Məhkəmə qərarları › İş №2(107)-1405/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1405/2020

02.07.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1405/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Borclu1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(025)-1078/2018 saylı qərardadından cavabdeh Borclu1 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Kreditor x4 ərizə ilə məhkəməyə müraciət edərək, x5 və Borclu2 müştərək qaydada Kreditor x2 xeyrinə 01.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5495,38 (beş min dörd yüz doxsan beş dollar otuz səkkiz sent) ABŞ dolları əsas borc, 2718,68 (iki min yeddi yüz on səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu və 1990,48 (bir min doqquz yüz doxsan dollar qırx səkkiz sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 10204,54 (on min iki yüz dörd dollar əlli dörd sent) ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(025)-1078/18 saylı məhkəmə əmri ilə x5 və Borclu2 müştərək qaydada Kreditor x3 xeyrinə 5495,38 (beş min dörd yüz doxsan beş dollar otuz səkkiz sent) ABŞ dolları əsas borc, 2718.68 (iki min yeddi yüz on səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu və 1990.48 (bir min doqquz yüz doxsan dollar qırx səkkiz sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 10204.54 (on min iki yüz dörd dollar əlli dörd sent) ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumun tutulmasına əmr verilmişdir. Cavabdeh x1 Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(025)-1078/18 saylı məhkəmə əmrindən etirazın verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(025)-1078/2018 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh Borclu1 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(025)-1078/18 saylı məhkəmə əmrinin surəti ona göndərilməmişdir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(025)-1078/2018 saylı qərardadı ləğv edilməlidir. Qəbələ Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(025)-1078/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Borclu1 şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(025)- 1078/2018 saylı qərardadı ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Belə ki, iş materialları ilə müəyyən etmək olur ki Qəbələ Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(025)-1078/18 saylı məhkəmə əmrinin surəti cavabdeh Borclu1 təqdim edilməmişdir. Bunun əksini sübut edən poçt xəbərnaməsi və ya başqa bir dəlil də iş materiallarında mövcud deyildir. Belə olаn təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(025)-1078/2018 saylı edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək məhkəmə əmrinə etiraza baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Cavabdeh Borclu1 şikаyəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(025)-1078/2018 saylı qərardadı ləğv edilsin. Mülki iş məhkəmənin icraatına qəbul edilərək əmrə etiraza baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar