Məhkəmə qərarları › İş №2(107)-1730/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1730/2020

16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1730/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı vəkili X4 və Cavabdeh vəkili Vəkiliştirakları ilə, İddiaçı Cavabdeh qarşı bir uşağın saxlanılması üçün 150 manat aliment tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxx 2020-cu il tarixli, 2(075)- 886/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin x xxxx 2020-cu il tarixli, 2(075)-886/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı Cavabdeh xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən edilərək hər ay cavabdehdən tutulub ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən edilərək hər ay cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsi və ərizəyə əlavə edilən sənədlərin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə 2006-2007ci illərdə ailə qurmuş və xx xxxxx 2008- ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2009-cu il tarixdə Dəniz adlı uşaqları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Aralarında bağlanmış nikah pozularkən azyaşlı uşağı onun yanında saxlanılmışdır. Ayrıldıqları vaxtdan cavabdeh uşağının saxlanılması üçün ona hər hansı bir şəkildə köməklik etməmişdir. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iş yeri və qazancı barədə məlumatı yoxdur. O, özü Şəki rayonu, Orta Zəyzid kəndində yaşayır, lakin onun torpaq sahəsi və təsərrüfatı yoxdur. Cavabdehn ikinci qrup əlildir. Onun özünün heç bir xəstəliyi olmasa da, heç bir yerdə işləmir, işsiz kimi də qeydiyyata alınmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsin məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili Vəkil izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ilə ailə qurmuş və xx xxxxx 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2009-cu il tarixdə Dəniz adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Aralarında bağlanmış nikah pozularkən azyaşlı uşaqları İddiaçı yanında saxlanılmışdır. Həmin vaxt İddiaçı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etməmişdir. Cavabdeh heç bir yerdə işləmir və onun qazancı yoxdur. Cavabdeh 1999-cu ildən psixi xəstədir və hal-hazırda dispanser müşahidəsindədir. Cavabdeh özünə yaxınları baxırlar. Cavabdeh səhhətinin vəziyyəti ona işləməsinə və qazanc əldə etməsinə imkan vermir. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qərarını qanunsuz hesab edir. Məhkəmənin işə birtərəfli yanaşması iş üzrə həqiqəti müəyyən edib obyektiv qərar çıxarmağa meyilli olmaması apardığı səthi araşdırma ilə müəyyən olunur. Belə ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərir ki, cavabdehin qazancı, gəliri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki o, məhkəməyə bildirmişdir ki, onun qazancı barədə sübutu ona verməzlər sabiq arvadı 2 ci qrup əlil olmaqla yüksək müavinət alır. Məhkəmə iş üzrə obyektiv yanaşıb qanuni qərar çıxarmaq istəsəydi onun nə qədər pensiya alması barədə DSMF-dən onun gəliri barədə arayış tələb edərdi. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərir ki, cavabdeh Şəki psixantriya xəstəxanasında dispanser müşahidədir və sair. Məhkəmə tədqiqat ararmaqla müəyyən etməli idi, cavabdehin nümayəndəsinin dedikləri sübut deyil. Onun maddi imkanı gəliri və qazancı yoxdursa hansı pulla vəkil tutub, deməli, vəkili tutmağa pulu var öz doğma balasına kömək etməyə, ödəməyə pulu yoxdur. Məhkəmə müəyyən elədi ki, onun adına əmlak, torpaq yoxdur. Həmçinin, iş yeri və gəliri yoxdur. Cavadehin 2-ci qrup əlil kimi pensiya alması tərəfin öz ifadəsi ilə təsdiq edildiyi halda ona qarşı qərəzli mövqe nümayiş etdirərək qanunsuz qətnamə çıxarmışdır. AR Ailə Məcəlləsinin 75 ci maddəsində konkret göstərilib ki, valideylər uşaqları saxlamağa borcludurlar. Qanun göstərmir ki, təkcə ata uşağı saxlamağa borcludur. Ona görə də, Şəki Rayon Məhkəməsinin x xxxx 2020-cu il tarixli, 2(075)-886/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X6 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin x xxxx 2020-cu il tarixli, 2(075)-886/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxx 2020-cu il tarixli, 2(075)-886/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2 (075)-591/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2008-ci il tarixdə şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD-si üzrə Nümayəndəliyində bağlanmış 11 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları olan-xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X5 atası İddiaçı yanında saxlanılmışdır. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 380 nömrəli arayışdan görünür ki, X1 həqiqətən də, xx xxxxxx 1992-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir, xx xxxx 2020-ci il tarixdən hal-hazıradək stasionar müalicədədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4 və 78.1-cimaddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuş və xx xxxxx 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2009-cu il tarixdə Dəniz adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan onların arasında olan səmimi ailə münasibətləri pisləşmiş və ayrılmışlar. Bundan sonra İddiaçı iddiası əsasında Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2 (075)- 591/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2008-ci il tarixdə şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD-si üzrə Nümayəndəliyində bağlanmış 11 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları olan-xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X5 atası İddiaçı yanında saxlanılmışdır. İddiaçı təkbaşına himayəsində olan uşağının tələbatlarını ödəyə bilmədiyini əsas göstərərək Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəf isə iddianı qəbul etmir. Cavabdeh qazancı barədə hər hansı bir sübutun iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsini, az müddət bundan əvvəl tərəflər arasında bağlanmış nikahın pozulması məsələsinə məhkəmədə baxılarkən İddiaçı həmin uşağının yetkinlik yaşına çatanadək Cavabdeh aliment tələb etməsi barədə təşəbbüs irəli sürməməsini, o cümlədən aliment ödəməli olan Cavabdeh qadın və ikinci qrup əlil olmaqla yanaşı, xx xxxxxx 1992-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində və xx xxxx 2020-ci il tarixdən halhazıradək stasionar müalicədə olmasını nəzərə alaraq məhkəmə İddiaçı Cavabdeh xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən edilərək hər ay cavabdehdən tutulub ona verilməsi tələbinə dair iddiasını əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh xx xxxxxxxx 2009cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən edilərək hər ay cavabdehdən tutulub ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxx 2020-cu il tarixli, 2(075)-886/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin x xxxx 2020-cu il tarixli, 2(075)-886/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar