Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1418/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, Cavabdeh sədri X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(035)-207/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə həmin məhkəmənin 03 may 2021-ci il tarixli, 2(035)-207/2021 nömrəli qərardadından Cavabdeh sədri X3 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş qalan 4347 manat əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-207/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, qətnamə 10.03.2021-ci il tarixli məhkəmə qəbzinə şəxsən imza etdirilməklə Cavabdeh sədri X2 təqdim edilmişdir. Cavabdeh sədri X3 şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət verməklə, qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti 22.04.2021-ci il tarixdə Zərdab Rayon Məhkəməsinə daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-207/2021 saylı, 02.03.2021-ci il tarixli qətnaməsi ona vaxtında verilməmiş, həm də xəstə olması ilə əlaqədar bir müddət səhətindəki problemlər olması apellyasiya şikayəti verilməsinə mane olmuşdur. Zərdab Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(035)-207/2021 nömrəli qərardadına əsasən vəsatət təmin edilməmişdir. Cavabdeh sədri X3 həmin qərardadla razılaşmayaraq məhkəməyə şikayət göndərmişdir. Şikayət 16.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Zərdab Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(035)-207/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh sədri X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(035)- 207/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Məhkəmə kolegiyası hesab edir ki, şikayət əsaslı deyildir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(035)-207/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(035)-207/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 363, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh sədri X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(035)-207/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1418/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1418/2021
07.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver