Məhkəmə qərarları › İş №2(107)-1427/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1427/2020

11.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1427/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi, Cavabdeh1 QSC-nin nümayəndəsi X3 və üçüncü şəxs DƏDRX-nin 16 saylı X11 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər X6, Cavabdeh1 QSC-yə, Cavabdeh2na, üçüncü şəxs DƏDRXnin 16 saylı X10rşı “ipotekaya xitam verilməsi və s.” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(063)-176/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlərə və üçüncü şəxsə qarşı ipotekaya xitam verilməsi və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 döngə 16 ünvanında yerləşən 0,0627 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mərtəbəliyi 2,3 otaqlı, 397,7 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh1 QSC arasında xx xxx 2013-cü il tarixdə Cavabdeh2 26M000000386 saylı ipoteka müqaviləsinin ona aid hissəsinə xitam verilməsi, Ucar şəhəri, 20 Yanvar küçəsi, 3 ünvanında yerləşən cavabdeh X4 mülkiyyətində olan 0.1988 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 2489 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair X9 ilə Cavabdeh1 QSC arasında Cavabdeh2 bağlanmış xx xxxxx 2014-cü il tarixli, 26M000000532 saylı ipoteka müqaviləsinin etibarsız hesab edlməsi, yüklülük çıxarışlarının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(063)-176/2020 nömrəli (hakim H.Xəlilov) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və qeyrilərinə, habelə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X10rşı ipotekaya xitam verilməsi və s. tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi dünyada və Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD-19) yayılması səbəbindən 2020-ci ilin fevral ayında ölkənin dünyanın demək olar ki, bütün ölkələri ilə sərnişin daşınması dayandırıldığından müəssisənin fəaliyyəti iflic vəziyyətinə düşmüş, bu səbəbdən bütün məhkəmələr müəyyən dövrə qədər təxirə salınmış və işlərə baxılması dayandırılmışdır. Həmçinin, Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 113 saylı qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD- 19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixlərinin qeyriiş günləri müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin, koronavirus (COVİD- 19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli. 120 saylı qərarı ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkünlüyü qərara alınmışdır. Həmçinin, xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının bəzi regionlarında xüsusi karantin rejiminin vaxtı uzadılaraq xx xxx 2020ci il tarixə təyin edilmişdir. Lakin sonradan ona baxılmamış saxlama qərardadı gələndən sonra bilmişdir ki, regionlarda məhkəmələr açılmış və işlərə baxılması bərpa olunmuşdur. Xüsusi karantin rejimində evdə təcrid olduqlarından bu barədə səlis məlumat ala bilməmiş, həmçinin, xx xxx 2020-ci il, saat 00-dan tarixindən məhkəmələrin işləməsini o, ayın 5-dən kimi başa düşmüşdür. Bu səbəbdən də məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmiş, məhkəmə iclasında iştirak etmədiyindən iş baxılmamış saxlanılmışdır. Məhkəməyə gəlməməsi üzürlü səbəb olduğundan baxılmamış saxlama qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-176/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X8 şikayətə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs DƏDRX-nin 16 saylı X11 nümayəndəsi X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər X9 və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Digərləri isə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(063)-176/2020 nömrəli qərardadı tam, xx xxxx 2020-ci il tarixli, 2(063)- 176/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə hazırki mübahisələndirilən qərardadı qəbul edərkən ona əsaslanmışdır ki, iş üzrə məhkəmə baxışı xx xxx 2020-ci il tarixə, saat 15:45ə təyin edilmiş və məhkəmə baxışının vaxtı və yeri barədə iddiaçıya, cavabdehlər X6, Cavabdeh1 QSC-yə və Ucar rayon dövlət notariat ofisinə, habelə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X13 rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq iddiaçı, cavabdeh X9, cavabdehlər Cavabdeh1 QSC-nin və Ucar rayon dövlət notariat ofisinin, habelə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X11 nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və işə onların iştirakı olmadan baxılmasını da xahiş etməmişlər, ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsini baxılmamış saxlamalıdır. Birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanması üçün Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Çünki Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin imperativ tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. İş materiallarından göründüyü kimi, tərəflərin məhkəmə iclasına təkrar gəlməməsi halı olmamışdır. Deməli, məhkəmə işə baxılmasını davam etdirməməkdə haqlı olmamış, MPM-nin 185.4-cü maddəsinin tələbinə ziddi olaraq məhkəmə iclasını davam etdirməmiş, bunun da nəticəsi olaraqda iddia ərizəsinin baxılmamış saxlanması üçün qanuni əsaslar olmamışdır. Digər tərəfdən iddiaçı tərəfin şikayətindən görünür ki, iddiaçı respublikanın bəzi regionlarında xüsusi karantin rejiminin (COVİD-19) xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək uzadılmasından xəbərdar olsa da, bəzi rayonlarda fəaliyyət göstərən məhkəmələrin, o cümlədən Göyçay rayon Məhkəməsinin fəaliyyətinin xx xxx 2020-ci il tarixdən bərpa olunmasından məlumatsız olmuş, xx.xx.2020-ci il saat 00:00-ı ayın 5-i kimi başa düşmüşdür. Buradan da göründüyü kimi iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanuni əsaslar olmamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(063)- 176/2020 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx xxxx 2020-ci il tarixli, 2(063)- 176/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(063)-176/2020 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx xxxx 2020-ci il tarixli, 2(063)-176/2020 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər X6, Cavabdeh1 QSC-yə, Cavabdeh2na, üçüncü şəxs DƏDRXnin 16 saylı X10rşı “ipotekaya xitam verilməsi və s.” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar