Məhkəmə qərarları › İş №2(107)-1628/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1628/2021

11.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1628/2021 11.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, cavabdeh X2 nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(019)-330/2020 nömrəli qətnaməsindən cavabdeh X2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(019)-330/2020 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-1434 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə cavabdehlər Ansuxskiy Abdulqədir Əli oğlu və Cavabdeh5 arasında Balakən rayon Notariat Kontorunda 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış 16 avqust 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və 0.0582 ha torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, 124 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 və Cavabdeh5 oğlundan tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və digərlərinin mülkiyyətinə 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib olunmuş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nın etibarsız hesab edilməsi, onların adına 0.0582 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası DƏDRX Zaqatala rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısı ilə bağlı Balakən rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş və 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin ləğv edilməsi və ailələrinin mülkiyyətinə verilmiş 0.48 ha pay torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh1 və digərlərinin mülkiyyətinə 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair tərtib olunmuş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nın etibarsız hesab edilməsi, onların adına 0.0582 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası DƏDRX Zaqatala rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Balakən rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş və 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandlırmışlar ki, onlar Balakən rayonunun Qullar kəndində yaşayırlar və qeydiyyatdadırlar. Dövlət tərəfindən torpaq islahatı aparılarkən ailə üzvlərinin payına JN-1434 KOD 40107018 saylı Dövlət Aktına əsasən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sahədən 0.0582 ha hissə Göylərov Nizirovun mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə bitişik, 0,4199 ha hissəsi isə çöl sahəsindən verilmişdir. Onlar bir müddət Rusiyada, sonralar isə Bakı şəhərində yaşamışlar. 2019-cu ilin əvvəllərində Balakən rayonuna qayıtmışlar və mülkiyyətlərinə verilmiş pay torpaq sahəsindən istifadə etmək istəyərkən onlara məlum olmuşdur ki, torpaq sahələri Balakən rayonu Qullar kənd sakini Cavabdeh1 istifadəsindədir. Buna görə də Cavabdeh1 onlara məxsus torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsində tələbləri ilə bağlı işə baxılarkən məlum olmuşdur ki, 16 avqust 2008-ci il tarixdə 4Ə-301 saylı Balakən Rayon Dövlət Notariat Kontorunda bağlanmış torpaq alqısatqı müqaviləsinə əsasən mülkiyyətlərinə verilmiş 0,4199 ha pay torpaq sahəsi cavabdehlər Cavabdeh1 və digərləri tərəfindən sənədlərdə saxtakarlıq edilməklə Bakı şəhər sakinləri X4 və Cavabdeh5 500 manata satılmışdır. Torpaq sahəsinin 0.0582 ha hissəsinə isə cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 adına Seriya MH ******* saylı, qeydiyyat tarixi 01.09.2008-ci il olmaqla DƏDRXdən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası ƏMDK yanında DƏDDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı1 və digərlərinin adlarına rəsmiləşdlirilmiş JN-1434 nömrəli“ Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmış və həmin sənədin ləğv edilmiş DTXK-nin Balakən rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi vardır. Cavabdeh1 və digərlərinin adlarına rəsmiləşdirilmiş JN- 1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi yoxdur. İddiaçı1 və Cavabdeh1 adlarına rəsmiləşdirilmiş hər iki (2) JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələri üst- üstə düşür. İddiaçı1 və qeyrilərinin adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələrinin özgəninkiləşdirilməsi barədə məlumat idarədə aşkar edilməmişdir. Digər tərəfdən araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 daxil olmaqla, X1 və digərlərinin adlarına ünvan 2i ünvanında 0,86 ha k/t təyinatlı torpaq sahələri verilmiş və JN-1433 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ı ilə rəsmiləşdlirilmişdir. Məhkəmə müddətində onlara məlum olmuşdur ki, dövlət tərəfindən mülkiyyətlərinə verilmiş torpaq sahəsindən 0.0582 ha hissəyə qanunsuz olaraq yuxarıda qeyd etdikləri hüquqmüəyyənedici sənəd olan “Çıxarış” verilmiş, 0.4199 ha hissəsi isə qanunsuz olaraq torpaq alqı-satqı müqaviləsi bağlanılmaqla özgəninkiləşdirilmişdir. Hal-hazırda 0.4199 ha pay torpaq sahəsi cavabdehlər X8 və Cavabdeh5 Əliyeviçin istifadəsindədir. Buna görə də onlar göstərilən tələblə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, o ailəsi ilə birlikdə Balakən rayonunun Qullar kəndində yaşayır. Onların ailə üzvülərinə Balakən rayonu Qullar kəndi ərazisindən 0,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar öz torpaq sahələrindən istifadə edirlər. Onun və ailə üzvülərinin adına tərtib olunmuş JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ının necə verilməsindən onun məlumatı yoxdur. O və ailə üzvüləri iddiaçılara məxsus 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər X4 və Cavabdeh5 satmamışdır. O, həmin alqı-satqı müqaviləsinə necə və hansı şəraitdə imza etdiyini də xatırlamır. İddianın təmin edilməsinə etiraz etmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən rayon Xüsusi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X2 nümayəndəsi və vəkili X19 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X2 nümayəndəsi və vəkili X19 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədən tam narazıdır. X8 ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4onserv zavodu ASC-nin səhmdarıdır. Balakən rayonu Qullar kəndinin çöl sahəsində özünə məxsus torpaq sahələri vardır. Həmin əraziyə bitişik olan 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almaq istəmiş, Cavabdeh1 həmin ərazinin onlara məxsus olduğunu, bu barədə onlara JN 1433 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verildiyini bildirmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə X10 və Cavabdeh5 arasında bağlanmış 4Ə- 301 saylı 16.08.2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı ilə JN-1434 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.4199 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 500 manata X7 və Cavabdeh5 satılmışdır. Bundan sonra həmin 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X8 və Cavabdeh5 adma reyestr nömrəsi **********69 olan torpaq sahəsinin planı və ölçüsü sənədi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. 01.09.2008-ci ildən hal-hazıradək həmin torpaq sahəsi X8 və Cavabdeh5 mülkiyyətindədir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandlırmışlar ki, onlar Balakən rayonunun Qullar kəndində yaşayırlar və qeydiyyatdadırlar. Dövlət tərəfindən torpaq islahatı aparılarkən ailə üzvlərinin payına JN-1434 KOD 40107018 saylı Dövlət Aktına əsasən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sahədən 0.0582 ha hissə Göylərov Nizirovun mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə bitişik, 0,4199 ha hissəsi isə çöl sahəsindən verilmişdir. Onlar bir müddət Rusiyada, sonralar isə Bakı şəhərində yaşamışlar. 2019-cu ilin əvvəllərində Balakən rayonuna qayıtmışlar və mülkiyyətlərinə verilmiş pay torpaq sahəsindən istifadə etmək istəyərkən onlara məlum olmuşdur ki, torpaq sahələri Balakən rayonu Qullar kənd sakini Cavabdeh1 istifadəsindədir. Buna görə də Cavabdeh1 onlara məxsus torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsində tələbləri ilə bağlı işə baxılarkən məlum olmuşdur ki, 16 avqust 2008-ci il tarixdə 4Ə-301 saylı Balakən Rayon Dövlət Notariat Kontorunda bağlanmış torpaq alqısatqı müqaviləsinə əsasən mülkiyyətlərinə verilmiş 0,4199 ha pay torpaq sahəsi cavabdehlər Cavabdeh1 və digərləri tərəfindən sənədlərdə saxtakarlıq edilməklə Bakı şəhər sakinləri X4 və Cavabdeh5 500 manata satılmışdır. Torpaq sahəsinin 0.0582 ha hissəsinə isə cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 adma Seriya MH ******* saylı, qeydiyyat tarixi 01.09.2008-ci il olmaqla DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası ƏMDK yanında DƏDDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı1 və digərlərinin adlarına rəsmiləşdlirilmiş JN-1434 nömrəli“ Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmış və həmin sənədin ləğv edilmiş DTXK-nin Balakən rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi vardır. Cavabdeh1 və digərlərinin adlarına rəsmiləşdirilmiş JN- 1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi yoxdur. İddiaçı1 və Cavabdeh1 adlarına rəsmiləşdirilmiş hər iki (2) JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələri üst- üstə düşür. İş materiallarından məlum olur ki, cavabdehlər X8 və Cavabdeh5 mübahisələndirilən 0.4199 ha torpaq sahəsini vicdanlı (alıcı) əldə edəndir. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı ilə JN-1434 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.4199 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə X10 və Cavabdeh5 arasında bağlanmış 4Ə-301 saylı 16.08.2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı ilə JN-1434 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.4199 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 500 manata X7 və Cavabdeh5 satılmışdır. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı”. JN-1434 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən göründüyü kimi, mübahisə predmeti olan 0,4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, iddia predmetini təşkil edən 16 avqust 2008-ci il tarixli 4Ə-301 saylı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Bunun əksini təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alqı-satqı müqaviləsi bağlanmasından xəbərləri olmaması və 2019-cu ilin əvvəllərində həmin müqavilənin bağlandığından xəbər tutmaları inandırıcı və ağlabatan görünmür. İddiaçıların bu məzmunda dəlilləri qeyrisəmimi məlumat kimi qəbul olunmalıdır. Bu xüsusda qeyd edilməlidir ki, İddiaçı1 mübahisə predmeti olan torpaq sahəsini cavabdehlər X7 və Cavabdeh5 satmış Cavabdeh1 qardaşıdır, ona görə də iddiaçıların müqavilənin bağlanmasından keçən 12 il müddət ərzində bu alqı-satqı müqaviləsindən məlumatlı olmamaları, qeyd olunan torpaq sahəsindən cavabdehlər X10 və Cavabdeh5 istifadə etdiyini, torpaq sahəsinin onların sahiblik və istifadəsində olduğunu bilməmələri mümkün deyildir. Eyni zamanda müqavilənin bağlanmasından keçən 12 il müddət ərzində iddiaçıların bir müddət Rusiyada, sonralar isə Bakı şəhərində yaşamaları, 2019-cu ilin əvvəllərində Balakən rayonuna qayıtmalarını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə vəziyyətdə iddiaçıların onların əmlakını qanunsuz özgəninkiləşdirənlərdən pozulmuş hüquqlarının bərpasını, bu mümkün olmadıqda isə onlara dəymiş zərərin ödənilməsini tələb etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140 və 182-ci maddələrinin mənasına görə isə əmlakı özgəninkiləşdirən onun mülkiyyətçisi olmadığı, əldə edənin isə bunu bilmədiyi hallarda əldə edən “vicdanlı alıcı”, yaxud “vicdanlı sahib” hesab olunur. Əgər əldə edən özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmadığını bilmişsə və ya bilməli idisə, o, “vicdansız əldə edən” hesab olunur. Artıq qeyd edildiyi kimi, cavabdehlər X10 və Cavabdeh5 mübahisəli torpaq sahəsini vicdanlı əldə edən olmuşdur. Ona görə də iddiaçıların mübahisəli daşınmaz əmlaka iddia etdikləri hər hansı hüquqlarının pozulması halı alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış etmiş cavabdehin hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz və iddiaçılar onlara vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satanlara qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilərlər. İş üzrə iddiaçılar mübahisələndirdikləri 16 avqust 2008-ci il tarixli 4Ə-301 saylı alqısatqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Qanunvericilik əqdin etibarsızlığını mübahisələndirmək üçün kəsici müddət müəyyən etmişdir; maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə ...” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə müddətin keçməsi ilə hüquq ümumiyətlə mövcud olmur. (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçılar 12 il bundan əvvəldən onların mülkiyyət hüquqlarını pozan hesab etdikləri alqı-satqı müqaviləsinin bağlanmasını bilmişlər (yaxud bilməli idilər). Bunu bildikləri və ya bilməli olduqları vaxtdan isə 1 il ərzində həmin müqavilənin etibarsızlığını mübahisələndirə bilərdilər. Həmin müddət ötürüldüyündən iddiaçılar əslində hazırkı iddianı qaldırmaq hüququnu çoxdan itirmişlər və onların artıq mövcud olmayan hüquqları müdafiə oluna bilməz. Şərh olunanlara əsasən bu nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiasının təmin edilməsinə dair qətnaməsi qanunsuz və əsassızdır, həmin qətnamədən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Eyni zamanda apellyasiya instansiyasının nəzərinə çatdırılmalıdır ki, iddiaçılar Balakən rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı ilə JN-1434 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsini xahiş etmişlər. Göründüyü kimi, iddiaçılar inzibati orqan olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən inzibati aktın etibarsızlığını iddiasında göstərmiş və hazırkı mübahisə müəyyən etmə və ya tanınma haqqında iddia növü olmaqla inzibati hüquq münasibətləri ilə bağlıdır. Lakin birinci intasansiya məhkəməsi işin bu hallarını nəzərə almayaraq hazırki mübahisəyə mülki icraat qaydasında baxaraq aidiyyət qaydalarını da pozmuş və Mülki-Prosessual Məcəllənin tələblərinə istinad edilməklə qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(019)- 330/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 nümayəndəsi və vəkili X19 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Balakən rayon Xüsusi Notariat Ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsi və vəkilnin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(107)-1628/2021 nömrəli “Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(019)-330/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla iddia tələbinin 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Balakən rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş və 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış 16 avqust 2008ci il tarixli torpaq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1434 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 Məhəmməd qızına və İddiaçı3 Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1434 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1434 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə X1, X13, X3 və Cavabdeh1 Balakən rayonu Qullar kəndi ərazisindən 0.86 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə X10 və Cavabdeh5 arasında bağlanmış 4Ə-301 saylı 16.08.2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı ilə JN-1434 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.4199 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 500 manata X7 və Cavabdeh5 satılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01.09.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.0582 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 16 yanvar 2020-ci il tarixli **********87 nömrəli məktubda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)- 130/2019 saylı mülki işlə bağlı 2020-ci il 14 yanvar tarixli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsində baxılmışdır. Sorğu ilə bağlı məlumat verilir ki, Cavabdeh1 və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə ünvan 2i ünvanında yerləşən 0,48 ha k/t təyinatlı torpaq sahələri verilmiş və JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt» ilə rəsmiləşdlirilmişdir. Həmin torpaq sahəsinin 0,4199 ha hissəsi Balakən rayon DNK-nun 16.08.2008-ci il tarixli, 4Ə-301 saylı alqı-satqı müqaviləsinə əsasən X2 və Cavabdeh5 adına özgəninkiləşdirilmiş və sonuncuların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan digər 0,0582 ha torpaq sahəsi isə ********** qeydiyyat nömrəsi ilə 01.09.2008-ci il tarixində 04 saylı reyestr kitabının 125- ci səhifəsində Cavabdeh1 və onun ailə üzvlərinin adına birgə mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 29 yanvar 2020-ci il tarixli **********53 nömrəli məktubda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)-130/2020 saylı mülki iş üzrə yaranmış ziddiyyətli hallarla bağlı JN-1434 «Dövlət Akt”ında qeyd olunan torpaq sahələrinin mülkiyyətçilərinə və yerləşmə vəziyyətinə dair məlumatın təqdim edilməsi barədə» 23 yanvar 2020-ci il tarixli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd olunan suallarla bağlı aşağıdakılar müəyyənləşdi: 1.İddiaçı1 və digərlərinin adlarına rəsmiləşdlirilmiş JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmış və həmin sənədin ləğv edilmiş DTXK-nin Balakən rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi vardır. Cavabdeh1 Nizirov oğlunun və digərlərinin adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi yoxdur. 2.İddiaçı1 Nizirov oğlunun və Cavabdeh1 adlarına rəsmiləşdirilmiş hər iki (2) JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələri üst- üstə düşür. 3.İddiaçı1 Nizirov oğlunun və qeyrilərinin adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»ında göstərilən 0,48 ha k/t təyinatlı torpaq sahələrinin özgəninkiləşdirilməsi barədə məlumat idarədə aşkar edilməmişdir. Digər tərəfdən araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 daxil olmaqla, X1 və digərlərinin adlarına ünvan 2i ünvanında 0,86 ha k/t təyinatlı torpaq sahələri verilmiş və JN-1433 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»ı ilə rəsmiləşdlirilmişdir. Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyat kitabından JN-1433 və 1434 nömrəli «Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt»larına aid hissədən çıxarış təqdim olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 sentyabr 2020-ci il tarixli 4/311 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş,16 avqust 2008-ci il tarixli 4Ə-301 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 2-ci səhifəsinin arxa tərəfində «İMZALAR» qrafasında «Göylərov» yazılarının qarşısındakı imzaCavabdeh1 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13.1,13.2, 29.1, 29.2 və 29.4-cü maddələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.1, 337 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Onların bu hüquqları JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt”ı ilə rəsmiləşdirilmişdir. İddiaçı1 və ailə üzvülərinin adlarına rəsmiləşdlirilmiş JN-1434 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmış və həmin sənədin ləğv edilmiş DTXK-nin Balakən rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi vardır. Həmin 0,48 ha torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına da eyni nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt”ı verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cavanşir oğlunun adlarına rəsmiləşdirilmiş JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş, DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təhvil verilmiş arxivdə saxlanılan nüsxəsi yoxdur. X22 əsasında iddiaçıların mülkiyyətinə verilmiş 0,4199 ha hissəsinə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə X8 və Cavabdeh5 arasında 16 avqust 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi 500 manata X8 və Cavabdeh5 satılmışdır. Torpaq sahəsinin qalan 0.0582 ha hissəsi 01.09.2008-ci ildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Buna görə onlara Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Nəticədə iddiaçılar özlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsindən məhrum olmuşlar. Buna görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi işin hallarını, JN-1434 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət Akt”ı ilə Balakən rayonu Qullar kəndi ərazisindən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsini, həmin torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1 Nizirov oğlu, Cavabdeh2 və Cavabdeh3 adına eyni nömrə ilə, qeydiyyatda olmayan, “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib olunmasını, X22na əsasən iddiaçıların mülkiyyətində olan 0, 48 hektar torpaq sahəsinin 0,4199 ha hissəsinə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cavanşir oğlu ilə X8 və Cavabdeh5 arasında 16 avqust 2008-ci il tarixli, 4Ə-301 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin bağlanmasını, qalan 0.0582 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasını və bu barədə onlara MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-1434 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı , cavabdehlər Cavabdeh1 Nizirov oğlu, Cavabdeh2 və Cavabdeh3 ilə cavabdehlər X8 və Cavabdeh5 arasında Balakən rayon Notariat Kontorunda 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış 16 avqust 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və 0.0582 ha torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1 Nizirov oğlu, Cavabdeh2 və Cavabdeh3 Cavanşir oğlunun adına verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (646.1) Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssəz, mаhiyyəti üzrə isə düzgün olmadığından, Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(107)-1628/2021 nömrəli “Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(019)-330/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla cavabdeh X2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iddia tələbinin 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Balakən rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş və 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış 16 avqust 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(107)-1628/2021 nömrəli “Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(019)-330/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla iddia tələbinin 0.4199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı Balakən rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş və 4Ə-301 reyestr nömrəsi ilə qeydə alınmış 16 avqust 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar