Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1998/2020 28.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1320/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1320/2020 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin edilmiş, 23.07. 2020–ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub elektron hökümət portalına ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə faktiki olaraq evlənməklə, xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Amin adlı uşağı doğulmuşdur. Nikahdan bir müddət sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-812/2016 saylı qətnaməsi ilə pozulmuşdur. Mövcud vəziyyətdə azyaşlı uşağının saxlanmasında tək başına çətinlik çəkir. Cavabdeh uşağının maddi vəziyyəti ilə maraqlanmamış və ona heç bir köməklik göstərməmişdir. Özü isə işləmədiyi üçün uşağının təminatlarını ödəməkdə çətinlik çəkir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinin, habelə Mülki Prosessual Məcəlləsinin 8-14-cü maddələrinin, habelə həmin Məcəllənin 385-386-cı maddələrinə riayət etmədən qeyri-obyektiv, reallıqdan uzaq qətnamə qəbul etməklə onun Konstitusion hüquqlarını pozmuşdur. Məhkəmə işə baxarkən işin faktiki hallarını düzgün təhlil etməmiş, bu da qeyriobyektiv qətnamə çıxarılmasına səbəb olmuşdur. Həmçinin məhkəmə işə baxarkən iddiaçının izahatına əsaslanaraq alimentin məbləğini yüksək həddə təyin etmişdir. O, heç bir yerdə işləmir, gəlir-çıxarı yoxdur. Həmçinin xx xxxxxx 2018-ci ildə X2 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan 2 az yaşlı övladı vardır. Məhkəmə qətnamə qəbul edərkən yuxarıda göstərdiyi hallan nəzərə almamış, yalnız iddiaçının izahatına əsaslanaraq yüksək miqdarda aliment təyin etmişdir. Hazırda onun himayəsində 2-ci həyat yoldaşından olan 2 az yaşlı övladlarının iynə-dərmana, həkimə, müalicəyə ciddi ehtiyacı olmaqla, onlar xəstədirlər və daim həkim müşahidəsindədir, teztez həkimə müraciət edir və onların müalicəsi Mingəçevir şəhərində deyil, Bakı şəhərində uşaq poliknikasında müalicə olunur. Onun isə imkanı yoxdur ki, o, bu uşaqlarını Bakı şəhərinə aparsın, onları müalicə etdirə bilsin. Mingəçevir Şəhər Məhkəməsi isə bu halları nəzərə almadan qanunsuz, əsassız və qeyri-obyektiv qətnamə qəbul etməklə, habelə işi tam, hərtərəfli araşdırmadan iddiaçı tərəfindən hər hansı bir sübut, dəlil, fakt mövcud olmadan yalnız iddiaçının fikirlərini əsas kimi qəbul etməklə onu haqlıhesab etmiş və onun azyaşlı övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul etmişdir. Həmçinin onun himayəsində 2 az yaşlı övladından başqa xəstə valideynləri də onun nəzarətində olmaqla, onlara o, qulluq edir. Hesab edir ki, məhkəmə bu halları nəzərə almadan qərəzli və səhih qətnamə qəbul etməklə onun hüquqlarını pozmağa müvəffəq olmuş, son anda onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Onun hazırda iş yeri yoxdur. Hansı idarə, müəssisəyə müraciət edirsə, iş yeri olmadığını bildirirlər. Onun yalnız 70-80 manat aliment ödəməyə qabiliyyəti ola bilər. Hazırda 2-ci həyat yoldaşı da məhkəməyə aliment üçün müraciət etmək və ondan məhkəmə qaydasında aliment tutulmasını istəyir və bu barədə sənədlər toplayır. Axı onun himayəsində xəstə valideyinləri də vardır. Belə olan halda o, necə yaşaya bilər. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən təqdim olunmuş yazılı sübutlara düzgün qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddüalarını kobud şəkildə pozmuşdur. Beləliklə qeyd olunanlar bir daha onu sübut edir ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)- 1320/2020 nömrəli qətnaməsini qismən ləğv etməklə, az yaşlı Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70-80 manat miqdarda alimentin təyin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasındaCavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasındaİddiaçı izahat verərək, Cavabdeh tutulacaq alimentin məbləğinin 80 manat həcmində müəyyən edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatalarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)- 1320/2020 nömrəli qətnaməsi təyin olunmuş sabit məbləğdə alimentə aid hissədə dəyişdirilməli, xx.xx.2016-cı il tarixdə doğulmuş Amin adlı uşağın yetkinlikyaşınaçatanadək sаxlаnmаsı üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment Cavabdehtutularaq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. X3 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-812/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah qeydi xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2016-cı il tarixdə Amin adlı uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2 və 100.2-ci maddələrinə, “X4” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə, xx xxxxxx 1989–cu ildə qəbul olunmuş “X4” X1 Konvensiyasının 3–cü maddəsinə və 26–cı maddəsinin 1–ci bəndinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “X4” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. xx xxxxxx 1989–cu ildə qəbul olunmuş “X4” X1 Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Amin adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Birinci instansiya məhkəməsi hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmasını qət edərkən işin hallarını düzgün müəyyən etsə də həmin hallara uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etsə də, sabit məbləğdə alimentin məbləğini müəyyən edərkən hansı halları nəzərə almasını əsaslandırmamışdır. Sonda tərəflərin birgə nikаhındаn оlаn uşаğıxx.xx.2016-cı il tarixdə doğulmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsini qət etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə əsas ola biləcək hallar müəyyən edilməsə də qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə kolegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə müraciət edərək cavabdehdən tutulacaq alimentin məbləğinin 80 manat həddində müəyyən edilməsinə razı olduğunu göstərmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1320/2020 nömrəli qətnaməsi təyin olunmuş sabit məbləğdə alimentə aid hissədə dəyişdirilməli, xx.xx.2016-cı il tarixdə doğulmuş Amin adlı uşağın yetkinlikyaşınaçatanadək sаxlаnmаsı üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment Cavabdehtutularaq İddiaçı verilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-1320/2020 nömrəli qətnaməsi təyin olunmuş sabit məbləğdə alimentə aid hissədə dəyişdirilsin. xx.xx.2016-cı il tarixdə doğulmuş Amin adlı uşağın yetkinlik yaşına çatanadək sаxlаnmаsı üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1998/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1998/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver