Məhkəmə qərarları › İş №2(107)-1565/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1565/2021

07.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1565/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi, restitusiya) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Dədə Qorqud küçəsi 10 saylı evin 11 saylı mənzilinin onun tərəfindən X4 bağışlanması barədə 29.04.2012-ci il tarixli 4-Ə/212 saylı bağışlama müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, eyni zamanda mənzilin mərhumun mülkiyyətinə verilməsinə dair çıxarışın ləğv edilməsi və bağışlama predmeti olan evin əvvəlki vəziyyətinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Cavabdeh3 və Cavabdeh4 əlavə cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan Zaqatala şəhəri Dədə Qorqud küçəsi 10 saylı evin 11 saylı mənzilini qardaşı oğlu X4 Zaqatala Dövlət Notariat Kontorunda 4-Ə/212 saylı reyestr nömrəli bağışlama müqaviləsi əsasında 29 aprel 2012-ci il tarixdə bağışlamışdır. Qardaşı oğlu 21 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətində olan əmlakını qardaşı oğluna bağışlamaqda məqsədi əvəzsiz olaraq onu zənginləşdirmək olmuşdur. Lakin əmlak bağışlanan şəxs artıq yaşamır. Belə olduğu təqdirdə o, bağışlama müqaviləsini ləğv etdirmək qərarına gəlmişdir. Əmlak bağışlanmış olsa da, sonuncu tərəfindən qəbul edilməmiş, hal-hazıradək həmin mənzildə onun özü yaşayır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 2(033)-187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli, qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, İddiaçı ilə X7 arasında bağlanmış 29.04.2012-ci il tarixli 4-Ə/212 saylı bağışlama müqaviləsinin ləğv edilməsi, Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10, 11 nömrəli mənzilə dair 14.07.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində X3 adına qeydiyyata alınmış MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10-da yerləşən 11 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən həmin mənzil 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı oğlu X5 bağışlanmışdır. Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10-da yerləşən 11 nömrəli mənzil üzərində X3 tam mülkiyyət hüququ 14.07.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmləşdirilmişdir. X8 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş və onun vərəsələri atası Cavabdeh3, anası Cavabdeh4, həyat yoldaşı X9, oğlu X6r. X3 vərəsələrindən olan həyat yoldaşı Cavabdeh1 ondan irs qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 10.02.2020-ci il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. X3 vərəsələri olan atası Cavabdeh3, anası Cavabdeh4 22.05.2020-ci il tarixdə oğulları olan 04.01.2020-ci il tarixdə vəfat etmiş X2 irs qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 22.05.2020-ci il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmişlər. X1 mülkiyyətində olmuş buraxılış ili 2011 olan VAZ 21144 MİNİK markalı 90MT362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası qanuna uyğun olaraq hərbi qulluqçu xidməti dövründə həlak olduqda onun vərəsələrinə ödənilməli olan 11000 (on bir min) manat vəsaitdə onun vərəsələri olan atası Cavabdeh3, anası Cavabdeh4, həyat yoldaşı Cavabdeh1, oğlu X10 bərabər hissədə paylara sahib olmalarına dair 07.06.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10da yerləşən 11 nömrəli mənzili X5 bağışladığını, lakin o 04 yanvar 2020-ci il tarixə vəfat etdiyindən 29 aprel 2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia müddəti tədbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qismində cəlb edilmiş 04 yanvar 2020-ci il tarixə vəfat etmiş X3 digər vərəsələri Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyəti olmuş və onun tərəfindən X5 bağışlanmış Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10-da yerləşən 11 nömrəli mənzilin bağışlanılmasına dair 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş edirlər. Eyni zamanda birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-212 nömrə ilə təsdiq edilmiş 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında verilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; 29 aprel 2012-ci il tarixli müqavilənin ləğvinə dair müqaviləni imzalamış tərəflər arasında razılaşma olmamış, həmin müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən X8 tərəfindən 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən edilməmiş və bu hal iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə iddia tələbinin “29.04.2012-ci il tarixli 4- Ə/212 saylı bağışlama müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki iddia üzrə ləğv edilməsi tələb olunan müqavilə Zaqatala şəhəri Dədə Qorqud küçəsi 10 saylı evin 11 saylı mənzilinin barəsində İddiaçı ilə X7 arasında bağlanan müqavilədir. Bu müqavilənin tərəfi olan X7 21.01.2020-ci il tarixdə vəfat etmiş, yəni əmlakı hədiyyə alan şəxs əmlakı hədiyyə verən şəxsdən qabaq ölmüşdür. İşin qeyd edilən halı da mübahisəsiz olaraq müəyyən edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə hədiyyə verən şəxs, hədiyyə alan ondan qabaq öldüyündən bağışlanmış əşyanın restitusiyası (lat restitio - köhnə vəziyyətin bərpa olunması) hüququnu özündə saxlamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 11 nömrəli mənzil İddiaçı tərəfindən X5 bağışlanmışdır. X8 isə 21.01.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına 21.01.2020-ci il tarixdə 07 nömrəli qeyd edilmişdir. Mülki Məcəllənin 671ci maddəsinə əsasən də hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırki iş üzrə hədiyyə alan hədiyyə verən şəxsdən qabaq öldüyündən (21 yanvar 2020-ci il tarixdə) və hədiyyə verən bağışlanmış əşyanın restitusiyasını özündə saxladığından, iddiaçı (hədiyyə verən) isə hazırki iş üzrə iddiasını 26 noyabr 2020-ci il tarixdə qaldırdığından iddia müddətini ötürməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək və işin faktiki hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinin İddiaçı ilə X7 arasında bağlanmış 29.04.2012-ci il tarixli 4-Ə/212 saylı bağışlama müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilməlidir. Bundan başqa, məhkəmə həmçinin iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10, 11 nömrəli mənzilə dair 14.07.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində X3 adına qeydiyyata alınmış MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində də təmin olunmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək İddiaçı ilə X7 arasında bağlanmış 29.04.2012-ci il tarixli 4-Ə/212 saylı bağışlama müqaviləsi ləğv edilməli, Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10, 11 nömrəli mənzilə dair 14.07.2012ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində X3 adına qeydiyyata alınmış MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab etmişdir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 26-cı, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-c 157.2.-ci 157.4-cü, 354.2-ci, 421.1-ci 421.2-ci, 422.1-ci, 422.4-cü, 424cü, 666.1-ci, 671-ci, 674-cü maddələri, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndi, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarı, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, bağışlama müqaviləsini birbaşa təsdiq edən, həmin müqavilənin qanuniliyinə bir başa cavabdeh olan notarius işə cəlb edilməmişdir. İşə cəlb edilmiş şəxslərin heç biri iddiaya cavab verməli olan şəxslər deyil, eyni zamanda əsl cavabdehlə əvəz olunmur. İşə baxılarkən azyaşlı X11 işə cəlb olunmayıb. Eşqin Adışirin oğlu mənzilin mülkiyyətçisi Adışirin İsayevin doğma oğludur. Eyni zamanda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya işə maraqlı şəxs kimi cəlb edilməyib. Həmçinin Mülki Məcəllənin 671-ci maddəsinin bu iş üzrə tətbiq olunması yalnışdır. Belə olan halda 2012-ci ildə bağlanmış müqavilə 2020-ci ildə mübahisələndirilirsə, iddiaçı haqlı olduğu halda daşınmaz əmlakla bağlı müqavilənin mübahisələndirilməsinə dair iddia müddəti tətbiq edilərək iddia rədd edilə bilər. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın rədd edilərək yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. İddiaçı məhkəmə teleqram göndərərək məhkəmə iclasında vəkil ilə birgə iştirak etmək istədiyini, lakin iclas vaxtı onun və vəkilinin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının təıxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Mülki Məcəllənin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: -bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; -hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; -hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; -hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 671-ci maddəsinə əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Bağışlamanın ləğv edilməsinin və hədiyə verənin öhdəliklərinin xitamının əsasları Mülki Məcəllənin 674-cü maddəsi ilə müəyyən edilmiş və həmin maddəyə əsasən bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarı: L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitutsiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunu: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Zaqatala Rayon Məhkəməsinin 2(033)- 187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 2(033)-187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli qətnaməsini Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli Zaqatala Rayon Məhkəməsinin 2(033)-187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edildi ki, Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10-da yerləşən 11 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən həmin mənzil 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı oğlu X5 bağışlanmışdır. Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10-da yerləşən 11 nömrəli mənzil üzərində X3 tam mülkiyyət hüququ 14.07.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmləşdirilmişdir. X8 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş və onun vərəsələri atası Cavabdeh3, anası Cavabdeh4, həyat yoldaşı X9, oğlu X6r. İddiaçı Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10- da yerləşən 11 nömrəli mənzili X5 bağışladığını, lakin o 04 yanvar 2020-ci il tarixə vəfat etdiyindən 29 aprel 2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia müddəti tədbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qismində cəlb edilmiş 04 yanvar 2020-ci il tarixə vəfat etmiş X3 digər vərəsələri Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyəti olmuş və onun tərəfindən X5 bağışlanmış Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10-da yerləşən 11 nömrəli mənzilin bağışlanılmasına dair 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş edirlər. Eyni zamanda kollegiya müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-212 nömrə ilə təsdiq edilmiş 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 11 nömrəli mənzil İddiaçı tərəfindən X5 bağışlanmışdır. X8 isə 21.01.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına 21.01.2020-ci il tarixdə 07 nömrəli qeyd edilmişdir. Mülki Məcəllənin 671ci maddəsinə əsasən də hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə hədiyyə alan hədiyyə verən şəxsdən qabaq öldüyündən (21 yanvar 2020-ci il tarixdə) və hədiyyə verən bağışlanmış əşyanın restitusiyasını özündə saxladığından, iddia tələbinin İddiaçı ilə X7 arasında bağlanmış 29.04.2012-ci il tarixli 4-Ə/212 saylı bağışlama müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüuqu normasının təfsirində səhvə yol vermişdir. Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinə əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Mülki hüquq anlayışında restitusiya mülki hüquq münasibətləri iştirakçılarının öz əvvəlki vəziyyətlərinə qaytarılması, onların münasibətlərə girənə qədər olan vəziyyətlərinin bərpası mənasını ehtiva edir. Şərh olunan maddəyə əsasən hədiyyə verən həddiyə alanın ondan qabaq ölməsi halı üçün restitusiya hüququnu özündə saxlaya bilər. Hədiyyə verən bağışlama yolu ilə konkret bir şəxsi zənginləşdirmək istədikdə və hədiyyənin hədiyyə alandan başqa digər şəxsə, məsələn, onun vərəsələrinə keçməsini istəmirsə hədiyyə alan öldükdə özündə saxlamış olduğu restitusiya hüququna əsasən bağışlama predmetinin ona qaytarılmasını tələb edə bilər. Göründüyü kimi hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər, bu şərtlə ki, bağışlama müqaviləsi imzalanarkən bu şərt xüsusi olaraq müqavilədə qeyd edilmiş olsun. Hazırkı müqavilədə isə belə bir şərt müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, 29 aprel 2012-ci il tarixli müqavilənin ləğvinə dair müqaviləni imzalamış tərəflər arasında razılaşma olmamış, həmin müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olduqda və ya Məcəllədə nəzərdə tutulmuş qaydada müqavilə birtərəfli qaydada ləğv edilə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlili bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Kollegiya iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirən kollegiya hesab edir ki, iddia tələbi bu hissədə əsassız, apelyasiya şikayəti isə əsaslıdır. Belə ki, həmin çıxarış Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 4Ə-212 nömrə ilə təsdiq edilmiş 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında verilmişdir. 29 aprel 2012-ci il tarixli bağışlama müqaviləsi əsasında verilmiş 14.07.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində X3 adına qeydiyyata alınmış MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış qanuni sənəd hesab edilməlidir. Ona görə də çıxarış ləğv edilməsi bilməz. Kollegiya iddia müddətinin tətbiq edilməsi ilə bağlı şikayətin dəlilinə münasibət bilıdirərək qeyd edir ki, iddia tələbi əsassız olduğundan iddia müddətinin tətbiq edilməsinə lüzum yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli Zaqatala Rayon Məhkəməsinin 2(033)-187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-187/2021 saylı, 30 aprel 2021-ci il tаrixli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı, iddiaçı ilə X7 arasında bağlanmış 29.04.2012-ci il tarixli 4- Ə/212 saylı bağışlama müqaviləsinin ləğv edilməsi, Zaqatala şəhəri Dədə Qorqud küçəsi ev 10, 11 nömrəli mənzilə dair 14.07.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində X3 adına qeydiyyata alınmış MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilə Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar