Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1381/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evinə köçürmələri, yaşayış sahəsinə maneəsiz daxil olmaqları və orada yaşamaqları» tələbinə dair mülki iş üzrə (Açar sözlər: İddiadan imtina, hissəvi xitam) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X13 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evinə köçürmələri, yaşayış sahəsinə maneəsiz daxil olmaqları və orada yaşamaqları» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tаrixli, 2(046)-518/2023 saylı qətnаməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1/7 hissədə İddiaçı1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmələri, maneəsiz daxil olmaları və orada yaşamaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 anası X10 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. X3 ilə X10 birgə nikahda olduqları dövrdə 1964-cü il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi inşa etmişlər. xx.xx.1975-ci il tarixdə anadan olmuş və uşaqlıqdan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və həmin ünvanda pasport qeydiyyatına alınmışdır. Bir müddət müvəqqəti başqa yaşayış məntəqəsinə getsə də, daimi yaşayış yerini dəyişməmişdir. Hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində pasport qeydiyyatındadır. Göyçay rayon Məhkəməsinin 2- 115/2006 nömrəli, 20 iyul 2006-cı il tarixli qətnaməsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbi üzürlü sayılaraq uzadılması, X1 adına olan Göyçay şəhəri, 20 Yanvar küçəsi, 15 saylı evin 1/2 hissəsi, birgə nikah dövründə tikildiyi üçün X5 mülkiyyətinə verilməsi, qalan 1/2 hissəsi isə miras əmlak kimi vərəsələr arasında bərabər olaraq bölüşdürülməklə 1/7 hissəsi X6, 1/7 hissəsi X7, 1/7 hissəsi X8, 1/7 hissəsi X4, 1/7 hissəsi X2, 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi isə miras açılan vaxt sağ olmayan vərəsə X9 uşaqları X16, X14, Cavabdeh4 və X17 verilməsi qət edilmişdir. Göründüyü kimi, ailə üzvləri İddiaçı2 və İddiaçı3 ilə birlikdə köçüb yaşamaq istədiyi fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. Axır zamanlar cavabdehlərin amansız davranışına dözməyərək həmin fərdi yaşayış evini tərk etmiş, lakin kirayədə qaldığına və ailə üzvlərinin başqa yaşayış yeri olmadığına görə həmin fərdi yaşayış evinə qayıtmaq istəyir. Cavabdeh1 ona “boşan gəl nə qədər istəyirsən yaşa, lakin ailənlə birlikdə həmin ünvana köçüb yaşamağına imkan verməyəcəm” deyir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, o və ailə üzvləri məhkəmə qətnaməsi əsasında həmin fərdi yaşayış evinə köçürülməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tаrixli, 2(046)-518/2023 saylı qətnaməsi ilə (İ.Fəttahov), iddianın qismən təmin edilməsi, İddiaçı1 ünvan 4 ünvanda yerləşən, ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinə köçürmələri, yaşayış sahəsinə maneəsiz daxil olmaqlarının və orada yaşamaqlarının tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh1 apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin 2(046)-518/2023-nömrəli, 1 avqust 2023-cü il tarixli qətnaməsinin (İddiaçı1 ünvan 5 ünvanda yerləşən, ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi) hissədə ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər, iddiaçılar və cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin İddiaçı1 məhkəmə iclasınadək məhkəmə kollegiyasına ərizə göndərərək onlarla və cavabdehlər arasında olаn mübаhisənin məhkəmədən kənаr qаydаdа həll edildiyini, bu səbəbdən iddiadan imtina etdiyini, hüquq və vəzifələrin, prosessual hərəkətlərin və iddiadan imtina etməyinin nəticələrinin ona aydın olduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddiaçıların cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evinə köçürmələri, yaşayış sahəsinə maneəsiz daxil olmaqları və orada yaşamaqları» tələbinə dair iddiadan o, imtina etdiyi üçün Göyçay Rayon Məhkəməsinin 2(046)-518/2023-nömrəli, 1 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Mülki Prosessuаl Məcəllənin 261.0.4-cü mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. Həmin Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu məcəllənin 19-20-ci fəsillərində göstərilən əsasları olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi İddiaçı1 iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə İddiaçı1 iddiadan imtina etməsinə dаir ərizəsini nəzərə alaraq iddiadan imtinanın qəbul edilməsini, İddiaçı1 iddiadan imtina etdiyi hissədə mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tаrixli, 2(046)-518/2023 saylı qətnaməsi qismən, yəni İddiaçı1 ünvan 5 ünvanda yerləşən, ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi hissəsində ləğv edilməli, İddiaçı1 iddia tələbindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evinə köçürmələri, yaşayış sahəsinə maneəsiz daxil olmaqları və orada yaşamaqları» tələbinə dair hissəsi üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 370, 391 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 iddia tələbindən imtina barədə ərizəsi qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tаrixli, 2(046)-518/2023 saylı qətnaməsi qismən, yəni İddiaçı1 ünvan 5 ünvanda yerləşən, ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi hissəsində ləğv edilsin və həmin hissə üzrə mülki işin icraatına xitam verilsin. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1381/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1381/2023
21.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver