Məhkəmə qərarları › İş №2(107)-1920/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1920/2020

11.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1920/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X10 nümayəndəsi Nümayəndə, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil,iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmamış. iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilmişdir.. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X12, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə xx xxx 2019- cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair xx xxx 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh2 2018- ci ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X6 ilə onlar- iddiaçılar arasında JN 645 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 10057.49 kv.m torpaq sahəsinə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda qətnamə çıxarmağı xahiş etmiş və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmişdir. Həmin qətnamədən onların verdiyi şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı xx xxxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini ləğv etmiş, apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası xx xxxx 2019-cu il tarixdə çıxardığı qərarı ilə kassasıya sikayətini təmin etməmiş, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Onlar-iddiaçılar Ali Məhkəmənin qərarını rəsmi qaydada alan kimi 2019-cu il aprel ayının əvvəllərində X7 qərarı ilə alilələrinin mülkiyyətinə verilmiş 10057 kv.m kənd təsərrüfatı təyinatlı torpaqlarına çıxarış almaq üçün DƏDRX 18 saylı X12 müraciət etmişlər. İdarədən onlara bildirdilər ki, 2016-cı ildə ölmüş X3 adına xx xxxxxxx 2018-ci il Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Ona görə onlara qeyd edilən çıxarış verə bilmirlər. Onlara məlum oldu ki, Zaqatala 18 saylı Ərazi idarəsi heç bir qanuni əsas olmadan qüvvəyə minmiş məhkəmə qərarı olmadan Cavabdeh2 ilə əlaqəyə girərək, onu 2016-cı ildə ölmüş anasının adına xx xxxxxxx 2018-ci il tarixdə çıxarış hazırlamışdır. Bu çıxarış saxta sənəd olmuşdur. Bu çıxarış saxta olduğu üçün Cavabdeh2 tərəfindən məhkəmələrə təqdim edilməmişdir. 2019-cu ilin aprel ayında X4 adına hazırlanmış xx xxxxxxx 2018-ci il tarixli, Seriya RX ******* nömrəli Çıxarışın Ləğv edilməsi haqda iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və DƏDRX 18 saylı X15ni cavabdeh qismində məhkəməyə cəlb etmişlər. Balakən Rayon Məhkəməsi çıxardığı xx xxxx 2019-cu ıl tarixli, 2(019)-607/2019 nömrəli qətnaməsi ilə iddialarını təmin edərək, seriya RX ******* nömrəli Çıxarışı ləğv etmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı xx xxxxxxx 2019-cu ıl tarixli,2(107)-2671/2019 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 həmin qətnamədən Kassasiya şikayəti vermişdir. Kassiya şikayətinə baxan Ali Məhkəmənin Mülki kollgiyası çıxardığı xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 1272/20 saylı qərarı ilə Şəki Apellyasiya məhkəməsinin xx xxxxxxx 2019-cu ıl tarixli qətnaməsini dəyişdirmədən saxlamış, kassasiya şikayətini təmin etməmişdir. Mart 2020-ci il tarixdən etibarən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi üçün Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarını may ayının əvvəllərində almışlar. Çıxanş almaq üçün sənədlərini xx xxx 2020-ci il tarixdə DƏDRX 18 saylı X12 təqdim etmişlər. ******* saylı çıxarışın ləğv edilməsi haqda hər üç məhkəmənin aktlarını də sənədlərinə əlavə etmişlər. Sənədləri qəbul edilmiş, amma yenə də Zaqatala 18 saylı ərazi idarəsi torpaqlarına çıxarış verməkdən imtina etmişdir. DƏDRX 18 saylı X15 onlara-iddiaçılara göndərdiyi xx xxx 2020-ci il tarixli məktubunda qeyd edir: Araşdırma nəticəsində müəyyən edilmişdir ki, X2 adına **********24 reyestr nöınrə ilə qeydiyyata alınmış mübahisələndirilən Balakən rayonu, Qazma kəndində yerləşən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X5 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla, xx xxxxx 2019-cu il tarixli **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmışdır. Həınin Müqaviləyə əsasən Cavabdeh6 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqları xx xxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bununla əlaqədar həmin məhkəmənin icraatında olduğu müddətdə tərəflərindən xx xxxxxx 2020-ci il tarixli məktubla qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd olunun hüqüqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müraciət etdikləri təqdirdə həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması məsələsinə baxıla bilər. Yuxarıda qeyd edildiyi kimi, ölmüş Firuzə Balayevanın adına xx xxxxxxx 2018- ci il tarixdə hazırlanmış saxta çıxarışın ləğv edilməsi ilə bağlı 2019-cu ilin aprel ayında iddia qaldırmışlar. Bu iddia ilə bağlı həm Cavabdeh2, həm də DƏDRX 18 saylı Zaqatala ərazi ərazi idarəsi iş üzrə cavabdehlər olmuşlar. İşlə bağlı ilk məhkəmə iclası da aprel ayında başlamış və xx xxxx 2019-cu ildə başa çatmışdır. Qanunsuz çıxarışın ləğv edilməsi haqda cavabdeh olan hər iki cavabdeh əlbir olaraq məhkəmə iclası getdiyi halda, Balayeva Firuzənin adına hazırlanmış saxta Çıxarış əsasında cavabdeh vərəsələr xx xxxxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarış əldə etməklə, həmin çıxarış əsasında xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsi əsasında torpağı Cavabdeh6 satmışlar. DƏDRX 18 saylı X15 də Balakən rayon notariat idarəsinə torpaq müayinəsi haqqında yalan məlumat vermiş və nəticədə verdiyi yalan məlumat nəticəsində notariat idarəsini də qanuna zidd alqı-satqı müqaviləni bağlamağa vadar etmişdir. Eyni zamanda hər iki cavabdeh əlbir olaraq hazırladıqları qanuna zidd sənədləri nə Balakən Rayon Məhkəməsinə, nə də Şəki Apellyasiya Məhkəməsinə təqdim etməmişlər. Cavabdeh vərəsələr və DƏDRX 18 saylı X15 hazırladıqları saxta çıxarış əsasında torpağı digər şəxsə-Cavabdeh6 sataraq, ona da saxta xx xxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli Çıxarış vermişlər. Cavabdeh vərəsələr 1.0057 ha torpağı Cavabdeh6 satmaqla əsassız olaraq varlanmışlar. DƏDRX 18 saylı X15 çıxarış verdikləri 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh2 və X8rı tərəfindən iki mərtəbəli dəyəri 100 min manatdan yuxarı olan qanunsuz tikili olmasına baxmayaraq, həmin torpaq sahəsi haqda həqiqətləri gizlətmişlər. Belə ki, Cinayət Məcəlləsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikilməsi və s. aparılması qanunla qadağandır və cinayət tərkibli əməldir. Hər bir orqan, hər bir vətəndaş cinayət tərkibli əməll haqda aidiyyəti orqanlara xəbər verməlidir. DƏDRX 18 saylı ərazi idarəsi isə Cavabdeh2 və Cavabdeh4 oğlanlarının cinayət tərkibli əməllərini örtbasdır etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə DƏDRX 18 saylı ərazi idarəsinin vəzifəli şəxsləri və Cavabdeh2 haqda xüsusi qərardad çıxarıb prokurorluq orqanlarına göndərməlidir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia tələblərini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, “Cavabdeh2 və DƏDRX-in 18 saylı Ərazi İdarəsi hazırladıqları “saxta çıxarış” əsasında torpaq sahəsini Cavabdeh6 satmışlar”. Sözügedən torpaq sahəsini Cavabdeh6 xx xxx 2020-ci il tarixində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın almışdır. İddia ərizəsində “saxta” olaraq qeyd edilən həmin çıxarış xx xxx 2020-ci il tarixində qanunvericiliyə uyğun olaraq qüvvədə olmuşdur (hələ də qüvvədədir) və daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair onun mülkiyyətçisinin sərəncamvermə hüququnu məhdudlaşdıran, eyni zamanda həmin torpaq sahəsi barədə əməliyyat aparılması ilə bağlı hər hansı qadağa qeydi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində də öz əksini tapmışdır. Göründüyü kimi, Cavabdeh6 torpaq sahəsinin mülkiyyətçiləri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə güvənərək, həmin torpaq sahəsini satın almışdır. Alqı-satqı prosesi qanunvericiliyə uyğun olaraq notariat kontorunda rəsmiləşdirilmiş, bu zaman notarius tərəfindən torpaq sahəsinə dair sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olub-olmaması daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (forma 1) real vaxt rejimində əldə edilməklə yoxlanılmışdır. Cavabdeh6 qanunvericiliyə uyğun olaraq notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqla satın aldığı sözügedən torpaq sahəsi üzərində, bütün bu hərəkətlərin məntiqi nəticəsi olaraq, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bununla bağlı onun adına xx.xx.2020-ci il tarixli, **********24 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Bütün bu prosesdə cavabdeh vicdanlı olmuşdur. Belə ki, mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Digər tərəfdən hazırki iddia üzrə iddiaçılar torpaq sahəsinə dair X2 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məhkəmə qaydasında ləğv edildiyini, bunun nəticəsində də həmin çıxarış əsasında əldə edilmiş digər hüquqmüəyyənedici sənədlərin, o cümlədən Cavabdeh6 adına tərtib edilmiş sonuncu (xx.xx.2020-ci il tarixli) çıxarışın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş edirlər. Halbuki, iddia ərizəsində də qeyd olunduğu kimi X3 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli çıxarış xx xxxx 2019-cu il tarixində, yəni Cavabdeh6 torpaq sahəsi üzərində hüquq əldə etməsindən sonra birinci instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Beləliklə işin faktiki hallarından və yuxarıda sadalananlardan aydın olur ki, X2 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli çıxarışın mübahisələndirilməsini, ümumiyyətlə həmin torpaq sahəsinə dair mübahisənin olmasını Cavabdeh6 bilməmişdir və bilmə imkanı da olmamışdır. Bu baxımdan da Cavabdeh6 sözügedən torpaq sahəsinin alqı-satqısı və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması vasitəsi ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə vicdanlı olmuşdur. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən isə vicdanlı üçüncü şəxslərin hüquqları qorunur. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göründüyü kimi, əgər məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə dair Cavabdeh6 adına dövlət reyestrində aparılmış qeydiyyatdan öncəki qeydiyyatlar ləğv edilsə belə, sonuncu vicdanlı üçüncü şəxs olduğundan onun hüquqları qorunmalı, adına aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxlamalıdır. İddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, digər cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X15 isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, Balakən rayon məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnamasini maddi və prosessual hüquq normalarını pozaraq çıxarmışdır. Bidirmişdir ki, yalnız hazırlıq iclasına Cavabdeh6 vəkili gəlmişdir. Vəkillə hakim Zamin Tahirovun çox yaxın olduqları bəlli oldu. Öz aralarında nə isə danışdıqları zaman hakim vəkilə dedi ki, iddianı təmin etməyəcyəm. Cavabdeh6 vicdanlı sahibdir. Artıq hazırlıq islasında qabaqcadan hakimin iddiamızı təmin etməyəcəyi bizə məlum olmuşdur. Hazırlıq iclasının sonunda hakim Z.Tahirov Vəkil iki-üç dəfə dedi ki, sən daha o biri iclaslara gəlmə, ehtiyac yoxdur, sən deyən kimi iddianı təmin etməyəcəyəm. Hakim məhkəmə iclaslarını pozur. Tərəflər arasında mübahisənin aydınlaşdırılmasına imkan vermir. Hazırlıq iclasından sonra keçirilən üç məhkəmə iclasına yeddi cavabdehdən heç biri gəlmədi. Cavabdehlər- də olan sənədlərin məhkəməyə təqdim edilməsi üçün iki dəfə məhkəməyə yazılı qaydada vəsatət vermək məcburiyyətində qaldım. Bizim səhfımiz o oldu ki, biz dərhal hakimə etiraz etməli idik. Əsaslar var idi.Belə ki, hakim Zamin Tahirov hakim libasını geyməmişdi. Adi geyim ilə məhkəmə iclaslarını aparırdıı. Qətnamə çıxararkən adi geyimdə idi. oturduğu yerdən heç ayağa qalxmadı, müşavirə otağına belə getmədi, oturduğu yerdən bizə dedi ki. iddianızı rədd edirəm. Hakim olasan başının üzərində duran Azərbaycan dövlətinin bayrağına hörmət etmədən qayda qanunları pozaraq qətnamə çıxarasan.Bu vəziyyətdə çıxarılan qətnamə qanuni və ədalətli ola bilməz və qəbul edilə bilməz. Balakən Rayon Məhkəməsi çıxardığı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddiamızı ləğv edərkən Mülki Məcəllənin 140-cı və 149.2-ci maddələrinə əsaslanmış ki, həmin maddələrin məzmununu səhv izah edərək Cavabdeh6 vicdanlı sahib olduğunu müəyyən etməyə çalışmışdır. İşə baxan Balakən rayon məhkəməsinə məlum idi ki, məhkəmə aktları ilə Cavabdehlər olan Balayevlər ailəsinin vərəsəlik qaydasında ələ keçirdikləri 1.0057 ha torpaq sahəsinə verilmiş ilkin ******* saylı çıxarış qanunsuz olduğu üçün ləğv olunub. Ləğv edilən çıxarış əsasında əldə edilən hüquqlar da qanuni ola bilməz. Bu baxımdadn da qanuna zidd olaraq əldə edilmiş hüquqlarla əldə edilmiş alqı satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə edilən hüquqlar da qanuna zidd olacaq. Belə ki, məhkəmə cavabdehlər olan Balayevlər ailəsi ilə Cavabdeh6 arasında bağlanmış xx xxx 2019-cu il tarixli miiqviləyə münasibət bildirməmişdir. Çünki heç bir cavabdeh məhkəmədə iştirak etməmişdir. Çəkişmə prosesi baş tutmamışdır. Qeyd edilən alqı satqı müqaviləsinin şərtlərindən aydın olur ki, Satıcı olan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Xanayeva Mehriban və Cavabdeh4 alıcı Şahverdi yev Çingiz Şəhmir oğluna: Müqavilənin 8-ci hissəsinə əsasən: Üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürüblər; 9-cu bəndinə görə Satıcılar alıcıya həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat veriblər; Eyni zamanda Müqavilənin 12-ci maddəsinə görə Daşınmaz əmlakın Alıcıya təvil verilməsinin AKT tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü notarius tərəfindən tərəflərə izah edilib. Satıcılar tərəfindən bu şərtlərin heç birinə əməl edilməyib. Artıq alıcı Ç. Şahverdiyev vicdansız sahib olaraq məhkəməyə cəlb edilmişdir. Cavabdeh olan Cavabdeh2 və Cavabdeh4 heç bir qanuni sənədləri olmadan qanuna zidd olaraq ələ keçirdikləri kənd təsərrüfatı təyinatlı torpaqda tam qanuna zidd olaraq 2015-ci ildə yaşayış evi və digər tikililər tikmişlər və cinayət tərkibli əməl törətmişlər.Bu torpağın kənd təsərrüfatı torpağı olduğunu çox yaxşı bilən DƏDRX 18say- lı X15 və orda aparılan tikililərin qanuna zidd cinayət tərkibli əməl olduğunu bildiyi halda bir -birinin ardınca müxtəlif çıxarılar vermişdir. Halbuki 18 saylı ərazi idarəsi və notarius bu haqda hüquq mühafizə orqanlarına məlumat verməli idi. Alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh olan satıcılarcavabdeh olan alıcı Cavabdeh6 1.0057 ha torpağı (həmin ərazidə torpağın 1 sotu 350 manata bərabərdir) və üzərində olan 100 min manatdan çox dəyəri olan evi və digər tikililəri 3000 manata satmışlar.Bu mümkün olmayan haldır. Ona görə də həmin torpaq Alıcı Şahverdiyevə satıcılar tərəfindən aktla təhvil verilməyib. Satıcılar və alıcılar çox yaxın olduqları üçün alqı- satqını görüntü üçün həyata keçiribər.Alıcı Şahverdiyev torpaq haqqında baş verən bütün hadisələri bilir, həmin torpağın satıcıların mülkiyyəti olmadığım da bilir, bağlanılan müqavilə görüntü yaratmaq üçün bağlanılıb. Balakən rayon məhkəməsi tərəfindən vicdanlı hesab edilən şəxs Cavabdeh6 Şəh mir oğlu alqı-satqı müqaviləsini bağlayından əvvəl də bilirdi ki, həmin torpağın mülkiyyətçisi biz iddiaçılarıq. Eyni zamanda alıcı Ç.Şaxverdiyev Balakən rayon məhkəməsindən etirazımızla bağlı məhkəmə bildirişi aldığı zaman da onun bağladığı əqdin həqiqi olmadığını bir daha dərk etmiş, son halda məhkəmə bildirişini aldığı vaxtdan Cavabdeh6 vic danlı yox, vicdansız sahib olmuşdur.Cavabdeh satıcıların evini tikdiyi vaxtdan baş verən hadisələrdən tam məlumatlı olduğu üçün alqı- satqı müqaviləsi bağlanan andan vicdansız sahibdir. Cavabdehlər, Cavabdeh2 onlar iddiaçıların iradəsinin ziddinə olaraq, eyni zamanda məhkəmə qərarlarının, ilk növbədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda iddiasının rədd edilməsinə baxmayaraq qanuna zidd olaraq anası X3 adına götürdüyü Çıxarışla cinayət tərkibli əməllərini davam etdirmiş, həmin çıxarışda olan əmlak miras əmlakdır deyə vərəsəlik açdırmış, onun əsasın da yeni bir Çıxarış əldə etmiş və bu çıxarışla iradəmizə zidd olaraq əlimizdən aldığı tor pağı qanuna zidd olaraq bağlanmış müqavilə ilə başqa şəxsə satmışdır. Törədilən əməllər cinayət tərkibli əməllərdir. Balakən rayon məhkəməsi ümumiyyətlə işi araşdırmadan maddi və prosessual hüquq normalarını pozaraq qanuna zidd qətnamə çıxarmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)- 440/2020 nömrəli qətnaməsini tam ləğv edib işə yenidən baxıb, iddialarının təmin edilməsi haqda yeni qətnamə çıxarmağı xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X10 nümayəndəsi Nümayəndə izahat verərək, qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızı, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızı və Cavabdeh6 lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)- 440/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilməli, ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarış, bu çıxarış ilə xx xxx 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair xx xxx 2019-cu il tarixli **********24 nömrəli Çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçılara Balakən Rayon X7 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 anası mərhum X6 ilə hazırkı iş üzrə iddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alqı-satqısı bağlanmış hesab edilmişdir. Balakən Rayon Məhkəməsi xx xxxxxx 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 tərəfindən həmin torpaq sahəsi X3 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarına əsasən). İş materiallarından o da görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən, hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu ıl tarixli qətnaməsi ilə (iş 2(019)- 607/2019) həmin iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən). Bununla belə iş materiallarından o da aydın olur ki, X2 adına RX seriyalı, ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu, Qazma kəndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X5 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla xx xxxxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmış və sonuncunun mübahisəli torpaq sahəsi üzərindəki hüquqları xx xxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. Hazırkı iddia tələblərində iddiaçılar məhz X3 vərəsələri olan cavabdehlərin adlarına verilmiş xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın, onlarla digər Cavabdeh6 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh6 adına verilmiş çıxarışın ləğvini tələb edirlər. Birinci instansiya məhkəməsi ilk növbədə “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, mübahisəli əmlakın (torpaq sahəsinin) Cavabdeh6 satılması, bunun əsasında onun adına qeydiyyatdan keçməsi və həmin əmlaka dair ona müvafiq çıxarış verilməsi (hazırda da onun mülkiyyətində olması) işin mübahisəsiz hallarındandır. Başqa sözlə, bu hissədə iddiaçıların ləğv edilməsini tələb etdikləri müvafiq çıxarış (reyestrdəki qeydlər) artıq ümumiyyətlə mövcud deyildir. Bu isə qeyd edilən tələbin təmin edilməsini ümumiyyətlə istisna edir. İddiaçıların digər iddia tələblərə gəldikdə isə, iddia ərizəsindən göründüyü kimi. həmin tələblər iki hissədən ibarətdir: -başlıca tələb xx xxx 2019-cu il tarixli. 4Ə-252 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədədir. Onların təmin edilməsini xahiş etdikləri digər tələb - Cavabdeh6 adına verilmiş çıxarışın ləğvi isə məhz qeyd edilən həmin tələbdən törəmədir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır. Bu baxımından məhkəmə, iddiaçıların “xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi” barədə iddia tələblərinin təmin olunmasını mümkün hesab etmir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçıların digər tələbləri - Cavabdeh6 adına verilmiş çıxarışın ləğvi üzrə əlavə əsaslandırma aparılması ümumiyyətlə zərurət deyildir. Belə ki, “xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh6 onu vicdanlı əldə etmişdir. Mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Bu isə o deməkdir ki, “xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi əsaslı olsa idi və bunun əsasında aparılmış qeydiyyat əsassız çıxsa idi belə, iddiaçıların pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin (Cavabdeh6) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Birinci instansiya məhkəməsi məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edən qanun normalarına uyğun hüquqi qiymət erərək, hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X12, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə xx xxx 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair xx xxx 2019-cu il tarixli **********24 nömrəli Çıxarışın ləğv edilməsi tələblərinə dair iddiaları təmin olunmamalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası iddianın tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılara Balakən Rayon X7 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 anası mərhum X6 ilə hazırkı iş üzrə iddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alqı-satqısı bağlanmış hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsi xx xxxxxx 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 tərəfindən həmin torpaq sahəsi X3 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən, hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu ıl tarixli qətnaməsi ilə (iş 2(019)-607/2019) həmin iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2671/2019 nömrəli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1272/2020 nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. X2 adına RX seriyalı, ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu, Qazma kəndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X5 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla xx xxxxx 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş xx xxx 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında həmkəndliləri Cavabdeh6 satılmış və sonuncunun mübahisəli torpaq sahəsi üzərindəki hüquqları xx xxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi satılarkən bağlanmış alqı-satqı müqaviləsinin 8-ci və 9-cu bəndlərində göstərilən tələblər pozulmuşdur. Hazırki iş üzrə cavabdeh olan torpaq satanlar özlərinə məxsus olmayan torpaq sahəsini həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmasını gizlətməklə satmışlar. X1 vərəsələri olan cavabdehlərin adlarına verilmiş xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın, onlarla digər Cavabdeh6 arasında bağlanmış xx xxx 2019cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh6 adına verilmiş çıxarışın ləğvini tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (646.1) Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. (646.2) Məhkəmə kollegiyası işin faktiki hallarını apelyasiya şikayətinin dəlilləri ilə qarşılıqlı şəkildə araşdıraraq nəticəyə gəlmişdir ki, iddiaçıların apelyasiya şikayətində göstərdikləri həqiqəti özündə əks etdirir, ona görə də, onların apelyasiya şikayətləri təmin edilməlidir. Cavabdeh6 vicdanlı alıcı olması məsələsinə gəlincə isə işin faktiki halları bunu istisna edir. Çünki, mübahisəli torpaq sahəsi tərəflərin və Cavabdeh6 yaşadıqları kəndin ərazisində yerləşir, məhkəmə mübahisəsinin olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12 və torpağın satıcılarına bəlli olduğu halda alıcı Cavabdeh6 bu halların bəlli olmaması qeyri-mümkündür. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi səbəbindənvə işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilməli, ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarış, bu çıxarış ilə xx xxx 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair xx xxx 2019-cu il tarixli **********24 nömrəli Çıxarış ləğv edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilsin. Ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış xx xxxxx 2019-cu il tarixli, **********24 nömrəli çıxarış, bu çıxarış ilə xx xxx 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair xx xxx 2019-cu il tarixli **********24 nömrəli Çıxarış ləğv edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar