Məhkəmə qərarları › İş №2(107)-1823/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1823/2021

21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1823/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilərək İddiaçı Cavabdeh qarşı 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay tutulan 120 manat alimentin miqdarının azaldılaraq, 60 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay tutulan 120 manat məbləğində alimentin miqdarının azaldılaraq, 60 manat məbləğində müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə rəsmi nikahlarından 05.02.2017-ci il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə cavabdehlə ayrılmışlar və məhkəmə qaydasında boşanmışlar. Ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsi ilə ondan hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Baxmayaraq ki, uşağın onun olmamasını mübahisələndirmiş, lakin hələlik sübuta yetirə bilməmişdir. Qeyd edir ki, onun indiki vəziyyəti ağırdır. Heç bir yerdə iş tapıb işləyə bilmir. Dalandar işləyib güc-bəla ilə dolanan anasının aldığı az əmək haqqı hesabına yaşayırlar və təyin olunmuş alimenti də anasının əmək haqqı hesabına ödəyir. Dəfələrlə iş üçün məşğulluq mərkəzinə və digər müəssisələrə müraciət etsə də, işlə təmin olunmamışdır. Səhhətində də problemlər vardır. Bütün bunlara görə də o, təyin olunmuş 120 manat pulu ödəyə bilmir. Hesab edir ki, onun heç bir yerdə işləyə bilməməsi, xəstə olmağı, yaşlı anasının əmək haqqı hesabına dolanmağı nəzərə alınmaqla alimentin miqdarı azaldılmalıdır. Odur ki, 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər ay 120 manat miqdarında alimentin miqdarının azaldılaraq, 60 manata miqdarında müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından 05 fevral 2017ci il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda iddianı qəbul etmir, alimentin məbləğinin azaldılmasına razı deyildir. Özü İİİ qrup əlildir, tam işləmək qabiliyyətinə malik deyildir. Eləcə də, uşaq böyüdükcə onun tələbatı da artır. Uşağın təminatının azaldılması isə onun inkişafına mənfi təsir göstərir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti İddiaçı tərəfindən belə əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsinin qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmənin alimentin ayda 120 manat müəyyən etməsi işin faktiki halına, onun maddi vəziyyətinə uyğun deyildir. O, uşaq üçün aliment verməkdən imtina etmir. Lakin alimentin tutulması qət edilərkən qanunvericilik və onun maddi vəziyyəti nəzərə alınmalı idi. Məhkəməyə təqdim etdiyi 20 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən verilmiş arayışdan görünür ki, o, heç bir yerdə işləmir. Uzun müddətdir çalışmağına baxmayaraq, iş tapa bilmir. Xadimə işləyən anasının məvacibi hesabına çətin vəziyyətdə dolanırlar. İndiyə kimi ödədiyi alimenti də anasının məvacibi hesabına vermişdir. İndi maddi vəziyyətləri daha da pisləşib. Belə ki, onda olan onurğa beyinin yırtığı və digər xəstəlikləri müalicə etdirmək üçün, yaşlı və xəstə anasının müalicəsi üçün yenə anasının əmək haqqından istifadə edirlər və buna görə də aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşma çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi ... hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Göründüyü kimi qanunvericilik sabit pul məbləğində alimentin tutulması hallarını konkret olaraq göstərmişdir. Təqdim etdiyi arayışdan görünür ki, işləmir və heç bir qazancı və ya gəliri yoxdur. Nə qədər axtarsa da iş tapa bilməmişdir. Belə olan halda nəyə görə ondan yüksək məbləğdə alimentin tutulması başa düşülmür. Bir daha göstərir ki, uşağa görə alimentin tutulmasına heç bir etirazı yoxdur və məhkəmədə də bildirdi ki, 60-70 manat aliment verə bilər. Qazancı olduqda özü könüllü olaraq daha çox aliment ödəyəcəkdir. Hazırkı vəziyyətdə buna imkanı yoxdur. Qətnamədə göstərilən məbləği ödəməkdən ötrü gərək o, hansısa cinayət törətsin. Əks təqdirdə həmin aliment məbləğini ödəyə bilməyəcəkdir. Ödəyə bilməyəndə də yenə borc məbləği yaranacaq və son nəticədə cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsinn qanunsuz və əsassız olduğundan həmin qətnamənin ləğv edərək bir uşağa görə tutulan alimentin miqadarının azaldaraq 70 manat məbləğində tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.04.2019-cu il tarixli, 2(051)-1147/2019 nömrəli qətnaməsindən görünür ki, 05 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul miqdarında aliment hər ay İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan 20 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən verilmiş 18.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına 18.05.2021-ci il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X4» üzrə Elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 05.02.2017-ci il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.04.2019-cu il tarixli, 2(051)- 1147/2019 nömrəli qətnaməsi ilə 05 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul miqdarında aliment hər ay İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia rədd edilərək İddiaçı Cavabdeh qarşı 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay tutulan 120 manat alimentin miqdarının azaldılaraq, 60 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Аilə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Аilə Məcəlləsinin 75-ci mаddəsinə əsasən, vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr... Vаlideynlər uşаqlаrını sаxlаmаdıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit (аliment) vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Uşаq hüquqlаrı hаqqındа» Kоnvensiyаnın 3-cü mаddəsinə görə, sоsiаl təminаt məsələləri ilə məşğul оlаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti оrqаnlаr, yаxud qаnunvericilik оrqаnlаrı tərəfindən həyаtа keçirilib-keçirilməməsindən аsılı оlmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3-cü mаddəsinə görə, uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. “Аzərbаycаn Respublikаsındа yаşаyış minimumu hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununа əsаsən, uşаqlаr üçün yаşаyış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 mаnаt müəyyən оlunmuşdur. Аlimentin müəyyən оlunmuş miqdаrının dəyişdirildiyi hər bir hаldа, аlimentin miqdаrı Аilə Məcəlləsinin 78.2-ci mаddəsinin tələbinə əsаsən tərəflərin mаddi və аilə vəziyyəti, diqqətə lаyiq оlаn digər hаllаr nəzərə аlınmаqlа, uşаğın əvvəlki təminаt səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.04.2019-cu il tarixli, 2(051)-1147/2019 nömrəli qətnaməsi ilə 05 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsini qət etməkdə düzgün qərar qəbul etmişdir. Belə ki, uşaqlara ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olmayan maddi təminat vermək valideynlərin borcudur. Cavabdeh uşağı bilavasitə saxlamaqla, onun qidalanma, geyimlə təminat və başqa kommunal-məişət qayğılarını çəkməklə bir valideyn kimi uşağı qarşısında daha çətin və əziyyətli vəzifələri yerinə yetirir. Həmin vəzifələrin yerinə yetirilməsi onun əmək fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək imkanlarını da məhdudlaşdırır. Belə vəziyyətdə uşağın saxlanması ilə bağlı xərclərin əhəmiyyətli hissəsinin də ananın (cavabdehin) üzərinə qoyulması ədalətsiz olar. Ona görə də atadan (iddiaçıdan) daha yüksək məbləğdə aliment ödəməsinin tələb olunması təbii və başa düşüləndir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin alimentin miqdarının azaldılması ilə bağlı dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Odur ki, hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1217/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar