Məhkəmə qərarları › İş №2(107)-199/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-199/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-199/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «ödənilməli olan aliment borcundan azad edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment borcundan azad edilmə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ödənilməli olan aliment borcundan azad edilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)- 1299/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh ödənilməli olan 7670 (yeddi min altı yüz yetmiş) manat aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha girməklə faktiki olaraq ailə qurmuşlar. Birgə münasibətlərindən 19 iyul 2017-ci il təvəllüdlü Ayan, 06 noyabr 2018-ci il təvəllüdlü Aylin adlı iki nəfər uşaqları doğulmuşdur. Aralarındakı münasibət pozulmuş ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat alimentin tutulub Cavabdeh qızma verilməsi qət edilmişdir Müəyyən edilmiş alimenti də çətinliklə ödəyirdi. O, Qarabağ uğrunda döyüşlərdə, vətən müha ribəsində iştirak etmək üçün səfərbərliyə getmiş, 03 yanvar 202l-ci ildə qayıtmışdır. 03 yanvar 2021-ci ildə Vətən mübaribəsindən qayıtdıqdan, bir müddət sonra psixi problemləri olduğu üçün Mingəçevir şəhər Rayonlararası Nevroloji Dispanserdə xx.xx.2021-ci ildən qeydiyyata düşmüşdür. Stasionar müalicə olunmuşdur. X8 2021-ci ildə yenidən Mingəçevir şəhər məhkəməsinə alimentin artırılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsini 2(051)-746/21 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul miqdarında alimentin hər ay ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Hazırda ağır xəstəlikdən əziyyət çəkir, ayağında çürümə gedir, infeksiya bütün bədəninə yayılıbdır. Bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunmuşdur. Lakin sağalmamışdır. Əlilliklə bağlı müraciət etmişdir. Hazırda işləmir, maddi imkanı da yoxdur. Anası baxır ona, dərmanlarını müalicəsini anasının köməyi ilə alır. Ağır xəstəliyi xx.xx.2021-ci ildən başlayıbdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan görünür ki, o, dəfələrlə əməliyyat olunmuş, müalicələr götürmüşdür. Yalnız heç bir köməyi olmamışdır. Ona görə də aliment borcu yaranmışdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki. İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil 16-xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə ollınmuş, xəstəliyi sol budun flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı, doğum tarixixx.xx.1992. ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil 16-xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol budun flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi sol baldırın flekmonası, əməliyyatdan sonrakı vəziyyət; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışından görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qarnın ön divarınm böyük ölçülü flekmonası; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qaraciyərin absesi; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicə olunmuş, xəstəliyi qaraciyərin absesi; Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı, doğum tarixi-xx.xx.1992, ünvan- Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4/2 mənzil l6xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar milalicə olunmuş, xəstəliyi sağ qabırğa altı nahiyyənin böyük ölçülü flekmonası; Hətta Mingəçevir şəhər Məhkəməsinin 3(051)-172/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarından da görünür ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 10(on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbs olduğu 10 gün müddəti bilə tamamlamış, xəstəxənada əməliyyat olunmuşdur. Onun xəstəliyi imkan vermir ki, əmək fəaliyyət ilə məşğul olsun. Onun özü belə anasının pensiyası ilə dolanır. Qollarının altında çəliklərlə hərəkət edir. Odur ki, məhkəmədən xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmalar üçün Cavabdeh ödənilməli olan 7670 (yeddi min altı yüz yetmiş) manat aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 19 iyul 2017-ci il təvəllüdlü X10 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları Cavabdeh ödənilməli olan 7930 manat məbləğdə aliment borcundan azad edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin surətini 23 may 2024-cü il tarixdə rəsmi qaydada almışdır. İddia ərizəsi ilə tanış olarkən iddia tələbinin tam qanunsuz və əsassız olduğunu müəyyən etdi. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-746/2021 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2017-ci il təvəllüdlü qızı X9 və xx.xx.2018-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat məbləğdə alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi hazırki vaxtadək icra edilməmiş qalır. Belə ki, İddiaçı hazırki vaxta 7930 (yeddi min doqquz otuz) manat aliment borcu yaranmışdır. Onu da bildirir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-325/2022 saylı qərarına əsasən İddiaçı az yaşlı uşaqlarının saxlanılması üçün aliment borcunu ödəmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs və Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 3(051)-172/2024 saylı qərarına əsasən isə 10 gün müddətinə inzibati həbs edilmişdir. Lakin, buna baxmayaraq İddiaçı yenə də aliment borcunu ödəməkdən imtina edir. Hesab edir ki, İddiaçı gələcəkdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməkdən qorxaraq hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmişdir. O, dəfələrlə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə müraciət edərək borclu İddiaçı aliment borcunun ödənilməsini tələb etmişdir. Lakin, İddiaçı ona olan aliment borcunu ödəməkdən imtina edir. O özü Mingəçevir şəhərində yaşayır. Maddi vəziyyəti olduqca ağırdır. O uşaqlarını saxlamaqda çətinlik çəkir. İddiaçı isə uşaqlarına baxmaq əvəzinə bəzi xanımla doğum günü tədbirini kafedə keçirərək “tik-tok” platforması üzərindən şəkilləri yayır. Hesab edir ki, İddiaçı bir valideyn olaraq uşaqlarının qayğısına qalmalı və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün mütləq aliment ödəməlidir. Çünki uşaqları saxlamaq həm atanın, həm də ananın borcudur. Bundan başqa onu da qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi həqiqəti əks etdirmir və iddiaçı aliment borcunu ödəməkdən yaxa qurtarmaq üçün hazırki iddia qaldırmışdır. Halbuki, iddiaçının uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün yığılmış 7930 manat məbləğdə alimentin silinməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən İddiaçı ona qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Azərbaycan səhiyyəsi müəyyən edə bilmir ki, onun xəstəliyi nədir. Qarnında çürümə gedir. Aliment ödənişindən tam azad olunmasını deyil, yığılan borcdan azad edilməsini istəyirlər. Dəfərlərlə 10-15 gün stasionar müalicələrdə olmuşdur. Ona görə də onun aliment ödəməyə imkanı ola bilməz. Həkimlər yenə əməliyyat olunmasını zəruri hesab etmişlər. Onun qarınına çirk yığılır, çıxarılır və yenə yığılır. Barışıq əldə oluna bilərdi, amma tam razılığa gələ bilmədilər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

5. Cavabdeh məhkəmə baxış iclasının tarixi və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh verdiyi izahatlarında göstərmişdir ki, əgər cavabdeh xəstə olsaydı, ona müavinət təyin edilərdi. Hər dəfə borcunun ödənməsindən yayınır. Cavabdehin anasının da imkanı var. Hər ay 300 manat pensiya alır. Hər ay 260 manat ödəyə bilər. Heç olmazsa hissə-hissə alimentin borcunu ödəyə bilərdi. 5 ildir ki, cavabdehdən aliment ala bilmir. Xəstəliyi uşağa etmək olmur. Onun baxıma ehtiyacı vardır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

8. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-1299/2024 nömrəli qətnaməsi ilə (E.Cəbrayılzadə), iddia tələbinin rədd edilməsi, İddiaçı Cavabdeh qarşı «ödənilməli olan aliment borcundan azad edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir;

9. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası AM-nin 107.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi və iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə qeyd etmişdir ki, aliment borcundan azad olunmaq üçün əsaslı sübut təqdim olunmamışdır. İddiaçı tərəfin xəstəlikləri ilə bağlı təqdim etdiyi arayışlar və sair sənədlər onun əmək qabiliyyətlı olmaması üçün əsas deyil, əks təqdirdə ona əmək qabiliyyətinin olmaması və ya məhdud əmək qabiliyyətli olması ilə bağlı əlillik dərəcəsi təyin olunardı. Bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda AZEMİS portalından çıxarışdan aydın olur ki, iddiaçının əlilliyi yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı əmək qabiliyyətlidir və o, əməklə məşğul olub qazanc əldə edərək yığılan aliment borcunu ödəməyə borclu olmaqla yanaşı, həmçinin buna qadirdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 107.2, 112.1-ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 5, 8, 13-cü maddələrinə, “Uşaq Hüquqları Haqqında” Konvensiyasının 3, 6cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

13. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, birincisi məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Elektron Məhkəmə Sistemindən görünür ki, ilk iddia xx.xx.2024cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. Elektron Məhkəmə Sistemindən görünür ki, 23 oktyabr 2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilmişdir. 5 ay 13 günə işə baxılmışdır. 5 dəfə məhkəmə iclası keçirilmişdir. 1) Bakı şəhəri Nəsimi rayon Məhkəməsində olduğu üçün xx.xx.2024-cü il tarixə saat 14:10atəyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməmişdir. (Bununla bağlı ərizə vermişdir) 2). xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası; 3). xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası 4) .xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası 5) .xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclası-yekun qərar Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 172.1.3-cu maddəsinə əsasən digər mübahisələrə dair işlərə-4 ay müddətində məhkəmədə işə baxıb, həll edilməsi müddəti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 188.1-ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən müstəsna hallarda yol verilir.

14. Elektron kabinetdən də görünür ki, hakim tərəfindən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı yoxdur. Nə səbəbə mülki iş 5 ay 13 günə işə baxılması bilinmir. Ondan başqa da yekun məhkəmə aktı yəni qətnamə elektron kabinetə 19 noyabr 2024-cü il yerləşdirilmişdir. Bu da əsas verir ki, Mingəçevir şəhər məhkəməsinin hakimi prosessual hüquq normalarını pozmuşdur. Demək olar ki, Cavabdeh bütün məhkəmə iclaslarında iştirak etmişdir. Bütün sübutları iddia ərizəsi veriləndə təqdim edilmişdir. Məhkəmə öz təşəbbüsü ilə sübut toplamamış, əsassız olaraq aylarla məhkəmə hazırlıq iclasını təxirə salmışdır.

15. Qətnamədən də görünür ki, cavabdeh əvvəlki məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etmişdir. Ancaq Mingəçevir şəhər məhkəməsinin hakimi iddianı rədd etmişdir. Çıxarılmış qətnamənin qanunsuz və əsassız olduğu bundan bilinir. Mingəçevir Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(051)-1299/2024 saylı qətnaməsində onun tərəfindən təqdim olunmuş sənədləri sübut kimi qəbul etmiş, əsaslandırmış, ancaq ədalətsiz və qanunsuz olaraq iddia rədd olunmuşdur.

16. O, ağır xəstəlikdən əziyyət çəkir, ayağında çürümə gedir, infeksiya bütün bədəninə yayılıbdır. Bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunmuşdur. Lakin sağalmamışdır. Əlilliklə bağlı müraciət etmişdir. Hazırda işləmir, maddi imkanı da yoxdur. Anası baxır ona, dərmanlarını müalicəsini anasının köməyi ilə alır. Ağır xəstəliyi xx.xx.2021-ci ildən başlayıbdır. Xəstənin tibbi kitabçasında və xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan görünür ki, o, dəfələrlə əməliyyat olunmuşdur, müalicələr götürmüşdür. Yalnız heç bir köməyi olmamışdır. Ona görə də aliment borcu yaranmışdır.

17. Onun xəstəliyi imkan vermir ki, əmək fəaliyyət ilə məşğul olsun. Onun özü belə anasının pensiyası ilə dolanır. Qollarının altında çəliklərlə hərəkət edir. Göründüyü kimi qanunvericilik şəxsin xəstəliyini nəzərə alaraq, aliment borclarının ödəməkdən tamamilə azad edilmə və ya qismən azad edilmə nəzərdə tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(051)-1299/2024 saylı qətnaməsinin əsaslandırılmasında isə məhkəmə onun əlillik dərəcəsinin olmamasını əsas tutub iddianı rədd etmişdir. Onun əlillik dərəcəsi olsaydı, təqaüd alıb, aliment borcunu ödəyərdi. Onu da qeyd edir ki, xəstəlikləri ilə bağlı bütün sənədlərin əslini məhkəmə ondan almışdır. Hər iki valideyin uşaqlarını saxlamağa borcludur. Cavabdeh sağlamdır, heç bir əlillik dərəcəsi yoxdur. O, ikinci dəfə ailə həyatı qurmuşdur.

18. Odur ki, Mingəçevir Şəhər Məkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(051)- 1299/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını 7670 (yeddimin altı yüz yetmiş) manat aliment borcundan azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(051)-1299/2024 saylı qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı «ödənilməli olan aliment borcundan azad edilməsi» tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

24. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-1299/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

29. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(051)-1299/2024 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə ailəliklərindən 19 iyul 2017-ci il təvəllüdlü Ayan, 06 noyabr 2018-ci il təvəllüdlü Aylin adlı iki uşaqları vardır. Sonuncu dəfə Mingəçevir şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə ailəliklərindən olan uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün təyin edilmiş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat miqdarında müəyyən edilmişdir. Hazırda ağır xəstəlikdən əziyyət çəkdiyini, maddi imkanının aliment borcunu ödəməyə imkan vermədiyini əsas gətirən iddiaçı yığılmış 7670 manat aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

33. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

34. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin hakim tərəfindən işə baxılmasının təxirə salınmasına dair məhkəmənin əsaslandırılmış qərardadının olmaması, mülki işə 5 ay 13 günə baxılmasının səbəbinin bilinməməsi, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaması, əsassız olaraq aylarla məhkəmə hazırlıq iclasını təxirə salmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan məhkəmə iclas protokollarından göründüyü kimi məhkəmə iclasları təxirə salınarkən təxirə salınmanın dəqiq səbəblərinə istinad edilmiş, məhkəmə iclaslarının əsassız təxirə salınması halı müəyyən edilməmişdir.

35. Əlavə olaraq kollegiya qeyd edir ki, İnsan Hüquqlarının və X4 X2 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamədən də göründüyü kimi cavabdehin əvvəlki məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etməsi, ancaq Mingəçevir şəhər məhkəməsinin iddianı rədd etməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan cavabdehin iddiaya etirazından və birinci instansiya məhkəməsində keçirilmiş iclaslar üzrə məhkəmə iclas protokollarından göründüyü kimi cavabdeh iddianı qəbul etməmiş, əksinə iddianın rədd edilməsini xahiş etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin iddianın təmin edilməsini xahiş etməsi kimi göstərilən fikir texniki yanlışlıq kimi qiymətləndirilə bilər.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun ağır xəstəlikdən əziyyət çəkməsi, bununla bağlı dəfələrlə stasionar qaydada müalicə olunması, lakin sağalmaması, onun xəstəliyinin əmək fəaliyyət ilə məşğul olmasına imkan verməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı xəstəliyi, müalicə alması ilə bağlı sənədləri birinci instansiya məhkəməsinə təqdim etməsinə baxmayaraq, onun tərəfindən əmək qabiliyyətli olmamasına dair hər hansı bir sübut təqdim edilməmişdir.

38. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

40. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırda işləməməsi, maddi imkanının da olmamasına dair dəlillərinə də münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının 7670 manat aliment borcundan azad edilməsi üçün əsasların olmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)- 1299/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-1299/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar