Məhkəmə qərarları › İş №2(107)-1402/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1402/2024

24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1402/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) X2 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinın 26 noyabr 2024-cü il tarixli, 2(039)- 2735/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinın 26 noyabr 2024-cü il tarixli, 2(039)-2735/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqılı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Yevlax Rayon Məhkəməsinın 29 noyabr 2024-cü il tarixli, 2(039)-2735/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinın 26 noyabr 2024-cü il tarixli, 2(039)-2735/2024 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün mülki işin materialları Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, qarşılıqlı iddiaçı qeyd olunan iddia tələbi üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənədi və qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz qarşılıqlı iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mülki prosessual qanunvericilik ilkin iddiaya baxarkən qarşılıqlı iddianın qəbul edilməsinin yuxarıda göstərilən 3 əsas şərtini göstərmişdir. Hazırki qarşılıqlı iddianın verilməsində həmin halların heç biri müəyyən olunmur. Məhkəmə kollegiyası qarşılıqlı iddianın icraata qəbul edilmədən geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən yəni xx.xx.2024-cü il tarixdə “EXPRESS PAY” Ödəniş sistemi vasitəsi ilə Yevlax Rayon Məhkəməsi üçün100 manat dövlət rüsumunu ödəmiş və ona “**********” nömrəli qəbz verilmişdir. Lakin texniki səbəblərdən həmin qəbz elektron kabinetə əlavə edilməmişdir. Qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasının hazırkı tələblə bağlı mediasiya prosesində iştirak edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi tamamilə əsassızdır. Qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasının üçüncü əsası isə qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməməsi, qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırmaması, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmaması və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməməsidir. Lakin həmin hissədə də qərardad tam əsassızdır. Belə ki, nikahın pozulması tələblərinə baxılrakən birgə nikahdan olan övladların hansı valideynin yanında qalması və alimentin ödənilməsi məsələsinin həll olunmalıdır. Hazırkı işdə isə ilk iddia tələbi aliment qarşılıqlı iddia tələbi isə nikahın pozulması tələbidir. Göründüyü kimi qarşıslıqlı iddia ərizəsinin geri qaytarılmasının hər üç əsası qanunsuz və əsassız olmaqla prosessual qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Kollegiya şikayətin sadalanan dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı iddia tələbi sabit pul məbləğində alimentin tutulmasından, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi nikahın pozulmasından ibarət olmaqla həm ilk, həm də qarşılıqlı iddia tələbləri arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnəcəkdir. Bundan əlavə iş materiallarında olan “Ekspresspay” ödəniş sistemindən əldə edilmiş ödəniş sənədindən görünür ki, Cavabdeh tərəfindən 06 noyabr 2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin hesabına 100 manat vəsait ödənilmişdir. Həmçinin iş materiallarında olan Yevlax 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı ailə (aliment və 3 yaşa qədər uşağa qulluğa görə pul) mübahisəsi üzrə Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarının tələbindən də göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinın 26 noyabr 2024-cü il tarixli, 2(039)-2735/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinın 26 noyabr 2024-cü il tarixli, 2(039)-2735/2024 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün mülki işin materialları Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinın 26 noyabr 2024-cü il tarixli, 2(039)-2735/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün mülki işin materialları Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar