Məhkəmə qərarları › İş №2(107)-1906/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1906/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1906/2020 15.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-349/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Güllük kəndinin inzibati ərazisindəki, Cavabdeh2 xüsusi mülkiyyətindəki 1.05 ha torpaq sahəsinin alqısatqısı üçün alınmış 800 manat pulun və 144 ay müddətində onu geri qaytarmamaqla 43200 manat məbləğində əldən çıxmış faydanın, cəmisi 44000 manat pul məbləğinin Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-349/2020 saylıqətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiаçı İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, 2008-ci ilin yanvar ayında həmkəndlisi Cavabdeh1 onun sahibliyində və istifadəsində olan Güllük kənd inzibati ərazisindəki 1.02 ha torpaq sahəsinin alqı-satqısı ilə sövdələşib, dəyəri 1000 manat olmaqla razılaşmışlar. Bu məqsədlə ona 800 manat nağd pul onun arvadının yanında şəxsən cavabdehə vermiş, qalan 200 manatı isə torpaq sahəsini sənədləşdirdikdən sonra ödəyəcəyini bildirmişdir. Bir müddətdən sonra Bəxtiyar ona oğlu Turacın Azərbaycanda olmadğını, xarici ölkədə olduğunu, o qayıdıb gəldikdən sonra onun da iştirakı ilə notariat qaydada sənədləşmə aparacaqlarını demişdir. O, cavabdehə oğlu Turaca pasportunu göndərməsini və onun əsasında qayıdana qədər torpaqdan istifadə haqqında müqavilə bağlamağı təklif etmiş, Bəxtiyar isə ona məlum olmayan səbəbdən bundan imtina etmişdir. Həmin vaxtdan 2020-ci ilin mart ayınadək torpaq sahəsini cavabdehlər ona göstərməmiş və ondan heç vaxt istifadə etməmişdir. Belə ki, həmin illər torpaq sahəsində gəlir yox idi. Cavabdehlər onun 800 manat pulunu qaytarmaqdan imtina etmişlər. Halbuki həmin pul məbləğini vaxtında, yəni 2008-ci ildə qaytarmış olsaydılar o qonşuluqdakı torpaq sahəsini almış olardı. Lakin o da 2008-ci ildən 2020-ci ilə qədər həmin pulu tələb etməmişdir. Əmlakını qanunsuz talamaqla ona hər iki cavabdeh əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Belə ki, 800 manat pul məbləği ilə adı mülki dövriyyədə hər ayı 300 manat gəlir əldə edə bilərdi. Belə qənaətdədir ki, 144 ay müddətində cavabdehlər 800 manat pulunu qanunsuz olaraq mənimsəmiş, qaytarmadıqlarına görə həmin pulun aylıq 300 manat qazancıının əlindən çıxmasına səbəb olmuşdur. Hazırda həmin məbləğ 43200 manat təşkil edir. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-349/2020 saylıqətnаməsi ləğv edilərək, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-349/2020 saylı qətnаməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən iddiaçının vəkilinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-349/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-504, KOD 40306018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayony Güllük kəndində yerləşən 1.02 ha torpaq sahəsi Cavabdeh2 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh1 oğlu Bəxtiyar Turacovun xüsusi mülkiyyətindəki torpaq sahəsini ona şifahi qaydada satdığını əsas gətirərək torpağın alqı-satqısı üçün alınmış 800 manat pulun və 144 ay müddətində onu geri qaytarmamaqla 43200 manat məbləğində əldən çıxmış faydanın, cəmisi 44000 manat pul məbləğinin Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyаsı qаnunvericiliyin tələblərinə əsаsən hesаb edir ki, tərəflər öz hüquqlаrının müdаfiəsi üsullаrını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icrааtının prinsiplərini, mаddi və prosessuаl hüquq normаlаrını rəhbər tutаrаq yаlnız ədаlət mühаkiməsi funksiyаsını həyаtа keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin birinci instasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. X5 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı Həşim Nəsirov tərəfindən sözügedən torpaq sahəsinin Cavabdeh1 tərəfindən ona aralarında olan şifahi razılaşma əsasında 800 manata satılması ilə bağlı məhkəmə kollegiyasına heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında, şahid Dəstəgül Məmmədova isə ifadəsində həmin torpaq sahəsini iddiaçıya cavabdeh Bəxtiyar Nəsirov tərəfindən 600 manat müqabilində icarəyə verdiyini göstərmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiada ifadə edilmiş “Qax rayonu Güllük kəndinin inzibati ərazisindəki, Cavabdeh2 xüsusi mülkiyyətindəki 1.05 ha torpaq sahəsinin alqısatqısı üçün alınmış 800 manat pul barədə” tələb sübuta söykənmədiyindən əsassızdır. Belə olan halda, həmin tələbdən törəmə olan digər tələb “144 ay müddətində onu geri qaytarmamaqla 43200 manat məbləğində əldən çıxmış faydanın cəmisi olmaqla 44000 manat pul məbləğinin Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə” tələb də əsassızdır. Bundan əlavə iddiaçının hazırki tələblə 12 ildən sonra məhkəməyə müraciət etməsi də ağlabatan və məqsədəmüvafiq olmayan yanaşma kimi qiymətləndirilir ki, bu hal da iddiaçının haqlı olmadığını müəyyənləşdirən situasiyalardan biridir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğuna görə birinci instasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-349/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-349/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar