Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1549/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-531/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1166/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin xx xxxxx 2015-ci il təvəllüdlü X7 münasibətdə ləğv edilməsbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-531/2020 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)1166/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin xx xxxxx 2015-ci il təvəllüdlü X7 münasibətdə ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qız ilə Şəki Rayon Qeydiyyat Şöbəsində xx xxxxx 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahda yaşadıqları dövrdə, yəni xx xxxxx 2015-ci il tarixdə İsmayıl adlı uşaqları anadan olmuşdur. O, Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan aralarında olan səmimi ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Ayrıldıqlar vaxt, yəni 2017-ci ilin fevral ayının 04-dən İsmayıl onun yanında qalmışdır. Lakin, faktiki ayrıldıqdan sonra onların birgə nikahdan ikinci uşaqları xx xxxxxx 2017-ci il tarixdə Cahandar adlı uşaqları da olmuşdur. Göstərmişdir ki, İsmayılın onun yanında qalması xx xxxxxx 2017-ci il tarixdə Cahangirin doğumu ilə əlaqədar olmuşdur. Əsaslı səbəblərədn o, Cavabdeh qarşı məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırmış və Şəki rayon məhkəməsində iddiaya baxılmışdır. Onun iddiası üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2 (075)-100/2018 saylı qətnaməsi qəbul edilmiş, həmin qətnaməyə əsasən onunla Cavabdeh arasında xx xxxxx 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlarından-xx xxxxx 2015-ci il təvəllüdlü X12 onun, xx xxxxxx 2017-ci il təvəllüdlü X8 isə anası Cavabdeh yanında saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsində cavabdehin şikayətinə baxılmışdır. Sözügedən apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)1166/2018 saylı qətnaməsi qəbul edilmiş və həmin məhkəmə aktı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-100/2018 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tərəflərinin birgə nikahlarından olan xx xxxxx 2015-ci il təvəllüdlü X6 anası Cavabdeh himayəsinə verilməsi və xx xxxxx 2015-ci il təvəllüdlü İ.İddiaçı və xx xxxxxx 2017-ci il tarixli doğumlu C.İddiaçı yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay, hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh qızma verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsininxx xxxxxx 2018-ci il tarixli, 2(102)- 6968/2018 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)- 1166/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin qeyd olunan qətnamələrə baxmayaraq birgə nikahdan doğulmuş xx xxxxx 2015-ci il təvəllüdlü X12 halhazıradək onun himayəsində olmaqla qalmaqdadır. X17 Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 saylı qətnaməsi ilə hər iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün ondan 100 (bir yüz) manat sabit pul məbləğində tutulması qət edilmişdir. Bundan sonra Şəki rayon məhkəməsində qarşılıqlı olaraq ayrı bir məhkəmə mübahisələri olmuş və məhkəmə xx xxxxx 2019-cu il tarixdə iddia tələblərinə baxaraq ilk iddianı təmin edilmiş, Cavabdeh ilə onun birgə nikahlarından olan xx xxxxx 2015-ci il təvəllüdlü X6 ondan məcburi qaydada alınaraq Cavabdeh verilməsi, onun Cavabdeh qarşı xx xxxxxx 2017-ci il təvəllüdlü X4 Cavabdeh alınıb onun yanında saxlanılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Şəki rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-14/2019 nömrəli qətnaməsindən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxaraq xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 nömrəli məhkəmə aktı qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 nömrəli qətnaməsi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən məhkəmə aktlarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş övladı İsmayıl Süleymanov atası, yəni onun yanında qalmaqla yaşayır. İsmayıl onun himayəsindədir və onun saxlanma xərclərində anası, Cavabdeh iştirak etmir. Lakin buna baxmayaraq o, İsmayılın saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)1166/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 (bir yüz) manat sabit pul məbləğin alimentin cavabdehin xeyrinə tutulması davam etdirilir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 nömrəli qətnaməsi üzrə icra hərəkətləri edilmiş, lakin azyaşlı İsmayıl anasına getməkdən imtina etmiş və icra məmurları tərəfindən bu barədə AKT da tərtib edilmişdir. Hesab edir ki, qanunvericilik uşağın öz atasından (anasından) alınması ilə bağlı norma müəyyən etməmişdir. Bu baxımdan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 nömrəli qətnaməsi İsmayıl Süleymanovun anası Cavabdeh verilməsi hissəsində icra edilə bilməmiş, sözügedən qətnamənin həmin hissəsinin icra edilmədiyi halda isə qanunsuz olaraq həmin qətnamənin aliment hissəsində, yəni uşağın saxlanması üçün təyin edilmiş vəsaitin borc olaraq müəyyən edilib saxlanılması ədalətsizlikdir. Hesab edir ki, iddiası əsaslıdır. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1166/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin xx xxxxx 2015-ci il təvəllüdlü X7 münasibətdə ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-531/2020 nömrəli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə ona təqdim edilmiş qətnamələr əsasında o qənaətə gəlmişdir ki, Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bundan əvvəl də cavabdehə qarşı eyni tələb üzrə iddia qaldırmış və onun tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin hüquqi əsasını azyaşlı İsmayılın icra məmurları tərəfindən anasına verilməsinin mümkün olmamasını göstərməsi təşkil etmişdir. Yəni iddiaçı hesab etmişdir ki, artıq azyaşlı İsmayılın anasına verilməsi mümkün olmamış, buna görə də ona münasibətdə ondan tutulmalı olan aliment məbləği silinməlidir. Lakin iddiaçı unutmuşdur ki, uşağın ondan məcburi qaydada alınaraq anasına verilməsi üzrə icra hərəkətləri hələ də davam etdirilir. Buna görə də məhkəmə Ali Məhkəmənin məlum Plenum qərarının məzmunundan çıxış edərək iddiaya xitam deyil, onun rədd edilməsi qərarına gəlmişdir. Habelə məhkəmə qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İcra hərəkətlərinin aparıldığı müddətdə xx xxxxx 2015-ci il təvəllüdlü X6 İddiaçı məcburi qaydada alınaraq Cavabdeh vermək mümkün olmamışdır. Lakin proses qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu isə o, deməkdir ki, icra sənədi üzrə icra hərəkətləri hələ də davam etdirilir. Qeyd olunan icra sənədinin icra edilməməsinin mümkün olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ya həmin icra sənədi mümükün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmamışdır. Bunula bağlı bildirmək istəyir ki, Şəki Rayon Məhkəməsində üyni iddia üzrə iş qaldırılmamaışdır. Belə ki, MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmçinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilş əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Eyni zamanda qeyd edir ki, iddia tələbinin əsasını xx xxxxx 2015-ci il təvəllüdlü X7 Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1166/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin ləğv edilməsi təşkil edir. Bununla bağlı qeyd edək ki, təyin edilmiş aliment uşağın-İsmayıl Süleymanovun saxlanmasına yönəlmiş pul məbləğidir. Həmin məbləğin təyinatı yuxarıda qeyd edilmiş qeynamə ilə göstərilmişdir. İddia tələbində ləğv edilməsi göstərilmiş aliment İsmayılın saxlanmasına yönəlmiş alimentindir. Əvvəl ki, qatnamə ilə yığılmış aliment borcunun ləğv edilməsi ilə bağlı tələb irəli sürülmüşdür. Hər bir hallda iddiaçı İsmayıl Süleymanovun valideyinidi və ona baxmaq onun vəzifəsidir. Lakin İsmayılın maddi tələbatlarını tam şəkildə ödədiyi halda hesab edir ki, İsmayıla münasibətdə alimenti iş üzrə cavabdehə ədalətsiz olaraq ödəyir. Sadə bir məntiqlə baxsaq əgər İsmayılı ata saxlayırsa, onun saxlanması üçün cavabdehə aliment ödəyir. Tərs məntiqlə düşünsək iddiaçı cavabdehə İsmayılın saxlanması üçün aliment ödəyir,lakin ismayılın saxlanamsında cavabdeh iştirak etmir, məhkəmə qətnaməsi ilə tutulmuş aliment İsmayılın saxlanması üçün xərclənmir və həmin alimentin necə, hara xərclənməsi qətnamə ilə müəyyən edilmir. Habelə iş materiallarından görünür ki, İsmayıl Süleymanov İddiaçı yanındadır. Belə ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İcra hərəkətlərinin aparıldığı müddətdə xx xxxxx 2015-ci il təvəllüdlü X6 İddiaçı Siyahbər oğlundan məcburi qaydada alınaraq Cavabdeh vermək mümkün olmamışdır. Qeyd etmək istəyirik ki, cavabdeh İsmayl Süleymanovun saxlanamsında iştirak etmir və bu Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. Həmçinin həmin qətnamənin icra edilməməsi İsmayıl üçün təyin edilmiş alimentin tutulmasını və bu yöndə icra hərəkətlərini dayandırmır. Eyni zamanda hesab edirik ki, əlaqəli olan bir qətnamənin icrası digər qətnamənin icrasını dayandıra bilməz. Habelə hesab edirik ki, İsmayıl Süleymanov cavabdehin yanında olduğu dövrdə cavabdeh istənilən vaxt İsmayılın ona verildiyi vaxdan yenidən aliment tələbi ilə iddia qaldıra bilər. Apellyasiya şikayətinin təmin edilməsi, Şəki rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-531/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia təlibinin təmin edilməsi barədə qərar qəbul edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Ona görə də qəbul edilmiş qətnaməni tamamailə qanunsuz və əsassız hesab edir və həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və iddiasının təmin edilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-531/2020 nömrəli qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X14 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-531/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; - Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)627/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə Cavabdeh verilməsi üçün İddiaçı tutulmalı olan 2200 manat aliment borcunun ləğv edilməsi qət edilmişdir. -Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasıya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarizli qətnaməsinin qismən, yəni iddianın xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X6 atası İddiaçı yanında qalması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın tərəflərin birgə nikahından xx xxxxx 2015-ci il tarixdə anadan oımuş X6 Cavabdeh verilməsi hissəsində təmin edilməsi, tərəflərin birgə nikahından xx xxxxx 2015-ci il tarixdə anadan olmuş X6 Cavabdeh yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X12 və xx xxxxxx 2017-ci ıl təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 (bır yüz) manat sabit pul məbləğində əliment alınaraq Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəli xx xxxx 2017-cı il tarixdən hesablanması, alimentın tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)- 6968/2018 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1166/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-14/2019 saylı qətnaməsindən görünür ki, Ramilə Nəcəf qızı ilə İddiaçı birgə nikahlarından olan xx xxxxx 2015-ci il təvəllüdlü X2 Famil Siyəhbər oğlundan məcburi qaydada alınaraq Ramilə Nəcəf qızına verilməsi, İddiaçı Ramilə Nəcəf qızına qarşı xx xxxxxx 2017ci il təvəllüdlü X4 Ramilə Nəcəf qızından alınıb onun yanında saxlanılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. -Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(107)-2328/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-1969/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-627/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə, 3-cü şəxs Cavabdeh qarşı “ xx xxxxx 2015-ci il təvəllüdlü X12 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün ondan tutulması üçün hesablanmış 4400 manat aliment borcunun ləğv edilməsinə dair” iddia tələbi təmin edilməməsi qət edilmişdir. -Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1166/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il tarixindən hesablanmaqla 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi manat aliment tələbkar Süleymanova (Cəfərova) Ramilə Nəcəf qızına bu günədək 5000 manat məbləğində aliment pulu ödəmiş, 2200 manat aliment borcu qalmaqdadır. Ədürrəhman Abdullayev adına şəhər 21 saylı tam orta məktəb tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X3 Abdullayev adına 21 saylı tam orta məktəbin hazırlıq sinifində təhsilini davam etdirəcəkdir. “Olimpiya” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X12 2017-ci ilin fevral ayından atası İddiaçı ilə birgə yaşayır. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna xx xxxxx 2020-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cəfərova (əvvəlki soyadı Süleymanova) Ramilə Nəcəf qızı ilə İddiaçı Siyahbər oğlunun birgə nikahlarından olan xx xxxxx 2015-ci il təvəllüdlü X2 Famil Siyahbər oğlundan məcburi qaydada alınaraq tələbkar X13 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Göstərilmişdir ki, borclu tərəfindən əvvəlcə apellyasiya, daha sonra isə kassasiya şikayətləri verilmiş, qanunamüvafiq olaraq icraat xx.xx.2019-ci il tarixli qərarla dayandırılaraq xx.xx.2020-ci il tarixli qərarla təzələnmişdir. İcraat təzələndikdən sonra icra sənədinin məcburi icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət edilərək izahatı alınmış, xx.xx.2020-ci il tarixə məcburi icra prosesi təyin edilmiş sonra isə müəyyən səbəblərdən xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə təyin edilmiş icra prosesində X15 ilə övladı X6 təklikdə görüşmələri təmin edilsə də onun Ramilə Cəfərova məcburi verilməsi mümkün olmamışdır. Daha sonra yenidən xx.xx.2020-ci il tarixə icra prosesi təyin edilsə də, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının müvafiq qərarlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin müvafiq göstərişlərinə əsasən icra prosesinin həyata keçirilməsi mümkün olmamış, buna görə də proses qeyri-müəyyən müddətə təxirə salınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1. maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. X5 Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X11 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X19 BMT-ninKonvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “X19” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin üçüncü hissəsinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-14/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İcra hərəkətlərinin aparıldığı müddətdə xx xxxxx 2015-ci il təvəllüdlü X6 İddiaçı Siyahbər oğlundan məcburi qaydada alınaraq Cavabdeh vermək mümkün olmamışdır. Lakin proses qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu isə o, deməkdir ki, icra sənədi üzrə icra hərəkətləri hələ də davam etdirilir. Qeyd olunan icra sənədinin icra edilməməsinin mümkün olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ya həmin icra sənədi mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmamışdır. Belə olduğu halda məhkəmə kollegiyası belə qənayətə gəlir ki,birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərində göstərilmiş dəlillər əsassız olduğundan qətnamənin qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-531/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1549/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1549/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver