Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1528/2020 04.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı X8 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxx 2020-ci il tarixli 2(075)- 136/2020 nömrəli qətnaməsi ilə İddiaçı X6 cavabdeh X12 qarşı “əməkdaşlıq sazişinin ləğv edilməsi, əsas məbləğin, vurulmuş zərər məbləğinin və avtomobilin geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə cavabeh X18 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdeh X9 cəmi 1300 (min üç yüz) manatın alınaraq «xxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X4 verilməsi qət edilmiş, iddianın cavabdeh X11 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılmasına dair hissəsi, habelə iddia tələbinin cavabdehdən tələb edilən 6300 manat pul vəsaitinin 5000 manat hissəsi təmin edilməmişdir. İşin halları İddiaçı X8 (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X11 (bundan sonra cavabdeh və ya Yavuz Keşkekçi) adına rəsmiləşdirilmiş buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289, qiyməti 21500 manat olan avtomaşının geri qaytarılması, cavabdeh X18 tərəfindən "İddiaçı" X5 cəmi 31740 (otuz bir min yeddi yüz qırx) manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı-nin nümayəndəsi X7 məhkəməyə tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı-nin təsisçisi X7 ilə Yavuz Keşkekçi arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, habelə cavabdehə verilmiş 6300 manat olmaqla, cəmi 51040 (əlli bir min qırx) manat pulun, bununla yanaşı qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı-nin nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 2018-ci ildə Şəki şəhərində restoran açaraq işlətmək qərarına gəlmişdir. Bununla əlaqədar Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. Restoranı işə salmaq üçün Muharrem Aydəmir adlı Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmişdir. Muharrem Aydəmir ona iş üzrə cavabdeh X13 məsləhət bilmişdir. Muharrem ona demişdir ki, Yavuz hal-hazırda Qəbələ şəhərində restoran işlədir və restoran işindən yaxşı anlayır. Bundan sonra Muharrem vasitəsilə Yavuzla görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmışlar. Söhbət əsnasında ona aydın olmuşdur ki, Yavuzun Qəbələ şəhərindəki “Köşəm” restoranı üzrə müqaviləsi sona yaxınlaşır. 2018-ci ilin sonlarında Yavuz ilə görüşmüş və öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışlar. Yavuz əvvəlcədən ona 20000 manat pul verməsini demişdir. Lakin Yavuza bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Yavuz isə o zaman ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Bu şərtlə razılaşmış və başqa şirkətə məxsus 21000 manat dəyərində olan buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli avtomobili X11 adına rəsmiləşdirmiş, bununla yanaşı ona əvvəlcə 2500 manat, 2019-cu ilin yanvarın sonunda isə razılaşdırılmış 3000 manat pulun qalıq məbləği olan 500 manat pul vermişdir. Beləliklə Yavuza müqavilə üzrə nəzərdə tutulmuş 3000 manatı tamamilə ödəmişdir. Belə olubYavuz Keşkekçi ilə onun arasında xx xxxxxx 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmışdır. Müqavilənin müddəti 2 il müəyyən olunmuş və onun müddəti xx xxxxxx 2020-ci il tarixinədəkdir. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i Yavuzun, 33 %-i onun, 33 %-i isə şirkətin olmalı idi. Müqavilə imzalandıqdan sonra Yavuz bir neçə dəfə restorana gəlib tikinti-təmirlə bağlı müəyyən göstərşlər, dizaynlar vermiş və Türkiyəyə getmişdir. Təmir-tikinti işləri onun (yəni Nizami Dünyamalıyevin) nəzarəti altında həyata keçirilmişdir. Yəni bütün tikinti materialları və bunun üçün sərf edilən bütün vəsaitlər onun tərəfindən qarşılanmışdır. Əvvəlcə avtomobili Yavuza etibarnamə əsasında vermək istəmişdir. Lakin Yavuz avtomobil rəsmi olaraq onun adında olmasa sərhədi keçərək Türkiyəyə gedə bilməyəcəyini demişdir. Yavuza inandığından, ona etibar etdiyindən avtomobilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh Türkiyədən 2019-cu ilin fevral ayında qayıtmişdır. 2019-cu ilin mart ayında Yavuza oturum almış və bunun üçün 1300 manat xərci çıxmışdır. Təxminən mart ayında restoranın mətbəxində olarkən görmüşdür ki, mətbəxə isti su çəkilməmişdir. Beləliklə, ona Yavuzun iş bacarmadığı məlum olmuşdur. Belə ki, restoranda bütün dizayn işlərinə Yavuz rəhbərlik edirdi. Restoranın açılışı gecikdiyindən, Yavuza müvəqqəti olaraq Oğuz rayonu Xal-Xal kəndində olan obyektini işlətməsini təklif etmiş, o da təklifi qəbul etmiş və 2019-cu ilin aprel-may aylarında həmin obyekti işlətməyə başlamışdır. Cavabdeh may ayında ona demişdir ki, ailəsini də Türkiyədən Azərbaycana gətirmək istəyir, lakin bunun üçün ona 900 manat pul lazımdır. Buna görə də ona 900 manat pul vermişdir. Ümümiyyətlə, Yavuz onun yanında işlədiyi müddətdə 300-500, digər xırda və böyük məbləğlər olmaqla toplam 6300 manat ona borc pul vermişdir. Bundan başqa 2019-cu ilin iyun ayında ondan 2000 manat borc pul istəmiş, o da 2000 manatı cavabdehə vermişdir. xx xxxx 2019-cu ildə ailəsində toy olmuş, cavabdeh də həmin toyda iştirak etmişdir. Toydan sonra Yavuzu tapa bilməmişdir. Belə ki, cavabdehin yerini bilməmiş, zəng etdikdə isə zənginə cavab verməmişdir. Nəhayət 2019-cu ilin iyul ayında onu Bakı şəhərində dəniz kənarında tapmışdır. Bildirmişdir ki, cavabdehlə aralarında olan müqavilənin müddəti başa çatmamışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyibdir. Buna görə də müqavilənin şərtləri üzrə ona maddi ziyan da dəymişdir. Cavabdehə həddən çox inanmış, ona etibar etmişdir. Buna görə də cavabdehlə hər hansı əmək müqaviləsi bağlamamış, ümumiyyətlə aralarında əmək haqqı ilə bağlı söhbət belə olmamışdır. Bütün yuxarıda sadalananları nəzərə alaraq «xxxxxxxxxxxxx» MMC ilə Yavuz Keşkekçi arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, cavabdehə verilmiş 6300 manatın, cəmi 51040 manat pulun, habelə qiyməti 21500 manat, buraxılış ili 2013-cü il olan, ağ rəngli, BAN nömrəsi LSYYDBDB2DC051289, “Brilliance V5” modelli avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən İddiaçı-nin nümayəndəsi X2 nümayəndəsi (vəkili) X21 və «xxxxxxxxxxxxx» MMC-nin digər nümayəndəsi X22 İddiaçınin nümayəndəsi X2 vermiş olduğu izahatla eyni məzmunlu oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində izahat verən Yavuz Keşkekçi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2016-cı ildən Azərbaycanda yaşayır. Bakı şəhərində və bölgələrdə bir neçə restoran qurmuş və onların işləməsini həyata keçirmişdir. İddiaçı ilə Müharrem vasitəsilə tanış olmuşdur. Buna qədər “Gilan” Holdinqin nəzdində olan Qəbələ “Köşəm” restoranında ayda 2500 manat maaşla işləmişdir. Onlar restoranın işlədilməsi barədə söhbət etdikdə Nizami ona restoranın 3 ay ərzində, yəni xx xxxx 2019-cu il tarixdə açılacağını bildirmişdir. 2018-ci ilin sonlarında iddiaçı ilə görüşmüş və öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışlar. İddiaçıya əvvəlcədən ona 20000 manat pul verməsini demişdir. Lakin iddiaçı ona bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Bu zaman ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Beləliklə onunla iddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmışdır. Aralarında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i onun, 33 %-i iddiaçının, 33 %-i isə şirkətin olmalı idi. Sazişə əsasən Brilliance V5 modelli avtomobil onun adına rəsmiləşdirmiş, saziş üzrə ödənilməli 3000 manat pul isə ona hissə-hissə ödənilmişdir. Aralarında müqavilə bağlandıqdan sonra restoranda mətbəxin harada olması, onun daxili dizaynı ilə əlaqədar iddiaçıya bir çox tövsiyələr vermişdir. Bundan sonra Türkiyəyə getmiş, 2019-ci ili fevral ayında Türkiyədən qayıtmışdır. Restoran xx xxxx 2019-cu il tarixdə açılmadığından iddiaçı ona Oğuz rayonu Xal-Xal kəndindəkı obyektini işlətməsini təklif etmiş, o da öz növbəsində həmin obyekti işlətməyə başlamışdır. İddiaçının obyektlərində təxminən 11 ay işləsə də, Şəki şəhərindəki həmin restoran açılmamışdır və hazırda da fəaliyyət göstərmir. Restoran açılmadığından aralarında getdikçə gərginlik yaranmış və münasibətləri pozulmuşdur. İddiaçı onu hədələməyə başlamış, hal-hazırda da onu hədələyir. Bildirdi ki, “Brilliance V5” markalı avtomobili və 3000 manat pulu iddiaçı ona beh kimi vermişdir. Belə ki, o “Köşəm” restoranındakı işindən-gücündən ayrılmış və həmin avtomobil təminatında iddiaçı ilə işləməyə razılıq vermişdir. Sözügedən sazişin ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Həqiqətəndə işlədikləri dövrdə restoran açılmadığından maddi sıxıntıya düşmüş və müxtəlif dövrlərdə Nizamidən 400 manat, 500 manat, başqa bir vaxt isə yenə 400 manat pul almışdır. Həmin pullardan 400 manata Xal-Xaldakı obyekt üçün ərzaq almış, digər 900 manata isə bilet alaraq ailəsini Türkiyədən Azərbaycana gətizdirmişdir. Hesab edir ki, iddia əsaslı deyildir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, Yavuzu 2018-ci ildən tanıyır. Belə ki, o, Nizami müəllimin sürücüsü olduğundan daima onun yanında olmuş və onun Yavuzla olan birgə iş birliyinin əksəriyyətindən xəbəri vardır. Nizami müəllimin Bakı şəhəri Badamdar qəsəbəsində 3 mərtəbəli ofisi var. Həmin ofisdə Nizami Dünyamalıyev onun yanında Yavuza 2500 manat pul vermişdir. Bundan başqa Bakı şəhərində yerləşən “Daymond” çay evində də tərəflər aralarında haqq-hesab etmişlər. Ancaq o, həmin vaxt Nizami müəllimin Yavuza nə qədər pul verdiyini görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, iddiaçının kəndlisidir. O, Yavuzu 2019-cu ilin mart ayından tanıyır. Belə ki, o, Nizaminin göstərişi ilə poçt vasitəsilə Yavuza 400 manat pul göndərmişdir. Bir dəfə də Yavuz ona 2000 manat pul lazım olduğunu demiş və qeyd etmişdir ki, “görən Nizami müəllimə desə ona borc pul verər”. O da demişdir ki, verər. Sonradan bu barədə Nizami müəllimə də demişdir. Sonradan Yavuzu gördükdə, ondan işinin düzəldiyini soruşmuş, Yavuz isə işinin düzəldiyini, 2000 manat pul aldığını demişdir. Ancaq həmin pul Yavuza onun yanında verilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Taskala Muharrem ifadəsində göstərmişdir ki, Türkiyyə Cumhuriyyəti vətəndaşı olsa da azərbaycanlı xanımla evli olduğundan Azərbaycanda yaşayır. Xanımı vasitəsilə iddiaçı Nizami müəllimlə 3-cü dərəcəli qohumluq əlaqələri vardır. Mübahisə predmeti olan müqavilənin müzakirəsindən və bağlanmasından xəbəri olmuşdur. Belə ki, o, özü də həmin restoranda elektrik şəbəkəsinin qurulmasında və çəkilişində iştirak etmişdir. Yavuzu Nizami müəllim vasitəsilə tanımışdır. Yavuz təxminən 2019-cu ilin mart aylarınadək qeyd edilən restorana gəlibgetmişdir. O, 2019-cu ilin aprel ayından etibarən 1-2 ay Nizaminin Xal-xal kəndindəki obyektini idarə etmişdir. Sonuncu dəfə Yavuzla Nizaminin görüşü təxminən 2019-cu ilin iyul ayında olmuş, bu görüş gərgin və dartışmalı keçmişdir. Həmin vaxt Yavuz Nizamiyə demişdir ki, onunla anlaşa bilmir. Nizami müəllim onun yanında Yavuza borc pul vermişdir. Belə ki, Nizami müəllim qızının “xına yaxdı” mərasimində Yavuza 400 manat, bir dəfə Şəkidə 900 manat, başqa bir vaxt isə Bakıda 500 manat vermişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsasən iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, mövcud mübahisə ilə bağlı çıxarılmiş qətnamə reallığı əks etdirmir, faktlara və sübutlara söykənmir. Qanunsuzdur, əsassızdır və maddi hüquq normalarının tələblərinə ziddir. Qətnamə qətiyyən əsaslandırmamışdır. Qətnamə formal olaraq mübahisəyə aidiyyəti olmayan hüquq normalarının sadalanmasına həsr edilmiş, nə üçün məhz iddianın rədd olunması nəticəsinə gəlindiyi isə əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticələr səhvdir, reallığı əks etdirmir. Məhkəmə borclu idi ki, cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin şərtlərini nəzərdən keçirməklə tərəflərin müqavilə öhdəliklərini yerinə yetirməklə bağlı vəzifələrini icra edib etməməsini araşdırsın və yekun nəticəyə gəlsin. Şəki Rayon Məhkəməsinin çıxardığı qətnamə işin faktiki hallarına uyğun deyil, faktiki reallığı əks etdirmir. Mübahisə düzgün araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.Belə olan halda məhkəmə qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz və hər bir halda ləğv edilməli, mübahisə qanuni qaydada araşdırılmalı və iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X7 və onun vəkili X21 apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Yavuz Keşkekçi apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Muharrem Aydemir birinci instansiya məhkəməsində şahid qismində dindirilməməsinin səbəbi ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhərində yaşayır və hal-hazırda işləmir. Azərbaycandan Türkiyəyə 2020-ci ilin fevral ayının 17-si getmiş və oradan mart ayında Qazaxıstana getmişdir. Ən son karantin səbəbindən Azərbaycana Türkiyədən deyil, Qazaxıstandan gəmi ilə avqustun 13-ü gəlmişdir. Fevral ayından avqust ayına kimi Azərbaycanda olmamışdır. O, 2009-cu ildən Azərbaycanda yaşayır. Nizami Dünyamalıyevi isə 2018-ci ildən tanıyır. Yavuz Keşkekçini də 2018-ci ildən tanıyır. İki ildir ki, Nizami Dünyamalıyevin yanındabaş aşpaz vəzifəsində işləyir. X14 yerləşən özünə məxsus restoranı işə salmaq üçün onunla məsləhətləşmiş, o da tanışı Yavuz Keşkekçini məsləhət bilmişdir. Həmin vaxt Yavuz Qəbələ şəhərində restoran işlədirdi və restoran işindən yaxşı anlayırdı. Bundan sonra X10 görüşdürmüş, görüş zamanı restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmışlar. Yavuz Keşkekçi razılaşmış və əvvəlcə işə başlaması üçün Nizami Dünyamalıyevdən nağd pul istəmişdir. Yavuz əvvəlcədən ona özünü qarantiyə almaq üçün 20000 manat pul verməsini demiş, lakin X15 bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Yavuz isə ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Bu şərtlə razılaşmışlar. Razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i Yavuzun, 33 %-i Nizami Dünyamalıyevin, 33 %-i isə şirkətin olmalı idi. Razılaşdıqdan sonra 3 ay müddətində tikinti işləri qurtarmalı idi. Lakin Yavuz cam balkonları və digər işləri gördürməmişdir. Restoran mart ayında açılmalı olduğu halda tikintidən dolayı və digər səbəblərdən açılış etmək mümkün olmadı. Çünki Yavuz demişdir ki, bu vəziyyətdə buranı açmaq olmaz, belə açılsa müştərilər narazı qalacaq. Bu yarımçıq işlərin pulunu normalda Nizami müəllim verməli, işi isə Yavuz görməli idi. Həmin 3000 manat pulun bütöv şkildə verildiyini görməmiş, lakin hissə-hissə verildiyini eşitmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: X2 (Tərəf 1) və X11 (Tərəf 2) aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Əməkdaşlıq (tərəfdaşlıq) Sazişinin 3.1-ci bəndindən görünür ki, Tərəf 1 İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, 740 kv.m. olan, 2 mərtəbəli restoranı işlətmək və gəlirin bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün Tərəf 2-yə verir. Sazişin 6.1-ci bəndinə görə, tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı paylardan ibarət olur: Tərəf 1 - 67 faiz; Tərəf 2 - 33 faiz. 6.2-ci bəndinə görə, Tərəf 1 Tərəf 2-yə buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşın (qiyməti 15000 manat) və üç min manat nəğd şəkildə, ümumilikdə 18000 manat öncədən ödəniş edir. 6.3-cü bəndinə görə, bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18000 (on səkkiz min) manat resporanın gəlirindən olan mənfəətin əldə edilməsindən Tərəf 2-yə məxsus 33 faizdən borc olaraq Tərəf 1-in xeyrinə tutulur. “xxxxxx" Aqro Şirkəti ilə İddiaçı-nin arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borcverən" 21500 (İyirmi bir min beş yüz) manat məbləğində olan, “xxxxxx" Aqro Şirkətinə məxsus olan **-AB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, Brillianse V5 markalı avtomobili ödənişsiz istifadəyə (sonradan “Borc" adlandırılır) “Borcalan"a qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca vermişdir. “Borcalan" isə “Borc“u bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli “Nəqliyyat vasitənin qiymət razılaşdırılması” protokolundan görünür ki, Brilliance V5 universal tipli, ağ rəngli, 4A92SGH9683 mühərrik nömrəli, LSYYDBDB2DC051289 BAN nömrəli, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 21500 manat təşkil edir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-377 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X23 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən “xxxxxx Aqro” şirkətinin balansında olan **- AB-*** dövlət qeydiyyat nişanlı, Briliance markalı minik avtomobili xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılaraq “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 2 saylı komisyon mağazasında AA 775379 saylı hesab arayışla Keşkekçi Yavuza satılmışdır. AR DİN BDYPİ Şəki Regional Qİ və TB şöbəsində xx.xx.2018-ci il tarixdə qeyd olunan avtomobil Azərbaycan Pesbublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan Türkiyə vətəndaşı Keşkekçi Yavuzun adına qeydiyyata alınaraq **-BK-*** dövlət qeydiyyat nişanları və xx.xx.2019-cu il tarixədək etibarlılıq müddəti olan AD 390713 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş və hal-hazırda da onun adında qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə verilmiş AD 390713 saylı nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “Brilliance” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, "İddiaçı" X3 xx xxxxxx 2019-cu il tarixli 10809/k nömrəli müraciətinin təmin edilməsi, Türkiyə Respublikası vətəndaşı Keşkekçi Yavuza Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi, Türkiyə Respublikası vətəndaşı Keşkekçi Yavuzun üzərinə 10 (on) gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulması və bəndin icrasına nəzarətin Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün Keşkekçi Yavuza verilmiş 432212 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilməsi və inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli hesab açmadan köçürmənin aparılması üçün ərizədən görünür ki, X20 Yavuz Keşkekçinin hesabına 1720 Türk Lirəsi pul köçürmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə müraciət etmişdir. xx xxxxxxx 2019-cu il tarixli “Cinayət işinin rədd edilməsi barədə” Qərarın və bununla əlaqədar Yavuz Keşkekçinin vermiş olduğu izahatın təsdiq edilmiş surətlərindən görünür ki, X18 iddiaçı X1 V5 universal tipli, ağ rəngli, 4A92SGH9683 mühərrik nömrəli, LSYYDBDB2DC051289 BAN nömrəli avtomobili və 3000 mant pul almasını etiraf etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdırıb tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdır. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçı iş adamıdır. O, Şəki şəhərində restoran biznesi ilə məşğul olmaq qərarına gəlmiş və bununla əlaqədar mülkiyyətində olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. İddiaçı həmin restoranın fəaliyyətə başlaması üçün Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmiş, həmin şəxs restoranın inzibatçısı kimi işləməsi üçün bu sahəsə mütəxəssis olan Yavuz Keşkekçini ona məsləhət bilmişdir. Həmin vaxt cavabdeh Qəbələ şəhərində yerləşən “Köşəm” restoranında işləmiş, özünün deməsinə görə aylıq 2500 manat əmək haqqı qazanmışdır. Bundan sonra iddiaçı cavabdehlə görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmış, cavabdehlə iddiaçı razılığa gəlmiş, uzun müzakirələrdən sonra iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə Əməkdaşlıq (tərəfdaşlıq) Sazişi bağlanmış və müqavilənin müddəti 2 il müəyyən olunmuşdur. İddiaçı ilə cavabdeh arasında olan Sazişin şərtlərinə əsasən İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, sahəsi 740 kv.m. olan 2 mərtəbəli restoranı işlətmək və gəlirini bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün cavabdehə verməyi öhdəsinəgötürmüşdür. Sazişdə restoranın gəlirlərinin 67 faizinin iddiaçıya, 33 faizinin isə cavabdehə aid olması göstərilmişdir. Müqavilə üzrə iddiaçı cavabdehə buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşın (avtomaşının qiyməti 15000 manat) və üç min manat nəğd şəkildə ümumilikdə 18000 manat öncədən ödəniş edir. Müqavilə şərtlərindən birinə əsasən restoranda həyata keçirilən təmir və tikinti işlərinin iddiaçının nəzarəti altında cavabdeh tərəfindən həyata keçirilməsi, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi öz əksini tapmışdır. Lakin hazırkı vaxtadək restoran fəaliyyətə başlamamış və tərəflər arasındakı münasibətlər təxminən xx.xx.2019cu il tarixdən pozulmuşdur. İddiaçı restoranın fəaliyyətə başlamamasında cavabdehi günahlandırır, cavabdehin müqavilə şərtlərini pozduğunu, bununla da onun qanunla qorunan mülkiyyət və digər hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüquqlarını bərpa etmək üçün hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddianı qəbul etməmiş, müqavilə şərtlərinin iddiaçının özü tərəfindən pozulduğunu göstərmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsigəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Araşdırmazamanı aydın oldu ki, qüsurlu da olsa tərəflər arasında belə bir müqavilə mövcuddur. Qanunvericiliyin tələbindən də göründüyü kimi əgər Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi iddiaçı dəyəri 15000 manat hesablanmış “Brilliance V5” modelli avtomobili və 3000 manat pulu aralarındakı müqavilə üzrə cavabdehə verməklə öhdəliyini icra etmişdir. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə bağlandıqdan ta xx xxxx 2019-cu il tarixinədək iddiaçıya məxsus obyektlərdə çalışmışdır. Cavabdeh 15000 manat hesablanmış “Brilliance V5” modelli avtomobili və 3000 manat pulu iddiaçı tərəfindən ona qarant və ya beh olaraq verildiyini iddia etmişdir. Belə olan halda iddiaçı cavabdehlə aralarında olan müqaviləyə xitam verilməsini tələb etdiyindən artıq öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməz. Müqavilənin şərtlərindən və məzmunundan aydın olur ki, müqavilə üzrə cavabdehin vəzifələri restoran tamamilə işlədilməsi üçün cavabdehə verildikdən sonra yaranmağa başlayır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli restoran hələ də işlədiləsi vəziyyətə gətirilərək cavabdehə təhvil verilməmişdir. Belə olan halda cavabdeh tərəfindən hər hansı öhdəliyin icra edilməməsindən söhbət gedə bilməz. Hazırkı vəziyyətdə müqavilənin yalnız bir bəndində cavabdehin məsuliyyət daşıya biləcəyi bir hal mövcuddur ki, bu da restoranda aparılan tikinti və təmir işləri ilə bağlıdır. Hansı ki, müqavilədə həmin “tikinti və təmir işləri”-nin də Tərəf 1-in nəzarəti altında aparılması göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli restoranın işlək vəziyyətdə indiyədək cavabdehə təhvil verilməməsinin məsuliyyəti iddiaçının üzərinə düşür. Məhkəmə iddianın cavabdeh X11 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun tələb etməsinə münasibət göstərərək qeyd edir ki, bunların cavabdehə aidiyyətini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pul tərəfdaşlıq müqaviləsindən irəli gələn bir hal olmuş, həmin məbləğin ödənilməsi mövcud qanunvericiliyə əsasən İddiaçı-nin vəzifəsi olmuşdur. Lakin cavabdeh məhkəmə iclasında işlədikləri dövrdə restoran açılmadığından maddi sıxıntıya düşdüyünü və buna görə də müxtəlif dövrlərdə Nizamidən 400 manat, 500 manat və yenə 400 manat pul almasını bildirmişdir. Qeyd etmişdir ki, həmin pullardan 400 manata Xal-Xaldakı obyekt üçün ərzaq almış, digər 900 manata isə bilet alaraq ailəsini Türkiyədən Azərbaycana gətizdirmişdir. Məhkəmə qeyd edilən 1300 manatı cavabdehin Nizamidən borc alması kimi qiymətləndirir və həmin hissədə də iddianın təmin edilməsi qənaətinə gəlir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə cavabehX18 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış ƏməkdaşlıqSazişi (tərəfdaşlıq) ləğv edilməli, Cavabdeh X9 cəmi 1300 (min üç yüz) manat alınaraq İddiaçı-nin nümayəndəsi X4 verilməli, iddianın cavabdeh X11 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılmasına dair hissəsi, həmçinin iddia tələbinin cavabdehdən tələb edilən 6300 manat pul vəsaitinin 5000 manat hissəsi təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsinə görə, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyasına görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli restoranın işlək vəziyyətdə indiyədək cavabdehə təhvil verilməməsinin məsuliyyəti iddiaçının üzərinə düşür. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin həmin mövqeyi həm mülki qanunvericiliyin istinad olunan normalarından, həm də tərəflərin arasında olan Sazişin şərtlərindən irəli gəlir. Belə ki, Sazişin 3.1-ci bəndində nəzərdə tutulur ki, Tərəf 1 (yəni Nizami Dünyamalıyev) İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, 740 kv.m. olan, 2 mərtəbəli restoranı işlətmək və gəlirin bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün Tərəf 2-yə (Yavuz Keşkekçiyə) verir. Göründüyü kimi, İddiaçı-nin təsisçisi Nizami Dünyamalıyev sözügedən restoranı işləməyə hazır vəziyyətdə cavabdehə təhvil verməli, bundan sonra cavabdeh həmin restoranı aralarında bağlanmış olan Sazişin şərtlərinə uyğun olaraq işlətməli idi. Restoranın fəaliyyət göstərdiyi zaman cari təmir-tikinti işlərini isə cavabdeh iddiaçı tərəfin vəsaiti hesabına və nəzarəti altında yerinə yetirməli idi. Lakin işin gerçək hallarından göründüyü kimi, iddiaçı tərəf restoranı cavabdehə hazır vəziyyətdə verməmiş, fəaliyyətə başlaması üçün hazır olmayan restoranın işlədilməsini cavabdehdən tələb etmişdir ki, bu da cavabdehin vəzifələrinə aid olmamışdır. Tərəflər arasında olan işbirliyinin pozulmasından keçən bir ildən artıq müddətdə həmin restoranın hələ də fəaliyyətə başlamaması onun göstəricisidir ki, 2019-cu ilin mart ayında da işləməyə yararlı vəziyyətdə olmamışdır. Ümumiyyətlə, hansısa sahibkarlıq obyektinin fəaliyyətə başlaması onun sahibkarı tərəfindən həyata keçirilməli, yalnız bundan sonra digər işçilər orada öz vəzifələrini yerinə yetirməlidirlər. O cümlədən, sözügedən restoran İddiaçı tərəfindən işə salınmalı, yalnız bundan sonra orada inzibatçı (administrator) olaraq Yavuz Keşkekçi öz vəzifələrini yerinə yetirməli idi. Hələ fəaliyyətə başlamamış restoranda vəzifələrinin yerinə yetirilməsini cavabdehdən tələb etmək ağlabatan deyildir. Göründüyü kimi, qeyd edilən Sazişin şərtləri iddiaçı tərəfindən pozulduğuna görə, Mülki Məcəllənin 424.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehə qarşı tələb hüququ yaranmır. Belə olan halda, Mülki Məcəllənin 424.4-cü maddəsinin tələbinə uyğun olaraq, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilmədiklərindən, iddiaçıda müqavilə üzrə, yəni xx xxxxxx 2018-ci il tarixli Əməkdaşlıq (tərəfdaşlıq) Sazişinin 6.2-ci bəndinə görə, cavabdehə verdiyi Brilliance V5 modelli, qiyməti 15000 manat olan avtomaşını və üç min manat nəğd ödənilmiş pulu, ümumilikdə 18000 manat məbləğini geri tələb edə bilməz. Çünki, həmin vəsaiti cavabdehə ödəmək iddiaçının müqavilə üzrə öhdəliyi olmuş, müqavilənin şərtləri isə yuxarıda şərh edildiyi kimi, iddiaçı tərəfin məsuliyyət daşıdığı səbəblərdən pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Muharrem Aydemirin ifadəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, həmin şəxsin özünün bildirdiyindən görünür ki, o, uzun illərdir ki, iddiaçının iaşə obyektlərində aşbaz işləyir. Yəni, iddiaçı tərəfin obyektlərində işləyərək öz dolanışacağını təmin etməklə iddiaçı tərəfdən xidməti asılı vəziyyətdədir. Belə olan halda, onun iddiaçının diktəsi ilə obyektiv olmayan, daha doğrusu iddiaçının mənafeyinə uyğun olan ifadə verməsi mümkündür. Odur ki, kollegiya onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Kollegiyaya görə, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. İddiaçının apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X24 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı X8 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1528/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1528/2020
04.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver