Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1466/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı, onun vəkili X4, nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı xx xxxxxx 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-223/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və onun nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsindən imtina, müqavilənin və ona əsasən verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia tələbində dəqiqləşdirmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) xx xxx 2020-ci il tarixli 2(019)- 223/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və onun nümayəndəsi X8 apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1933-cü ildə anadan olmuşdur. 86 yaşı var. Ahıl yaşda olduğunu və sağlamlıq vəziyyətini nəzərə alaraq, həm də ona qismən yardımçı olmaq məqsədi ilə bu qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0555 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 93.80 kvm olan fərdi yaşayış evini qızı Cavabdeh bağışlayaraq, hədiyyə versin. Bu haqda qızına da fikirlərini və məqsədini bildirmişdir. Qızı da onun dedikləri ilə razılaşaraq, ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, tərəfindən veriləcək hədiyyəni də qəbul edəcəyini bildirmişdir. Bu haqda razılığa gəldikdən sonra Balakən rayon notariat idarəsinə getmişlər. xx xxxxxx 2019-cıı il tarixdə Balakən rayon notariat idarəsində bağladıqları 4ə- 71 saylı bağışlama müqaviləsi ilə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakı olan 0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv m olan fərdi yaşayış evini əvəzsiz olaraq, heç bir öhdəlik qoyulmadan qızı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinin xərclərini də özü yerinə yetirmişdir. Qızı notariusun yanında hədiyyəni qəbul etdiyini təsdiq etmişdir. Hədiyyəni qəbul edən qızı qəbul etdiyi hədiyyəni Daşınmaz Əmlakın Dövət Reyestri Xidməti Zaqatala 18 saylı Zaqatala ərazi idarəsində **********36- 10301 reyestr nömrəsi ********** qeydiyyat nömrə olmaqla seriya RX N: ******* olan Çıxarış alaraq, əldə etdyi hədiyyə üzərində mülkiyyət hüququnu tam rəsmiləşdirmişdir. Bağışlama müqaviləsi ilə bağlı notariat kontorunda bütün xərcləri də özü ödəmişdir. Cavabdeh olan qızı hədiyyəni qəbul etdikdən sonra ona müalicəsi ilə bağlı apteklərdən dərman almaq üçün verdiyi 700 (yeddi yüz) manat pulu özü üçün xərcləyib, ona heç bir dənə də olsun dərman almamışdır. Onunla heç belə maraqlanmır, zəng etdiyi zaman telefonu belə açmır. Özü də normal yeriyə bilmir. Qeyd etdiyi hərəkətləri ilə bağlı ona məqsədini, fikrini deyə bilmir. Zənglərinə cavab vermir. Belə olan halda onun çıxış yolunun ancaq ona bağışladığı hədiyəni bağışlamaqdan imtina elməkdir. Qızı Cavabdeh ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, lakin onun bu öhdəliyi qəbul etməsini bağışlama müqaviləsində qeyd-şərt kimi yazdırmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 86 yaşı var. Ahıl yaşda olduğunu və sağlamlıq vəziyyətini nəzərə alaraq, həm də ona qismən yardımçı olmaq məqsədi ilə bu qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0555 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 93.80 kvm olan fərdi yaşayış evini qızı Cavabdeh bağışlayaraq, hədiyyə versin. Bu haqda qızına da fikirlərini və məqsədini bildirmişdir. Qızı da onun dedikləri ilə razılaşaraq, ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, tərəfindən veriləcək hədiyyəni də qəbul edəcəyini bildirmişdir. Cavabdeh olan qızı hədiyyəni qəbul etdikdən sonra ona müalicəsi ilə bağlı apteklərdən dərman almaq üçün verdiyi 700 (yeddi yüz) manat pulu özü üçün xərcləmiş, ona heç bir dənə də olsun dərman almamışdır. Onunla heç belə maraqlanmamış, zəng etdiyi zaman telefonu belə açmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. 2019-cu il tarixdə həmin torpaq sahəsini və evi qızı Afət Qarayevə bağışlamışdır. Hazırda həmin evdə oğlu Cavanşirlə birlikdə yaşayır. Düzdür, müqavilədə bu barədə şərt göstərilməsə də, cavabdeh onun telefon zənglərinə cavab vermir, ona qulluq etməkdən yayınır. Ona görə də artıq həmin müqavilənin ləğv etdirmək qərarına gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun atası, cavabdeh isə bacısıdır. Hazırda yaşadıqları ev əvvəllər atasına məxsus olsa da, sonradan atası həmin evi cavabdehə bağışlamışdır. Lakin qeyd olunan evi o tikmişdir. Cavabdeh iddiaçını aldadaraq notariusa aparmışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıya heç bir köməklik olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X9 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual normalar pozulmuşdur. Bundan əlavə mübahisəli əmlaka dair bağışlama müqaviləsi rəsmiləşdirilərkən notarius müqaviləni düzgün tərtib etməmişdir. Çünki həmin müqavilədə cavabdeh tərəfindən iddiaçıya qulluq və köməklik edilməsi barədə şərtlər qeyd olunmalı idi. Notarius tərəfindən iddiaçıya heç bir hüquq və vəzifə izah olunmamışdır. Hesab edir ki, apelyasiya şikayəti tam əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılımasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əvvala həmin əmlak tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmaqla, sonradan cavabdehə notarial qaydada bağışlanılmışdır. Qeyd olunan ev və torpaq sahəsi 2012-ci il tarixli alqı-satqı nəticəsində iddiaçının adına keçmişdir. Yəni evin və torpaq sahəsinin iddiaçının oğullarına heç bir aidiyyəti yoxdur. Bundan əlavə bağışlama müqaviləsi heç bir şərtdən asılı edilməmiş, qanunvericiliyin tələbinə görə şərtdən və öhdəlikdən asılı edilə də bilməzdi. Sadəcə iddiaçının oğulları bu işdə maraqlı olduğundan hazırki iddianı vermişlər. Cavabdeh xeyli müddət atasına həm qulluq, həm də köməklik etmiş, onu xəstəxanalara da aparmışdır. Cavabdeh hazırda maddi imkansızlığı səbəbindən Bakı şəhərində xadimə işləyir. Odur ki, apelyasiya şikayətini və iddianı qəbul etmir, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6 nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. DƏDRX-i məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-223/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0.0555 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.80 kvm olan fərdi yaşayış evi və 0.0555 hatorpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. xx xxxxxx 2019-cu il tarixli, 4ə-71 saylı Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 3 ünvanında 0.0555 ha torpaq sahəsinivəüzərindəki ümumi sahəsi 93.80 kv.metr olan fərdi yaşayış evi hədiyyə olaraq qızı Cavabdeh bağışlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı qızı Cavabdeh xx xxxxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi ilə özünə məxsus olan ünvan 3 ünvanında 0.0555 ha torpaq sahəsi vəüzərindəyerləşən ümumi sahəsi 93.80 kvm olan fərdi yaşayış evi hədiyyə olaraq bağışladığı müqavilədən imtina edir, həmin müqaviləni razılıq ilə ləğv etməyi xahiş edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəlləsinin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü bölməsinin 13-cü fəslində əqdlərdən (əqdlər haqqında ümümi müddəlar-anlayışı və növləri, formaları və s.), 20-ci fəslin 4-cü paraqrafında isə (421-424-cü maddələr) müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarından bəhs edilir. Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı, eləcə də sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı Cavabdeh atası olmaqla xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakı -0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv. metr olan fərdi yaşayış evini əvəzsiz olaraq, heç bir öhdəlik qoyulmadan qızı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsindən sonra cavabdeh aidiyyəti üzrə DƏDRX-nə müraciət edərək öz adına hüquq müəyyənedici sənəd almışdır və hazırda əmlak sonuncunun mülkiyyətindədir. İddiaçı tərəfindən də həmin bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarış mübahisələndirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi bağışlanıldıqdan sonra qızı (cavabdeh) ona baxmır, telefon zənglərinə cavab vermir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkincisi, iddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli yaşayış evini bağışladıqdan sonra cavabdehin ona qulluq etməməsini, onun telefon zənglərinə cavab vermədiyini mübahisələndirir. Kollegiya iddiaçının bu dəlili ilə də razılaşmır. Ona görə ki, qeyd olunan xx xxxxxx 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsinin məzmununda tərəflər arasında belə bir şərt mövcud deyil, müqavilə hansısa öhdəliklə şərtləndirilməmişdir. Kollegiya geyd edir ki, müqavilənin dəyişdirilməsi və ya ləğvi müqavilə bağlanarkən razılaşdırılmış olan şərtlərin bir tərəfin mənafeyinə görə dəyişdirilməsi və ya ləğvini nəzərdə tutur. Çünki normal hallarda tərəflər razılaşdırılmış olduqları müqavilələ şərtləri ilə bağlıdır. Üçüncüsü, kollegiya qeyd edir ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini bilir və bununla razılaşaraq müqaviləyə imza edir. Qeyd olunamlıdıdr ki, bu xarakterli müqavilələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, müqavilə şərtlərinə daxil olmayan öhdəliyin cavabdehdən qəti şəkildə tələb edilməsi aşkar şəkildə ədsalətsizliyə səbəb olar. Dördüncü, müqavilənin bağlandığı zaman razılıqla bağlı qarşı tərəfin iradəsinin sonradan şəraitin gözlənilməz olaraq əhəmiyyətli dərəcədə dəyişməsinəticəsində əmələ gələn vəziyyəti ehtiva etmədiyini bilə-bilə onu əvvəlki ilə müqayisədə olduqca ağır hala gələn öhdəliyin icrasına məcbur etmək əslində “əhdə” uyğun deyildir. Çünki bu kimi tələb bir tərəf üçün olduqca ağırlaşmış olan öhdəliyin faktiki olaraq həmin tərəfin müqaviləyə olan razılıqla bağlı iradə ifadəsinin məlum olan həqiqi məzmununa uyğun gəlmədiyi bilindiyi halda həmin tərəfi belə bir öhdəliyi icra etməyə məcbur etmək müqavilə ədalətini təmin etmək məqsədinə xidmət etmir. Beşinci, iddiaçı özünün yaşlı və kimsəsiz olduğunu bildirir. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı heç də özünün dediyi kimi qulluqdan kənar deyil. Belə ki, iddiaçı özü məhkəmə iclasında etiraf etmişdir ki, mübahisəli evdə hazırda oğlu ilə birlikdə yaşayır. Bundan əlavə işin faktiki hallarından göründüyü kimi iddiaçının hər iki oğlu onun nümayəndəsi olmaqla, iddiaçının mənafeyindən çıxış edirlər ki, bu da özü-özlüyündə sonuncuların mübahisəli evdə maraqlı olmalarına dəlalət edir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilmişdir. Bundan əvvəl də qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-223/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və onun nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-223/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1466/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1466/2020
15.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver