Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2004/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və.s tələbinə dair mülki iş üzrə Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Əmirarx kənd sakini X4 ilə qohumluq əlaqələri vardır. Yaşadığı fərdi-yaşayış evinin arxa-yan tərəfində 0,05 ha zəbt olunmuş və 1969-cu ildən bəri faktiki istifadələrində olan torpaq sahəsi mövcud idi. Həmin torpaq sahəsini qanuna müvafiq qaydada rəsmiləşdirməyə görə təxminən 2017-ci ilin əvvəlində aidiyyəti orqanlara müraciət etmişdir. İlk vaxtlarda həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımı sənədləri toplamağa başlamışdır. Qohumluq əlaqələrində olan insanlar torpaq sənədləşdirildikdən sonra nə edəcəyini soruşurdular. O da yaxın insanlara, qohumlarına demişdir ki, sənədlər qaydasına qoyulduqdan sonra satmaq niyyətindədir. Bunu eşidən və onlarla qohumluq əlaqəsində olan X4 2017-ci ilin təxminən fevral-mart aylarında torpağa baxmaq üçün onlara gəlmişdir. Şükür Cəbrayılov torpağa baxdıqdan sonra ona demişdir ki, torpağı heç kimə verməsin, ona versin, sənədləri qaydasına düşdükdən sonra alqı-satqı edərlər və pulunu verəcəkdir. Həmin söhbətə qədər torpağın satışı barədə qəzetdə, küçədə və digər yerlərdə elan verməmişdir. X7 söhbətləşdikdən sonra onunla razılaşmışlar ki, sənədləri tam qaydasına qoyub torpağı ona satacaqdır. Bir neçə ay keçdikdən sonra sənədləri qaydasına qoymuş və hesab etmiş ki, sənədləşdirmə işlərini yekunlaşdırmışdır. Təsadüfən torpağın sənədinə baxarkən sənəddə texniki səhv olduğunu görmüş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir ki, sənədə düzəliş etsinlər. Təxminən 30-40 gündən sonra torpağın sənədləri hazır olmuş və ona təhvil verilmişdir. Torpağın sənədi 1992-ci ildə ailə qurduğu və rəsmi nikaha daxil olduğu həyat yoldaşı İddiaçı1 adına rəsmiləşmişdir. Şükür Cəbrayılov ondan tez-tez sənəddəki texniki səhvi düzəltdirə bilibbilmədiyini soruşurmuş. O da ona demişdir ki, bəli, sənəddəki texniki səhvi düzəldiblər və ona təhvil veriblər. Şükür Cəbrayılov təxminən 1-2 gündən sonra onlara gəlmiş və demişdir ki, sənədi versin baxsın və həm də lazımı adamlara göstərsin, əgər sənəd qaydasındadırsa, torpağı ona satsınlar. O, Şükür Cəbrayılova demişdir ki, torpağa nə qədər pul vermək fikirindədir. Çünki, Şükür Cəbrayılovla aralarında ona qədər torpağın qiyməti müəyyənləşməmişdir və o, torpağa nə qədər pul verəcəyini ona deməmişdir. O da Ş.Cəbrayılova demişdir ki, onların torpağının faktiki və real bazar qiyməti bir sotu 2500- 3000 manat arasındadır. Şükür Cəbrayılov da ona demişdir ki, həmin 0,05 ha torpağa, ona 10000 manat pul verəcəkdir. O da Ş.Cəbrayılovun qohum olduğunu nəzərə alıb, fikrini qətiləşdirmiş və ona satacağına qərar vermişdir. Şükür Cəbrayılov əl uzadıb onunla razılaşmış və ona təşəkkürünü bildirmişdir. Elə həmin vaxt ona demişdir ki, sənədləri versin, aparıb baxdırsın və sonra gətirsin. Həm də pul düzəldər və sonra alqı-satqıya etməyə gedərlər. O, torpağın sənədlərini gətirib Şükür Cəbrayılova vermişdir. Şükür Cəbrayılov sənədləri onlardan götürüb getmişdir. Təxminən 3-4 gün keçəndən sonra Şükür Cəbrayılov onlara gəlmiş və demişdir ki, torpağın sənədlərində yenə qüsur, yəni texniki səhv var, gərək o, mütləq düzəlsin. O soruşmuşdur ki, nə səhv var, Şükür Cəbrayılov da ona nəsə demişdir, dediyi söz yadında qalmamışdır. Şükür Cəbrayılov ona demişdir ki, problem yoxdur, özü üstünə düşüb sənədlərdə çatışmayan texniki səhvləri düzəltdirəcəkdir. Qohumu olduğu üçün ona çox inanırdı. Şükür Cəbrayılov onlardan çıxıb getmişdir. Bir neçə gündən sonra onlara gəlmiş və demişdir ki, yoldaşı etibarnamə verməlidir və etibarnamə verəndən sonra çatışmayan sənədləri və texniki səhvi düzəltdirəcəkdir. Şükür Cəbrayılov 21-22 iyul 2017-ci ildə ona bildirmişdir ki, notariat kontoruna gedib sənədləri hazırlamışdır və sonra yoldaşı gəlsin və tez etibarnamə versin, orada daha çox gözləməsin. Şükür Cəbrayılov yoldaşının şəxsiyyət vəsiqəsini ondan tələb etmiş və o da yoldaşının şəxsiyyət vəsiqəsini evdən götürüb ona vermişdir. Aradan 40-50 dəqiqə keçəndən sonra Şükür Cəbrayılov gəlmiş və onun maşını ilə o və yoldaşı notariat ofisinə getmişlər, yoldaşı notariat ofisində sənəd yığmaq üçün, Şükür Cəbrayılova hazır yazılmış etibarnaməyə imza etmişdir. Yoldaşının notariusda ofisində olmağı və etibarnaməyə imza etməyi maksimum 1-2 dəqiqə çəkmişdir. O gündən bəri Şükür Cəbrayılov hər dəfə deyirmiş ki, sənədləri tam qaydasına qoysun, sonra, alqısatqı edərlər və pulunu verəcəkdir. O da qohum olduğu üçün və pula ehtiyacı olmadığı üçün bu işin üstünə düşməmişdir. Fikirləşirmiş ki, qohumdur və sənədi qaydasına qoyacaq və notariat qaydasında onunla alqı-satqı edəcək və pulunu verəcəkdir. Təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarında Şükür Cəbrayılov yenə onlara gəlmiş və demişdir ki, “sənədlər düzələcək, darıxmasınlar, hazır olan kimi alqı-satqı edəcəklər və onun 10000 (on min) manatını ödəyəcəkdir”. Təxminən 5-6 gün bundan əvvəl Şükür Cəbrayılov, ona demişdir ki, sənədlər qaydasında olan kimi ona xəbər edəcəkdir. Şükür Cəbrayılov yoldaşının adına su sayğacı qoydurmaq istədiyini bildirmişdir. Həmin günlərdə su işçiləri gəlib su sayğacını quraşdırmışlar. Onlar getdikdən sonra axşam, su sayğacına baxış keçirmiş və sayğacın 690113 nömrəsini götürmüşdür ki, su sayğacının yoldaşının adına quraşdırılıbquraşdırılmadığını görsün. İnternetdə yoxlayan zaman ona məlum oldu ki, həmin su sayğacının nömrəsi Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsinə məxsusdur və - 250,99 manat borc göstərir. Bu hadisə onu çox narahat etmiş, ürəyində Şükür Cəbrayılova qarşıçoxlu şübhələr oyatmışdır və Şükür Cəbrayılovla telefonla danışmış, ancaq bu barədə ona heç nə deməmişdir. Yalnız torpaq barəsində ona demişdir ki, torpağın orijinal sənədlərini gətirib özünə qaytarsın. Şükür Cəbrayılov ilk dəfə 23 dekabrda demişdir ki, "narahat olmasın, o, 28 iyulda, 2017-ci ildə, Ağdaş rayon Notariat kontorunda torpağı öz həyat yoldaşı Əntiqənin adına onun yoldaşının adından alqı-satqı etmişdir. O bu sözdən qəzəblənmiş, telefonda ona acıqlanmış və bu işdən çox narahat olmuşdur. Ona görə də 24 dekabr 2020-ci ildə təxminən saat 9:44-də Cavabdeh ünvanına məktub göndərmişdir. Birgə nikah dövründə əldə etdiyi torpağın satılmasına razılıq ərizəsi yazmamış, heç kimə torpaq satmamış və heç kimdən, o cümlədən, Şükür Cəbrayılovdan pul almamışdır. Ağdaş rayon Notariat kontorunda aparılan notariat əməliyyatı qanunsuz və əsassızdır. Notariat işi maddi və prosessual hüquq normalarının pozulması ilə aparılmışdır. ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi 2017-ci ildə DƏDRX-də yoldaşı İddiaçı1 adına qeydə alınmışdır. Həmin torpağı birgə nikah dövründə əldə etmişlər. Göstərilənlərə əsasən məhkəmədən 28 iyul 2017-ci il tarixdə, Ağdaş rayon Notariat kontorunda İddiaçı1 əvəzinə X4 və Cavabdeh ilə imzalanmış, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin (daşınmaz əmlakın alqı-satqı müqaviləsi AN-İ № 0625168, 28.07.2017) alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə Cavabdeh verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 (eyni zamanda digər iddiaçının nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Şükür Cəbrayılov onun tanışıdır. Ş.Cəbrayılov ondan qapını rəngləməyi xahiş etmişdir. O da qardaşı Rövşən Cabbarovla birlikdə qapını rəngləmişdir. Daha sonra Ş.Cəbrayılov ondan çəpər hörə bilib-bilməməsini soruşmuş, o da hörə biləcəyini bildirmişdir. Həmin vaxt İddiaçı2 da orada görüb, tanımışdır. Orada 8 gün işləmişlər. Həyətdə hörülmüş çəpərin fundamentini də özləri qazmışlar. Orada olarkən Şükür Cəbrayılovun torpağı İddiaçı2 5000 manata aldığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı2 və İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin maddələri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, işə birinci instansiya məhkəməsində baxılması zamanı, prosessual normaların kobud pozulmasına yol vermiş, Ağdaş rayon Məhkəməsinin hakimi Cavid Sultanov barəsində, xüsusi qərardad çıxarılmasını və hakim barəsində çıxarılmış xüsusi qərardadı, intizam icraatının başlanması üçün, apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı olaraq onlar alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etsəlrə də, əslində həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etməklə torpaqlarının geri qaytarılmasını istəmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi və Ağdaş rayon Notariat Ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.3-cü maddəsinə görə, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ləğv edilməli, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə Cavabdeh verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməli, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş bütün sənədlər ləğv edilməlidir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 10.07.2012-ci il tarixli, AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 Ağdaş şəhəri, F.Səfərov küşəsi 35 ünvanında qediyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 06.05.2019-cu il tarixli, AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 Ağdaş şəhəri, F.Səfərov küşəsi 35 ünvanında qediyyatdadır. İşin materiallarında olan 22.07.2017-ci il tarixli, ƏN-İ seriyalı 662161 saylı etibarnamədən görünür ki, etibarnamə üzrə X2 2 ay müddətinə İddiaçı1 adından çıxış etməyi, imza etməyi, ərizə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İşin materiallarında olan İddiaçı2 Notariat kontorunda verdiyi ərizədən görünür ki, İddiaçı2 arvadı İddiaçı1 məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan torpaq sahəsinin satılmasına razılıq vermişdir İşin materiallarında olan 28.07.2017-ci il tarixli, AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı1 ona məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan torpaq sahəsini alıcı Cavabdeh satmışdır. İddiaçı1 əvəzinə Ağdaş aryon Notariat kontorunda 22.07.2017-ci il tarixdə verilmiş 4005 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X4 imza etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 389.1, 421.1, 421.2, 423.1 və 423.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar onların birgə nikah dövründə əldə etdikləri torpaq sahəsini həqiqətən də satmaq niyyətlərinin olmasını bildirirlər. Lakin onlar qarşı tərəflə razılaşdırılmış vəsaitin onlara ödənilmədiyini iddia edirlər və buna görə də tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar alqı-satqı müqaviləsi üzrə vəsaitin onlara ödənilmədiyini bildirsələr də, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı2 torpağın satılmasına öz razılığını bildirmiş, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pul vəsaitinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmamış, hazırda 4 ildən sonra iddiaçılar pul vəsaitinin onlara ödənilmədiyini iddia edərək müqavilənin ləğvini məhkəmədən xahiş etsələr də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş heç bir əsas mövcud deyil. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı torpağın alqı-satqı müqaviləsinin ləğvi və s. tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 23 may 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X3 arasında nikah 23 may 1980-cı ildə Ağdaş rayon VVAQ şöbəsində bağlanmışdır. Onların ər-arvad olması özüözlüyündə iddiaçını etibarnamə əsasında təmsil edən X1 təmsil etdiyi şəxsin əmlakını arvadı ilə ümumi mülkiyyətinə əldə etdiyini təsdiq etmiş olur. Bu isə, öz növbəsində alqısatqı müqaviləsinin etibarsızlığı üçün əsas deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz Məhkəmə kollegiyası özünün mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş etibarnamədəki iradə ifadəsi mübahisəli torpaq sahəsinin müəyyən məbləğ qarşılığında cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə yönəlməmişdir. Halbuki, Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Digər tərəfdən isə Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 365.1.3 və 356.1.4-cü maddələrində etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, habelə etibarnamə verilmiş şəxsin imtinası etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları kimi təsbit edilmişdir. Eləcə də, Mülki Məcəllənin 365.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin), başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda göstərilən maddələrin tələbi baxımından hazırki iş üzrə mübahisə olunan alqı-satqı müqaviləsinin etibarsızlığı təsdiq edildiyindən həmin müqavilə əsasında verilmiş plan ölçü sənədi və çıxarış ləğv edilməlidir. Etibarsız hesab edilən müqavilə nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan torpaq sahəsi iddiaçılara qaytarılmalıdır. Cavabdehin etibarsız əqd nəticəsində iddiaçılara hər hansı məbləğdə pul ödəməsi təsdiq edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)- 1146/2021 nömrəli qətnaməsi ləğv edilməli, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRXnin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə Cavabdeh verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməli, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş bütün sənədlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ləğv edilməli, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə Cavabdeh verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində Cavabdeh adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş bütün sənədlər ləğv edilsin. Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsi iddiaçılar İddiaçı2 və İddiaçı1 qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2004/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2004/2021
01.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver