Məhkəmə qərarları › İş №2(107)-1777/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1777/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1777/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X15 iclas katibliyi, İddiaçı1 və cavabdeh Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi X12 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xidmətinin 9 saylı X19 və Ləğv prosesində olan “xxxxxxxxx" ASC-nin X2 Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-428/2020 nömrəli qətnaməsindən cavabdeh LPO “xxxxxxxxx» ASC-nin X2 Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xidmətinin 9 saylı X19 və Ləğv prosesində olan “xxxxxxxxx" ASC-nin X2 Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-428/2020 nömrəli(hakim A.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxxxxxxx" ASC ilə bağlanmış xx xxxxxx 2010-cu il tarixli, İP1-292/0-AZN nömrəli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 hektar torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına dair ipotekaya xitam verilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Sözügedən qətnamədən narazı qalan cavabdeh ləğv prosesində olan “xxxxxxxxx» ASC-nin X2 Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, 2010-ci il 13 avqust tarixli 292/0 AZN nömrəli kredit müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-dən illik 20 %-lə 24 ay müddətinə qeyriyaşayış sahəsinin alınması məqsədilə 166.000 manat borc alınmışdır. Bu borcun təminatı olaraq Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən X9 mülkiyyətindəki 0,0264 ha torpaq sahəsində 1 girişli 11 nömrəli ünvanda yerləşən 505,44 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası xx xxxxxx 2010-cu il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Sonradan bank əmlakın üzərində yüklülüyü saxlamaq şərti ilə bu qeyri yaşayış binasının İddiaçı2 satılmasına razılıq vermiş və sonuncu onu alaraq dövlət reyestrindən qeydiyyata aldırmış və yüklülük saxlanılmışdır. Lakin kredit borcu vaxtında qaytarıla bilmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1033/2013 nömrəli, xx xxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçı “xxxxxxxxx” ASC-nin onlara qarşı “borc məbləğinin qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı1 xx xxxxxx 2010-cı il tarixli 292/0 saylı Kredit müqaviləsi üzrə yaranmış 165,999,24 manat əsas, 48,562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumunun “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri yaşayış binasının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahənin ən azı bir ay müddətinə boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədilə Nəsimi rayon İcra və probasiya şöbəsinin xx/xx-2415/7 saylı, xx.xx.2013-cü il tarixli sifariş məktubu əsasında “xxxxxxxx” MMC tərəfindən ipoteka premdeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan qeyriyaşayış sahəsi 390.000 manat müəyyən edilmişdir. Sözügedən ipoteka predmeti “X6 Mərkəzi” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmış, keçirilən hərraclar baş tutmamış və ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq “X8 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında Y-187 saylı, xx.xx.2014-cü il tarixli protokoluna əsasən ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə satılmışdır. İddiaçı2 tərəfindən “xxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, 13-793 saylı qiymətləndirmə hesabatı Səbail Rayon Məhkəməsində mübahisələndirilmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-639/2018 saylı, xx xxxx 2018-ci il tarixlə qətnaməsinə əsasən “X8 Mərkəzi” MMC-yə, “xxxxxxxx” MMCyə, Nəsimi rayon İcra şöbəsinə və “xxxxxxxxx” ASC-yə qarşı iddia tələbi təmin edilərək, İddiaçı2 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyriyaşayış binasının qiymətləndirilməsi barədə “xxxxxxxx MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 13-793 saylı hesabat etibarsız hesab edilərək ləğv edilmiş, həmin əmlakın “xxxxxxxxx” ASC-yə satılması haqqında “X8 Mərkəzi” MMC tərəfindən xx xxxx 2014-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Y187 saylı protokol etibarsız hesab edilmiş və həmin hərracın nəticələri ləğv edilmişdir. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan qeyri-yaşayış binası 700.000 (yeddi yüz min) manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra “xxxxxxxxx” ASC-nin X2 Fondu cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsinə əsasən təmin edilməmişdir. Respublika Xammal və Əmtəə Birjasının nəzdində yaradılan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixlərdə açıq hərrac keçirilmiş, lakin əmlak satılmamışdır. Göründüyü kimi, 4 dəfə hərrac keçirilməsinə baxmayaraq qeyri yaşayış binası satılmamış, tələbkar Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin X2 Fondu ipotekada olan qeyri yaşayış binasını almaqdan imtina etmişdir. Beləliklə hesab edirlər ki, İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına dair ipotekaya xitam verilməlidir. Bundan başqa ipoteka predmeti olan İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının satış qiyməti 700.000 manat qiymətləndirilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyi xxxxxxxxx” ASC-nin X2 Fondu tərəfindən mübahisələndirilmiş, lakin iddiası təmin olunmamış, həmçinin birinci hərrac və təkrar hərracların nəticələri, mübahisələndirilməmiş və hazıra kimi qüvvədədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh LPO “xxxxxxxxx» ASC-nin X2 Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “işin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələblər əsaslıdır. Çünki ipoteka predmeti olan qeyri yaşayış sahəsi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir” . Bununla bağlı qeyd edirlər ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” tərəfindən açıq hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər “xxxxxxxxx" ASC-nin ünvanına daxil olmamış, bu səbəbdən də “xxxxxxxxx" ASC-nin keçirilmiş hərraclardan xəbəri olmamışdır. Bundan əlavə qeyd etmək istəyirik ki, “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsi əsasları sırasında Qanunun 43.8-ci maddəsinin “ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə” müddəası ipoteka xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 428/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi əsassız olduğu üçün ləğv edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o hazırki əmlakın mübahisəsi ilə bağlı 10 ilə yaxındır ki, məhkəmələrdədir. Belə ki, mübahisəsi gedən əmlak əvvəllər başqa şəxsin mülkiyyətində olmuş, sonradan sözügedən Bankın razılığı ilə ipotekada qalmaq şərtilə almışdır. Lakin əmlakı ona satan şəxslə 3-cü şəxs arasında həmin əmlakla bağlı uzun müddət məhkəmə çəkişmələri olmuşdur. Sözügedən əmlakla bağlı sonuncu dəfə hərrac keçirilərkən əmlak dəyərindən 25 faiz aşağı qiymətə tələbkara, yəni LPO xxxxxxxxx ASC-yə təklif olunmuş, lakin bank həmin əmlakı almaqdan imtina etmişdir. Əslində qeyd olunan ipoteka predmeti olan əmlakın Bank tərəfindən alması ona da sərf edirdi. Lakin Bank həmin əmlakı almadığından onlar da hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Çünki qeyri-yaşayış sahəsi uzun müddətdir ki, ipotekada olduğundan nə sata bilir, nə də ki, icarə verə bilir. Bununla da onun mülkiyyət hüququ tam məhdudlaşır. Bununla belə o Banka olan borcunu ödəməkdən yayınmır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Qəbələ rayon İcra Və probasiya şöbəsinin nümayəndəsi X17 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı uzun müddətdir ki, məhkəmə çəkişmələri gedir. Həmin əmlakla bağlı əvvəllər də hərrac keçirilmiş və qeyri-yaşayış sahəsini Bank özü almışdır. Lakin hərrac qanuni keçirilmədiyindən nəticələri ləğv edilərək, əmlak əvvəlki vəziyyətinə qaytarılmışdır. Sonuncu hərrac zamanı əmlak satılmadığından sonda tələbkara təklif olunmuş, lakin tələbkar tərəf qanunvericiliklə müəyyən olunmuş müddət ərzində ipoteka predmeti olan əmlakı alması barədə mövqeyini bildirmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə bir vəziyyətdə ipoteka predmeti ilə bağlı icranı həyata keçirmək də mümkün deyil. Ona görə də ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı2 və cavabdehlər DƏDRX-in 9 saylı X18 və LPO “xxxxxxxxx» ASCnin X2 Fondunun nümayəndələri məhkəmə iclasına gəlməmişlər. LPO “xxxxxxxxx" ASCnin X2 Fondunun nümayəndəsi həmçinin 50 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) (Cavabdeh LPO “xxxxxxxxx" ASC-nin X2 Fondunun nümayəndəsi məhkəmə iclas katibi tərəfindən həmçinin telefon zəngi edilməklə də xəbərdar olunmuşdur. Bu barədə telefonoqram da tərtib edilmişdir). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəonların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər; “xxxxxxxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli, 292/0 nömrəli “Kredit müqavləsi”nə əsasən “xxxxxxxxx” ASC Borc alana 166.000 manat məbləğində illik 20 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. “xxxxxxxxx” ASC ilə X13 arasında xx.xx.2010cu il tarixdə bağlanmış İP1-292/0 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, X10 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli MH № ******* saylı çıxarış ilə təsdiq edilmişdir) ipoteka predmetinin dəyəri (ipoteka saxlayan tərəfindən qiymətləndirilməklə) 230 000 (iki yüz otuz min) manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xidmətinin 9 saylı X16 daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2007-ci il tаrixdə verilmiş MH seriyаlı ******* №li Çıxаrışın surətinə görə Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli bina 1 girişli, 505.44 kv.m ümumi, 505.44 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(006)-1033/2013 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı1 xx xxxxxx 2010-cı il tarixli № 292/0 saylı Kredit müqaviləsi üzrə yaranmış 165,999,24 manat əsas, 48,562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumu “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri yaşayış binası ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahə ən azı bir ay müddətinə boşaldılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. “xxxxxxxx” MMC-nin xx.xx.2013-cü il tarixli, 13-793 saylı “X1 Haqqında” hesabatdan görünür ki, ipoteka premdeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış sahəsi 390.000 manat müəyyən edilmişdir. “X11 dair” xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli bildirişlərin surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə xx xxxxxxx 2018-ci il saat 11:00 və xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərraclar barədə tərəflərə bildirişlər göndərilmişdir. Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin X2 Fondu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə ünvanlanmış məktubun mətnindən görünür ki, ipoteka predmeti “X6 Mərkəzi” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmış, keçirilən hərraclar baş tutmamış və ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq “X8 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında Y-187 saylı, xx.xx.2014cü il tarixli protokoluna əsasən ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə satılmışdır. Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)-639/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı2 məxsus olmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, 13- 793 saylı hesabatın ləğv edilməsi, İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının 248625 manata “xxxxxxxxx” ASC-yə satılması haqqında “X8 Mərkəzi” MMC tərəfindən xx xxxx 2014-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Y187 saylı protokol etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 hatorpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində “xxxxxxxxx” ASC-nin adına aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının (mağazanın) qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, QXM/1913 saylı “Qiymətləndirmə hesabatı”ndan görünür ki, ipoteka premdeti olmuş əmlakın satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixə likvid dəyəri 700.000 (yeddi yüz min) manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3230/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxx” ASC-nin X2 Fondunun cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “X11 dair” xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli bildirişlərdən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə xx xxxxxx 2019-cu il tarixdə saat 11.00-da keçiriləcək birinci hərrac barədə tərəflərə bildirişlər göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “X11 dair” xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə xx xxxx 2019-cu il tarixdə saat 11.00da keçiriləcək ikinci hərrac barədə tərəflərə bildiriş göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “X14”nlardan görünür ki, “X11 dair” bildirişlər “xxxxxxxxx” ASC tərəfindən qəbul edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “Birja Yenilikləri” qəzetinin surətlərindən görünür ki, sözügedən qəzetin 18-xx xxxxxx 2019cu il və 01-07 fevral nəşrlərində “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış sahəsinin (mağazanın) – 700000.00 man. Beh: Satış qiymətinin 5% hərrac təşkilatının depozit hesabına. Hərrac addımı. Satış qiymətinin 3%-dək 01/27D lot üzrə. Fiziki şəxlər şəxsiyyət vəqisəsi;Hüquqi şəxslər-təsis sənədləri. Hərracı udmuş şəxs alış qiymətini 7 təqvim günü müddətində İcra və probasiya Şöbəsinin depozit hesabına ödəməlidir. Hərrac xx.xx.2019-cu il tarixində saat 11:00 keçirələcək” başlığı ilə elanlar dərc edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “Birja Yenilikləri” qəzetinin surətlərindən görünür ki, sözügedən qəzetin xx xxxx 2019-cu il tarixli nəşrində Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış sahəsi ilə bağlı hərracın baş tutmadığı göstərilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, İddiaçı1, “xxxxxxxxx” ASC-nə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli sifariş məktubunda göstərilmişdir ki, cavabdeh İddiaçı1 xx xxxxxx 2010-cu il tarixli N-292/0 saylı kredit müqaviləsi üzrə yaranmış 165,999,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumu “xxxxxxxxx” ASC-nin xeyrinə tutmalıdır. Tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməli, qeyri yaşayış binası ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılmalı və həmin sahə ən azı bir ay müddətinə boşaldılmalıdır. Odur ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1033/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının (mağaza) ixtisaslaşdırılmış hərrac vasitəsilə satışının keçirilməsi xahiş olunmuşdur. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxx” ASC-nə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Qəbələ rayon İcra və probasiya Şöbəsinin 135/19 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı1 məxsus ipoteka yüklü Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küç, 0.0264 ha t/sahəsində yerləşən 11 saylı q/yaşayış binasının (mağaza) təkrar hərracının baş tutumaması barədə “Birja yenilikləri” qəzətinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 446250 (dörd yüz qırx altı min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunur. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə ünvanlanmış xx xxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, şöbəyə daxil olmuş məktub və bildirişlərə əsasən hərracın baş tutmadığı məlum olmuş, bununla bağlı “İpoteka haqqında” qanuna müvafiq olaraq tələbkara (ipoteka saxlayana” məlumat verilməklə “Birja yenilikləri” qəzetində məlumat dərc olunmuşdur. Buna baxmayaraq AR “Mülki Məcəlləsi”nin və “İpoteka Haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayan (tələbkar) tərəfindən şöbəyə müraciət olunmamış, təklif olunacaq məbləğlə (446250) borcluya ödəniləcək fərqin ödənilməsilə bağlı şöbənin depozit hesabına hər hansı vəsait daxil olmamışdır. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx xxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrası ilə əlaqədar Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının (mağaza) “İpoteka Haqqında” AR Qanununun müvafiq bəndlərinə uyğun olaraq ipoteka saxlayana ipoteka predmetini əldə etmək üçün təklif göndərilmiş, tərəflərindən qeyd olunan əmlakı əldə etməyə razılığ bildirmişdir. Qeyd olunan əmlakı əldə etmək üçün cavabdehə çatan 215 667,97 (iki yüz on beş min altı yüz altmış yeddi manat, 97 qəpik) manat məbləğini Qəbələ rayon İcra və Probasiya şöbəsinin depozitinə ödənilməli, ödəniş olduqdan sonra sənədləşmə işi həyata keçirilməlidir. Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 1966/5 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən cavabdehə çatan məbləğ “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən icra şöbəsinin depozit hesabına ödənilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını aydınlaşdırmış və qətnamədə göstərilən nəticə işin hallarına uyğundur. Kollegiya qeyd edir ki, hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələb əsaslıdır. Çünki ipoteka predmeti olan fərdi yaşayış evi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda ipoteka qoyan hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. «İpoteka haqqında» xx xxxx 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual əsasları düzgün müəyyən edilmiş, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. LPO “xxxxxxxxx» ASC-nin X2 Fondu apelyasiya şikayətində hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən onlara göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini, hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyini, hərracların keçirilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməli olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka saxlayana lazımınca xəbərdar edilmişdir. İş materiallarında olan Qəbələ rayonu üzrə İcra və Probasiya şöbəsi sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. İş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, ipoteka predmeti olan İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 700000 manat olmaqla xx.xx.2019-cu il tarixdə birinci hərrac, xx.xx.2019-cu il tarixdə isə təkrar hərraca çıxarılmış və alıcı olmadığından satılmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “xxxxxxxxx” ASC-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 135/19 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı1 məxsus ipoteka yüklü Qəbələ ş, İ.B.Qutqaşınlı küç., 0.0264 ha t/sahəsində yerləşən 11 saylı q/yaşayış binasının (mağaza) təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 446250 (dörd yüz qırx altı min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunur. Mülki Məcəlləsinin 298.2, 319.3.5.398-ci, “İpoteka haqqında” qanunun 43.7, 43.8 maddələrinə uyğun olaraq ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayan ipoteka predmetinin əldə etmək hüququna malik olan qismində çıxış etdiyi halda hərracın xidmət haqqını ödədikdə protokol tərtib olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Kollegiya işin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələblər əsaslıdır. Kollegiya cavabdehin apelyasiya şikayətində qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “X14”nlardan görünür ki, “X11 dair” bildirişlər “xxxxxxxxx” ASC tərəfindən qəbul edilmişdir. Belə ki, “X11 dair” xx xxxxxx 2019-cu il tarixli bildiriş xx.xx.2019-cu il tarixdə, X11 dair” xx xxxxxx 2019-cu il tarixli bildiriş isə xx.xx.2019-cu il tarixdə “xxxxxxxxx” ASC tərəfindən qəbul edilmişdir. Bu səbəbdən cavabdehin dəfələrlə hərrac keçirilməsinə baxmayaraq “xxxxxxxxx” ASC-nin ondan heç bir məlumatı olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3230/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxx” ASC-nin X2 Fondunun cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bu da onu göstərir ki, “xxxxxxxxx” ASCnin hərracların keçirilməsi və alıcının olmaması səbəbinə görə hərracların baş tutmamasından məlumatlı olmuşdur. Ona görə də, hərracların keçirilməsi barədə bildirişlərin və ipoteka predmetinin əldə edilməsi barədə təklifin onlara göndərilməməsi ilə bağlı dəlillər əsassızdır. Bundan başqa ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 700000 manat olmaqla xx.xx.2019-cu il tarixdə keçirilən birinci hərrac və xx.xx.2019-cu il tarixlərdə keçirilən təkrar hərracların nəticələri mübahisələndirilməmiş və hazıra kimi qüvvədədir. Apelyasiya şikayətində qeyd edilən dəlillərə nəzər yetirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apelyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-428/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X4 Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(025)-428/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar