Məhkəmə qərarları › İş №2(107)-1459/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1459/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1459/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh2 və onun vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(033)- 261/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 68130 manat bağ salınması üçün çəkilmiş x\rclər, 1500 ABŞ dolları torpağın alınması üçün verilmiş pul, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(033)-261/2020 nömrəli(hakim E.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 49790 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərə məxsus Əliabad qəsəbəsində “Çaliaxo” adlanan sahədə yerləşən 1,70 ha torpaq sahəsini 1500 ABŞ dollarına almışdır. Həmin alqı-satqı onların arasında 2005-ci ilin yay aylarında baş tutmuş və xx xxxxx 2006-cı ildə bu barədə akt yazmışlar. Belə ki, 2005-2006-cı illərdə onun sənədləri qaydasında olmadığına görə aldığı həmin torpaq sahəsni qohumu X1 adına sənədləşdirməklə onun həmin torpağı alınmasına dair akt tərtib etmişlər. Faktiki olaraq isə həmin torpağı o almışdır. Sonradan. Yəni xx xxxxxx 2014-cü ildə torpaq sahəsinin onun adına sənədləşdirmək üçün yenidən torpağın mülkiyyətçisi Cavabdeh1 iştirakı ilə yeni bir akt tərtib edilmişdir. Həmin vaxtdan yəni 2006-cı ildən torpaqlar onun istifadəsindədir. Həmin torpağın vergisini özü ödəyir. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariat kontorunda sənədləşdirə bilməmişlər. Buna görə də torpağın alqı-satqısını sübut etmək üçün öz aralarında şahidlərin iştirakı ilə akt tərtib etmişlər. Torpağın alqı-satqısını rəsmiləşdirmək üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şəki apellyasiya məhkəməsinin qətnaməsi ilə Zaqatala rayon məhkəməsinin qətnaməsi ləğv eidlmişdir. Belə olduğu halda həmin torpaq sahəsində çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pullar geri qaytarılmalıdır. Belə ki, həmin torpaq sahəsində 2000-ci ildən bəri 500 ədəd iri-xırda fındıq ağacı əkmişdir. Hazırda iri fındıq ağacının qiyməti 100 manat, xırdasının isə qiyməti 50 manatdır. Həmin bağda 200 ədəd iri, 300 ədəd isə xırda fındıq ağacları vardır. Fındıq ağaclarının dəyəri cəmi 35 000 manat təşkil edir. Bundan başqa ağacların əkilməsinə görə Ömərov Ömər Vəli oğluna 2000 manat, 500 manat kanal qazmaq üçün, 2000-ci ildən isə hal-hazıradək bağın qorunması üçün 1500 manat pul vermişdir. 19 ildə isə bu məbləğ 28500 manat təşkil edir. Bundan başqa həmin torpağın alqı-satqısı zamanı cavabdehlərə 1500 ABŞ dolları pul vermişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, İddiaçı ilə mülkiyyətlərində olan 1,70 ha torpaq sahəsi ilə əlaqədar ilk dəfə 2006-cı ildə söhbətləri olmuş və həmin torpaq sahəsinə baxmaq ona çətin olduğu üçün onun qohumu X2 1500 ABŞ dollarına icarəyə vermiş ki, onlar bu torpaqdan istifadə etsinlər. Həmin vaxt uşaqları Rusiya Federasiyasında olmuş, qızı isə Bakı şəhərində yaşamışdır. Digər tərəfdən həmin torpaq sahəsi ondan başqa bir neçə şəxsin mülkiyyətində olmuş, onun həmin torpaq sahəsinə sərəncam vermək hüququ olmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, nə X10 Mərkəzi, nə də ki, ekspertiza rəyi ilə razı deyil. İddiaçı həmin torpaqdan yetərincə istifadə etmiş və gəlir götürmüşdür. Bundan əlavə iddiaçı mübahisəli torpaq sahəsinə qanunsuz yiyələnmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsiniun qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasındakı qarşılıqlı münasibəti düzgün qiymətləndirməmişdir. Çünki bu illər ərzində mübahisəli torpaq sahəsi cavabdehlərə məxsus olmuş, bütün subsidiaları cavabdehlər almışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsassızdır, ona görə də Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər iddiaçının etibarından istifadə edərək onu aldatmışlar. Belə ki, bu illər ərzində iddiaçı həmin torpaq sahəsinə xeyli sayda qoz-fındıq ağacları əkmiş, becərmiş, onlara aqrotexniki qulluq göstərməklə xeyli məbləğdə xərc çəkmişdir. Cavabdeh tərəf bu illər ərzində həmin torpaq sahəsində heç bir əkin-biçin işləri aparmayıb. Verilmiş arayışlar da yalnız yanacaqla bağlı subsidiyalardır.Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, əvvəlki və sonrakı sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, bununla bağlı qətnaməyə yanlışlıq qərardadı qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qanunvericiliyin tələbindən göründüyü kimi qətnamədə maddi normanın tətbiq edilməməsi ilə bağlı sonradan yanlışlıq verilməsi nəzərdə tutulmamışdır İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Mülki işdə olan, xx xxxxxx 2014-cü il tarixli tərəflər arasında imzalanaraq təsdiq edilmiş aktdan görünür ki,1.70 ha torpaq sahəsini cavabdeh iddiaçıya 1500 ABŞ dollarına satmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2006-cı il tarixli aktdan görünür ki, cavabdehin ailə üzvlərinin sözügedən torpaq sahəsinin satılmasına etiraz etmədiklərini bildirmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsindən görünür ki, Zaqatala rayonu,Əliabad qəsəbəsində yerləşən Cavabdeh1 və ailəsinə məxsus "Çaliaxo" adlanan sahədə yerləşən 1.70 ha torpaq sahəsi üzrə tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi İddiaçı ̇Məmməd qızının mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(107)-2887/209 saylı qətnaməsinin surətindən görünür ki, Zaqatala rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-635/2019 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala Dövlət X6 xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən fındıq bağının ölçüləri 62 m x 274 m = 17000 kvm və ya 1,70 ha olmaqla 10x1 əkin sxemində 420 topadan ibarətdir. Onlardan 250 topa fındıq ağacı təqribən 10 il əvvəl əkilmiş bir neçə ildir ki məhsul verməyə başlamışdır. 50 ədəd fındıq topası sonradan əkilmiş, məhsul verməyə başlamışdır. 120 ədəd fındıq topası isə yararsız fındıq topa olduğu üçün çıxarılaraq yenidən əkilmişdir. 250 fındıq topası 1 topaya 160 manat olmaqla 40 000 manat qiymətləndirilib. 50 topa fındığa orta qiymət olaraq 1 topaya 50 manat olmaqla 2500 manat olmuşdur. Yeni salınan 120 topa fındığa hər topaya 30 manat qiymətləndirərək təqribi 3600 manat olmuşdur. Əkilmiş 17 ədəd qoz ağacları məhsul verməyə başlamış və hər bir qoz ağacı üçün 70 manat hesablanaraq təqribi 1190 manat qiymətləndirilmişdir. Bundan başqa həmin sözügedən sahənin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi və sərhədlərin bağlanmasına görə 2500 manat sərf edilmişdir. Ümumi məbləğ 49790 manat müəyyən edilə bilər. Apellyasiya icraatı zamanı təyin edilmiş xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 337 nömrəli rəydən müəyyən olunur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,70 ha torpaq sahəsindəki 226 ədəd fındıq topalarının inkişaf səviyyəsinə əsasən fındıq topalarının yaşının 12 il olması və həmin ağaclara 12 ilədək, sualın tədqiqat hissəsində sadalanan aqrotexniki qulluq göstərilməsi müəyyən edilir. Yerdə qalan, 238 ədəd məhsuldarlığa düşməyən 2-4 illik sonradan əkilmiş fındıq topalarına (yarısı 2 illik, yarısı təxminən 4 illik), 17 ədəd məhsuldar, təxminən 14 illik qoz ağaclarına aid olması müəyyən edilir. Ekspert baxışına təqim edilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,7 ha torpaq sahəsində salınmış 12 yaşı olan, 226 ədəd məhsuldar fındıq topasından, 119 ədəd 4 illik, 119 ədəd 2 illik fındıq topasından və 17 ədəd məhsuldar qoz ağacı olan bağının, aparılmış abadlaşdırma işləri nəzərə alınmaqla, hazırki bazar dəyəri təxminən 1 manat müəyyən edilir. O cümlədən: -12 yaşlı 226 ədəd məhsuldar fındıq topasının dəyəri (226 əd x 120rh) - 27120,00 manat; -119 ədəd 4 illik fındıq ağacının dəyəri (119 əd x 404\) - 4760,00 manat; -119 ədəd 2 illik fındıq ağacının dəyəri (119 əd x 20rh) - 2380,00 manat; -4-5 şitildən ibarət fındıq topasının əkilmə xərci (464 topa x 2rh) - 928,00 manat; -17 ədəd məhsuldar qoz ağacının dəyəri (17 əd x 80rh) -1360,00 manat; -14 ildə bağa qulluq edilmə və bağın mühafizəsi (30rh x 14 il x 12ay) - 5040,00 manat; -355 metr kanalın qazılması xərci (355 metr x 3<t\) - 1065,00 manat. Qeyd: 12 illik fındıq ağacları bazarlarda satılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 10 manat qiymətləndirilməklə, 12 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 120,00 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın mümbitliyindən, suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər-çə-kənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa-nun-vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsaslı olsa da, iddianın təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Birincisi ona görə ki, işin faktiki hallarından müəyyən olunur ki, təxminən 14-15 ild bundan əvvəl tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. Lakin həmin torpaq sahəsinin alqı-satqısı baş tutmamışdır. Sonradan tərəflər arasında mübahisə yarandığından cavabdehlərin tələbi ilə iddiaçı həmin torpaq sahəsindən istifadə etməmiş və cavabdehlərə geri qaytarmışdır. Göründüyü kimi mübahisəli ərazidə olan bəhər verən ağaclar (qoz, fındıq və s) da məhz iddiaçı tərəfindən əkilmiş, becərilmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. Artıq həmin fındıq, qoz ağacları bəhər, qazanc verən bir ərəfədə cavabdeh tərəf mübahisə edərək həmin torpağın iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, geri tələb etmişlər. Məhz bundan sonra İddiaçı öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağaclarının dəyərini tələb edir. İkincisi, yuxarıda qeyd olunduğu kimi iddiaçı bu illər ərzində həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda çoxillik ağaclar (qoz, fındıq tingləri) əkmiş və uzun zaman həmin torpağa və fındıq topalarına, qoz ağaclarına öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. İddiaçı da öz aralarındakı danışığı etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və qoz ağaclarının (topalarının) əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda cavabdehin apellyasiya şikayətinin dəlilləri inandırıcı görünmür. Buradan da bir daha görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, cavabdeh bu qədər xərc çəkmişdir. Üçüncüsü, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilibbecərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd etməyi lazım bilir ki, cavabdeh mübahisəli torpaq sahəsində əkilib-becərilmiş ağaclara münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməklə yanaşı işə baxılarkən də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İşdə olan xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin Mərkəzinin xx xxxxxxxx 2020ci il tarixli 337 nömrəli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Kollegiya belə qənaətə gəlir ki, ekspertizanın keçirilməsi təşəbbüsü cavabdeh tərəfindən olduğundan ekspert xərci də onlara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(033)-261/2020 nömrəli qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 42.653.0 (qırx iki min altı yüz əlli üç) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar