Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1481/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X9 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-613/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-613/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı onların xx xxxxxxxx 2007-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 160 manat alimentin alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların xx xxxxxxxx 2007-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2 (040)-532/2018 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan xx xxxx 2006-cı ilə doğulmuş X5 anasının, xx xxxxxxxx 2007-ci ildə doğulmuş X10 onun yanında saxlanılması, xx xxxxx 2018-ci il tarixdən hesablanmaqla xx xxxx 2006-cı ilə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində aliment ondan alınaraq X6 verilməsi qət edilmişdir.Sonradan Kəlbəcər rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(040)159/2019 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2007-ci ildə doğulmuş X10 onun yanında saxlanılmışdır. xx xxx 2018-ci il tarixli 2(040)532/2018 saylı qətnaməsi ilə o, aliment öhdəliyindən azad edilmişdir. Həmin qətnamədə Cavabdeh yanında qalan X1 üçün məndən 100 manat aliment alınıb ona ödənilməsi qət edilmişdir. Belə olan halda iş üzrə Cavabdeh onun yanında qalan X10 yetkinlik yaşına çatanadək saxlanılması aliment ödəməlidir. O özü 2 dərəcəli əlildir. Həmçinin Cavabdeh ilə birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün ona köməklik etmir və o da maddi cəhətdən çox çətinlik çəkir. Belə ki o, cavabdehdən ayrıldıqdan sonra başqa bir şəxslə rəsmi qaydada ailə qurmuşdur və həmin nikahdan da xx xxxxxx 2020-ci il təvəllüdlü X11 adlı uşağı anadan olmuşdur. Bundan başqa, cavabdeh hal-hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. Gündəlik qazancı yaxşıdır. Xeyli pul qazanmasına baxmayaraq, qazandığından uşağın saxlanılması üçün ona köməklik etmir. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı ilə xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2 (040)-532/2018 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan xx xxxx 2006-cı ilə doğulmuş X5 onun, xx xxxxxxxx 2007-ci ildə doğulmuş X10 isə atasının anında saxlanılması, xx xxxxx 2018-ci il tarixdən hesablanmaqla, xx xxxx 2006-cı ilə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində aliment İddiaçı alınaraq ona verilməsi qət edilmişdir. Sonradan Kəlbəcər rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(040)159/2019 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2007-ci ildə doğulmuş X10 İddiaçı yanında saxlanılmışdır. Həmin qətnamədə onun yanında qalan X1 üçün iddiaçıdan 100 manat aliment alınıb ona ödənilməsi qət edilmişdir. Hazırda o, uşağının qayğısına qaldığına görə iş axtarmaq şəraitində deyil və buna görə də heç bir yerdə işləmir. Ailəsini həmin 100 manat məbləğində aliment pulu ilə güclə dolandırır. Özünün də maddi vəziyyəti son dərəcədə çətindir. İddiaçının dediyi həqiqəti əks etdirmir, o heç bir yerdə işləmir. İddianı qəbul etmir və hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, hüquqlarının pozulması nəticəsində göstərilən qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə razı deyil, narazıdır və həmin qətnaməni əsassız sayır. Qətnamə çıxarılarkən düzgün araşdırılma aparılmamışdır. Beləliklə də onun qanunvericiliklə müəyyən edilmiş prosessual hüquqları pozulmuşdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-613/2020 nömrəli qətnaməsini ləğv edərək birgə nikahdan anadan olan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X10 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X13 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-613/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-613/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixdə verilmiş akt qeydindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olmuşdur. Atası İddiaçı, anası isə X7r. İşdə olan Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-159/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(040)-532/2018 saylı qətnaməsi əsasında anası X3 yanında saxlanmış və faktiki olaraq atası İddiaçı yanında olan- xx xxxxxxxx 2007-ci ildə doğulmuş X14 atası-İddiaçı yanında saxlanılması, Kəlbəcər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(040)-532/2018 saylı qətnaməsi ilə X2 üçün müəyyən edilmiş aliment öhdəliyinə xx xxxx 2019-cu il tarixdən xitam verilməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının qismən təmin edilərək, Kəlbəcər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(040)-532/2018 saylı qətnaməsi əsasında atası İddiaçı yanında saxlanmış və faktiki olaraq anası Cavabdeh yanında olan- xx xxxx 2006-cı ildə doğulmuş X5 anası-Cavabdeh yanında saxlanılması, X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı aylıq 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh ödənilməsi, alimentin tutulmasının xx xxxx 2019cu il tarixdən hesablanması qət edilmişdir. İşdə olan AZ-İİ 292574 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X15 arasında xx xxxx 2019-cu il tarixdə Kəlbəcər rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İV 405558 seriya nömrəli doğum haqqında şəhadətnamənin əslinə baxılmaqla tədqiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2020-ci il təvəllüdlü X4 atası İddiaçı, anası isə X8r. İşdə olan ƏƏSM Nazirliyi tərəfindən verilmiş 093876 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İİ dərəcəli əlildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 112-cimaddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Kəlbəcər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2 (040)-532/2018 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Kəlbəcər rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(040)159/2019 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2007-ci ildə doğulmuş X10 İddiaçı yanında saxlanılmışdır. xx xxx 2018-ci il tarixli, 2(040)532/2018 saylı qətnaməsi ilə İddiaçı aliment öhdəliyindən azad edilmişdir. Həmin qətnamədə Cavabdeh yanında qalan X1 üçün İddiaçı 100 manat aliment alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı uşağın qayğılarının artmasını, ikinci dəfə ailə qurmasını, həmin nikahdan da bir uşağının olmasını, həmçinin ikinci dərəcəli əlil olmasını bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tərəflər arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan xx xxxx 2006-cı ilə doğulmuş X5 anasının, xx xxxxxxxx 2007-ci ildə doğulmuş X10 isə atasının yanında saxlanılmış, X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı izahatında cavabdehin maddi durumunun yaxşı olmasını, onun işləməsini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda şərh edilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, İddiaçı onların xx xxxxxxxx 2007-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 160 manat alimentin alınıb ona verilməsitələbinə dair iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-613/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-613/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1481/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1481/2020
26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver