Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1426/2020 19.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədov Yusif İsmət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2006-ci il tarixli, 4Ə-02/358 saylı alqı-satqı müqaviləsi və xx xxxxxxxx 2006-cı il tarixdə, ********* nömrəli dövlət reyestrindən çıxarış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2009- cu il tarixli, 4Ə-01/232 alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxx 2010-cu il tarixli, 4Ə-01/201 saylı alqı-satqı müqaviləsi, X38 adına xx xxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə-02/368 saylı Cavabdeh2 ilə X37 arasında bağlanmış alqı-satqının, onun əsasında verilmiş xx xxxxxxxx 2006-cı il tarixli, ********* nömrəli çıxarışın, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı X39 ilə X28 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2009- cu il tarixli, 4Ə-01/232 saylı X28 və X41 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxx 2010-cu il tarixli, 4Ə201 saylı X41 ilə X45 arasında bağlanmış alqısatqının, Şəki rayon 1 saylı DNK-nin xx xxx 2015-ci il tarixli, 4Ə-318 saylı X45 ilə X47 arasında bağlanmış bağışlama müqaviləsinin, xx xxx 2015-ci il tarixli X38 adına verilmiş ********** qeydiyyat nömrəli, DƏDRX-dən çıxarışın ləğv edilməsi, həmçinin əşyaları ilə birlikdə mülkiyyətlərindən çıxarılması, X19 72000 manat bu vaxtadək əldən çıxmış gəlirin, X47 və X29 44000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddia ərizələri üzrə iddia tələblərinin «Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X14 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının nəzərə alınması, İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun 10 (on) manatının onların özlərinə aid edilməsi, 05 (beş) manat dövlət rüsumunun iddiaçılara qaytarılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının nəzərə alınması, müstəqil tələb irəli sürən üçüncü şəxs X22 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan M.Müşfiq küçəsində yerləşən Şəki Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsasən əmlakın 1-ci mərtəbəsində yerləşən 26.45 kv.m olan hissə X23 adına paylı mülkiyyətdə olmaqla xx xxxxxxxx 2006-cı il tarixdə, ********* qeydiyyat nömrəli və X38 adına xx xxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə02/368 saylı alqı-satqı müqaviləsi və xx xxxxxxxx 2006-cı il tarixdə ********* dövlət reyestrindən çıxarış, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı DNKnin xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı DNKnin xx xxxx 2010-cu il tarixli, 4Ə-01/201 saylı alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı DNK-nin xx xxx 2015-ci il tarixli, 4Ə-318 bağışlanma müqaviləsi, X38 adına xx xxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin X13 adına Şəki şəhər texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat №243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə tərəfindən X45, X32 və X39 üçüncü şəxs qismində cəlb olunmuşlar. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə02/368 saylı Cavabdeh2 ilə X37 arasında bağlanmış alqı-satqının, onun əsasında verilmiş xx xxxxxxxx 2006-cı il tarixli, ********* nömrəli çıxarışın, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı X39 ilə X28 arasında bağlanmış alqısatqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 saylı X28 və X41 arasında bağlanmış alqısatqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxx 2010-cu il tarixli, 4Ə-201 saylı X41 ilə X45 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxx 2015-ci il tarixli, 4Ə-318 saylı X45 ilə X47 arasında bağlanmış bağışlama müqaviləsinin, xx xxx 2015-ci il tarixli X38 adına verilmiş ********** qeydiyyat nömrəli, DƏDRX-dən çıxarışın ləğv edilməsi, həmçinin mülkiyyət hüquqlarının bərpa edilməsi, X37, X47 da cavabdeh kimi əlavə edilməsi, X19 72000 manat bu vaxtadək əldən çıxmış gəlirin, X47 və X29 44000 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2, İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə- 02/368 saylı Cavabdeh2 ilə X37 arasında bağlanmış alqı-satqının, onun əsasında verilmiş xx xxxxxxxx 2006-cı il tarixli, ********* nömrəli çıxarışın, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı X39 ilə X28 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 saylı X28 və X41 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxxx 2010-cu il tarixli, 4Ə-201 saylı X41 ilə X45 arasında bağlanmış alqı-satqının, Şəki rayon 1 saylı DNK-nin xx xxx 2015-ci il tarixli, 4Ə-318 saylı X45 ilə X47 arasında bağlanmış bağışlama müqaviləsinin, xx xxx 2015-ci il tarixli X38 adına verilmiş ********** qeydiyyat nömrəli, DƏDRX-dən çıxarışın ləğv edilməsi, həmçinin əşyaları ilə birlikdə mülkiyyətlərindən çıxarılması, Şəki şəhər texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat №243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin, yəni çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X54 tapşırılması, X19 72000 manat bu vaxtadək əldən çıxmış gəlirin, X47 və X29 44000 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə tərəfindən X32 və Cavabdeh2 cavabdeh, X39, X33, Məmmədov Yusif İsmət oğlu, X28, X41, X47 və X45 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X39, X32, X47, Cavabdeh2 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun hissədə baxılmamış saxlanılması və cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X55 saxlayaraq Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2006-ci il tarixli, 4Ə02/358 saylı alqı-satqı müqaviləsi və xx xxxxxxxx 2006-cı il tarixdə, ********* nömrəli dövlət reyestrindən çıxarış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2008- ci il tarixli, 4Ə-2/408 saylı alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 alqı-satqı müqaviləsi, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxx 2010-cu il tarixli, 4Ə-01/201 saylı alqısatqı müqaviləsi, X38 adına xx xxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X14 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, Şəki şəhər Mikayıl Müşfiq küçəsində yerləşən Şəki şəhər Texniki invertarlaşma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Reyestr kitabı 1. səhifə, 61 qeydiyyat № 243, xx xxxxxx 2006-cı il tarixli verilmiş qeydiyyat vəsiqəsi olan 106.4 kv.m (birinci mərtəbə 26.45 kv.m və ikinci mərtəbə 76.17 kv.m) olan əmlak İddiaçı1 həyat yoldaşı, İddiaçı2 atası X14 məxsus olmuş və o, həbsdə olarkən qeyriqanuni olaraq digər şəxslərə satılmışdır. xx xxxxx 2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 2(075)-1368/2017 saylı qətnaməsi ilə alqı-satqı etibarsız hesab edilmişdir. Tərəflərin hüquqi statusunun ilkin vəziyyətinə qaytarılması üçün daşınmaz əmlakın dövlət qeydiyyatı əsasında verilmiş qeydiyyat vəsiqələri ləğv olunmalıdır. İddiaçı1 razılığı olmadan notariat kontorunun alqısatqı müqaviləsini təsdiq etməsinə görə də əldən çıxmış gəliri notariat kontoru ödəməlidir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı və digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmışdır. Lakin həmin əmlak o, həbsdə olarkən qeyri-qanuni olaraq digər şəxslərə satılmışdır. Belə ki, həmin şəxslər vicdansız sahibdirlər. Belə ki, həmin qeyri-yaşayış binasının bir hissəsini 2003-cü il və 2004-cü il tarixdə bağladığı alqı-satqı müqavilələri əsasında satmışdır. Lakin sonradan həbs olunduğundan satılmamış qalan əmlakının idarə edilməsi məqsədi ilə cəza çəkdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsindən mərhum qayınanasının adına xx xxxxxxx 2005-ci il tarixdə etibarnamə göndərmişdir. Maddi ehtiyacı ilə bağlı mağaza satılacağı təqdirdə də qayınanası əmlakın satış qiyməti ilə bağlı ona qabaqcadan məlumat verməli, onu dəyəri razılaşdırıldıqdan sonra əmlak satılmalı olmuşdur. Lakin onun məlumatı və razılığı olmadan mülkiyyətindəki Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən 73 kv.m köməkçi sahə, 33.2 kv.m əsas sahədən ibarət 2 otaqlı qeyri-yaşayış sahəsi mərhum qayınanası X24 ilə qaynı Cavabdeh2 arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında guya Cavabdeh2 5000 manata satılmışdır. Əslində isə X24 ilə Cavabdeh2 arasında heç bir alqı-satqı olmamışdır. xx xxxxxx 2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi də görünüş üçün bağlanmış bir müqavilədir. Çünki ananın öz oğluna əmlak satması ağlabatan deyildir. Həmçinin həmin ərəfədə ona məxsus olmuş qeyri-yaşayış sahəsinin real bazar dəyəri onun alqı-satqı müqaviləsində göstərilən dəyərindən 10 dəfə baha olmuşdur. Belə ki, o, eyni binanın birinci mərtəbəsindəki hər biri təxminən 14 kv.metrlik hər bir sahəni ayrılıqda 14000 ABŞ dollarına satmışdır. Bu isə onu deməyə əsas verir ki, mərhum qayınanası X24 ilə qaynı Cavabdeh2 arasında xx xxxxxx 2006-cı il tarixdə faktiki olaraq heç bir alqı-satqı mövcud olmamışdır. xx xxxxxx 2006-cı il tarixli alqısatqı müqaviləsindən sonra Cavabdeh2 ona məxsus əmlakı öz adına sənədləşdirmiş və 2008-ci ildə 2000 ABŞ dollarını nağd, qalan 40000 ABŞ dollarını isə sonradan ödənilməsi şərti ilə nisyə şəkildə Vüsal adlı şəxsə satmış, Vüsalın adından isə həmin əmlak digər şəxslərin adına sənədləşdirilmişdir. X37 2006-cı ildən həmin əmlakdan gəlir əldə edir. Əmlakın icarəsi 500 manat təşkil edir ki, bu, 12 ilə 72000 manat təşkil edir. X47 və X45 xx xxxxx 2011-ci ildə həmin əmlakdan gəlir əldə edirlər. Bu da 44000 manat gəlir edir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclаsındа iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun nümayəndələri, X32 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39, X33, Məmmədov Yusif İsmət oğlu, X28, X41, X47 və X45 birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Birinci instansiya məhkəməsi MPM-nin 185-ci maddəsinin tələbləri baxımından işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh X37 xx xxxxxxx 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddiaçıların ona qarşı irəli sürdükləri iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçıların öz qohumu Cavabdeh2 mülkiyyətində olan 26.45 kv.m qeyri-yaşayış sahəsini notariat qaydada xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satmış, tərəflər arasında alqısatqı müqaviləsi bağlandıqdan sonra 26.45 kv.m qeyri-yaşayış sahəsinin adına MH seriyalı, ******* nörəli çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsi xx xxxxxxxx 2006-cı il tarixdə onun adına qeydiyyata alınmışdır. Göründüyü kimi həmin qeyri-yaşayış sahəsi xx xxxxxxxx 2006-cı il tarixdən onun mülkiyyətindədir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 xx xxxxxxx 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə etiraz ərizəsi göndərərək göstərmişdir ki, hazırkı tələblərə məhkəmə tərəfindən bir neçə dəfə baxılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə göndərərək göstərmişdir ki, sözügedən əmlakın 2-ci mərtəbəsi 43 kv.m sahəsi olan əmlakı X39 ona alqı-satqı ilə girov qoyaraq 1 aya qaytarmaq adı ilə 17000 manat borc pul götürmüşdür. Lakin onu hər dəfə aldatmışdır. Bundan sonra Cavabdeh2 bildirmişdir ki, həmin əmlak həbsdə olan Əflatun Bəkirovun əmlakıdır. Onlar dəfələrlə Vüsal Məmmədovun anası ilə söhbət etsələr də 17000 manat borc qaytarılmamışdır. Ona görə də məcbur qalaraq Vüsal Məmmədova verdiyi 17000 manatı qaytarmaq üçün həmin əmlakın (yəni 2-ci mərtəbəni) öz bazar dəyərindən də aşağı Şahin Rəşidova aşağı qiymətə satmış və pulunu bərpa etmişdir. Həmçinin, Vüsal Məmmədov ondan 17000 manat götürdükdə həmin əmlakı 42000 ABŞ dollarına aldığını, lakin Cavabdeh2 hələ pulu ödəmədiyini bildirmişdir. Odur ki, bütün bunları nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 apelyasiya şikayətini iddia ərizələrinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatların dəlilləri ilə əsaslandıraraq Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qərardadı və qətnaməsinin ləğv edilməsini, xx.xx.2006-cı il 4Ə- 02/368 alqı-satqı müqaviləsinin, xx.xx.2006-cı il ********* çıxarış və xx.xx.2008-ci il 4Ə- 2/408 və xx.xx.2009-cu il 4Ə-01/232 və xx.xx.2010-cu il 4Ə-01/201 alqı-satqı müqavilələri və xx.xx.2015-ci il 4Ə-318 bağışlanma müqaviləsi və ********** çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, həmçinin Şəki şəhər M.Müşfiq küçəsində yerləşən Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səh 61, № 243, xx.xx.2006-cı il tarixdə X13 adına (məxsus) verilmiş qeydiyyat vəsiqəsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədov Yusif İsmət oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X57, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun nümayəndələri, iddiaçı və digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22, X32 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39, X33, X28, X41, X47 və X45 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 11/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki Bələdiyyə sədrinin xx xxxxxx 2002-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi başa çatdığı üçün X13 adına rəsmiləşdirilməsinə icazə verilmişdir. İşdə olan xx xxxxxx 2002-ci il tarixli, 243 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2003-cü il tarixli, 4Ə-İ/31 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X22 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 164.8 kv.m, əsas sahəsi 131.5 kv.m, köməkçi sahəsi 33.2 kv.m olan qeyri-yaşayış sahəsinin 8.25 kv.m hissəsini 26 000 000 manata alıcı X3. İşdə olan xx xxxxxx 2003-cü il tarixli, 243 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi X22 və X20 (8.25 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxx 2004-cü il tarixli, 4Ə-90 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X22 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 164.8 kv.m, əsas sahəsi 131.5 kv.m, köməkçi sahəsi 33.2 kv.m olan qeyri-yaşayış sahəsinin 14.8 kv.m hissəsini 70 000 000 manata alıcı Məmmədov Yusif İsmət oğluna satmışdır. İşdə olan xx xxxxx 2004-cü il tarixli, 243 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi X22, X33 (8.25 kv.m) və Məmmədov Yusif İsmət oğlunun (14.8 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxx 2004-cü il tarixli, 4Ə-90 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X22 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 164.8 kv.m, əsas sahəsi 131.5 kv.m, köməkçi sahəsi 33.2 kv.m olan qeyri-yaşayış sahəsinin 17.5 kv.m hissəsini 70 000 000 manata alıcı Məmmədov Yusif İsmət oğluna satmışdır. İşdə olan xx xxxxx 2004-cü il tarixli, 243 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi X22, X33 (8.25 kv.m) və Məmmədov Yusif İsmət oğlunun (33.5 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2004-cü il tarixli, 4Ə-155 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X22 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 164.8 kv.m, əsas sahəsi 131.5 kv.m, köməkçi sahəsi 33.2 kv.m olan qeyri-yaşayış sahəsinin 15.6 kv.m hissəsini 60 000 000 manata alıcı X1. İşdə olan xx xxxx 2004-cü il tarixli, 243 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi X22, X33 (8.25 kv.m), Məmmədov Yusif İsmət oğlu, (33.5 kv.m) və X9 (15.4 kv.m) dlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2006-cı il tarixli, 4Ə/1-06 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X22 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 164.8 kv.m, əsas sahəsi 131.5 kv.m, köməkçi sahəsi 33.2 kv.m olan qeyri-yaşayış sahəsinin 73.2 kv.m hissəsini 5 000 manata alıcı Cavabdeh2 satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxx 2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə X11 (15.4 kv.m), Məmmədov Yusif İsmət oğlu (33.5 kv.m), Cavabdeh2 (73.2 kv.m) və X20 (8.25 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2006-cı il tarixli, 4Ə/2-368 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh2 Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 164.8 kv.m, əsas sahəsi 131.5 kv.m, köməkçi sahəsi 33.2 kv.m olan qeyriyaşayış sahəsindən ona məxsus olan 73.2 kv.m hissəsindən 26.45 kv.m hissəsini 15600 manata alıcı X4. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxxxxx 2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə X32 (24.45 kv.m), X11 (15.4 kv.m), Məmmədov Yusif İsmət oğlu (33.5 kv.m), Cavabdeh2 (46.75 kv.m) və X20 (8.25 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxx 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə X32 (24.66 kv.m), X11 (16.5 kv.m), Məmmədov Yusif İsmət oğlu (35.06 kv.m), Cavabdeh2 (76.17 kv.m) və X20 (8.25 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2008-ci il tarixli, 4Ə-2/292 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh2 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 76.17 kv.m, əsas sahəsi 65.61 kv.m, köməkçi sahəsi 10.56 kv.m olan qeyri-yaşayış sahəsini 36500 manata alıcı X5. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxx 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X27 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X39 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 76.17 kv.m, əsas sahəsi 65.61 kv.m, köməkçi sahəsi 10.56 kv.m olan qeyri-yaşayış sahəsini 19000 manata alıcı X2. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2009-cu il tarixli, 4Ə-İ/237 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X28 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 76.17 kv.m, əsas sahəsi 65.61 kv.m, köməkçi sahəsi 10.56 kv.m olan qeyri-yaşayış sahəsini 10000 manata alıcı X7. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X31 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2010-cu il tarixli, 4Ə-İ/201 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X41 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 76.17 kv.m, əsas sahəsi 65.61 kv.m, köməkçi sahəsi 10.56 kv.m olan qeyri-yaşayış sahəsini 25000 manata alıcı X10. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X35 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxx 2015-ci il tarixli, 4Ə-318 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X41 ona məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 76.17 kv.m, əsas sahəsi 65.61 kv.m, köməkçi sahəsi 10.56 kv.m olan qeyri-yaşayış sahəsini X42 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 tərəfindən xx xxx 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X38 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1368/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat № 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında X14 məxsus olan Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən əmlakla bağlı X24 ilə Cavabdeh2 arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış, Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2006-cı il tarixli, AN-1 № ******* alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, 60-cı maddələrinə və 68-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 158.4, 337.1, 337.2, 337.3, 337.4, 386.1, 389.1, 390.1, 390.2, 399.1, 399.4, 421, 423, 567, 568.1, 568.2, 569.1, 570.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 4.1, 4.2 və 8.0.3-cü maddələrinə, İnsan Hüquqlarının və X18 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən mqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. İnsan Hüquqlarının və X18 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddiaları təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X22 mübahisələndirilən müqavilələr üzrə müqavilə tərəfləri deyillər. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X12 rayon 1 saylı DNK-nin xx xxxxxx 2006-cı il tarixli, 4Ə-02/368 saylı Cavabdeh2 ilə X37 arasında bağlanmış alqı-satqı, xx xxxxxx 2008-ci il tarixli, 4Ə-2/408 saylı X39 ilə X28 arasında bağlanmış alqı-satqı, xx xxxxxx 2009-cu il tarixli, 4Ə-01/232 saylı X28 və X41 arasında bağlanmış alqı-satqı, Şəki rayon 1 saylı DNKnin xx xxxx 2010-cu il tarixli, 4Ə- 201 saylı X41 ilə X45 arasında bağlanmış alqı-satqı və xx xxx 2015-ci il tarixli, 4Ə-318 saylı X45 ilə X47 arasında bağlanmış bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik şəxslər kimi qəbul edilə bilməzlər. Göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növbədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırılmalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkı tələbdə iddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxs məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. Mübahisələndirilən müqavilələr etibarsız hesab edilmədiyindən, iddiaçılarvə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğvi hissəsində də özü-özlüyündə əsassızdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Namiq Əyyub oğlundan 72000 manat bu vaxtadək əldən çıxmış gəlir, X47 və X29 44000 manat pul tələb etsə də qeyd edilən ziyan məbləğinin cavabdehlər tərəfindən vurulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddiaları təmin edilməməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh2, X37, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı X57 və Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilə və çıxarışların ləğvi» tələbinə dair iddia ərizələri üzrə iddia tələblərinin «Şəki şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən reyestr kitabı 1, səhifə 61, qeydiyyat nömrəsi 243, xx xxxxxx 2006-cı il tarixdə verilmiş qeydiyyat əsasında X14 məxsus olan qeydiyyat vəsiqəsinin bərpa edilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı nəzərə alınmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun 10 (on) manatı iddiaçılara aid edilsin, 05 (beş) manat dövlət rüsumunun iddiaçılara qaytarılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 tərəfindənödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların və müstəqil tələblər irəli sürən üçüncü şəxsin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan apelyatorlar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-11/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X22 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1426/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1426/2020
19.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver