Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1750/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-318/2020 saylı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Məmmədova Könül Əhməd qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun aliment borclarını ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-318/2020 saylı qətnaməsi ilə iddiа rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı X1 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-33/2019 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2002-ci il tarixdə anadan olmuş Məryəm Əmranlının və xx.xx.2006-cı il tarixdə anadan olmuş Asif Əmranlının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment tutulub cavabdeh Könül Əmranlıya verilməsi qət edilmişdir. O, hazırda böyrək çatışmazlığından əziyyət çəkir, uzun müddətdir dializ xəstəliyindən müalicə olunur. Hər həftə 3 gün dializ olunur və İ qrup əlildir. Həkimlərin bildirdiyinə görə onun həyatı təhlükə altındadır və ona böyrək köçürülməlidir. Əməliyyat üçün isə 55000 manat pul tələb olunur. Lakin onun həmin əməliyyat pulunu ödəmək üçün maddi imkanı yoxdur. Onun özünə məxsus evi, torpaq sahəsi və başqa gəlirləri yoxdur. Əlilliyə görə ayda 250 manat pensiya alır. İşləmək və qazanc əldə etmək iqtidarında deyildir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-318/2020 saylıqətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-318/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı cavabdeh Məmmədova Könül Əhməd qızına olan aliment borcunu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində yöstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-33/2019 saylı icra vərəqəsinə əsasən iddiaçıdan xx.xx.2002-ci il tarixdə anadan olmuş Məryəm Əmranlının və xx.xx.2006-cı il tarixdə anadan olmuş Asif Əmranlının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment tutulub cavabdeh Könül Əmranlıya verilməsi qət edilmişdir. İddiaçı hazırda böyrək çatışmazlığından əziyyət çəkir, uzun müddətdir dializ xəstəliyindən müalicə olunur. İ qrup əlildir. Onun özünə məxsus evi, torpaq sahəsi və başqa gəlirləri yoxdur. Əlilliyə görə ayda 250 manat pensiya alır. İşləmək və qazanc əldə etmək iqtidarında deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin məcəllənin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin müəyyən hüquq və vəzifələrinə xitam verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci mаddəsinə əsаsən аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və yа аliment ödəməli оlаn şəxsi tərəflərin diqqətəlаyiq bаşqа mаrаqlаrını dа nəzərə аlmаqlа аliment ödəməkdən аzаd edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşır. Belə ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş Asif Əmranlı 15 yaşında, xx.xx.2002-ci il tarixdə anadan olmuş Məryəm Əmranlı isə 56 gündən sonra artıq yetkinlik yaşına çatmış olacaqdır. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda böyrək çatışmazlığından əziyyət çəkir, uzun müddətdir dializ xəstəliyindən müalicə olunur. İ qrup əlildir. Onun özünə məxsus evi, torpaq sahəsi və başqa gəlirləri yoxdur. İşləmək və qazanc əldə etmək iqtidarında deyildir. Belə olduğu təqdirdə onun aliment öhdəliyindən azad edilməsi qanunvericiliyin tələbləri baxımından da məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-318/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı cavabdeh Məmmədova Könül Əhməd qızına olan aliment borcunu ödəməkdən azad edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-318/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı cavabdeh Məmmədova Könül Əhməd qızına olan aliment borcunu ödəməkdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-318/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı cavabdeh Məmmədova Könül Əhməd qızına olan aliment borcunu ödəməkdən azad edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1750/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1750/2020
17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver