Məhkəmə qərarları › İş №2(107)-1873/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1873/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1873/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakların evdən çıxarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(019)-507/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(019)-507/2021 saylı (hakim Zamin Tahirov) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh məxsus 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran LG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacaq İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın; Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb, İddiaçı verilməsi qət edilmişdir. işin faktiki halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh gəlin gələrkən gətirdiyi cehiz əmlakların; servant, şifoner (paltar şkafı), qoşa çarpayı və 2 ədəd yanında olan balaca şkaf, tryümo (güzgülü şkaf), divan 2 ədəd kreslo ilə birlikdə, uşaq çarpayısı, soyuducu (svizer markalı), paltaryuyan (beko markalı), stol-stul, yazı stolu, ütü stolu, duxovka (kumtel markalı), uşaq beşiyi, televizor (HLG markalı), televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağın mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh gəlin gələrkən gətirdiyi cehiz əmlakların 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağın mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən 12.08.2011 -ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, ona reyestr nömrəsi **********40-10301 olan çıxarış verilmişdir. X5 Cavabdeh ilə 2010-cu il tarixdə ailə qurmuşdur. Ailə münasibətlərini davam etmək mümkün olmadığı üçün nikahları Balakən Rayon Məhkəməsinin 2(019)941/2019 saylı, 08.11.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Keçmiş gəlini Nurlana azyaşlı uşaqlarını götürərək, evdən getmişdir. Lakin gəlin gələrkən gətirdiyi cehiz əmlak ona məxsus fərdi yaşayış evindədir. Nikahları pozulduğuna və cavabdeh onunla birlikdə yaşamamasına baxmayaraq, Cavabdeh cehiz əşyalarını götürməmişdir. Yaşayış evindən istifadə edə bilmir. Cavabdeh aşağıda adları qeyd etdiyi əşyaları fərdi yaşayış evindədir: 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacaq cavabdehə məxsus həmin əşyalar onun evində qalmaqla, onun evə dair mülkiyyət hüquqlarını; evə sahib olmaq, evdən istifadə etmək və evə sərəncam vermək hüquqlarını pozur. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, təmsil etdiyi Cavabdeh iddiaçının X5 ilə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 15 iyul 2010-cu il tarixdə 141 sayla rəsmiləşdirməklə evlənmişlər.Onların birgə nikahından 18 sentyabr 2011-ci il tarixdə X4 və 08 may 2014-cü il tarixdə X7 adında iki uşaqları doğulmuşdur. Cavabdeh bir sıra əşyalarını, həmçinin 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağı İddiaçı Məməd oğluna məxsus evə yerləşdirmiş, sonra isə həmin əşyaları X12 ilə birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinə aparmışdır. Cavabdeh və X12 bir neçə il həmin birgə nikah dövründə tikdikləri evdə yaşamışlar. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Təmsil etdiyi Cavabdeh 2019-cuü ilin yayından aralarında baş vermiş narazılıqlar nəticəsində X6 faktiki ayrılmış və uşaqları da götürüb atası evinə getmişdir. Balakən Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli, 2 (019)94\2019 saylı qətnaməsi ilə İddiaçı X12 ilə Cavabdeh arasında 15 iyul 2010-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində 141 sayla nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014-cü il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında saxlanılmış, 18 sentyabr 2011ci il tarixdə doğulmuş X2 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X6 hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh iddia ərizəsində qeyd etdiyi əşyalarının bir hissəsi onun Elcan Əliyevlə tikdiyi evdə qalmışdır. Sonra İddiaçı həmin əşyaların bir hissəsini öz adına olan evə gətirmiş və digər əşyalarla birlikdə evin aşağı mərtəbəsində saxlamışdır. Cavabdeh Elcan Əliyevlə tikdiyi ev onlara məxsusdur. Ona görə də cavabdehin həmin əşyaları həmin evdə saxlaması qanunidir. O, əşyaların orada olması İddiaçı heç bir mülkiyyət hüquqlarını pozmur və ona heç bir aidiyyəti yoxdur. Bu səbəbdən iddia əsassızdır və rədd olunmalıdır. İddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan hüquqi nəticəyə gələrək işi hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, həmin cehiz əşyları İddiaçı Məhəmməd oğlunun yaşadığı evdə yox, Elcan Əliyevlə birgə nikah dövründə 2011-ci ildə tikdikləri evdə olmuşdur. Elcan Əliyev ilə birgə nikah dövründə 2011-ci ildə inşa etdikləri fərdi yaşayış evinə 50.000 manat xərc çəkməklə ev inşa etmişlər. Hazırda həmin əmlak Elcan Əliyevin sahibliyində və istifadəsinə qaldığına görə həmin əmlakın dəyərinin yarısının cavabdehdən alınması ilə bağlı Balakən rayon Məhkəməsinə iddia qaldırmışdır. Hazırda iş məhkəmənin icraatındadır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq edən tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 12.08.2011-cı il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi verilmiş reyestr nömrəsi **********40-10301 olan Daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 06.08.2011-cı il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli 2(019)-941/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X12 ilə Cavabdeh arasında 15 iyul 2010-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində 141 sayla nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 və 08 may 2014-cü il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında saxlanılması, 18 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 və 08 may 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X6 hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli yerində müayinə protokolundan görünür ki, iddia ərizəsində göstərilən 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacaq RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alt hissəsində-açıq zirzəmi hissəsində yerləşir, bu əşyaların heç bir ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış digər evdə yerləşmir. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı X5 15 iyul 2010-cu il tarixdə rəsmi nikahla Cavabdeh ilə evlənmişdir. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz apardığı əşyaları da həmin evdə yerləşdirmişdir. X10 Əliyevanın birgə nikahlarından 18 sentyabr 2011-ci il tarixdə X4 və 08 may 2014-cü il tarixdə X7 adında iki uşaqları olmuşdur. Cavabdeh 2019cu ildə uşaqları ilə birlikdə iddiaçının evindən çıxıb atası evinə getmişdir, o vaxtdan da valideynlərinin yanında yaşayır. 12.08.2011-cı il tarixdə sözügedən əşyaların yerləşdiyi fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasa da, özünə məxsus iddia ərizəsində göstərilən 1 ədəd servant (qab-qacaq yığan), 1 ədəd şifoner (paltar şkafı), 1 ədəd qoşa çarpayı (krovat) və 2 ədəd yanında olan balaca şkaf (tumboçka), 1 ədəd tryümo (güzgülü şkaf), 1 ədəd divan 2 ədəd kreslo ilə birlikdə, 2 ədəd uşaq çarpayısı körpə üçün, 1 ədəd soyuducu (svizer markalı), 1 ədəd paltaryuyan (Beko markalı), 1 ədəd stol- 6 ədəd stul, 1 ədəd yazı stolu (divanın qarşısına qoyulan), 1 ədəd ütü stolu, 1 ədəd duxovka (kumtel markalı), 1 ədəd uşaq beşiyi, 1 ədəd televizor (51 ekran ELG markalı), 1 ədəd televizor altlığı, 6 ədəd yorğan, 6 ədəd döşək, 4 ədəd yastıq, 5 ədəd xalça və qab-qacağı İddiaçı məxsus evdən aparmamışdır. Ona görə də hesab etmişdir ki, iddiaçıların iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə kollegiyası Cavabdeh ilə iddiaçının X5 ilə birgə nikah dövründə tikdiyi evdə olması, həmin evə Cavabdeh da mülkiyyət hüquqlarının olması və bu əşyaların cavabdehə də birgə mülkiyyət hüququ əsasında məxsus olan evdə olmasının iddiaçının heç bir hüququnu pozmaması və qanuni əsaslarla yerləşməsi barədə iddia tələbinə etirazının əsaslandırıldığı hallarla bağlı qeyd edir ki, Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Digər tərəfdən bu ümumi qaydadan istisna təşkil edən sübutetmə yükünü cavabdehə keçirən hallar aşkar edilmişdir. Belə ki, Cavabdeh tərəfindən iddia predmetini təşkil edən əşyaların İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evdə qalmasının qanuni və hüquqi əsaslarının mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, əvvəla, işdəki sübutlardan görünür ki, cavabdehə məxsus iddia predmetini təşkil edən əşyalar İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evində yerləşir. Digər tərəfdən, İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş ikinci ev Cavabdeh və X8 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yuxarıda istinad olunan qanun normalarının tələbinə görə daşınmaz əmlaka hər hansı hüquq, o cümlədən mülkiyyət hüququ mütləq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaka dair hər hansı hüquq tanınır və hüquqi nəticələrə səbəb olur. İş üzrə cavabdeh tərəfindən sözügedən evin Cavabdeh və X8 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş və iddiaya etirazının əsaslandırıldığı hallar sübut olunmamışdır. Bundan başqa, sözügedən ev İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş və kiminsə adına dövlət reyesrində qeydə alınmamışdır. Cavabdeh 2019-cu ildən sözügedən bu evdə yaşamır və evə dair hər hansı hüquqa malik olmasına dair subut təqdim etməmişdir. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsnə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız sayılmaqla təmin edilməməlidir MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşır və həmin nəticənin işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyini qeyd edir və buna görə də hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(019)- 507/2021 saylı qətnaməsi Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(019)-507/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar