Məhkəmə qərarları › İş №2(107)-142/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-142/2022

13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-142/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(051)-1604/2021 qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş mənəvi ziyan əvəzi olaraq 20000 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh 20 aprel 2017ci ildə hər iki dırnaqları ilə onun baş, sinə, boyun və sağ qol nahiyyəsinə cırmaq ataraq onu döymüşdür. Səbəb isə bu olmuşdur ki, o onun oğlundan borcunu tələb etmişdir. Həmin vaxt məhkəmə tibb ekspertizasından keçmiş və ekspertin rəyinə əsasən bədənində bu: alın nahiyyəsində, sağ bazu nsahiyyəsində hər iki diz oynaqlarında qançırlar, ənsə nahiyyəsində hematoma və döş qəfəsinin ön səthində sıyrıqlar müəyyən edilmişdir. 3 uşaq anasıdır və bu münaqişədən, onun döyüşməsindən onun uşaqları da təsirlənmişdir. Bundan əlavə o özü də haqsız yerə belə vəziyyətə düşməyindən mənəvi iztirab keçirmişdir. Qadın olmaqla bərabər həmin anda onun qarşısında acizliyi səbəbindən və özünü müdafiəsiz gördüyündən iztirab çəkmişdir. Onun ona qarşı törətdiyi əməllə əlaqədar onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Ona görə də məhkəmədən Cavabdeh ona vurulmuş mənəvi ziyan əvəzi olaraq 20000 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(051)-1604/2021 qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(051)-1604 /2021 saylı Qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı eyni əsaslarla ona qarşı iddia qaldırmış və ondan mənəvi ziyana görə pul tələb etmişdir. Həmin iddia ərizəsində iddiaçı V. Adilovanın hazırkı iddia tələbi eynilik təşkil etsə də, sadəcə olaraq iddia ərizəsinin adı" şərəf və ləyaqətin müdafiəsi" adlandırılmış və həmin iddia tələbi də hazırkı əsaslarla irəli sürülmüş və iddia tələbinin nəticə hissəsində ondan mənəvi ziyana görə pul tələb etmişdir. İddiaçı həmin iddia tələbi rədd edilmiş və həmin məhkəmə aktı artıq qanuni qüvvəsini almışdır. həmin məhkəmə aktını apellyasiya şikayətinə əlavə etmişdir. İddiaçı iddianın adını dəyişməklə ona qarşı eyni tərəflər arasında, eyni əsaslarla iddia qaldırmışdır. Və o buna qarşı öz etirazını ərizə formasında birinci instansiya məhkəməsinə yazılı şəkildə və poçt vasitəsilə göndərmişdir. Həmin qəbz onda saxlanılır və apellyasiya şikayətinə əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıməhkəmə kollegiyasına izahat göndərərək apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2(051)-152/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh və X3 qarşı «şərəf və ləyaqətin müdafiəsi» tələbinə dair iddiası təmin olunmamış, Cavabdeh və X2 İddiaçı qаrşı « şərəf və ləyaqətin müdafiəsi » tələbinə dair qаrşılıqlı iddiаsı təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08.01.2020-ci il tarixli 2(107)-182/2020 saylı qətnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırkı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh 20 aprel 2017-ci ildə hər iki dırnaqları ilə onun baş, sinə, boyun və sağ qol nahiyyəsinə cırmaq ataraq onu döymüşdür. Səbəb isə bu olmuşdur ki, o onun oğlundan borcunu tələb etmişdir. Həmin vaxt məhkəmə tibb ekspertizasından keçmiş və ekspertin rəyinə əsasən bədənində bu: alın nahiyyəsində, sağ bazu nsahiyyəsində hər iki diz oynaqlarında qançırlar, ənsə nahiyyəsində hematoma və döş qəfəsinin ön səthində sıyrıqlar müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı eyni tərəfə eyni əsasla və eyni predmetlə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. İş üzrə qanuni qüvvəyə minmiş qətnamə, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə ya qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh ona vurulmuş mənəvi ziyan əvəzi olaraq 20000 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2(051)-152/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddiа ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə mürаciət edərək Cavabdeh və X1 hər birindən 10000 (on min) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh və X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şərəf və ləyaqətini alçaldaraq vurduğu mənəvi ziyana görə İddiaçı hər birinə 15000 (on beş min) manat vəsaitin alınıb verilməsi barədə qətnamə çıxаrılmаsını xаhiş etmiş, məhkəmə isə həmin qətnamə ilə İddiaçı Cavabdeh və X3 qarşı «şərəf və ləyaqətin müdafiəsi» tələbinə dair iddiası təmin olunmamış, Cavabdeh və X2 İddiaçı qаrşı « şərəf və ləyaqətin müdafiəsi » tələbinə dair qаrşılıqlı iddiаsı təmin olunmaması qət etmişdir. Göründüyü kimi İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş mənəvi ziyan əvəzi olaraq 20000 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki qüvvədə olan qətnamə onun tələbi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(051)-1604/2021 qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(051)- 1604/2021 qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənəvi ziyan” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar