Məhkəmə qərarları › İş №2(107)-1488/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1488/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1488/2023 20.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qərardadından Maraqlı şəxs verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 01 iyun 2(075)-3416/2017 saylı qətnaməsi ilə müəyyən dilmiş alimentin miqdarını dəyişərək uşaqları 23 iyul 2012-ci il təvəlüdlü X2 və 30 iyul 2013-cü il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa ayda 220 manat sabit pul məbləğində alimentin və hər uşaga hər ayda 200 manat əlavə xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə 16 avqust 2023-cü il tarixdə baxılaraq qətnamə çıxarılmış və qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti 12 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(107)-1172/2023 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2(107)-1172/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilmiş, Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmış, Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 18 oktyabr 2023-cü il tarixdə Maraqlı şəxs Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qərardadından Maraqlı şəxs 25 noyabr 2023-cü il tarixdə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cüil tarixli, e-2(075)-1560/2023 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsinin qeyd edilmən mövqeyi tamamilə əsassızdır. Belə ki, Cavabdeh Farıs oğlu 2020-ci il tarixdə onunla ailə qurmuşdur. Onların birgə nikahlarından 7 fevral 2021-ci il tarixdə X5 və 12 iyul 2022-ci il tarixdə X4 adlı 2 (iki) övları anadan olmuşdur. Hazırki iddia tələbindən göründüyü kimi iddiaçı onun ərinin keçmiş arvadıdır və birgə nikahdan olan övladları üçün təyin edilmiş alimentin miqdarının artırılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmişdir. İddia tələbinin qismən təmin edilərək alimentin miqdarının artırılması onun və azyaşlı uşaqlarının hüquqlarını pozur. Belə ki, daha öncə alimentin təyin edilməsindən sonra Cavabdeh Farıs oğlu onunla ailə qurmuş və onların birgə nikahlarından iki azyaşlı övladları var. Alimentin miqdarının artırılması onların yaşayış səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır və beləliklə onların hüquqları pozulur. İddiaçı iddia ərizəsində cavabdehin yenidən ailə qurduğını yeni ailəsindən 2 (iki) uşağının olmasını, artıq himayəsində yeni uşaqlarının olduğundan onların da qayğısına qalmaq borcunun əmələ gəldiyini qeyd etməmiş və gizlətmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2(075)-1560/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 2(075)-1560/2023 nömrəli, 15 noyabr 2023-cü il tаrixli qərаrdаdındаn Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)- 1560/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 47.2-ci maddaəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə qərarlarından şikayət etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından da göründüyü kimi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materialları ilə müəyyən edilir ki, apellyasiya şikayət verən şəxs Maraqlı şəxs İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəf deyil, eyni zamanda Şəki Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(075)1560/2023 saylı qətnaməsinin onun mənafeyinə və maraqlarına təsir etməsinə dair sübutları (məlumatları) şikayətinə əlavə etməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verən şəxs Maraqlı şəxs iş üzrə proses tərəflərinin nümayəndəsi olduğuna dair səlahiyyətini təsdiq edən etibarnaməni də iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsində göstərilmişdir ki, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1, 363.1.1-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(075)-1560/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar