Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1766/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)-259/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19000 (on doqquz min) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 17 may 2021-ci il tarixli, 2(063)-259/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 05 sentyabr 2020-ci il tarixli ilkin müqavilədən göründüyü kimi o, özünə məxsus olan yaşayış evini 40.000 manata digər bir şəxsə satmışdır. Əslində isə həmin vaxt 40.000 manat depozitə qoyulan pul olmuş və o, həmin evə görə 8.000 manat da əlavə pul almışdır. Beləliklə o, həmin evi 48.000 (qırx səkkiz min) manata satmışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Bundan başqa, rəsmi müqavilədə evin satış qiyməti 40.000 manat göstərildiyindən o, istəsəydi cavabdehə həmin evdən 24.000 manat deyil, 20.000 manat pay verərdi. Bununla belə o, cavabdehə qarşı ədalətli və hümanist yanaşaraq ona evdən payına görə 24.000 manat pul vermişdir. Əlavə də olaraq öz payına düşən puldan 19.000 manat pul da vermişdir ki, cavabdeh həmin məbləği uşaqların alimentindən çıxsın. Uşaqların alimentinə görə həmin puldan da əvvəl 2.715 manat cavabdehə pul vermişdir. Lakin cavabdeh hal-hazırda ondan alimenti tələb edir. Əgər nəzərə alınsa ki, 320 manat alimenti o, cavabdehə 15 may 2019-cu il tarixdən verməli idi və bu günki günədək cavabdehə 21.715 manat aliment vermişdir, cavabdeh ondan təxminən 68 aydan sonra, yəni 2025-ci ilin fevral ayında aliment tələb edə bilərdi. Ona görə də o, cavabdehdən 19.000 manat pulu tələb edir. Qanunvericiliyin normalarından da göründüyü kimi onun cavabdehə 19.000 manatı verməsi ilə bağlı əqd etibarsızdır və cavabdeh həmin pulu ona qaytarmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsiz olmaqla yanaşı maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Ona görə də Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)-259/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsini və 19.000 (on doqquz min) manat məbləğində pulun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o Bakı şəhəri 20 –ci sahə adlanan ərazidə yerləşən evini 48000 manata sataraq, 43000 manatını cavabdehə vermişdir. Hansıki həmin ev birgə nikah dövründə əldə olunduğundan 24 000 manat verməli idi. Lakin uşaqlarını da nəzərə alaraq ev almaq məqsədilə əlavə 19000 manat da vermişdir. Aralarındakı razılığa görə cavabdeh ondan aliment tələb etməməli idi. Lakin cavabdeh ondan yenə də aliment tələb edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı həqiqətən də uşaqları da nəzərə alaraq ev almaq məqsədilə ona 43 000 manat vermişdir. Lakin alimentdən imtina ilə bağlı heç bir razılaşmaları olmamışdır. Uşaqlar böyüdükcə onların tələbataları da günbəgün artır. O, bir il aliment tələb etməyəcəyinə vəd vermişdir. Cavabdeh sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)- 259/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması və s. tələbi barədə iddiası təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında 22 oktyabr 2004-cü il tarixdə bağlanılmış və 224 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 14 avqust 2005-ci il təvəllüdlü X3 və 22 mart 2009-cu il təvəllüdlü X8 anaları X2 yanında qalmasının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 may 2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin hər ay alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. İddiaçı ilə X9 arasında 05 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində bağlanmış ilkin müqavilədən görünür ki, bu müqaviləyə görə birinci tərəf-İddiaçı ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, dalan 2, ö/t 35P ünvanında yerləşən fərdi yaşayış evini gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra ikinci tərəfə-X1 və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamağı öz öhdələrinə götürürlər. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeyydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, cavabdeh, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh əvvəllər ər-arvad münasibətində olmaqla, birgə nikahdan iki uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqları vaxtdan uşaqlar cavabdehin (ananın) himayəsində saxlanılmışdır. Bundan sonra iddiaçı birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri 20-ci sahə adlanan ərazidə yerləşən evi satdıqdan sonra, pulun az hissəsini (5000 manatı) özünə götürmüş, qalan 43000 manatı isə, yenidən ev almaq və uşaqları ilə birlikdə yaşamaq üçün cavabdehə vermişdir. Lakin iddiaçı həmin pulu birdəfəlik aliment öhdəliyi ilə əlaqələndirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əlavə 19000 manatı uşaqlarının mənafeyini düşünərək, məhz valideynlik hüququnu həyata keçirmək məqsədilə vermişdir Bundan əlavə kollegiyanın araşdırması zamanı hazırkı iş üzrə cavabdehin iddiaçı qarşısında iddia ərizəsində göstərilən öhdəliyi, yəni alimentdən tamamilə imtina edəcəyi barədə öhdəlik götürməsi müəyyən edilməmişdir. Bu halda kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız iddiaçı tərəfindən uşaqlarının yaşaması üçün ev almaq məqsədilə cavabdehə ödənilmiş pul məbləğindən gedir. Bundan başqa, tərəflərin nikahı pozulduqdan sonra iddiaçının cavabdehə mənzil almaq üçün pul vəsaiti verməsi halının təsdiq olunduğu təqdirdə həmin vəsaitin cavabdehə bağışlaması, yoxsa həmin pul vəsaiti başqa məqsəd üçün veridiyini iddiaçı sübut edə bilməmişdir. Bu halı sübutetmə yükü iddiaçının üzərinə düşür. Onda iddiaçı sübut etməlidir ki, pul vəsaitini cavabdehə bağışlamamışdır, onu müəyyən müddətdən sonra qaytarmaq şərti ilə vermişdir. Lakin, iddiaçı tələbində belə bir dəlili irəli sürməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)-259/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1766/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1766/2021
12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver