Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1494/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı “əmək haqqı, maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmək haqqı, maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi X3, Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 Eyyub oğlunun iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 12 sentyabr 2018-ci il tarixli pedaqoji şuranın qərarı ilə verilmiş 6 saat dərsin davam etdirilməsi haqqında, ona məcburi iş buraxmaya görə 15 sentyabr 2018-ci il tarixdən bu günə kimi dəymiş təxminən 2200 (iki min iki yüz) manat məbləğində pulun 4 saylı ƏMHM-dən, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmədiyinə görə ona dəymiş təxminən 1300 (bir min üç yüz) manat məbləğində pulun Cavabdeh2ndən, həmin dövr üçün onun səhhəti ilə əlaqədar ona dəymiş 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə pulun məktəbin direktoru Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 əsl cavabdeh olan Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə ADPU-nun Riyaziyyat fakültəsini bitirmişdir. Həmin ildən bu günə kimi fasiləsiz olaraq riyaziyyat müəllimi və psixoloq işləyir. 2002-ci ilin sentyabrın 1-dən ailə vəziyyəti ilə əlaqədar olaraq Şəki rayonu Böyük Dəhnə kəndinə köçmüşdür. Həmin gündən bu günə kimi də əmək fəaliyyətini Böyük Dəhnə kənd 1 saylı orta məktəbdə riyaziyyat müəllimi və psixoloq kimi davam etdirir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati təsərrüfat, tədris köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü aparmaları haqqında” Normalarının 3- cü bölməsinin 4-cü abzasının tələblərinə uyğun olaraq 2002-2003 və 2003- 2004-cü tədris ilində 0.5 stavka (6 saat), həmin ildən başlayaraq 2017-ci ilin sentyabrına kimi, yəni 13 il fasiləsiz olaraq 1 stavka, yəni 12 saat dərs demişdir. Bu haqda məktəbin direktoru Cavabdeh1 imzaladığı 23 oktyabr 2017-ci il tarixli, 569 nömrəli arayış mövcuddur. 2007-ci ildən başlayaraq Təhsil Nazirliyi sistemində işləyən müəllimlərlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 iyul 1999-cu il tarixli, 602 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemi üzrə əmək müqaviləsinin yenidən bağlanması işləri aparılmışdır. O da məktəbin sabiq direktoru Elşad Yusifovla 20 oktyabr 2007-ci ildə Əmək Məcəlləsinin 42.1, 43.1, 44.1, 45.1 və 49.1-ci maddələrini əsas götürərək əsas vəzifəsi riyaziyyat müıəllimi, psixoloq olmaqla “xxxxxxx000100” nömrəli əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikasının sabiq Təhsil naziri cənab M.Cabbarovun “Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi haqqında” müvafiq əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarının 3-cü bəndinə əsasən, başqa sözlə Qaydaların 3.1.1-ci maddəsinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında müddətsiz işləyən müəllimlər diaqnostik qiymətləndirməyə cəlb olunurlar. Onun da müqavilədə göstərildiyi kimi əsas iş yeri Böyük Dəhnə kənd 1 saylı tam orta məktəb olmaqla, müddətsiz riyaziyyat müəllimi, psixoloqdur. Məktəbin direktoru Cavabdeh1 müəllimlərin sənədlərini diaqnostik qiymətləndirməyə hazırlayıb təqdim edərkən onun sənədlərini təqdim etməmişdir. O, məktəbin direktoru Cavabdeh1 bunun səbəbini soruşduqda o, sadəcə olaraq “texniki səhv olub” cavabını vermiş və əlavə etmişdir ki, müəllimlərin növbəti diaqnostik qiymələndirilməsi keçirilərkən onun sənədləri də təqdim ediləcək. Lakin 2017-ci ilin avqust ayında növbəti dəfə müəllimlərin və rəhbər işçilərin diaqnostik qiymətləndirilməsi keçirilərkən direktor onun sənədlərini yenə təqdim etməmişdir. Bununla da o, müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi aparılanadək əmək haqqının artırılmasından məhrum edilmişdir. Belə ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 1 stavka üçün əmək haqqı 595 manat, diaqnostik qiymənləndirmədən keçməyən müəllimlərin əmək haqqı isə 450 manatdır. 12 sentyabr 2018ci il tarixdə məktəbin pedaqoji şurasında 2018-2019-cu tədris ili üçün müəllimlərin növbəti dərs bölgüsü aparılarkən pedaqoji şuranın qərarı ilə ona Vİ sinifdə 5 saat riyaziyyat dərsi və həmin sinifdə 1 saat fakültativ olmaqla, cəmi 6 saat dərs verilmişdir. Onun şifahi tələbi ilə məktəbin direktoru Cavabdeh1 bu dərslərin ona verilməsi haqqında 12 sentyabr 2018-ci il tarixli, 1 nömrəli pedaqoji şura qərarından çıxarış, pedaqoji şura qərarının təsdiq edilməsi haqqında 15 sentyabr 2018-ci il tarixli, 75 nömrəli əmrdən çıxarış və Şəki Rayon Məhkəməsinə təqdim etmək üçün 15 sentyabr 2018-ci il tarixli, 674 nömrəli arayış təqdim etmişdir. Bir müddət keçdikdən sonra məktəbin direktoru Cavabdeh1 onu dərsə buraxmamış, 10 oktyabr 2018-ci il tarixdə onu yanına dəvət edərək dərsləri şifahi əmrlə ondan almışdır. Bununla da onu məcburi işburaxmaya vadar etmişdir. O, dəfələrlə dərslərinin qaytarılmasını xahiş etsə də direktor onun dərslərini qaytarmamışdır. Məktəbin daimi riyaziyyat müəllimi kimi müxtəlif vaxtlarda istehsalatdan ayrılmaqla Cavabdeh2 göndərişi ilə müxtəlif kurslarda iştirak edərək müxtəlif sertifikatlar almışdır. Belə ki, əmək müqaviləsinə uyğun olaraq məktəbin daimi riyaziyyat müəllimi kimi ŞŞTŞ-nin göndərişi ilə 02.06.2014-25.06.2014-cü il tarixlərdə stehsalatdan ayrılmaqla AMİ-nin Şəki filialında “Riyaziyyat müəllimlərinin bir aylıq ixtisasartırma təhsili”ni bitirərək İB №131973 nömrəli sertifikat almışdır. Həmçinin, əmək müqaviləsinə uyğun olaraq məktəbin daimi riyaziyyat müəllimi kimi ŞŞTŞ-nin göndərişi ilə Azərbaycan Respublikası "xxxx" MMC-nin Təlim və İnkişaf Mərkəzində təşkil edilmiş “Ümumi orta təhsil səviyyəsində fənn kurrikulumlarının tətbiqi” sahəsində təşkil etdiyi əlavə təhsil üzrə kursda iştirak edərək ixtisasına uyğun olaraq riyaziyyatdan nəzərdə tutulmuş 10 kreditin hamısını müvəffəqiyyətlə verərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin İB №147641 nömrəli sertifikatını almışdır. Bundan başqa psixoloq kimi 2002-ci ilin may ayında Azərbaycan Qadınları Cənubi Qafqazda Sülh və Demokratiya uğrunda Cəmiyyətinin təşkil etdiyi “İnsan Haqlarının və Qadın Hüquqlarının Müdafiəsi sahəsində” treninq seminarlarını bitirərək sertifikat almışdır. Bütün bunlar onu göstərir ki, o, məktəbin müddətsiz müqavilə üzrə işləyən daimi riyaziyyat müəllimi və psixoloqudur. Əmək müqaviləsində vəzifəsi müddətsiz riyaziyyat müəllimi yazıldığı üçün o, müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməli idi. Lakin məktəb rəhbərliyinin və Təhsil Şöbəsinin rəhbərlərinin səhvi üzündən onun adı müəllimlərin diaqnostik qiymətləndirilməsi siyahısına salınmamışdır. Buna görə də ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, Ona məcburi işburaxmaya görə 15 sentyabr 2018ci ildən bu günə kimi təxminən 2200 (iki min iki yüz) manat, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmədiyinə görə isə təxminən 1300 (bir min üç yüz) manat olmaqla, cəmi 3500 manat maddi ziyan dəymişdir. Ona görə də onun əmək müqaviləsi ilə bağlı tərəflərin öhdəliklərinə müvafiq olaraq daimi riyaziyyat müəllimi, psixoloq kimi işinin və fəaliyyətinin davam etdirilməsini qanuni və əsaslı hesab edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim: P.Hacıyev) İddiaçı Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı “ona 12 sentyabr 2018-ci il tarixli pedaqoji şuranın qərarı ilə verilmiş 6 saat dərsin davam etdirilməsi haqqında, ona məcburi iş buraxmaya görə 15 sentyabr 2018-ci il tarixdən bu günə kimi dəymiş təxminən 2200 (iki min iki yüz) manat məbləğində pulun 4 saylı ƏMHM-dən, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmədiyinə görə ona dəymiş təxminən 1300 (bir min üç yüz) manat məbləğində pulun Cavabdeh2ndən, həmin dövr üçün onun səhhəti ilə əlaqədar ona dəymiş 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə pulun məktəbin direktoru Cavabdeh1 alınaraq ona ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1978-1982-ci illərdə Lenin adına “X6” ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil almış, 02 sentyabr 2002-ci il tarixdən Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinə praktik-psixoloq köçürülmüşdür. Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2007-ci il tarixli əmk müqaviləsindən müəyyən olunmuşdur, İddiaçı müddətsiz əmək müqaviləsi ilə riyaziyyat müəllimi və psixoloq təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)-1170/2018 saylı qətnaməsi ilə, İddiaçı Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbində 15 sentyabr 2017-ci il tarixdən 04 yanvar 2018-ci il tarixədək tədris etdiyi 6 saat riyaziyyat dərslərinin əmək haqqının ona ödənilməsi, İddiaçı 04 yanvar 2018-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbində riyaziyyat müəllimi ixtisası üzrə müəllimlik fəaliyyətinin bərpa edilməsi qət edilmişdir. 2018-2019-cu tədris ilinin dərs bölgüsü aparılarkən ona 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın qərarı və məktəb direktorunun 15 sentyabr 2018-ci il tarixli, 75 nömrəli əmri ilə İddiaçı Vlb sinfində 5 (beş) saat riyaziyyat dərsi və Vlb sinfində bir saat riyaziyyatdan fakültativ məşğələ olmaqla, cəmi 6 (altı) saat riyaziyyat dərsi verilmişdir. Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 8(075)-141/2019 saylı qərardadı ilə, Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)- 1170/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 16 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi, Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)- 1170/2018 saylı icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 8(107)-38/2019 saylı qərardadı ilə, Şəki Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli və bununla bağlı 28 mart 2019-cu il tarixli qərаrdаdlarının ləğv edilməsi, ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 8(107)-38/2019 saylı qərardadı ilə Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin 14 noyabr 2018-ci il tarixli, 680 nömrəli arayışı ilə psixoloq İddiaçı 2018-2019cu tədris ili üçün müəllimlər arasında dərs bölgüsü aparılan 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın iclasında İddiaçı psixoloq olduğuna və digər riyaziyyat müəllimlərinin kifayət qədər dərs yükü olmadığına görə riyaziyyat dərsi verilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində o şəxslər iştirak edə bilər ki, onlar müddətsiz müqavilə əsasında ümumi təhsil müəssisələrində və ilk peşəixtisas təhsili müəssisələrində müəllim vəzifəsində işləyirlər. Bundan əlavə, ümumi təhsil müəssisələrinin direktor, direktor müavini və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də qiymətləndirilmədə iştirak edirlər. Təhsili yerliidarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində işləyənlərin də qiymətləndirilmədə iştirakına icazə verilib. Lakin İddiaçı Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbində psixoloq vəzifəsində çalışır. Ona əlavə olaraq dərs saatının verilməsi onun müəllim vəzifəsində çalışmasına və diaqnostik qiymətləndirilməyə buraxılmasına dəlalət etmir. Odur ki, İddiaçı haqlı olaraq bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün buraxılmamış, ştat üzrə psixoloq kimi fəaliyyət göstərdiyindən onun diaqnostik qiymətləndirmədə iştirakı təmin edilməmişdir. İddiaçı onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəymiş təxminən 1300 manat məbləğində pulun Cavabdeh2ndən alınaraq ona ödənilməsini xahiş etməsinə baxmayaraq, cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olması, diaqnostik qiymətləndirməyə buraxılmalı olduğu halda cavabdehlər tərəfindən qəsdən iştirakının təmin edilməməsi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının tələbinin heç bir qanuni və hüquqi əsası yoxdur. İddiaçı ona 12 sentyabr 2018-ci il tarixli pedaqoji şuranın qərarı ilə verilmiş 6 saat dərsin davam etdirilməsi haqqında, ona məcburi iş buraxmaya görə 15 sentyabr 2018-ci il tarixdən bu günə kimi dəymiş təxminən 2200 manat məbləğində pulun 4 saylı ƏMHM-dən alınaraq ona ödənilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddiaçı ştat üzrə psixoloq olduğundan ona o halda dərs yükü verilə bilər ki, məktəbdə fəaliyyət göstərən digər riyaziyyat müəllimlərinin dərs yükü 18 saat müəyyənləşdirilsin. İddiaçı 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın iclasında dərs yükünün verilməsi nəzərdə tutulsa da, digər riyaziyyat müəllimlərinin kifayət qədər dərs yükü olmadığına görə riyaziyyat dərsi verilməmişdir. Odur ki, iddiaçı ona verilməyən və tədris edilməyən dərslərin əvəzinin cavabdehdən tələb edilməsində haqlı deyildir. İddiaçı həmin dövr üçün onun səhhəti ilə əlaqədar ona dəymiş 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə pulun məktəbin direktoru Cavabdeh1 alınaraq ona ödənilməsinə xahiş edərək, bu ziyanın cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də, səhhətinə vurulmuş ziyanın nədən ibarət olması, qeyd edilən ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi, Cavabdeh2 və 4 saylı Ərazi X1rşı “əmək haqqı, maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 68-ci, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələri ilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 4.6-cı bəndi, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli ilə maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuş və iş üçün əhəmiyyətli olan hallar hərtərəfli araşdırılmamışdır. Belə ki, qətnamədə qeyd edilən Şəki Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli iclaının keçirilməsi haqqında iddiaçının nümayəndəsi kimi nə onun, nə də həyat yoldaşının xəbəri olmamışdır. Ona görə də bu iclasdan məlumatları yoxdur. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələrini deyil, cavabdehlərin şifahi cavablarını əsas götürmüşdür. Qətnamədə onun məhkəməyə şəxsən təqdim etdiyi rəsmi sənədlərin adları öz əksini tapmamışdır. Sanki belə sənədlər ümumiyyətlə yoxdur. Halbuki həmin rəsmi sənədlərin araşdırılması çıxarılan qətnaməyə öz təsirini göstərə bilərdi. Xüsusilə qeyd edir ki, 6 saat riyaziyyat dərsinin Gülşən müəllimdən nə vaxt, hansı səbəbə görə alınması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, Gülşən müəllimə diaqnostikadan keçmədiyinə görə dəymiş ziyana görə 1400 manat, məcburi iş buraxmaya görə 2200 manat və 2000 manat təzminatın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 Eyyub oğlu tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, iddiaçının nümayəndəsinin verdiyi apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Eyni məsələlərə Şəki Apellyasiya Məhkəməsində 22.04.2019-cu il tarixində baxılmışdır. 22.04.2019-cu il tarixdə keçirilən iclasdan iddiaçının və nümayəndəsinin xəbərinin olmaması yalandır. Həmin iclasdan sonra iddiaçının nümayəndəsi Nümayəndə ona deyib ki, özü bilərəkdən məhkəməyə gəlməyib. İddia ərizəsində qeyd edilir ki, vəzifəsi olanlara əlavə olaraq dərs Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 №li qərarı ilə təsdiq edilmiş "Təhsil təlimtərbiyə müəssisələrinin rəhbər inzibati təsərrüfat, tədris köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü aparmaları haqqında" Normalarının 3cü bölməsinin 4-cü abzasının tələblərinə uyğun olaraq verilir. Həmin 4-cü abzası olduğu kimi qeyd edir. Ümumtəhsil məktəblərində lisey və gimnaziyalarda peşə məktəbi və peşə liseylərində inzibati təsərrüffat, tədris köməkçi tərkibdən olan işçilərə , metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə həftədə 12 saata (ildə 480 saata) qədər 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər. Yəni dərs verilməlidir yox, dərs verilə bilər (yəni verilməyə də bilər). Digər riyaziyyat müəllimlərinin dərs yükü son dərəcə aşağı olduğundan verilməmə variantı seçilmişdir. İddia ərizəsində qeyd olunur ki, direktor müəllimlərin sənədlərini diaqnostik qiymətləndirməyə hazırlayıb təqdim edərkən onun (yəni psixoloqun) sənədlərini təqdim etmədi. İlkin prosesdə direktor, direktor müavinləri, psixoloq, UBR diaqnostik qiymətləndirməyə cəlb edilmədi və onun psixoloqun sənədlərini təqdim etməməyində qeyri-adi heç nə yoxdur. Yuxarıda qeyd olunan sənədlərdə riyaziyyat müəllimlərinin dərs bölgüsündən görünür ki, bir nəfər müəllimdən başqa digərlərinin okladı bitmir və haqlı olaraq təhsil şöbəsi və 4 saylı ƏMHM bu bölgü ilə razılaşmadı. 25 sentyabr 2018-ci il tarixdə növbədənkənar pedaqoji şura iclasında riyaziyyat müəllimlərinin dərs bölgüsünə yenidən baxılaraq dəyişiklik edildi və həmin dəyişiklik 25 sentyabr 2018-ci il tarixli 87 №li əmrlə əmrləşdirildi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, Gülşən müəllimə diaqnostikadan keçmədiyinə görə dəymiş ziyana görə 1400 manat, məcburi iş buraxmaya görə 2200 manat və 2000 manat təzminatın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 Eyyub oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apeLlyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, Gülşən müəllimə diaqnostikadan keçmədiyinə görə dəymiş ziyana görə 1400 manat, məcburi iş buraxmaya görə 2200 manat və 2000 manat təzminatın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 1978-1982-ci illərdə Lenin adına “X6” ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil almış, 02 sentyabr 2002-ci il tarixdən Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinə praktik-psixoloq köçürülmüşdür. Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2007-ci il tarixli əmk müqaviləsindən müəyyən olunmuşdur, İddiaçı müddətsiz əmək müqaviləsi ilə riyaziyyat müəllimi və psixoloq təyin edilmişdir. 2018-2019-cu tədris ilinin dərs bölgüsü aparılarkən ona 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın qərarı və məktəb direktorunun 15 sentyabr 2018-ci il tarixli, 75 nömrəli əmri ilə İddiaçı Vlb sinfində 5 (beş) saat riyaziyyat dərsi və Vlb sinfində bir saat riyaziyyatdan fakültativ məşğələ olmaqla, cəmi 6 (altı) saat riyaziyyat dərsi verilmişdir. İddiaçı 2018-2019-cu tədris ili üçün müəllimlər arasında dərs bölgüsü aparılan 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın iclasında İddiaçı psixoloq olduğuna və digər riyaziyyat müəllimlərinin kifayət qədər dərs yükü olmadığına görə riyaziyyat dərsi verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 4.6-cı bəndinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psixоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabxanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. Göründüyü kimi bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində o şəxslər iştirak edə bilər ki, onlar müddətsiz müqavilə əsasında ümumi təhsil müəssisələrində və ilk peşəixtisas təhsili müəssisələrində müəllim vəzifəsində işləyirlər. Bundan əlavə, ümumi təhsil müəssisələrinin direktor, direktor müavini və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də qiymətləndirilmədə iştirak edirlər. Təhsili yerliidarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində işləyənlərin də qiymətləndirilmədə iştirakına icazə verilib. Lakin İddiaçı Şəki rayonu Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbində psixoloq vəzifəsində çalışır. Odur ki, İddiaçı haqlı olaraq bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün buraxılmamış, ştat üzrə psixoloq kimi fəaliyyət göstərdiyindən onun diaqnostik qiymətləndirmədə iştirakı təmin edilməmişdir. İddiaçı onunla direktor və Təhsil Şöbəsi tərəfindən bağlanan müddətsiz müqavilənin şərtləri kobud surətdə pozulduğundan, diaqnostik qiymətləndirməyə buraxılmadığına görə ona dəymiş təxminən 1300 manat məbləğində pulun Cavabdeh2ndən alınaraq ona ödənilməsini xahiş etməsinə baxmayaraq, cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olması, diaqnostik qiymətləndirməyə buraxılmalı olduğu halda cavabdehlər tərəfindən qəsdən iştirakının təmin edilməməsi ilə bağlı hər hansı bir sübutunu məhkəmələrə təqdim etməmişdir Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. İddiaçı ona 12 sentyabr 2018-ci il tarixli pedaqoji şuranın qərarı ilə verilmiş 6 saat dərsin davam etdirilməsi haqqında, ona məcburi iş buraxmaya görə 15 sentyabr 2018-ci il tarixdən bu günə kimi dəymiş təxminən 2200 manat məbləğində pulun 4 saylı ƏMHM-dən alınaraq ona ödənilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddiaçı ştat üzrə psixoloq olduğundan ona o halda dərs yükü verilə bilər ki, məktəbdə fəaliyyət göstərən digər riyaziyyat müəllimlərinin dərs yükü 18 saat müəyyənləşdirilsin. İddiaçı 12 sentyabr 2018-ci il tarixli, 01 nömrəli pedaqoji şuranın iclasında dərs yükünün verilməsi nəzərdə tutulsa da, digər riyaziyyat müəllimlərinin kifayət qədər dərs yükü olmadığına görə riyaziyyat dərsi verilməmişdir. Odur ki, iddiaçı ona verilməyən və tədris edilməyən dərslərin əvəzinin cavabdehdən tələb etməsində haqlı deyildir. Kollegiya hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsaslı deyildir. Apellyator şikayətinin bu dəlillərini sübut edə biləcək hər hansı mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zmamnda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 6 saat riyaziyyagt dərsinin Gülşən müəllimdən nə vaxt, hansı səbəbə görə alınmasının araşdırılmaması barədə dəlilinə qiymət verən kollegiya hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən 6 saat riyaziyyagt dərsinin Gülşən müəllimdən nə vaxt, hansı səbəbə görə alınmasına qiymət verərək qeyd etmişdir ki, 25 sentyabr 2018-ci il tarixdə növbədənkənar pedaqoji şura iclasında riyaziyyat müəllimlərinin dərs bölgüsünə yenidən baxılaraq dəyişiklik edilmiş və həmin dəyişiklik 25 sentyabr 2018-ci il tarixli 87 №li əmrlə rəsmləşdirilmişdir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2(075)-785/2021 saylı, 21 may 2021-ci il tаrixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1494/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1494/2021
30.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver