Məhkəmə qərarları › İş №2(107)-202/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-202/2020

07.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-202/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Muradova (Səfərova) Xəyalə Aydin qızının nümayəndəsi X1 iştirakı ilə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh-iddiaçı Muradova (Səfərova) Xəyalə Aydin qızına qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair ilk, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-996/2019 nömrəli qətnaməsindən cavabdehiddiaçı Muradova (Səfərova) Xəyalə Aydin qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus on adda əmlakın onun mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iki uşağı ilə birlikdə İddiaçı məxsus Bəhmətli kəndində yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-996/2019 nömrəli(hakim E.Məmmədov) qətnaməsi ilə ilk iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən evindən cavabdeh-iddiaçı Cavabdeh məxsus cəmi 10 adda olmaqla, 1 ədəd şifoner, 1 ədəd iki nəfərlik yataq taxtı, 2 ədəd kreslo, 6 ədəd stollar, 1 ədəd bufet, 1 ədəd divan, 1 ədəd güzgü, 1 ədəd stol, 4 ədəd yorğan-döşək dəsti və 1 ədəd jurnal stolunun çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən iddiaçıcavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə iki uşağı ilə birlikdə köçürülməsinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh-iddiaçı Muradova (Səfərova) Xəyalə Aydin qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu İlkin cavabdehlə xx xxxxxx 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd edilməklə ailə qurmuşlar. Cavabdeh-iddiaçı gəlin kimi ona məxsus evə gəlmiş, lakin iki ayadək həmin evdə yaşadıqdan sonra oğlu ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Həmin vaxtdan cavabdeh Bakı şəhərində yaşayış, uşaqları orada doğulub və orada məktəbdə oxuyurlar. Cavabdeh-iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Eyni zamanda cavabdehin himayəsində olan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün oğlundan onun xeyrinə alimentin tutulması müəyyən edilmişdir. Cavabdehiddiaçı özünə məxsus əmlakın bir hissəsini onun evinin bir otağına yığıb, qapını bağlayıb getmiş, lakin dəfələrlə deyilməsinə baxmayaraq əmlakını gəlib aparmamışdır. İş üzrə cavabdeh onun evində heç iki ay yaşamamış, yaşayış yerini dəyişərək Bakı şəhərinə köçmüş, 12 ildən artıqdır ki, orada yaşayır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh-iddiaçı Muradova (Səfərova) Xəyalə Aydin qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır Zaqatala Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara düzgün qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, o, ailə qurarkən iddiaçı-cavabdehin evinə gəlin köçmüş, lakin onu evdən qovmuşlar. O, uşaqları ilə birlikdə atası evində yaşayır. Onun həmin evdə yaşamasına iddiaçı imkan vermir. Onun həmin evdən istifadə hüququ vardır. İstifadə hüququ evə köçdüyü andan yaranır. O, 2006-cı ildə gəlin köçdüyündən onun həmin evdən istifadə hüququ vardır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Muradova (Səfərova) Xəyalə Aydin qızının nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Xəyalə onun qızıdır. Qızı xeyli müddətdir ki, Bakı şəhərində yaşamasına baxmayaraq cehiz əşyalarının bəziləri iddiaçıya məxsus ünvanda yerləşir. Xəyalə hazırda da azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır, uşaqlar Bakı şəhərində orta məktəbə gedirlər. Lakin onlar Zaqatala rayonuna gələndə iddiaçı sonuncuları evə buraxmır. Bu səbəbdən də apelyasiya şikayəti vermişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunaraq qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-996/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mülkiyyətindədir. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(033)-129/2019 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah həmin qətnamə əsasında pozulmuşdur. Eyni zamanda həmin qətnamə ilə müəyyən olunur ki, tərəflərin xx xxxxxx 2007-ci ildə Zəhra, xx xxxx 2009-cu ildə isə İkram adında uşaqları olmuşdur. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, yaşayış evinin mülkiyyətə verilməsinə əsas xx.xx.2008-ci il tarixli A-118196 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi olmuşdur. Məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsinin izahatından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı cavabdehin keçmiş qayınatasıdır. İddiaçı cavabdehin oğlu ilə 2006-cı ildə ailə həyatı qurmuş və sonuncu onun evinə gəlin köçmüşdür. Lakin, bir neçə ay həmin evdə yaşadıqdan sonra cavabdeh ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və həmin vaxtdan hal-hazıradək Bakıda yaşayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verməklə ilk növbədə belə nəticəyə gəlir ki, yaşayış sahəsinin iddiaçının (qarşılıqlı cavabdehin) mülkiyyətində olması, eləcə də cavabdeh Muradova (Səfərova) Xəyalə Aydin qızına məxsus əşyaların bir qisminin iddiaçıya məxsus olan evdə olmasına baxmayaraq xeyli müddətdir ki, həmin ünvandan çıxıb getməsi və orada yaşamaması sübuta yetirilir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, kənar şəxslərin əşyalarının iddiaçının mülkiyyətində olan evdə qalması və yenidən həmin evə köçmək istəyi mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən olundu ki, iddiaçı sözügedən evin mülkiyyətçisidir, cavabdeh isə həmin evdə bir neçə ay yaşamaqla müvəqqəti sаkin olmuş, lakin sonuncu daimi yaşamaq üçün ailəsi ilə birlikdə köçüb Bakı şəhərinə getmiş və hazırda Bakı şəhərində yaşayır, uşaqları da orada orta məktəbə gedirlər. Beləliklə müəyyən olunur ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin daimi yaşamaq üçün mübahisəli evdən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin evə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının iddiaçının mülkiyyətində olan yaşayış evində qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi də qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilk iddia tələbinin qismən təmin olunmasında da birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğundan və o, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını iddiaçının evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində olmadığından, habelə artıq iddiaçının ailə üzvü hesab edilmədiyindən onun iddiaçıya məxsus mənzilə köçürülməsi barədə tələbi əsassızdır. Məhkəmə kоllegiyаsı həmçinin hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz, ona görə ki, cavabdehin daimi olaraq işləmək üçün Bakı şəhərinə köçməsi və ailəsi ilə birlikdə orada yaşaması və iddiaçı ilə uzun müddət birgə təsərrüfat idarə etməməsi onun daimi olaraq yaşayış yerini tərk etməsi anlamına gəlməklə yanaşı bilаvаsitə hazırda yaşadığı yaşayış sahəsi ilə əlаqəli оlduğunа və оrаdа yаşаdığınа dəlаlət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərdən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cаvаbdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Muradova (Səfərova) Xəyalə Aydin qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-996/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar