Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1645/2020 20.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X1 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı oğunun iştirakı ilə, İddiaçı Cavabdeh İbrahim qızına qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiacı İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli qərardadına əsasən işin icraatına xitam verilmişdir. İddiacı İddiaçı oğlu Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(039)- 793/2020 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. O, şikayətində göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1478/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsini almamışdır. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(039)-793/2020 saylı qərardadını aldıqdan sonra həmin qətnamədən xəbəri olmuş və o, qətnamənin ona rəsmi qaydada verilməsi üçün Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(039)-793/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh İbrahim qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğu şikayəti müdafiə edərək,onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarına baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatına xitam verilməsi ilə bağlı düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Ona görə də, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli qərardadı ləğv edilməli və baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır . Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir veriir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1478/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh İbrahim qızına qarşı aliment tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin vaxtdan 1 ildən artıq bir vaxt keçmişdir. Həmin müddətdə uşaqların həm yaşı, həm də tələbatları artmışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, alimentlə bağlı məsələlər uzanan münasibətlərdir. Ona görə də birinci instansiya məhkəməsi məlum tələblə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmə qətnaməsinin mövcudluğunu əsas gətirərək icraata xitam verməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Yevlax Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(039)- 793/2020 nömrəli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsаsən məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn şikаyət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1645/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1645/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver