Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1791/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tаrixli 2(051)-1268/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(051)-1268/2021 saylı (hakim Ələkbər Hüseynov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10.10.2011-ci il təvəllüdlü X1 və 28.11.2013-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat aliment tutulub İddiaçı verilməsi, alimentin tutulmasına 08 iyun 2021-ci ildən başlanması, alimentin ödənilməsinin dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. işin hаllаrı : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki Cavabdeh ilə 17 avqust 2010-cu ildə rəsmi qaydada nikahlarını qeyd etditməklə ailə qurmuşdur. Birgə nikahdan 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı övladları olmuşdur. Cavabdeh onunla evli olduğu müddətdə 3 dəfə başqa şəxsə qoşulub qaçmışdır. Mingəçevir şəhər Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onların aralarındakı nikah pozulmuş və uşaqların hər ikisi onun yanında saxlanılmışdır. Ona görə də məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi-vəkili X2 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri: Qətnamədən narazı qalan Cavabdeh birinci instаnsiyа məhkəməsinin qətnаməsinin aliment məbləği hissəsində ləğv edilməsini, hər iki uşaq üçün ayrılıqda 70 manat aliment məbləğinin müəyyən edilməsini xahiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, birgə münasibətlərindən 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı uşaqlar Mingəçevir şəhərində anadan olmuşdur. Həmin şəhadətnamələrdə uşaqların atası kimi İddiaçı, anası kimi Cavabdeh göstərilmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 17 avqust 2010-cu ildə 323 № ilə Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması 19.02.2020-ci ildə 33 nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(107)148/2021 nömrəli qətnaməsi ilə (hakim Ayaz Mahmudov) iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(051)-185/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, məhkəmə kolegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi iddia tələbini qismən təmin edərək, hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat aliment müəyyən emiş, lakin cavabdeh bu nəticə ilə razılaşmamış və apelyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun maddi vəziyyətini nəzərə almamışdır Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsində səhvə yol verməmişdir Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində təsbit edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamaqda borcludurlar Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabitpul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşаq hüquqlаrı hаqqındа” 12 nоyаbr 1989-cu il tаrixli BMT Kоnvensiyаsının 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. “Uşaq hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 19-cu maddəsinə əsasən isə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmçinin, qeyd olunan Qanununun 3-cü maddəsində göstərilir ki, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasını, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası işin hallarını və azyaşlı uşaqların üstün mənafeyini milli və beynəlxalq hüquq normalarının və istinad olunanqərarların tələbləri baxımından qiymətləndirib belə qənaətə gəlir ki, Hüseyn Bayramov və Sevgi Bayramlının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi uşaqların mənafeyinə uyğun ola bilər. Məhkəmə kollegiyasının qənaətinə görə valideynlər arasında münasibətlərin pozulması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa və bunu çətinləşdirsə belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşməyə, uşaqlarını hər cür valideyn qayğısı ilə əhatə etməyə, uşaqlara sevgi və nəvaziş göstərməyə borcludurlar ki, bunun da əsasında uşaqların maddi və mənəvi təminatının mümkün qədər maksimal saxlanılması dayanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə vəziyyətdə hər iki valideyn uşağın ən azı zəruri təminatını təmin etmək məqsədilə çalışmalı və qazanc əldə etməlidirlər. Bu tələb həm də Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlarında irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi azyaşlı Hüseyn Bayramov və Sevgi Bayramlının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmuşdur. İddiaçının müəllimə kimi aldığı əmək haqqının cavabdehin əmək haqqından nisbətən üstün olması hər uşaq üçün müəyyən edilmiş 120 manat alimentin azaldılması üçün əsas ola bilməz. Çünki, uşaqların saxlanılması təkcə alimentin miqdarı ilə ölçülmür. Uşaqların gündəlik qayğıları, qidalanmaları, sağlamlıqları, gigiyenaları, təmizlikləri, təhsil almaları, bir sözlə onların sağlam və layiqli vətəndaş kimi böyümələri üçün tələb olunan bütün şərtlər uşaqların gündəlik əziyyətlərini çəkən valideynin üzərinə düşür. Ona görə də cavabdehin alimentin miqdarının azaldılması barədə apelyasiya tələbi təmin oluna bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tаrixli 2(051)-1268/2021 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tаrixli 2(051)-1268/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1791/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1791/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver