Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1931/2020 27.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X24 iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-474/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı fındıqçılıq sovxozunda yerləşən 0.64 hektar 94 topa fındıq bağının, bugünki günə olan dəyərinin hesablanaraq və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, 94 topa fındıq ağacının hər birinin 70 manat dəyərində hesablanaraq ödənilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-474/2020 nömrəli(hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X3 maddi zərərin əvəzi olaraq 6580 (altı min beş yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdeh X3 alınaraq İddiaçı ödənilməsi, cavabdeh X3 70 (yetmiş) manat mütəxəssis xərci alınaraq-Bankın adı: ASC X35, Kod: 504216, VÖEN: **********, Müxbir hesab: AZ24NABZ********************, S.W.İ.F.T.Bik: HAJCAZ 22, Hesab nömrəsi: AZ60 HAJC NCRA ZN00 1000 9122 2001 hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X7 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 sakini X5 adına olan 2 saylı fındıqçılıq sovxozunda yerləşən 0,64 hektar 94 topa fındıq bağını sonuncunun özünün və ailə üzvlərinin razılığı ilə xx xxxxxxx 2004-cü il tarixdə 1900 ABŞ dollarına satın almışdır. Bu barədə onlardan iltizamlar alınmışdır. Həmin iltizamlar xx xxxxxxx 2004-cü il tarixdə Yuxarı Tala kənd bələdiyyəsi tərəfindən və xx xxxx 2008-ci il tarixdə Zaqatala rayon İcra Hakimiyyətinin Yuxarı Tala ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. X1, X14 və X18 imza etmişlər. Cavabdeh və ailə üzvləri sözügedən fındıq bağının dövlət aktı olmadığı üçün reyestr xidmətindən çıxarış ala bilmədiklərini və dövlət aktı verildikdən sonra həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi üçün lazımi sənədlərin ona veriləcəyini öhdələrinə götürmüşlər. Dövlət aktı gəldikdən sonra o, dəfələrlə sözügedən fındıq bağının sənədləşdirilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə dövlət aktının onlarda olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini çıxarış almaqla sənədləşdirmiş, həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Mübahisəli ərazidə olan ağaclar da məhz onun tərəfindən becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Mübahisələndirilən torpaq sahəsi çıxarışla rəsmiləşdirildikdən sonra, yəni keçən ilin sentyabr ayından həmin torpaq sahəsindən istifadə etmir, həmin torpaq sahəsindən çıxmışdır. Hal-hazırda həmin fındıq bağında olan bir topa fındıq ağacının dəyəri 70-90 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq 2 saylı fındıqçılıq sovxozunda yerləşən 0.64 hektar 94 topa fındıq ağacının hər birinin 70 manat dəyərində hesablanaraq ona verilməsini tələb edir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh X7 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, həmin fındıq ağacları Zaqatala rayon X17 qərarına əsasən pay torpaq sahəsi fındıq bağı olaraq ona və ailə üzvlərinə verilmişdir. İddiaçı həmin fındıq bağına fındıq topaları əkməmiş, 17 il fasiləsiz fındıq ağaclarından məhsul əldə etmişdir. Məhkəmənin 94 topa fındıq ağacının hər birinə 70 manat dəyərində qulluq xərcini təmin etməsini əsassız hesab edir. Məhkəmə iddiaçının 17 il fındıq ağaclarından məhsul yığaraq gəlir götürdüyünü nəzərə almamış, ağacların kimin tərəfindən əkilməsini nəzərə almamış əsassız qərar qəbul etmişdir. Məhkəmə iddiaçının çəkmiş olduğu xərclərin əvəzinin cavabdehdən alınaraq ödənilməsi tələbini təmin etməsi, onda cavabdehin iddiaçıya 17 il fasiləsiz olaraq fındıq bağından istifadə edərək götürdüyü gəlirə qarşı iddia qaldırmaq hüququnu yaradır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-474/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh (apelyator) isə gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxxx 2004-cü il tarixli Zaqatala rayonu Yuxarı Tala bələdiyyəsi tərəfindən təsdiq olunmuş iltizamdan görünür ki, X7 adına olan 2 saylı fındıqçılıq sovxozunda yerləşən 0.64 hektar 94 topa fındıq bağını öz və ailə üzvlərinin razılığı ilə 1900 ABŞ dollara İddiaçı satmışdır. Fındıq bağının satılmasında nə onun, nə də onun ailə üzvləri tərəfindən heç bir iddia qaldırılmasına yol verilməyəcək. İltizamı özü yazmış və öz ailə üzvləri imzalarla təsdiq etmişlər. Zaqatala rayon İcra Hakimiyyətinin Yuxarı Tala ərazi nümayəndəliyi tərəfindən xx xxxx 2008-ci il tarixdə təsdiq edilmiş iltizamdan görünür ki, X7 adına olan 2 saylı fındıqçılıq sovxozunda yerləşən 0.64 hektar 94 topa fındıq bağını öz və ailə üzvlərinin razılığı ilə 1900 ABŞ dollara İddiaçı iddia qaldırılmasına yol verilməyəcək. İltizamı özü yazmış və öz ailə üzvləri imzalarla təsdiq etmişlər. İltizamda göstərilən torpaq sahəsinin rəsmi alqısatqısı torpaq mülkiyyəti haqqında dövlət aktı veriləndən sonra İddiaçı tərəfindən aparılacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,5792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X14, X19, X7 və X9 adına qeydiyyata alınmışdır. 17/2020 reyestr nömrəli vərəsəlik işində surəti olan xx.xx.2020-ci il tarixdə reyestrdə 2V-25 nömrə ilə qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə xx.xx.1999-cu il tarixdə ölmüş X10 vərəsələri ünvan 1ində yaşayan nəvələri X14 və X15 miras əmlakdan bərabər hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX X26 xx.xx.2019-cu il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışına əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5792 ha olan torpaq sahəsinin 1/4 hissəsindən ibarətdir. X14, X7, X15 və X28 arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-180 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar olan X14, X7 və X15 tərəfindən ünvan 1ində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********74 reyest nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən, birgə mülkiyyət hüququ üzrə onlara məxsus, ümumi sahəsi 0,5792 ha olan torpaq sahəsini 5200 manata X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,5792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X20 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X32 Azərbaycan Meyvəçilik və Çayçılıq X8 Dayaq Məntəqəsinin xx xxxx 2020-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, ünvan 1ində yerləşən cavabdehə mənsub olan 0,5792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış zamanı həmin sahədə 94 ədəd fındıq ağacı olduğu müəyyən edilmişdir. Fındıq ağacının bazar qiyməti bir ağaca 70-90 manat aralığında dəyişir. Göstərilən xidmətə görə xidmət haqqı 70 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvan 1ində yerləşən mübahisələndirilən torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilmir. 2019-cu ilin sentyabr ayına kimi həmin torpaq sahəsindən iddiaçı istifadə etmişdir. Həmin torpaq sahəsində fındıq ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X32 Azərbaycan Meyvəçilik və Çayçılıq X12 Dayaq Məntəqəsinin aqronomu tərəfindən fındıq ağaclarının sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirildi. Fındıq ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayıldı. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər-çə-kənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa-nun-vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, cavabdeh X7 adına olan 2 saylı fındıqçılıq sovxozunda yerləşən 0.64 hektar 94 topa fındıq bağını öz və ailə üzvlərinin razılığı ilə 1900 ABŞ dollara İddiaçı satmışdır. Lakin həmin torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsindən cavabdehin və ailə üzvlərinin razılığı ilə İddiaçı tərəfindən 2004-cü ildə başlayaraq 2019cu ilə qədər istifadə edilmişdir. ünvan 1ində yerləşən 0,5792 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X11, X19, X7 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin vaxtdan cavabdehin tələbi ilə iddiaçı həmin torpaq sahəsindən istifadə etməmişdir. Sonradan həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X2. Sonuncu da həmin torpaq sahəsini öz adına çıxarışla rəsmiləşdirmişdir. Mübahisəli ərazidə olan ağaclar məhz iddiaçı tərəfindən becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Birincisi ona görə ki, işin faktiki halından göründüyü kimi tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqı barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. Lakin həmin torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilməmişdir. Sonradan tərəflər arasında mübahisə yarandığından cavabdehin tələbi ilə iddiaçı həmin torpaq sahəsindən istifadə etməmişdir. Bundan sonra həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X4, sonuncu da həmin torpaq sahəsinə dair öz adına hüquq müəyyənedici sənəd almışdır. Göründüyü kimi mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən becərilmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. Artıq həmin fındıq ağacları bəhər, qazanc verən bir ərəfədə cavabdeh tərəf mübahisə edərək həmin torpağın iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, digər şəxsə satmışdır. Məhz bundan sonra İddiaçı öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağaclarının dəyərini tələb edir. İkincisi, yuxarıda qeyd olunduğu kimi iddiaçı həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda çoxillik ağaclar (fındıq tingləri) əkmiş və uzun zaman həmin torpağa və fındıq topalarına öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. İddiaçı da öz aralarındakı danışığı etimadlı münasibəti alqısatqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq ağaclarının (topalarının) əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda cavabdehin apelyasiya şikayətinin dəlilləri inandırıcı görünmür. Buradan da bir daha görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, cavabdeh bu qədər xərc çəkmişdir. Üçüncüsü, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilibbecərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi fındıq ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə qeyd etməyi lazım bilir ki, cavabdeh mübahisəli torpaq sahəsində əkilib-becərilmiş fındıq ağaclarına (topalarına) münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməklə yanaşı işə baxılarkən də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-474/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1931/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1931/2020
27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver