat, üç gün davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, iki gün, üç gündən artıq davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, 3 günədək görüşün verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan iş üzrə Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(075)-686/2021 saylı (hakim PşHacıyev) qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 “Cavabdeh 1922-ci il təvəllüdlü anaları Maraqlı şəxs ilə şənbə və bazar günləri saat 09:00-dan 21:00-dək, bir gün olan rəsmi bayram günlərində 6 saat, üç gün davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, iki gün, üç gündən artıq davam edən rəsmi bayram günlərində 6 saat olmaqla, 3 günədək görüşün verilməsi” tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi 30.04.2021-ci il tarixdə işə mahiyyəti üzrə baxaraq iddia tələblərini təmin etməmişdir. İşin hallarından da aydın görünür ki, onlar cavabdeh qismində analarını deyil, Cavabdeh cəlb etmişlər. Anaları ilə görüşməklərinə maneə yaradan məhz odur. Lakin məhkəmə qanunun formal tərəflərini əsas gətirməklə iddia tələblərini rədd etmişdir. Halbuki işdə olan Şəki şəhər İHB tərəfindən onlara ünvanlanmış 10 iyun 2020-ci il tarixli, 2/Ç-5-075 nömrəli məktubdan da görünür ki, onların Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladıqları qardaşları Cavabdeh ilə aralarında olan mülk mübahisəsi, anaları ilə görüş və ünsiyyətdə olma ilə bağlı müraciətlərinə baxılmışdır. Məsələ ilə əlaqədar olaraq Cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinə dəvət edilmiş, onunla ətraflı söhbət aparılmışdır. Söhbət zamanı Cavabdeh izahat təqdim etmiş, onun özünün mülkiyyətində olan fərdi yaşayış evində anası ilə qardaşlarının görüş və ünsiyyətdə olmağına razı olmadığını bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq cavabdehlə aralarında olan mülk mübahisəsi, həmçinin anaları ilə görüş və ünsiyyətdə olma ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Göründüyü kimi onların anaları ilə görüşməklərinə Cavabdeh maneə yaradır. Məhkəmə iclası zamanı üçüncü şəxs qismində cəlb edilən anaları iddia ilə bağlı mövqeyini bildirməmiş, onun məhkəmə iclası haqqında bildirişi şəxsən alıb-almaması aydınlaşdırılmamış, iddia ərizəsində göstərdikləri xüsusatların həqiqət olub-olmaması obyektiv məhkəmə araşdırmasının predmeti olmamışdır. Şəki Rayon Məhkəməsinin 30.04.2021 -ci il tarixli, 2(075)-686/202l saylı qətnaməsinin qismən ləğv edilməsini iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlərMəhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı X1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası tərəfindən ona vəsiyyətnamə verilməsinə baxmayaraq, notarius ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edir. Bundan əlavə o cavabdehə heç bir pay verilməsini istəmir. Odur ki, ədalətli qərar qəbul edilməsini kollegiyadan xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Onlar neçə vaxtdır ki, cavabdehin müdaxiləsi nəticəsində doğma anaları ilə görüşüb ünsiyyətdə ola bilmirlər. Çünki cavabdeh buna maneçilik törədir, onları evə buraxmır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, anaları yaşlı olduğundan daim evdə olur. Lakin cavabdehin müdaxiləsindən bir övlad kimi anaları ilə görüşə bilmirlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçıların izahatı və iş üzrə təqdim edilmiş sənədlərlə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(075)-686/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş; ИЖ seriyalı, 219463 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 16 avqust 1954-cü il təvəllüdlü İddiaçı1 atası X4, anası isə Maraqlı şəxsdır. Şəki şəhər İHB tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış 10 iyun 2020-ci il tarixli, 2/Ç-5- 075 nömrəli məktubundan görünür ki, onların Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladıqları qardaşları Cavabdeh ilə aralarında olan mülk mübahisəsi, ana ilə görüş və ünsiyyətdə olma ilə bağlı müraciətlərinə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar olaraq Cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinə dəvət edilmiş, məsələ ilə bağlı onunla ətraflı söhbət aparılmışdır. Söhbət zamanı Cavabdeh izahat təqdim etmiş, onun özünün mülkiyyətində olan fərdi yaşayış evində anası ilə qardaşlarının görüş və ünsiyyətdə olmağına razı olmadığını bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, qanunla müəyyən edilmiş qaydada Cavabdeh ilə aralarında olan mülk mübahisəsi, həmçinin ana ilə görüş və ünsiyyətdə olma ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Kollegiyanın qənaətinə görə hazırki tələbə məhkəmə qaydasında baxılmalı deyil. Birincisi ona görə ki, iddia tələbinin mahiyyətindən görünür ki, tərəflər qardaş olmaqla, ünsiyyət tələb olunan şəxs ahıl yaşında olan doğma analarıdırr. Anaları olan 1922-ci il təvəllüdlü Maraqlı şəxs hazırda cavabdehlə bir ünvanda yaşayır və fəaliyyət qabiliyyətsizliyi müəyyən edilməyib. İddiaçıların bildirdiyinə görə onlar cavabdehin müdaxiləsi nəticəsində anaları ilə görüşə, onunla ünsiyyətdə ola bilmirlər. Məhz buna görə də hazırki iddianı vermək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-50.3-cü maddələrinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi yetkinlik yaşına çatmış övladların anaları ilə görüş və ünsiyyət hüququnu müəyyən edən norma nəzərdə tutulmamışdır. Kollegiyanın qənaətinə görə məhkəmə tərəfindən yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyətli şəxsin üzərinə bu cür vəzifənin qoyulması yolverilməzdir. Kollegiya sonda qeyd edir ki, iddiaçıların anaları ilə görüşməsinə cavabdeh tərəfindən hər hansı bir maneə vardırsa, onda bu cür maneə hazırki iddia tələbi ilə deyil, digər bir iddia (məsələn, yaradılmış maneənin aradan qaldırılması və s. ) tələbi ilə aradan qaldırıla bilər. Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Kollegiya bildirir ki, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə iş mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılır. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə görə, Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(075)-686/2021 saylı qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263- 264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(075)-686/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar