Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1514/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- birgə nikah dövründə yaranmış borcun bölünməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-86/2021 saylı qətnaməsindən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikah dövründə - 08 noyabr 2019 cu il tarixli, GTKR1618099A139 nömrəli "Kredit müqaviləsi"-nə əsasən yaranmış borclarının qalıq qalan 2461,48 (iki min dörd yüz altmış bir manat qırx səkkiz qəpik) manat hissəsinin 1/2-nin bölünərək ödəniş qrafikinə uyğun şəkildə Cavabdeh tutulub iş üzrə üçüncü şəxs olan kreditor "xxxx" Açıq Səhimdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 01 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 18 may 2019-cu il tarixdə Dərya adlı qız övladları doğulmuşdur. O, Cavabdeh qarşı aralarında bağlanmış nikahın onlara barışmaq üçün vaxt verilmədən pozulması, cavabdeh ilə birgə nikahlarından 18 may 2019-cu il tarixdə doğulmuş X3 onun yanında qalması, cavabdeh ilə birgə nikahlarından 18 may 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi, cavabdeh ilə birgə nikah dövründə yaranmış borcun bölünməsi ilə bağlıdır. Belə ki, o, cavabdehlə nikahda olduqları müddətdə, yəni, 08 noyabr 2019-cu il tarixdə öz ehtiyaclarını qarşılamaq üçün "xxxx" Açıq Səhimdar Cəmiyyətindən özünün adına 3400 (üç min dörd yüz) manat kredit götürmüşlər. Həmin kreditin faizi ilə birgə müəyyən hissəsi ödənilmişdir. Onların faktiki olaraq ayrı yaşamağa başladıqları müddətə, yəni, 2020-ci ilin avqust ayına olan borcları 2461,48 (iki min dörd yüz altmış bir manat qırx səkkiz qəpik) manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-86/2021 saylı qətnaməsi ilə (hakim T. Həsənov) iddiaçı X1 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçı X2 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə Cavabdeh 01.09.2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahı döründə iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi bağlanmışdır. 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əsasən 48 ay ərzində qaytarılmaq şərtilə yəni, sonuncu ödəniş 08.11.2023-cü il tarixdə olmaqla, 3400 (üç min dörd yüz) manat krediti iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən almışdır. Həmin kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən mülki iş üzrə üçüncü şəxs olan Bank mülki iş üzrə iddiaçı olan X1 əsas, faiz və digər borclarını, habelə onun Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini onun sərəncamı olmadan, akseptsiz qaydada onun istənilən hesabından tuta bilər. İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə Cavabdeh 2020-ci ilin avqust ayından ayrı yaşamağa başlamışlar, Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikahın pozulmuşdur. Qeyd edilən tarixə iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızının 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşısında borcu 2461,86 manat təşkil etmişdir. İddiaçı qeyd edilən məbləğin 1/2 hissəsinin bölünərək ödəniş qrafikinə uyğun şəkildə Cavabdeh tutulub iş üzrə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinin təminatı kimi iddiaçı olan Həsənova İddiaçı əsas, faiz və digər borclarını, habelə onun Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini akseptsiz qaydada silinməsini nəzərdə tutulduğundan və iddia tələbi təmin edildiyi halda kreditin təminatlılığının risk altına alınacağına görə kredit müqaviləsi üzrə öhdəliyin 1/2 hissəsinin Cavabdeh üzərinə qoyulmasına etiraz edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinin qüvvəsi o zaman tətbiq oluna bilərdi ki, tərəflərin birgə yaşadıqları dövrdə ailənin ehtiyacına sərf olunmuş borclarının olması məhkəmədə sübuta yetirilmiş olsun. İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı tərəfindən 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əsasən götürülmüş 3400 manat kredit məbləğinin ailənin ehtiyaclarına sərf edilməsinə dair heç bir sübut təqdim edilməmiş və Cavabdeh həmin kredit məbləğinin yalnız iddiaçının şəxsi ehtiyaclarının ödənilməsi üçün istifadə olunduğunu bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi öhdəliklərini icrası kimi girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə yanaşı Məcəllədə və müqavilədə nəzərdə tutulan digər üsulları da öhdəliklərini icrası kimi qeyd edir və Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarında mülki hüquq subyektlərinin mülki qanunvericiliyin tələblərinə zidd olmayan öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu da öz aralarında iradə sərbəstliliyi prinsipinə uyğun olaraq müəyyən edə biləcəklərini göstərir. Eyni zamanda həmin qərarda nəğdsiz ödəmə vasitəsi olan akseptiz çıxarışın da öhdəliyin icrasının təmin edilməsinin digər üsulu kimi qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC ilə iddiaçı Mirzəyeva (Həsənova) Sevinc Abdurahman qızı arasında 08.11.2019-cu il tarixdə bağlanmış GTKR1618099A139 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən tərəflər arasında öhdəliyin icrasının təmini kimi akseptsiz çıxarışların aparılmasını razılaşdırılmışdır. Mülki Məcəllənin qeyd edilən normalarından da aydın olur ki, yalnız kreditorun razılığı ilə öhdəliyin icrası üçün təminat vermiş şəxs onu başqa təminatla əvəz edə bilər və əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Mülki iş materialları ilə də müəyyən edilmişdir ki, iddiaçı Mirzəyeva (Həsənova) Sevinc Abdurahman qızı ilə kreditor olan üçüncü şəxs "xxxx" ASC arasında öhdəliyin digər şəxsə verilməsi üçün razılaşma mövcud deyil. Məhkəmə hesab etmişdir ki, hazırki iddia təmin ediləcəyi halda 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatlılığı risk altına alınmış olmaqla yanaşı, həmin müqavilənin şərtlərinin pozulmasına gətirib çıxaracaq ki, bu da yolverilməzdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı X1 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 32.2.2-ci, 33.1-ci, 36.1-ci, 36.3-cü, 37.1-ci, 37.3-cü, maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci, 461.1-ci, 522-ci, 964.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi bəzi səbəblərdən qanunsuz və əsassızdır. Belə ki, apelyatorun ərizə ilə müraciət etməyinin səbəbi cavabdeh ilə birgə nikahda olduqları müddətdə, yəni 08 noyabr 2019-cu il tarixdə öz ehtiyaclarını qarşılamaq üçün "xxxx" ASC-dən özünün adına 3400 manat kredit götürmüşdür. Həmin kredit faizi ilə birgə müəyyən hissə ödənilmişdir. Onların faktiki olaraq ayrı yaşamağa başladıqları müddətə, yəni 2020-ci ilin avqust ayına olan borcları 2461.48 manat təşkil edir. Bundan əlavə qətnamədə qeyd edilmişdir ki, “iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı tərəfindən 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əsasən götürülmüş 3400 manat kredit məbləğinin ailənin ehtiyaclarına sərf edilməsinə dair heç bir sübut təqdim edilməmiş və Cavabdeh həmin kredit məbləğinin yalnız iddiaçının şəxsi ehtiyaclarının ödənilməsi üçün istifadə olunduğunu bildirmişdir”. Lakin, Cavabdeh özü də etiraf etmişdir ki, “O, birgə nikah dövründə maşın almaq üçün iddiaçıdan həmin kreditin bir hissəsini götürmüşdür. Ancaq həmin pulun qaytarılması ilə bağlı Cavabdeh özü məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin Zaqatala Rayon Məhkəməsi iddianı təmin etməməsinin səbəbini “hazırki iddia təmin ediləcəyi halda 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatlılığının risk altına alına biləcəyi” ilə əsaslandırmaq istəmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Odur ki, apelyator Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-86/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-86/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 461.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər. Həmin Məcəllənin 522-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi üddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-86/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam şəkildə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə Cavabdeh 01.09.2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahı döründə iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi bağlanmışdır. 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əsasən 48 ay ərzində qaytarılmaq şərtilə yəni, sonuncu ödəniş 08.11.2023-cü il tarixdə olmaqla, 3400 (üç min dörd yüz) manat krediti iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən almışdır. Həmin kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən mülki iş üzrə üçüncü şəxs olan Bank mülki iş üzrə iddiaçı olan X1 əsas, faiz və digər borclarını, habelə onun Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini onun sərəncamı olmadan, akseptsiz qaydada onun istənilən hesabından tuta bilər. İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə Cavabdeh 2020-ci ilin avqust ayından ayrı yaşamağa başlamışlar, Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikahın pozulmuşdur. Qeyd edilən tarixə iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızının 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşısında borcu 2461,86 manat təşkil etmişdir. İddiaçı qeyd edilən məbləğin 1/2 hissəsinin bölünərək ödəniş qrafikinə uyğun şəkildə Cavabdeh tutulub iş üzrə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinin təminatı kimi iddiaçı olan Həsənova İddiaçı əsas, faiz və digər borclarını, habelə onun Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini akseptsiz qaydada silinməsini nəzərdə tutulduğundan və iddia tələbi təmin edildiyi halda kreditin təminatlılığının risk altına alınacağına görə kredit müqaviləsi üzrə öhdəliyin 1/2 hissəsinin Cavabdeh üzərinə qoyulmasına etiraz edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarında göstərilir ki, Öhdəliyin təmin olunması üzrə qüvvədə olan Mülki Məcəllədə nəzərdə tutulan müddəalarla əvvəlki qanunvercilikdə mövcud olmuş müddəalar arasındakı prinsipial fərq ondan ibarətdir ki, qüvvədə olan qanunvericilikdə həm qanunla, həm də müqavilə ilə öhdəliyin təmin olunmasının digər üsulları da nəzərdə tutula bilər. Mülki Məcəllədə öhdəliyin icrasının təmin olunmasının digər üsulları barədə hər hansı müddəa öz əksini tapmamışdır. Digər üsullar sırasında bəzi nəğdsiz ödəmə vasitələrini – akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Bir sıra müqavilə növləri, məsələn, sığorta, kredit, lizinq müqavilələri də müəyyən təminat xüsusiyyətlərinə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 59-cu maddəsinin müddəalarını və Mülki Məcəllənin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu da öz aralarında iradə sərbəstliliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC ilə iddiaçı Mirzəyeva (Həsənova) Sevinc Abdurahman qızı arasında 08.11.2019-cu il tarixdə bağlanmış GTKR1618099A139 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən tərəflər arasında öhdəliyin icrasının təmini kimi akseptsiz çıxarışların aparılmasını razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 461.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər. Həmin Məcəllənin 522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Mülki Məcəllənin qeyd edilən normalarından da aydın olur ki, yalnız kreditorun razılığı ilə öhdəliyin icrası üçün təminat vermiş şəxs onu başqa təminatla əvəz edə bilər və əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Mülki iş materialları ilə də müəyyən edilir ki, iddiaçı Mirzəyeva (Həsənova) Sevinc Abdurahman qızı ilə kreditor olan üçüncü şəxs "xxxx" ASC arasında öhdəliyin digər şəxsə verilməsi üçün razılaşma mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia təmin ediləcəyi halda 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatlılığı risk altına alınmış olmaqla yanaşı, həmin müqavilənin şərtlərinin pozulmasına gətirib çıxaracaq ki, bu da yolverilməzdir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən birgə nikah müddətində götürülmüş kredit iddiaçı tərəfindən 3-cü şəxsə ödənildikdən sonra o, ödədiyi məbləğin yarısını özü üçün tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi qanunvericilik müəyyən etmişdir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Hazırkı halda isə ər-arvadın öhdəlikləri üzrə hər hansı bir məhkəmə qərarı və yaxud Notariusun icra qeydi mövcud deyildir. İndiki halda isə götürülmüş kredit məbləğinin ödənilməmiş hissəsinin yarısının cavabdeh tərəfindən 3-cü şəxsə ödənilməsini tələb etməkdə iddiaçı haqlı deyildir. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-86/2021 saylı qətnaməsi iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(033)-86/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1514/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1514/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver