Məhkəmə qərarları › İş №2(107)-1552/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1552/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1552/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona ödədiyi pulun alınıb verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-102/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli 2(033)-102/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh torpaq sahəsinin alqı-satqısı ilə bağlı xx xxxxx 1998-ci ildə İddiaçı tərəfindən verilmiş 10.000.000 (on miyon) manatın hazırki manata nisbəti olan 5790 (beş min yeddi yüz doxsan) manatın alınaraq İddiaçı verilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 10.000000 (on milyon) manat pulun indiki məzənnə (indeksasiya) ilə cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 1998-ci il 5 aprel tarixində ona müraciət edərək aqrar islahat zamanı ailə təsərrüfatının mülkiyyətinə verilmiş 1,2 ha pay torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmək arzusunda olduğunu bildirmişdir. O, da fərdi təsərrüfatına yaxın olduğu üçün həmin torpaq sahəsini x xxxxx 1998-ci il tarixdə satdığı qiymətə, yəni 10000000 (on milyon) manata ondan almışdır. Həmin torpağın o zaman çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etmək mümkün olmamışdır. Buna görə də, gələcəkdə öhdəliyin icrasını təmin etmək məqsədilə iradə ifadələrini “müqaviləni” aralarında əqd formasında bağlamaqla xx.xx.1998-ci il tarixdə şahidlərin iştirakı ilə tərtib edilmiş akt ilə rəsmiləşdirmişlər. Qeyd edilən torpaq sahəsindən bu günə kimi 20 ildən artıq müddətdir ki, mübahisəsiz, vergi öhdəliklərini qarşılamaqla istifadə edir. Yəni torpaq sahəsini özbaşına zəbt etməmişdir. O, vicdanlı alıcı olmuşdur. Torpaq sahəsini kənar müdaxilələrdən qorumuş, mühafizə etmişdir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, hazırda iddiaçılar həmin torpaq sahəsinə dair çıxarış almışlar. Çıxarış aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Əvvəlki birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək həqiqətən iddiaçıdan 1998-ci il tarixdə uşağı xəstə olduğu üçün 10.200000 (on milyon iki yüz min) manat pul aldığını, həmin pulun əvəzində ona torpaq satdığını, lakin məhkəmənin qətnaməsi ilə həmin torpaq sahəsini iddiaçıdan aldıqlarını, hazırda isə ona verilən həmin pulun indiki məzənnə ilə qaytaracağını bildirmişdir. Birinci instansiya məhkəməsinin baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onların mülkiyyətində Zaqatala şəhəri Əliabad qəsəbəsində yerləşən 0,88 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış da verilmişdir. İddiaçı həmin torpaq sahəsini zəbt edib, onların mülkiyyət hüquqlarını pozmuşdur. Dövlət reyestrindən çıxarış verildikdən sonra həmin torpaq sahəsindən istifadə edərək həmin torpaq sahəsinə 2019-cu ilin mart ayında 205 dib fındıq tingi əkmişlər. Lakin İddiaçı həmin torpaq sahəsindən çıxmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının həmin torpaq sahəsindən çıxarılması və maddi zərərin ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin torpaq sahəsini atası olan Cavabdeh İddiaçı uşağının xəstə olması səbəbindən satmışdır. Lakin akt satıcı kimi babası X12, atası Cavabdeh və digər ailə üzvləri tərəfindən imzalanmışdır. İddianın təmin olunmamasını xahiş edir. İşdə olan xx xxxxx 1998-ci il tarixli aktın kserosurətindən görünür ki, İddiaçı şahidlərin iştirakı ilə Cavabdeh 10000000 (on milyon) manat verərək ona məxsus 1,02 ha torpaq sahəsini almışdır. İşdə olan Zaqatala rayonun Əliabad qəsəbəsinin sakinləri o, cümlədən torpağın alqı-satqısı barədə xx xxxxx 1998-ci il tarixli aktı şahid qismində imza edən X3, X18 və X13 izahatlarından görünür ki, Əliabad qəsəbəsində yaşayan Cavabdeh və İddiaçı arasında 1998-ci il 5 aprel tarixdə torpaq alqı-satqısına dair Akt tərtib edərkən onlar şahid qismində iştirak etmişlər və Aktda qeyd olunanları imzaları ilə təsdiq etmişlər. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 646/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçılar X10, Cavabdeh və X1 mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, AR ƏMDK yanında DƏDRX-in 18 saylı X17 verdiyi xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,88 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçılar X10, Cavabdeh və X2 təhvil verilməsi, cavabdeh İddiaçı maddi zərərin əvəzi olaraq 644,5 (altı yüz qırx dörd manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçılar X10, Cavabdeh və X2 verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, cavabdeh İddiaçı 20 manat dövlət rüsumunun tutularaq iddiaçı X7 verilməsi, 10 manat dövlət rüsumunun iddiaçı X5 özünə aid edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)3214/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)- 646/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılaraq cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 29907 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh tələb edilən və ona 1998-ci ildə verildiyi bildirilən 10.000.000 AZM və yaxud 2.000.00 AZN pul məbləğinin xx xxxxx 1998-ci il tarixindən xx xxxxxxxx 2019-cu il tarixinədək (iddia ərizəsində göstərilən tarixədək) 289,50 % infilyasiya faiz dərəcəsi nəzərə alınmaqla qeyd edilən indeksasiya məbləği 5790 AZN məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-102/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyətində qeyd etmişdir ki, qətnamədən narazıdır. Belə ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki iş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi iş üzrə cavabdeh tərəfindən 1998-ci ildə iddiaçıya 10000000 manata satılmışdır. Məhkəmə qətnaməsində iş materialları dedikdə hansı materialı, işin içərisində olan hansı sənədi nəzərdə tutduğunu qətnamədə qeyd etməmişdir. Belə ki, iş materiallarının içində Cavabdeh həqiqətən də həmin torpaq sahəsini İddiaçı satdığına dair heç bir sənəd yoxdur. İşə əlavə edilmiş torpağın alqı-satqısına dair akt vardır. Həmin akt 1999-cu ilin 7 avqust tarixində bağlanmışdır və həmin aktda torpağı satan şəxs X12 olmuşdur. Torpağı alan şəxs X16 olmuşdur. Ancaq hazırki iş üzrə İddiaçıdur, hansı ki, torpağı Nurəddin Orucov alıb, İddiaçı isə indi həmin torpağın pulunu tələb edir, satan isə Balabəy Balabəyovdur. Balabəy Balabəyov da vəfat etmişdir. Nurəddin Orucov da vəfat etmişdir. Ölən adamların vərəsələrinə dair hər hansı bir şəhadətnaməsi olmadan miras qalmış əmlakı qəbul edibetmədivini məhkəməyə sübut etmədən subyektiv hüquqların olub-olmadığı məhkəmə tərəfindən araşdırılmadan qanunsuz olaraq qətnamə çıxarılmışdır. Bundan başqa qeyd etmək istəyir ki, Cavabdeh hansı ki, iş üzrə cavabdeh məhkəmə iclasında həmin torpaq sahəsini satdığını bildirməmişdir, belə bir ifadə şerməmişdir. Bundan başqa Cavid Balabəyovun adından da belə bir ifadə qətnamədə yazılmışdır ki, guya Cavid məhkəmə iclasında bildirmişdir ki, həqiqətən də onun atası torpaq sahəsini satmışdır. Xeyr, belə bir ifadə verilməmişdir, ifadələr təhrif edilmişdir. Ona görə də onlar bunu apelyasiya məhkəməsinə bildirilər ki, onların ifadələri yenidən alınsın. Torpaq sahəsi Balabəyov Balabəy tərəfindən satılmışdır. Cavabdeh və Balabəyov Cavid tərəfindən heç kimə heç bir torpaq sahəsi satılmamışdır. İşə əlavə edilmiş həmin alqı-satqı aktında sadəcə olaraq Cavabdeh şahid kimi aktın doğruluğunu imzalarımizla təsdiq edirik siyahısında şahid kimi imza atmışdır. Torpaq sahəsini satan şəxs isə torpağı satdım deyə X12 imza etmişdir. X4 hər hansı bir miras əmlakı qəbul etməyən Cavabdeh da atasının etdiyi hərəkətə görə cavab verməli deyildir. Bundan başqa məhkəmə qətnaməsində qeyd etmişdir ki, biz İddiaçı məhkəməyə verərək həmin torpaq sahəsindən çıxartmışıq. Bəli, bu düzdür. Biz İddiaçı məhkəməyə vermişik və bizə məxsus torpaq sahəsindən çıxartmışıq və bu iş materiallarından sübut olunur hansı ki, alqı-satqı aktında torpaq sahəsi Balabəy Balabəyova məxsus olan torpaq sahəsi 1,73 ha göstərilmişdir. Cavabdeh torpaq sahəsi isə başqa toıpaq sahəsidir, hansı ki, onun sahəsi 0,88 ha olmuşdur. Bunlar başqa-başqa torpaqlardır. Bizim torpağımızı qanunsuz olaraq zəbt etdiyinə görə İddiaçı biz məhkəməyə verərək həmin torpaq sahəsindən çıxartmışıq. Lakin məhkəmə isə başqa-başqa torpaq sahələrinə aid olan mübahisələri birləşdirərək düzgün olmayan nəticəyə gəlmişdir.Qətnamədən görünür ki, ekspertiza təyin olunub. Ekspertizadan rəy alınıb. Pulun indeksasiyası ilə bağlı həmin ekspertin rəyi bizə təqdim edilməmiş, onlar həmin rəylə tanış olmamış qətnamə çıxarılmışdır. Bundan başqa ekspertin rəyi ilə razı deil, ona görə ki, qətnamədə göstərilir ki, ekspertin rəyindən görünür ki, 10 000 000 AZN və yaxud 2000 AZN pul 1998-ci il tarixdən 2019-cu il tarixədək olan infılyasiya faizi nəzərə alınmaqla yazılmışdır. Buradan görünür ki, ekspertiza qarşısında sual düzgün qoyulmamış və pulun inflyasiyası düzgün çıxarılmamışdır. Belə ki, 10 000 000 manat birinci növbədə 2005-ci ildə Prezident tərəfindən verilmiş Fərman ilə denaminasiya nəzərə alınmaqla x xxxxxx 2006-cı il tarixə olan məbləğ çıxarılmalı idi ki, həmin məbləğ 1998-ci ilin 10 000 000 manatı x xxxxxx 2006-cı il tarixə neçə manat təşkil edirdi. x xxxxxx 2006- cı il tarixdən həmin fərmana əsasən yeni AZN-lə hesablanmalı idi ki, neçə manat təşkil edirdi. Ondan sonra onun həmin tarixdən 2006-ci ilin yanvar ayından bu günə olan infelyasiyanın faiz dərəcəsi nəzərə alınmaqla indeksasiya məbləği müəyyən olunmalı idi. Buradan görünür ki, məhkəmə ekspert qarşısında sualları düzgün qoymamış və ekspert də yalnız qoyulmuş suala cavab vermişdir. Ona görə də məhkəmənin gəldiyi bu nəticə ilə biz razı deyilik. Bundan başqa məhkəmə qətnamə çıxararkən iddianın tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı öz iddia ərizəsində yazır ki, hazırda həmin torpaq sahəsinin dəyəri 3000-3300 manatdır. Həmin məbləğdə pul ona qaytarılmalıdır. Buradan belə çıxır ki, iddiaçı 3000- 3500 manat arasında pul tələb etdiyi halda məhkəmə qanunsuz olaraq cavabdehdən 6000 manata yaxın 5790 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmişdir. Buradan da görünür ki, məhkəmə MPM-nin tələblərini pozaraq iddianın həcmindən kənara çıxaraq iddianın həcmini artırmışdır. Bundan başqa məhkəmənin qətnamənin düzgün və qanunsuz çıxartdığı oradan məlum olur ki, İddiaçı iddia ərizəsinin qeyd hissəsində məhkəməyə belə bir məlumat vermişdir. Məlumat üçün bildirir ki, eyni qaydada qarşılıqlı iddia üzrə cavabdehlərin şahidliyi ilə yaxın qohumları olan X14 da 1,7 ha torpaq sahəsini mənə satmışdır (Akt və qəbzlər əlavə olunur). Buradan görünür ki, iddiaçı iddia tələbində bizdən tələb etdiyi məbləğ, pul bizim özümüzə məxsus torpaq sahəsinə aiddir. Bundan başqa da qeyd edir ki, deməli Balabəyov Balabəy hansı ki, artıq vəfat etmişdir. Burada artıq iddiaçı özü sübut edir ki. bizim torpaq sahəmiz tamam başqa torpaq sahəsidir, Balabəyov Balabəyin torpaq sahəsi tamam başqa torpaq sahəsidir. Onu iddia ərizəsində öz qeydində artıq bildirmişdir ki, X12 da 1,73 ha torpaq sahəsini mənə satmışdır. Bununla da sübut olunur ki, bu torpaq sahələri ayrı-ayrı torpaq sahələridir. Atasının satdığı torpaq sahəsinə görə oğlu məhkəmə qarşısında cavab verməli deyil. O halda cavab verə bilər ki, atasından miras qalmış əmlakı qəbul etmiş olsun və qəbul etdiyi miras həcmində cavabdeh ola bilər. Cavabdeh isə atasından qalmış heç bir mirası qəbul etməmişdir və onun bu barədə heç bir sənədi yoxdur. Ona görə də Zaqatala rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-102/2020 saylı qətnaməsinin ləğv edilməsinə, iddianın rədd edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 izahat verərək qeyd etmişlər ki, İddiaçı yalan deyir. O bildirmişdir ki, köhnə pulla böyük pul vermişdir. Amma heç də elə deyil, yalan söyləyir. Pul babasının vaxtında 102 şirvan verilib. Ancaq bu şəxsin dediyi qədər çox olmayıb. Ona görədə apelyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)- 102/2020 nömrəli iş üzrə qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etmişlər ki, oğlunun müalicə edilməsi üçün İddiaçı köməklik məqsədiylə ona 102 şirvana verdiyinə görə torpaq sahəsi müvəqqəti onun istifadəsinə verilmişdir. Lakin heç bir alqısatqı müqaviləsi olmamışdır və heç bir yerə imza çəkilməmişdir. Düz 23 ildir ki, torpaq sahəsi iddiaçıdadır. Biz torpaq sahəsin ona ömürlük verməmişik. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X6 izahat verərək qeyd etmişlər ki, sözü gedən torpaq sahəsi bizə məxsusdur. Cavabdeh İbarhim Balabəyov ondan 102 şirvan pul almışdır. Biz o vaxt torpaq sahəsini iddiaçının istifadəsinə müvəqqəti verəndə ona bildirdik ki, torpaq bizə lazım olanda geri götürəcəyik. Heç bir sənədə qol çəkməmişik heç bir alqı-satqı müqaviləsidə olmayıb. Torpaq sahəsi 20 ildən artıq onun istifadəsində olub. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı izahat verərək qeyd etmişlər ki, 1998-ci ildə İbrahimə 10 milyon manat verib 1 hektar 2 sot torpağ sahəsini almışdır. 20 ildir həmin torpaq sahəsi istifadə edir. Torpaq sahəsi ondan alınmışdır. Araşdırılsın və indiki məzənnə ilə ona pul qaytarılsın. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Apelyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilir ki, 1998-ci ildə Cavabdehin və ailə üzvlərinin razılığı ilə cavabdehə məxsus 1,02 ha torpaq sahəsini iddiaçıya 10.000.000 manata satmışdır. Həmin torpaq sahəsini Cavabdeh İddiaçı uşağının xəstə olması səbəbindən ona pula ehtiyacının olması səbəbindən satmışdır. Tələb edilən pul məbləği isə iddiaçı tərəfindən cavabdehə verilmişdir. Qeyd olunan hal, yəni 10.000.000 manat pul məbləğini İddiaçı Cavabdeh verməsi həm iddiaçının, həm də Cavabdeh və şahid Gülcamal Məmmədovanın izahatları ilə öz təsdiqini tapmışdır. Həmin vaxtdan 2019cu il tarixə kimi də iddiaçı torpaq sahəsindən istifadə etmişdir. Hazırda iddiaçı məhkəmə qətnamələri ilə torpaq sahəsindən çıxarıldığından cavabdehə verdiyi pulun ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh özü birinci instansiya məhkəməsində iddianı qəbul etdiyini, nümayəndəsi isə iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Belə ki, cavabdeh məhkəmə iclasında öz dəlillərini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İşə əlavə edilən tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair xx xxxxx 1998-ci il tarixli Akt kserosurətdən ibarət olsa da həmin aktın doğruluğu iddiaçı və aktı imzalamış şahidlərin işdə olan izahatları ilə təsdiq edilir. İddiaçının məhkəməyə təqdim etdiyi Əliabad Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli, 1608 saylı arayışından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona verilmiş 1,02 ha torpaq sahəsinin 2001-ci ildən 2014-cü ilə kimi olan vergi borcunu İddiaçı ödəmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi torpaq sahəsinin iddiaçıya satmaması dəlili ilə razılaşmır. Belə ki, Cavabdeh və şahid Gülcamal Məmmədova məhkəmə iclasında 1998-ci ildə İddiaçı Cavabdeh 102 şirvan pul verdiyini onun müqavilində isə onlara məxsus torpaq sahəsini ona müvəqqəti istifadəyə verdiklərini, 23 il sonra isə aldıqlarını bildirdiklərini, hal-hazıra kimi cavabdehin aldığı pulu qaytarmamasını nəzərə alaraq məhkəmə kollegiyası həmin torpaq sahəsinin həqiqətən də cavabdeh tərəfindən xx xxxxx 1998-ci il tarixdə iddiaçıya satdığını və ondan 10000000 manat almalarına dair faktın doğruluğunu inandırıcı sayır. Cavabdehin torpaq sahəsini 23 il müddətinə iddiaçıya əvəzsiz verilməsinə dair izahatı heç də inandırıcı görünmür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)- 102/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-102/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar