Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1508/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxslər X2 və X10 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə, X3 və X14 qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin olunmuş, İddiaçı təmsilçisi Cavabdeh1 ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə 4Ə-1016 reyestr nömrə ilə qeyd edilməklə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin ləğv edilməsi, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" etibarsız sayılması, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia ərizəsinin tələb hissəsinin dəyişdirilərək "İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsi dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanənda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin rəisi məktub göndərərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası 185-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının mərhum əri X24 02 yanvar 1999-cu il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra Zaqatala rayonu, Muxax kəndində 0,1758 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi və fərdi yaşayış evindən X16 vəfatından sonra, sonuncunun oğlu - iş üzrə üçüncü şəxs X7 istifadə etmişdir. Hal-hazırda da qeyd olunan əmlaklar iş üzrə üçüncü şəxs X7 və onun ailə üzvlərinin istifadəsindədir. 2012-ci ildə Zaqatala rayonunda təbii fəlakət (zəlzələ) baş vermiş və nəticədə X15 miras qalmış fərdi yaşayış evi yararsız hala düşmüşdür. Nəticədə iddiaçının razılığı əsasında qeyd olunan fərdi yaşayış evinin yerində dövlət vəsaiti hesabına Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş fərdi yaşayış evi, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1758 ha həyətyanı torpaq sahəsini də iddiaçının bağışlamaq istədiyi iş üzrə üçüncü şəxs X2 arvadı X10 adına sənədləşdirilmişdir. İddiaçı 13 noyabr 2013-cü il tarixdə iş üzrə Cavabdeh1 (üçüncü şəxsin qardaşı) etibarnamə verərək, mərhum əri X15 miras qalmış "fərdi yaşayış evinin" sənədləşdirilməsi və özgəninkiləşdirilməsi ilə bağlı səlahiyyətləri ona həvalə etmişdir ki, həmin evi iddiaçının adından iş üzrə üçüncü şəxs X3 bağışlasın. 2020- ci ilin təqribən oktyabr-noyabr aylarında iş üzrə üçüncü şəxs X7 İddiaçı bildirmişdir ki, qardaşı ilə münasibətləri yaxşı deyildir və mümkündürsə həmin evi özü ona bağışlasın. Çünki, etibarnamənin verilməsinin üzərindən 7 (yeddi) ilə yaxın vaxt keçməsinə baxmayaraq iş üzrə Cavabdeh1 hələ də qeyd olunan fərdi yaşayış evini sənədləşdirməmiş və iş üzrə üçüncü şəxs X3 bağışlamamışdır. İddiaçı qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək məqsədi ilə 2020-ci ilin təqribən oktyabr-noyabr aylarında iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə şifahi olaraq müraciət etmiş və məlum olmuşdur ki, torpaq sahəsinə dair sərəncam vermək hüququ olmadığı halda iş üzrə Cavabdeh1 ona verilmiş etibarnamədən sui-istifadə edərək iddiaçının mərhum əri X15 miras qalmış Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açmış və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra, torpaq sahəsini 16 iyul 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, qızı - iş üzrə Cavabdeh2 bağışlamışdır. İş üzrə Cavabdeh1 bütün bu hərəkətləri düşünülmüş şəkildə etmişdir ki, nə İddiaçı, nə iş üzrə üçüncü şəxs X2, nə də iş üzrə üçüncü şəxs X10 bundan məlumatı olmasın. Belə ki, İddiaçı 13 noyabr 2013-cü il tarixdə iş üzrə Cavabdeh1 verdiyi etibarnaməyə əsasən, yalnız iddiaçının mərhum əri X15 miras qalmış Zaqatala rayonu, Muxax kəndində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun rəsmiləşdirilməsi və özgəninkiləşdirilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, iş üzrə Cavabdeh1 düşünmüşdür ki, fərdi yaşayış evi üzərində vərəslik hüququnu rəsmiləşdirəcəyi və özgəninkiləşdirəcəyi təqdirdə, iş üzrə üçüncü şəxslər X7 və X10 bundan məlumatı olacaqdır. Çünki, ilk olaraq fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınan zaman həmin əmlakda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki inventarlaşma işləri aparılmalı və texniki pasport tərtib olunmalıdır. Həmin vaxtı da evdə iş üzrə üçüncü şəxslər X7 və X18 yaşadığı üçün buna təbii olaraq şahidlik edəcək və dolayısıyla da evin onlara bağışlanmasını tələb edəcəkdilər. İkincisi isə, iş üzrə Cavabdeh1 fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına aldıracağı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasmda notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 49-cu bəndinə əsasən, həmin evdə qeydiyyatda olan iş üzrə üçüncü şəxslər X7 və X10 da razılığını almalı olacaqdı. Göründüyü kimi, iş üzrə Cavabdeh1 iş materiallarında olan 13 noyabr 2013-cü il tarixli etibarnamədə iddiaçının mərhum əri X15 miras qalmış və daha sonradan İddiaçı mülkiyyəti olmuş torpaq sahəsi ilə bağlı ona hər hansı bir hüquq verilmədiyi halda, qanunsuz olaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi vasitəsi ilə həmin torpaq sahəsini qızı - iş üzrə Cavabdeh2 bağışlamışdır. Hətta etibarnamədə iş üzrə Cavabdeh1 torpaq sahəsinə dair sərəncam vermək hüququ verilmiş olsa idi belə, o, bu hüquqdan suiistifadə edərək, həmin əmlakı yaxın qohumu olan qızı - iş üzrə Cavabdeh2 bağışlaya bilməzdi. Odur ki qeyd edilənləri nəzərə alaraq 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi və dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin əvvəlki baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X24 mülki iş üzrə Cavabdeh1 və üçüncü şəxs X2 dayısıdır. X6 rayonu Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 olduğunu bildirmişdir. X24 vəfat etdikdən sonra İddiaçı həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh1 təhvil verərək yaşamaq üçün Balakən rayonuna köçmüşdür. Bu zaman o daşınmaz əmlak üzərində hüquqların rəsmləşdirilməsi üçün Rəşidə 1999-cu ildə etibarnamə də vermişdir. Sonuncu sonradan qeyd edilən torpaq sahəsini üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə istifadə etməsi üçün Nurməhəmməd Laçınova vermişdir. Lakin o həmin əmlakı qızı mülki iş üzrə cavabdeh X1 və həmin evdə əmisinin yaşadığını ona bildirmişdir. Hazırda da cavabdeh əmisinin həmin evdə yaşamasına hər hansı etirazını bildirmir. Cavabdeh1 vəfat etmişdir. Əgər iddiaçı həmin evi Nurməhəmmədə bağışlamaq istəyirdisə onda nəyə görə Cavabdeh1 iki dəfə, yəni 1999-cu il tarixdə və 2013-cü il tarixdə etibarnamə vermişdir. Elə birbaşa etibarnaməni bağışlamaq istədiyi şəxsə verərdi. Odur ki, iddia tələbi ilə razı deyil və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən üçüncü şəxs X7 izahat verərək göstərmişdir ki, o, 22 ildir Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh isə həmin evdə yaşamamışdır. O, orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Qeyd edilən torpaq sahəsi onun mərhum dayısı, iddiaçının mərhum əri X16 mülkiyyətində olmuşdur. Sonradan həmin əmlak onun vərəsəsi olan İddiaçı mülkiyyətinə verilmişdir. O, 1996- 1998-ci illərdə dayısı mərhum X19 baxmış onun qulluğunda durmuşdur. Dayısı 1997-ci ildə İddiaçı ilə ailə həyatı qurmuşdur. 1998-ci ildə o vəfat etdikdən sonra onun həyat yoldaşı-Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin ona bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir. O, Cavabdeh1 həmin evin özünə bağışlamaq istədiyini də demişdir. O, Cavabdeh1 etibarnamə verilməsindən məlumatlı olmuşdur. Lakin o müddət ərzində özü xəstə olduğundan əmlakın bağışlanması müqaviləsinin bağlanması ilə bağlı olan işlərlə məşğul ola bilməmişdir. Lakin, sonradan Cavabdeh1 qeyd edilən evi və torpaq sahəsini qızı Cavabdeh2 satdığını öyrənmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən üçüncü şəxs X18 X2 izahatına uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 və vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ilə razı deyil. 02.01.1999-cu ildə ölmüş X24, iş üzrə İddiaçı əri, iş üzrə cavabdeh kimi yazılmış Cavabdeh1 dayısı olmuşdur. Cavabdeh2 isə Cavabdeh1 qızıdır. X5 Muxax kəndində həyətyanı torpaq sahəsi və yaşayış evi miras qalmışdır. Hacı Ağayev özünün bütün əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. Hacı Ağayev öldükdən sonra İddiaçı həmin evə, torpağa dair bütün səlahiyyətlərini əks etdirən etibarnaməni 10.02.1999-cu-ildə Cavabdeh1 verdikdən sonra çıxıb başqa rayona daimi yaşamaq üçün gedir. Həmin vaxtdan bütün əmlak Cavabdeh1 sərəncamında olur. 2013-cü ildə İddiaçı yenə həmin miras əmlakla bağlı evin vərəsəliyin açılması, evin satılması, özünə məxsus olan torpağın satılması səlahiyyətlərinə dair Cavabdeh1 etibarnamə verir. Cavabdeh1 icazəsi ilə, qardaşı Nurməhəmməd Laçınova həmin evdə yaşamağa icazə verilir və Nurməhəmməd Laçınov həmin evdə yaşamağa başlayır. 2012-ci ildə rayonda baş verən zəlzələ nəticəsində ev yararsız hala düşür və Dövlət tərəfindən yeni ev inşa olunur. Etibarnamə əsasında Cavabdeh1 tərəfindən torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi (2014-cü ildə) və İddiaçı adına Çıxarış (2018-ci ildə) alınır. Ev Dövlət tərəfindən tikildiyinə görə evə çıxarış torpağın çıxarışı alındıqdan sonra verilməlidir. Etibarnamə əsasında həmin torpaq sahəsi 16 iyul 2018-ci ildə Cavabdeh2 5400 manata satılır və torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilir. Alqı satqı zamanı müqavilədə nəzərdə tutulmuş torpağın dəyəri və 439.5 manat vergi məbləği İddiaçı adından Dövlətə ödənilir. Bütün bu ödəmələri Cavabdeh1 həyata keçirir. 21 noyabr 2020-cİ il tarixdə Cavabdeh1 vəfat edir. Cavabdeh1 vəfatından sonra iş üzrə üçüncü şəxslər Nurməhəmməd Laçınov və qeyrisi İddiaçı məhkəmədə iddia qaldırmağa, alqı satqı müqaviləsinin ləgv edilməsinə təhrik edirlər. İddiaçı əvvəlcə iddiada müqavilənin etibarsızlığını xahiş edir və MM-in 337- 339-cu maddələrinə istinad edir, sonra iddianı dəyişir, müqavilənin ləğvini tələb edir. Lakin iddiada müqavilənin ləgv edilməsinə deyil, əmlakın vərəsəlik yolu ilə qəbul edilməsini mübahisələndirir. İşə baxan məhkəmə iddianın əsasını miras əmlakın vərəsəlik yolu ilə qəbul edilməsini və bu barədə etibarnamə verilməməsi, təşkil etməsinə baxmayaraq üçüncü şəxsləri müdafiə etməklə iddianı başqa əsaslarla əsaslandırmağa çalışır. Belə ki, alqı satqı müqaviləsini ləgv edən məhkəmə mülki qanunvericiliyin müqavilənin ləğvini nəzərdə tutan əsas və qaydalara, maddi hüquq normalarına istinad etmədən, özünün etibarnamə barədə olduğu fərziyyələri və mülahizələri əsasında iddianı təmin edir. Məhkəmə qətnamədə iki fikir irəli sürür: bir tərəfdən Cavabdeh1 etibarnamə əsasında İddiaçı qanuni təmsilçisi olmasını, bu halın mübahisə doğurmadığını yazsa da sonradan həmin əmlakın alqı satqısına niyyətin olmadığını, Hürüneyin isə iradəsinə uyğun olmadığını qeyd edir. Cavabdeh1 öldükdən sonra bu iddianı qaldırmaqda məqsəd ölmüş şəxsin iradəsinin ziddinə getməkdir. Cavabdeh1 öldükdən sonra məhkəmə hardan və necə müəyyən etdi ki, əmlakın satılması niyyəti olmamışdır. Etibarnamədə satmaq səlahiyyəti verildiyi halda məhkəmə bu səlahiyyətin verilmədiyi nəticəsinə necə gələ bilər. Məhkəmə iclasında iddiaçı Hürünüy Nəbiyeva bildirdi ki, mübahisəli əmlakla bağlı etibarnaməni Cavabdeh1 vermişdir və heç vaxt da ona heç bir iradı olmamışdır. 2020-ci ildə Nurməhəmməd Laçınov ona müraciət edərək Cavabdeh1 etibarnamə əsaındä satdığı həmin torpağın alqı satqı müqaviləsini ləgv edib özünə verməyi xahiş etmişdir. O Nurməhəmmədin xahişi ilə məhkəmədə hazırki iddainı qaldımışdır. Məhkəmə iddiaçının bu ifadəsinə qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, “İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin Nurməhəmməd Laçınova bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir.” Məhkəmə bu nəticəyə hansı sübut əsasında gəldiyini qeyd etməmişdir. Əgər əmlak Nurməhəmmədə bağışlanmaq məqsədilə Rəşidə etibarnamə verilmiş olsa idi, bu öhdəlik, bu şərt və bu tapşırıq etibarnamədə göstərilməli idi. Burada Cavabdeh1 torpağı qızına satmaqla öz maraqlarından çıxış etməsini sübut edən hər hansı bir dəlil yoxdur və həm hüquqi, həm də faktiki olaraq bu belə deyildir. Etibarnamə əsasında həqiqətən də torpağın satılması alqı satqı müqaviləsindən, ödənilmiş vergidən bir daha görünür. Belə də ki, Cavabdeh1 torpağı bağışlamaq səlahiyyəti də verilmişdir. Cavabdeh1 öz qızına bağışlaya da bilərdi. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)- 256/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X7 və X18 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)- 256/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə, X3 və X14 qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. İşdə olan Zaqatala Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X24 ilə İddiaçı nikahı haqqında 25 sentyabr 1998-ci il tarixdə 25 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Zaqatala Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X24 02.01.1999-cu ildə ölmüşdür və bu barədə 21 yanvar 1999-cu il tarixdə 02 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan 2-B-1-343 nömrə ilə reyestrdə qeydiyyata alınmış 03 iyun 1998-ci il tarixli vəsiyyətnamədən görünür ki, X6 rayonu Muxax kəndində yerləşən 2 mərtəbəli, hər mərtəbədə iki otağı olan, üst mərtəbədə balkonu olan evini həyətyanı torpaq sahəsi ilə və evdə olan əşyalarla birlikdə İddiaçı vəsiyət etmişdir. İşdə olan 10.02.1999-cu il tarixli reyestrdə 4E—15-183 nömrəi ilə qeyd edilmiş etibarnamədən görünür ki, İddiaçı 10.02.1999-cu il tarixdən 10.02.2002-ci il tarixədək Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satmağı və bağışlamağı əvəzinə imza etməyi etibar etmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş 76 nömrəli məktubdan görünür ki, Muxax kənd sakini mərhum X15 Balakən rayonu, Qazma kənd sakini İddiaçı miras qalmış həyətyanı torpaq sahəsində və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində 2000-ci ildən hal-hazıradək mərhumun bacısı oğlu Muxax kənd sakini X7 ailəsi ilə birlikdə yaşayır. X15 miras qalmış həmin yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin qəzalı vəziyyətə düşmüş evin yerində 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən X2 arvadı X10 adına iki otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazırdək həmin evdə X2 ailə üzvləri yaşayırlar. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 11.12.2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X16 adına qeydiyyata alınmışdır. İşdə olan reyestrdə 2V-33 nömrəsi ilə qeyd edilmiş 26.01.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 02 yanvar 1999-cu il traixdə vəfat etmiş X16 vərəsəsi İddiaçıdır və şəhadətnamə DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 21.05.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, İddiaçı 20 il müddətində Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzinə imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etməyə etibar etmişdir. İşdə olan reyetrdə 4Ə-1016 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha torpaq sahəsi İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 (İddiaçı əvəzinə) tərəfindən 5400 manat qiymətinə qızı-Cavabdeh2 satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03.09.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayon 2 saylı Notariat ofisinin 18 aprel 2021-ci il tarixli 423 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı nümayəndəsi Laçınov X11 rayonu Muxax kənd ünvanında yerləşən 0.1758 ha torpaq sahəsini ünvan 3lan Cavabdeh2 5400 (beş min dörd yüz) manata satmışdır. Həmin göstərilən pul vəsaiti satıcı və alıcı arasında olan razılaşmaya əsasən yazılmışdır. Həmin müqavilədə göstərilən pul vəsaiti nəqd şəkildə verilmişdir. Əmlakın dəyəri 5500 (beş min beş yüz) manatdan yuxarı olduqda alıcı pulu notariusun Bankda açılmış depozit hesabına qoyur, satıcı isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin məbləği notarius tərəfindən yazılmış qəbz əsasında götürür. Əmlakın dəyəri aşağı olduğu üçün pul vəsaiti depozitə qoyulmamışdır. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 15 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 140811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 26, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 324.1, 359.1, 359.3, 362.1, 567, 646.1 və 646.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X24 02.01.1999-cu ildə ölmüşdür. İddiaçı tərəfindən Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən mərhum ərindən miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzinə imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etmək hüququ verən 13 noyabr 2013-cü il tarixli etibarnamə vermişdir. Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı mərhum həyat yoldaşı X16 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində 11.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə X16 vərəsəsi kimi Qanun üzrə vərəsəlik hüququ haqqında 26.01.2014-cü il tarixdə şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi 21.05.2018-ci il tarixdə Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmləşdirilmişdir. İddiaçı tərəfindən 13 noyabr 2013-cü il tarixdə verilmiş etibarnamə üzrə onun nümayəndəsi qismində Cavabdeh1 mülki iş üzrə cavabdeh olan qızı-Cavabdeh2 ilə 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalayaraq İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq səhəsini Cavabdeh2 5400 manata satmışdır. Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq səhəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 03.09.2018-ci il tarixdə Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və çıxarışla rəsmləşdirilmişdir. İddiaçı iddia ərizəsində 13 noyabr 2013-cü il tarixdə Cavabdeh1 verdiyi etibarnaməni mərhum əri X16 mülkiyyətində olmuş fərdi yaşayış evinə və Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq səhəsinə dair vərəsəliklə bağlı sənədləşmələrinin həyata keçirilməsi üçün verdiyini və evin sonradan X3 bağışlanması üçün verdiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi və Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsi dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Birinci instansiya məhkəməsi iddia tələbinin 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki iddia üzrə ləğv edilməsi tələb olunan müqavilə bağlanan zaman Cavabdeh1 İddiaçı etibarnamə əsasında təmsilçisi olması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda müəyyən olunur ki, İddiaçı etibarnamə əsasında təmsilçisi Cavabdeh1 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən istifadə edərək, İddiaçı mülkiyyətində olmuş Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini qızı Cavabdeh2 satmışdır. İşin qeyd edilən halı da mübahisəsiz olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 13 noyabr 2013-cü il tarixli reyestrdə 4-Ə-1016 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanarkən alıcı qismində Cavabdeh1 qızı-iş üzrə Cavabdeh2 çıxış etməklə, cavabdeh 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş etibarnamədən istifadə etməklə iddiaçıya məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini satmaqla Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamədə İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin konkret subyekt olan Cavabdeh2 münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamış, o zaman təmsil olunan İddiaçı iradə və maraqları müəyyən şəkildə ifadə olunmamış və ona görə də, Laçınov X12 Hürüney Boro qızının formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edə bilməz. O, da qeyd olunmalıdır ki, hələ etibarnamə verilən zaman (13 noyabr 2013-cü il tarixdə) alqı-satqının predmeti olan daşınmaz əmlak İddiaçı mülkiyyətində olmamışdır. Mülkiyyətdə olmayan əmlak barəsində isə iddiaçının sərəncam vermək hüququnun olmadığı da iş materialları ilə öz təsdiqini tapır. Qanunverciliyə görə əqdin (müqavilənin) etibarsızlığı ilə bağlı iddianı maraqlı şəxs, yəni əqdin iştirakçısı olmayan şəxs verə bilsə də, əqdin ləğvini yalnız onda iştirak edən şəxs tələb edə bilər. (Mülki Məcəllənin 354.2 və 421-ci maddələri) Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı həmin əqdin bağlanmasında dolayısı ilə iştirak edən şəxs, yəni müqavilənin tərəfi olduğundan həmin əqdin ləğv edilməsini də tələb edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evə və torpaq sahəsinə dair etibarnamə verilərkən İddiaçı Cavabdeh1 bu etibarnaməni onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etməklə cavabdehin öz maraqları daxilində deyil, İddiaçı maraqları çərçivəsində hərəkət etmək səlahiyyəti vermişdir. Alqı-satqı müqaviləsi nəticəsində təmsil edilən İddiaçı müqavilədə qeyd edilən alqı-satqı müqaviləsinin predmeti olan və onun mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1785 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin satışından hər-hansı gəlir əldə etdiyinə dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, üçüncü şəxs X7 ailəsi ilə birlikdə 22 ildir ki, Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh2 isə həmin evdə heç yaşamamışdır. O, orada tikinti işləri aparmış və öz istifadəsi üçün hər bir şərait yaratmışdır. Qeyd edilən torpaq sahəsi onun mərhum dayısı, iddiaçının mərhum əri X16 mülkiyyətində olmuşdur. Sonradan həmin əmlak onun vərəsəsi olan İddiaçı mülkiyyətinə verilmişdir. O, 1996-1998-ci illərdə dayısı mərhum X19 baxmış onun qulluğunda durmuşdur. Dayısı 1997-ci ildə İddiaçı ilə ailə həyatı qurmuşdur. 1998-ci ildə o vəfat etdikdən sonra onun həyat yoldaşı və Zaqatala rayonu Muxax kəndində 0,1758 ha torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Balakən rayonuna köçmüş və həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin ona bağışlanması üçün sənədlərin hazırlanması məqsədi ilə qardaşı Cavabdeh1 etibarnamə vermişdir. Göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqaviləsi ata və qızı arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlansa da, həmin müqavilənin tərəfləri olan iddiaçı (müqavilədə təmsil olunan) və cavabdehin həmin daşınmaz əmlakın alqı-satqısına dair həqiqi niyyətləri olmamışdır. Həmin müqavilənin bağlanması İddiaçı iradəsinə uyğun olmamış və onun həqiqi iradəsini əks etdirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin İddiaçı ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1016 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin" ləğv edilməsi hissəsi təmin edilməlidir. Bundan başqa, məhkəmə həmçinin iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsi dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində də təmin olunmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03 sentyabr 2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-1016 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir. Etibarlı olmayan AN-İ ******* nömrəli, 16 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş 03 sentyabr 2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanuni sənəd hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək İddiaçı təmsilçisi Cavabdeh1 ilə iş üzrə Cavabdeh2 arasında 16 iyul 2018-ci il tarixdə 4Ə-1016 reyestr nömrə ilə qeyd edilməklə Zaqatala Rayon 2 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ləğv edilməli, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1758 ha həyətyanı torpaq sahəsinə dair 03 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 45 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində iş üzrə Cavabdeh2 adına aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (646.1) Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 365.1.2-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi nəticəsində xitam verilir. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki, “MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İş materiallarından görünür ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış və hazırkı iş üzrə cavabdehin atası olmuş mərhum Cavabdeh1 isə mülkiyyətçinin, yəni satıcının etibarnamə üzrə nümayəndəsi kimi yalnız onu təmsil etmişdir. Həmin normalara görə təmsilçinin bağladığı əqd yalnız təmsil edilən üçün hüquq və vəzifələr yaradır. Bu zaman təmsilçinin əks tərəf qarşısında hər hansı bir vəzifəsi yaranmır. Mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilədə tərəf kimi satıcı və alıcı iştirak etmiş və bununla əlaqədar müqavilədə yalnız onların öhdəlikləri yaranmışdır. Cavabdeh1 satıcının adından torpaq sahəsinin satılmasını həyata keçirsə də həmin müqavilədə hər hansı bir öhdəliyi və məsuliyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X24 25.09.1998-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. X6 rayonu Muxax kəndində yerləşən 2 mərtəbəli, hər mərtəbədə iki otağı olan, üst mərtəbədə balkonu olan evini həyətyanı torpaq sahəsi ilə və evdə olan əşyalarla birlikdə İddiaçı 03 iyun 1998-ci il tarixli vəsiyyətnamə ilə 2-B-1-343 nömrə ilə reyestrdə qeydiyyata alınmaqla vəsiyyət etmişdir. X24 02.01.1999-cu ildə ölmüşdür. İddiaçı 10.02.1999-cu il tarixli reyestrdə 4E— 15-183 nömrə ilə qeyd edilmiş etibarnamə ilə 10.02.1999-cu il tarixdən 10.02.2002-ci il tarixədək Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satmağı və bağışlamağı əvəzinə imza etməyi etibar etmişdir. Cavabdeh1 ona həmin etibarnamə ilə verilən səlahiyyətlərdən istifadə etməmişdir. Muxax kənd sakini mərhum X15 Balakən rayonu, Qazma kənd sakini İddiaçı miras qalmış həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin qəzalı vəziyyətə düşmüş evin yerində 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən X2 arvadı X10 adına iki otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazıradək həmin evdə X2 ailə üzvləri yaşayırlar. Onlar həmin torpaq və evlə bağlı İddiaçı etibarnaməsi ilə sərəncam vermə hüququ Cavabdeh1 məxsus olduğundan sonuncu ilə razılaşma əsasında 2000-ci ildən həmin evə köçmüşlər. İddiaçı 13 noyabr 2013-cü il tarixli reyestrdə 7E-9270 nömrə ilə qeyd edilmiş 20 il müddətində qüvvədə olan etibarnamə ilə Cavabdeh1 Zaqatala rayonu Muxax kəndində yerləşən ərinə məxsus evə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa, sənədlər toplamağa, sənədləşmələrdə əvəzindən imza etməyə, həmin evə dair bütün əməliyyatları yerinə yetirməyə, evi satarkən və bağışlayarkən əvəzinə imza etməyi, özünə məxsus olan torpaq sahəsini satarkən və bağışlayarkən əvəzində imza etməyə etibar etmişdir. Həmin etibarnamədə olan səlahiyyətlərindən istifadə edərək Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 11.12.2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X16 adına qeydiyyata aldırmışdır. O, daha sonra reyestrdə 2V-33 nömrəsi ilə qeyd edilmiş 26.01.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 02 yanvar 1999-cu il tarixdə vəfat etmiş X16 DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 11.12.2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha torpaq sahəsinə münasibətdə vərəsəsinin İddiaçı olması barədə şəhadətnamə almışdır. İddiaçı verdiyi səlahiyyətlərdən istifadə edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 21.05.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata aldırmışdır. Sonradan isə Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli 16 iyul 2018-ci il tarixli daşınmaz əmlakın reyestrdə 4Ə-1016 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini İddiaçı etibarnaməsi əsasında 5400 manat qiymətinə qızı- Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 03.09.2018-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1758 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh1 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. Göründüyü kimi Laçınov X12 Hürüney Boro qızının verdiyi etibarnamədə göstərlən səlahiyyətlərindən istifadə edərək sonuncunun adından qanunla nəzərdə tutulmuş qaydada torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdir. Alqı-satqı olunan zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı tərəfin bildirdiyinin əksinə olaraq həmin etibarnamədə Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsini iş üzrə üçüncü şəxs olan X3 bağışlamalı olması barədə heç bir göstəriş aşkar edilməmişdir. Bu hal isə onun göstərir ki, qeyd olunun alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Alqı-satqı müqaviləsi qanuni olduğu üçün onun əsasında verilmiş Çıxarışın da ləğv edilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə, X3 və X14 qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(033)-256/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə, X3 və X14 qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1508/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1508/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver