Məhkəmə qərarları › İş №2(107)-1631/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1631/2021

22.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1631/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızına qarşı “bağışlamaqdan imtinanın tanınması tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(024)-62/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(024)-62/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia rədd olunmuş, İddiaçı cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızına qarşı “cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızının iddia etdiyi toy zamanı hədiyyə alınmış qızıl-zinət əşyalarının bağışlanmasından onun imtinasının tanınması (qəbul edilməsi) tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızma qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızının iddia etdiyi toy zamanı hədiyyə alınmış qızıl-zinət əşyalarının bağışlanmasından onun imtinasının tanınması (qəbul edilməsi) haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsini 29 yanvar 2021-ci il tarixli 2(024)-62/2021 saylı qərardadına əsasən həmin mülki işin icraatına xitam verilməsi qərara alınmış, İddiaçı həmin qərardaddan şikayət vermiş, Qax Rayon Məhkəməsini 10 fevral 2021-ci il tarixli 2(024)- 62/2021 saylı qərardadına əsasən qərardad dəyişdirilmədən və ləğv edilmədən saxlanılaraq onun şikayəti təmin edilməmiş və şikayətin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 09.03.2021-ci il tarixli qərardadına əsasən Qax Rayon Məhkəməsini 29 yanvar 2021- ci il tarixli 2(024)-62/2021 saylı qərardadının ləğv edilməsi və İddiaçı cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızma qarşı “bağışlamaqdan imtinanın tanınması tələbi”nə dair iddiasının sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, cavabdeh Nailə Nizaməddinli (Şirinova) ilə Qax Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnanməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Həmin qətnamə çıxarıldıqdan təxminən 3-4 ay sonra Nailə Nizməddinli ona qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia qaldırmış, Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən onu iddiası qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Qax Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti versə də, vəkili olmadığı üçün onun şikayəti qəbul edilməmişdir. Cavabdeh Nailə Nizaməddinli ona xəyanət etdiyi üçün öhdəliyini pozmuşdur. Bütün bunlara baxmayaraq məhkəmə qətnaməsi ilə qızılzinət əşyaları ona verilmişdir. Ona görə də hazırda cavabdehə toy zamanı hədiyyə edilmiş əşyaları bağışlamaqdan imtina edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızının iddia etdiyi toy zamanı hədiyyə alınmış qızıl-zinət əşyalarının bağışlanmasından onun imtinasının tanınması (qəbul edilməsi) haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırki qətnamə qanunsuz və əsassızdır. Belə ki, Qax Rayon Məhkəməsi bu iddia ilə bağlı halların daha öncə məhkəmə tərəfindən araşdırıldığını və qətnamə qəbul olunduğunu bildirmişdir. Halbuki, həmin iddianın əsası tam başqa olmuşdur. Həmin işdə iddiaçı (hazırki işdə cavabdeh) Nizaməddinli (Şirinova) Nailə Səməd qızı toy zamanı ona bağışlanmış qızıl-zinət əşyalarını tələb etmişdir və iddia qismən təmin olunmuşdur. İndi isə o həmin bağışlamadan imtina edir. Ona görə də, Qax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(024)-62/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(024)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(024)- 304/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnaməyə əsasən iddianın qismən təmin edilərək cavabdeh İddiaçı 1 ədəd briliyant qaşlı nişan üzüyü 5 qr dəyəri 275 manat, 1 ədəd 583 əyarlı 1,5 qr xırda ağ qaşlı üzük dəyəri 60 manat, 1 ədəd 583 əyarlı 1,3 qr xırda ağ qaşlı üzük dəyəri 52 manat, 1 ədəd ağ qaşlı, su damcısı formasında qızıl üzük sırğa dəsti, üzük 3 qr, sırğa ağ qaşlı 4 qr qiyməti 280 manat, 1 ədəd komplekt qızıl sep və qolbağı 20 qr qiyməti 733 manat olmaqla həmin əşyaların özü, olmadıqda isə onların dəyəri-yəni 1400 (min dörd yüz) manat pul vəsaiti alınaraq iddiaçı X3ma verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli 2(024)2856/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(024)304/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Seriya AZE JV° 16812918 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarında olan 09.09.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.1-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunuur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(024)-304/2019 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilərək İddiaçı toy zamanı Nailə Nizaməddinliyə hədiyyə olunmuş 1 ədəd briliyant qaşlı nişan üzüyü 5 qr dəyəri 275 manat, 1 ədəd 583 əyarlı 1,5 qr xırda ağ qaşlı üzük dəyəri 60 manat, 1 ədəd 583 əyarlı 1,3 qr xırda ağ qaşlı üzük dəyəri 52 manat, 1 ədəd ağ qaşlı, su damcısı formasında qızıl üzük sırğa dəsti, üzük 3 qr, sırğa ağ qaşlı 4 qr qiyməti 280 manat, 1 ədəd komplekt qızıl sep və qolbağı 20 qr qiyməti 733 manat olmaqla həmin əşyaların özü, olmadıqda isə onların dəyəri-yəni 1400 (min dörd yüz) manat pul vəsaiti alınaraq iddiaçı X3ma verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli 2(024)2856/2019 saylı qətnaməsinə əsasən Rəvan Nizaməddinimin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(024)304/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda Nizaməddinli (Şirinova) Nailə Səməd qızının iddia etdiyi toy zamanı hədiyyə alınmış qızıl-zinət əşyalarının bağışlanmasından onun imtinasının tanınması (qəbul edilməsi) haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mülki iş üzrə iddiaçının bağışlamaqdan imtinasının tanınmasının tələb olunduğu qızıl-zinət əşyalarının Nailə Nizaməddinliyə verilməsinə dair qanuni qüvvəyə minmiş Qax Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(024)304/2019 saylı qətnaməsi mövcuddur. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunan Qax Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığına görə həmin iş üzrə müəyyən olunmuş hallar hazırki mübahisədə yenidən araşdırılmır və sübut olunmur. Həmin qətnamə məcburi (preyudisial) əhəmiyyətə malikdir. Həmin qətnamə ilə məhkəmə qızıl-zinət əşyalarını cavabdehə verməklə bağışlamanı tanımışdır. Ona görə də, iddiaçının qızıl-zinət əşyalarının bağşlamaqdan imtinasının tanınması tələbi əsassızdır. Birinci instansiya məhkəməsi əlavə olaraq iddiaçının ərizəsində Mülki Məcəllənin 673.1.1-ci maddiəsinə istinad etməsinə münasibət bildirərək qeyd etmişdir ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. (MM-nin 673.1.1-ci maddəsi). Lakin cavabdeh tərəfindən qeyd olunan halların baş verməsi aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızma qarşı “cavabdeh Nizaməddinli (Şirinova) Nailə Səməd qızının iddia etdiyi toy zamanı hədiyyə alınmış qızıl-zinət əşyalarının bağışlanmasından onun imtinasının tanınması (qəbul edilməsi) tələbi”nə dair iddiası rədd edilməldir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(024)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(024)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar