Məhkəmə qərarları › İş №2(107)-2035/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2035/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2035/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13 iştirakı ilə İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(019)-223/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsinin X6 ilə iddiaçı arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, X1 mülkiyyətinə ünvan 1ində yerləşən kənd təsərrüfatı istehsalı məqsədi üçün verilmiş JN 1381 KOD 40102018 olan Dövlət Aktında göstərilmiş 0.35 ha torpaq sahəsi ilə bağlı X6 ilə onun arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq, həmçinin Cavabdeh1 adına qeydə alınmış reyestr nömrəsi **********69 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi qoyulduğundan, iddiaçı tərəfin (iddiaçının nümayəndəsinin) razılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini həmin tələb üzrə başqa cavabdeh qismində işə cəlb etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 09 avqust 2021-ci il tarixli, 2(019)- 223/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməyərək hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Hənifə kəndində yaşayır. Cavabdeh həmkəndlisidir. X6 cavabdehin anasıdır. X2 Balakən rayon Aqrar İslahat Komissiyasının 14.07.2001-ci il tarixli, 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.35 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1381 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. X6 ona verilmiş 0.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 07 dekabr 2001ci ildə X1 və onun oğlu iş üzrə Cavabdeh1 iştirakları ilə ünvan 1 İnzibati Ərazi Dairəsində akt tərtib edərək, X2 məxsus olan 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini ona satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində onlara o vaxtkı məzənnə ilə 900000 (doqquz yüz min) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 1381 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını ona təhvil vermişlər. Onlar bildirdilər ki, bir neçə ay sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə razılaşmışdır. Bundan sonra o da həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışdır. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqısatqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X6 ölmüşdür. Bundan sonra dəfələrlə cavabdehə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, o, notariat kontoruna gəlməmişdir. 2020-ci ildə Cavabdeh1 ona müraciət edərək, özünə və anasına məxsus olan torpaq sahəsini geri tələb etdiyini bildirmişdir. Bundan sonra cavabdehlə aralarında mübahisə olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədən tam narazıdır. Apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, Balakən Rayon Məhkəməsinin hakimi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, qanuna zidd olmamalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İddiaçı iddia ərizəsində 0.35 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 07 dekabr 2001-ci il tarixdə onunla iddiaçının anası X6 arasında alqı-satqı müqaviləsi bağlandığını və həmin vaxt tərəfindən X4 manatın köhnə məzənnəsi ilə 900000 manat verildiyini, cavabdehin də həmin akta imza atdığını göstərir. İş materiallarında isə bunun əksini sübut edən hər hansı sənəd yoxdur. Eyni zamanda X1 0.35 ha torpaq sahəsini iddiaçıya satması (Mülki Məcəllənin 335.2-ci və 567-ci maddələri) qanunvericiliyin tələblərinə uyğun olmuş, alqı- satqı müqaviləsinin tərəflərindən hər biri, həmçinin cavabdeh həmin əqdi imzalamışdır. O da 07 dekabr 2001-ci il tarixdə onunla X6 arasında alqı-satqı müqaviləsi bağlandığını və həmin vaxt onun tərəfindən X2 manatın köhnə məzənnəsi ilə 900000 manat verildiyini qeyd edir. Yeganə torpaq mülkiyyətçisi olan X6 öz mülkiyyəti üzərində sərəncam verdiyindən həmin tarixdən sözügedən torpaq sahəsi iddiaçının qanuni sahiblik və istifadəsinə keçmiş, iddiaçının həmin torpaq sahəsinə titul sahibliyi yaranmışdir. 20 ildir ki, həmin torpaq sahəsi onun qanuni sahiblik və istifadəsindədir. Yəni alqı-satqı zamanı qanunun tələblərinə əməl edilmiş və qanunun tələbləri və tətbiqi təcrübəsi nöqteyi-nəzərindən cavabdehin hüquqları pozulmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 584 49 40 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: JN:1381 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə ünvan 1ində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş reyestr nömrəsi **********69 olan 17.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 07.12.2001-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 07 dekabr 2001-ci il tarixdə ünvan 1 icra nümayəndəliyində X10, X7, X6, Cavabdeh1 və İddiaçı həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən də onların iştirakı ilə Hənifə kənd sakini X6 özünə kəndin Roçəhməd adlanan hissəsindən verilmiş 0,35 hektar boş torpaq sahəsini və 0,10 hektar fındıq bağını öz aralarında razılaşmaya əsasən İddiaçı doqquz yüz min manata satdı. Azərbaycan Respublikası Torpağın mülkiyyət hüququna dair JN-138, KOD 40102018 nömrəli Dövlət aktında olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1ində 0,35 ha kənd təsərrüfartı təyinatlı torpağın koordinatları göstərilməklə plan və ölçü sənədi tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2(019)-798/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamədə məhkəmə tərəfindən işdəki sübutların bilavasitə tədqiqi əsasında X3 mülkiyyətində Balakən rayonu Hənifə (Roçəhməd) kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, həmçinin X9, X5 və X8 ilə ümumi birgə mülkiyyətində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, uzun müddətdir ki, onun mülkiyyətində olan 0.35 ha torpaq sahəsi və X9, X5 və X8 ilə ümumi birgə mülkiyyətində olan, JN 511 F KOD 40102018 olan Dövlət Aktında 511 F cizgidə göstərilən payına düşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı heç bir hüququ olmadan istifadə etməsi və iddiaçının ondan istifadə etməsinə imkan verməməsi, nəticədə iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,45 ha torpaq sahəsindən istifadə edə bilməməsi, onun mülkiyyət hüqunun pozulması, ona görə də iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilib, onlara hüquqi qiymət verilməklə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş və iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan, ünvan 1ində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı Möhöbddin oğlunun çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.02.2021-ci il tarixli, 2 (107)- 451/2021 saylı qətnaməsindən görünür ki, cavabhdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2 (019)-798/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 08 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlki hüququ haqqında şəhadətnamədən görünür ki, 02.04.2009 tarixdə ölmüş X1 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 05/11/2019-cu il tarixdə X2 verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.35 ha olan torpaq sahəsindən ibarətdir. 18.05.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158.3-cü 567-ci maddələrinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdeh tərəfindən iddiaçıya verilmiş mübahisəli torpaq sahəsinə dair “aktı” alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlərin valideynləri tərəfindən verilmiş iltizam daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məhkəmə kollegiyası iş materiallrına əsasən qeyd edir ki, iddiaçı 07 dekabr 2001-ci il tarixdə 0.35 ha torpaq sahəsinə dair X6 və onun oğlu iş üzrə Cavabdeh1 ilə sadə yazılı formada alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqavilədə torpaq sahəsinin alqısatqısı predmetinə aid müqavilə şərtlərinin və tərəflərin öhdəliklərinin göstərildiyini, müqavilə öhdəliklərinə əsasən iddiaçı tərəfindən torpağın satış pulu kimi müvafiq olaraq X2 və Cavabdeh1 manatın köhnə məzənnəsi ilə 900 min manatın verildiyini, məhz Cavabdeh1 və onun mərhum anasının bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını və bu əqdin qanunun tələblərinə yğun olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır….Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddiаçının аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаssızdır və əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əsаs оlа bilməz. Birincisi оnа görə ki, iddiаçı аlqı-sаtqı müqаviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsini cаvаbdehin təqsiri ucbatından baş verməsini sübut edə bilməmiş, bunu yalnız həmin dövrdə torpağın sənədlərinin qaydasında olmaması ilə əlaqələndirmişdir. İkincisi əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı оlduğu hаldа iddiаçı nоtаriаl qаydаdа təsdiq оlunmаsа dа tərəflərin irаdə ifаdəsini əks etdirən, əslində hər ikisinin rаzılığа gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəfin imzаlаmаlı оlduğu yаzılı müqаviləni deyil, yаlnız cаvаbdehin valideyni tərəfindən əlyаzmа üsülü ilə yаzıldığını bildirən izahatı sübut kimi təqdim etmişdir ki, bunu dа əqd hesаb etmək оlmаz. Üçüncüsü, qanuna riаyət edilmədən mübahisəli torpaq sahəsinin iddiаçıyа verilməsi iddiаçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yаrаnmаsı üçün əsаs оlа bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranа bilər. İddiаçının mülkiyyətçisi оlаn torpaq sahəsinə qanunun tələblərinə əməl olunmadan fаktiki sahibliyinin yaranmаsı isə özü-özlüyündə hаzırki, iddiаnın təmin оlunmаsı üçün əsas deyil. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 31may 2006-cı il tarixli Qərarında fоrmаlаşdırdığı hüquqi mövqedən görünür ki, … qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır.Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddiаçının аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаssızdır və əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, iddiаçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiаçıyа münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla оnа münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(019)-223/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar