Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1583/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(019)-558/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-812/2017 saylı 16 may 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xeyrinə 09 dekabr 2014-cü ildə anadan olmuş X1 üçün tutulan alimentin miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 19 may 2021-ci il tarixli, 2(019)- 558/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 812/2017 saylı 16.05.2017-ci il tarixli qətnaməsinə əsasən 10 aprel 2017-ci il tarixdən başlayaraq 09 dekabr 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməlidir. 10 aprel 2017-ci il tarixdən başlayaraq o cavabdehin xeyrinə imkanı daxilində hər ay nəğd şəkildə aliment ödəmişdir. Özü ikinci qrup əlildir, 130 manat sosial müavinət alır.02.05.2019-cu il tarixdən başlayaraq isə 09 dekabr 2014-cü ildə anadan olmuş qızı X1 üçün hər ay pensiyasının 70 faizi miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt o əlavə olaraq fərdi əməklə məşğul olmuş, lakin indi səhhəti buna imkan vermir. 25.10.2000-ci il tarixdən etibarən X2 dispanser qeydiyyatındadır. Evdə xəstə anası var və maddi vəziyyəti də çox aşağıdır. Əlavə gəlir yeri yoxdur. Özü də xəstəliyi ilə bağlı işləyə bilmir. Hər ay pensiyasının 70 faizi aliment üçün tutulduğuna görə maddi ehtiyaclarını ödəyə bilmir. O, hər ay 40 manat aliment ödəyə bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsini qanunsuz hesab edir. Onun maddi vəziyyətində dəyişiklik olub. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunarkən o, fərdi əməklə məşul olurdu . Hazırda fərdi əməklə məşğul olmur. Bundan əlavə səhhətində prolemlər yaranıb. AR AM-nin 75 ci maddəsinə əsasən bir uşaq üçün qazancın başqa gəlirlərin 1\4 hissəsi həcmində aliment tutulur. Həmin maddənin tələbinə əsasən qazancın gəlirin 50 faizinə qədər aliment tutula bilər. Onun qazancı, gəliri yoxdur. 130 manat Sosial müavinət alır. Müavinətin 50 faiz hissəsinin tutulmasına razıdır. Evdə xəstə atası da var. uşağın maddi tələabatını təkcə o yox, anada AR AM-nin 75-ci maddəsinə əsasən ödəməyə borcludur. Uşağın təlabatını ödəmək üçün 65 manat ondan, 65 manatənda anadan tutulmasını istəyir. Hesab edir ki, belə olan halda 130 manat uşağın tam təlabatını ödəyər. 2-ci qrup əlil olmaqla hər işi bacarmır. Ancaq yüngül işlərdə işləyə bilir. İndiki işini itirmişdir. Неç yerdə də iş tapa bilmir. Ancaq uşağın anası fiziki cəhətdən əmək qabiliyyətlidir. Hər işi işləyə bilir. Məhkəmə bu halları nəzərə almadan iddianın təmin edilməməsi əsaslarını qətnamədə göstərmədən iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni hesb edilə bilməz. Bu qanunun humanizm prinsiplərinə ziddir. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 19 may 2021 il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəflin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(019)-558/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; DSMF-nin Balakən Rayon şöbəsi tərəfindən 16.01.2020-ci il tarixdə verilmiş 149 nömrəli arayışdan görünür ki, İddiaçı İİ qrup daimi əlil olmaqla şöbədən 130 manat sosial müavinət alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Hacıyev adına Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən 25 sentyabr 2018-ci il tarixdə verilmiş 363 nömrəli arayışdan görünür ki, İddiaçı 25.10.2000-ci il tarixdən X2 dispanser müşahidəsindədir. Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 dekabr 2014-cü- il tarixdə verilmiş AZ-İİİ seriyalı 399252 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 09.12.2014-cü ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh yazılmışdır. Balakən Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(019)-812/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış 11 may 2013-cü il tarixdə Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşaqları-09 dekabr 2014-cü ildə doğulmuş X5 anası X3 yanında qalması, 10 aprel 2017-ci il tarixdən başlayaraq 09 dekabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub cavabdeh X4 verilməsi qət edilmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə məhkəmə kollegiyası iclasında iddiaçı tərəfln izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı cavabdeh X6 ilə 2013- cü ilin fevral ayında rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını 11 may 2013-cü ildə rəsmiləşdirmişlər.Onların birgə nikahlarından 09 dekabr 2014-cü ildə X9 adında bir uşaqları olmuş,uşaq hazırda cavabdehin himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(019)-812/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış 11 may 2013-cü il tarixdə Balakən rayonu Şambul kənd İnzibati Ərazi Dairəsində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşağı-09 dekabr 2014-cü ildə doğulmuş X5 anası X3 yanında qalması,10 aprel 2017-ci il tarixdən başlayaraq 09 dekabr 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub cavabdeh X4 verilməsi qət edilmişdir. İddiaçı Herayev X7 Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(019)- 812/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının çox olmasını göstərməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh alimentin miqdarının azaldılmasına etiraz edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, iddiaçının göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. İddiaçının, apellyasiya şikayətində, həmçinin məhkəmə iclası zamanı göstərdiyi, o cümlədən əmək haqqısının hamısının alimentə yönəldiyini bildirməsi ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə alimentin qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(019)-558/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1583/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1583/2021
14.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver