Məhkəmə qərarları › İş №2(107)-2056/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2056/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2056/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan avtobusların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülükdən azad edilmə, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(075)-1031/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, mübahisə predmeti olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobusların ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 27 avqust 2004-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə birgə əziyyət çəkərək özlərinə layiqli həyat şəraiti qurmağa çalışmışlar. Həyat yoldaşı biznes fəaliyyəti ilə məşğul olmuşdur. O, əsasən nəqliyyat sahəsində fəaliyyətini inkişaf etdirmişdir. Onlar 04 oktyabr 2014-cü il tarixdə Hyundai markalı **-BP-***, 12 oktyabr 2014-cü il tarixdə Hyundai markalı **-BP-*** və **-BP-*** dövlət qeydiyyat nişanlı, 08 avqust 2015-ci il tarixdə Hyundai markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslar almışlar. Bir müddət əvvəl ailədə həyat yoldaşının şəriki X3 ilə avtobuslar barədə nəysə danışdıqlarını eşitmişlər. Əslində o, yoldaşı ilə Şaiqin pul götürüb iş gördüklərini bilmişdir. Lakin avtobusları girov qoyduqlarından xəbəri olmamışdır. Məhkəmədən qətnamə gəldikdə yoldaşı həmin qətnamənin mətni ilə onu tanış etmiş, onun Şaiqlə banka borcları olduğunu, qətnamənin borcun tutulması ilə bağlı yarandığını bildirmişdir. Lakin o, bir neçə gün qabaq avtobusların bankın borcu qarşılığında ipotekaya qoyulduğunu və borcun qarşılığında hərracda satılacağını eşitmişdir. O, bundan tamamilə narazıdır. Hesab edir ki, həmin əmlaklar onunla cavabdehin birgə nikahları dövründə əldə edildiyindən və həmin əmlaklarda onun da payı olduğundan bu iddianı qaldırmaqda haqlıdır. Belə ki, bank borcun qarşılığında onların müştərək əmlaklarını onun razılığı olmadan satacaq və pulunu götürəcək. Onun həmin əmlaklarda qanunvericiliklə payı vardır. Cavabdeh2nə gələrkən aydın olmuşdur ki, əmlaklar "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə yoldaşı arasında bağlanmış TK 000419 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Hesab edir ki, əmlaklar ondan xəbərsiz ipotekaya qoyulduğundan ipoteka yüklülüyündən və həbsdən azad olunmalıdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(075)-1031/2021 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı «"xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, mübahisə predmeti olan “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobusların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 27 avqust 2004-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Cavabdeh1 22 dekabr 2014-cü il tarixdə "xxxx" BOKT ASC-dən 36 ay müddətinə illik 23.06% olmaqla 310000 manat məbləğində kredit götürmüşdür. Qeyd olunan müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə "xxxx" BOKT ASC arasında 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələri bağlanmış, həmin ipoteka müqavilələri üzrə “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən kredit təşkilatı tərəfindən borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)-280/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-413/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)-280/2017 saylı qətnaməsi ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(102)-2217/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)- 413/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, könüllü icra müddəti ərzində Cavabdeh1 tərəfindən borcun ödənilməsi təmin edilməmiş, məcburi icra tədbirləri başlanılmış, ipoteka predmetlərinin açıq hərracdan satışı üçün ixtisaslaşdırılmış təşkilata, yəni – "xxxx" MMC-yə sifariş verilmişdir. Hazırda İddiaçı ipoteka predmetlərinin birgə nikah dövründə əldə edildiyini və əmlaklar ipotekaya qoyularkən onun notarial razılığının alınmadığını əsas gətirərək sözügedən ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) iddianı müdafiə edir. Cavabdehlər məhkəmə iclasında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü "xxxx" BOKT ASC-nin nümayəndəsi isə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə əlavə olaraq müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 həyat yoldaşı olmaqla, Şəki rayonu Oxud kəndində qeydiyyatda olmaqla yaşayır. "xxxx" BOKT ASC Cavabdeh1 və X2 qarşı “kredit, faiz və digər borcların tutulması, ipoteka ilə yüklü edilmiş əmlakların hərrac yolu ilə satılaraq satışdan əldə edilmiş məbləğin tutmaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 2016-cı ildən etibarən bütün məhkəmə bildirişləri və qərarları onların birgə yaşadıqları (qeydiyyatda olduqları) Şəki rayonu Oxud kəndinə göndərilmiş, xəbərnamələrə imza etməklə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində ipoteka predmetlərinin yüklü edildiyindən icra mərhələsində xəbəri olduğunu desə də, İddiaçı Cavabdeh1 ilə eyni ünvanda yaşadığından, kredit ailənin ümumi ehtiyacları üçün götürüldüyündən İddiaçı məhkəmə qərarlarından xəbərsizliyi ağlabatan deyildir. Belə ki, “kredit, faiz və digər borcların tutulması, ipoteka ilə yüklü edilmiş əmlakların hərrac yolu ilə satılaraq satışdan əldə edilmiş məbləğin tutmaya yönəldilməsi” tələbinə dair qəbul edilmiş qətnamə qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonrakı müddətdə də Cavabdeh1 ipoteka müqaviləsinin və ekspert rəyinin etibarsızlığı tələbləri ilə ayrı-ayrı vaxtlarda məhkəməyə müraciət etmiş, həmin qərarlar da qeyd edilən ünvana – Şəki rayonu Oxud kəndinə göndərilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) iddiaçının keçən müddət ərzində xəstə olmaqla, müalicədə olduğunu, buna görə də məhkəmə qərarlarından məlumatı olmadığını bildirsə də, bununla bağlı hər hansı sübut iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə iclasında da təqdim edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)- 2141/2020 saylı qətnaməsi ilə Cavabdeh1 və X1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(103)-1462/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-2141/2020 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh1 və X1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bu nəticəyə gəlmişdir ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələrinin etibarsız sayılması üçün heç bir qanuni əsas yoxdur. Digər tərəfdən isə iddia tələbi əsaslı olsa belə, iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməklə sözügedən ipoteka müqavilələrinin etibarsızlığını mübahisələndirmək (bu barədə tələb irəli sürmək) hüquqlarını itirmişdir. Odur ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaklara dair ipoteka müqavilələrinin etibarsızlığı barədə iddia qaldırmaq hüququnu itirməsi onun hazırkı iş üzrə iddiasının mahiyyətcə araşdırılmadan rədd edilməsi üçün yetərlidir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən ipoteka müqavilələri etibarsız hesab edilmədiyindən ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbi də özüözlüyündə əsassızdır. İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və mübahisə predmeti olan avtobusların ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, 29-cu maddələri, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 33.1-ci maddələri, “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun 1.0.7-ci, 10.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 225.1-ci, 269.4-cü, 337.1-ci, 340.2-ci, 354.1-ci, 354.2-ci 404.1-ci, 404.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 119-cu, 217.2-ci, 217.3-cü, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o Şəki Rayon Məhkəməsinin həmin qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab etmişdir. Məhkəmə tərəfindən sözügedən qərar çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, qanunvericiliyin mühüm tələbləri nəzərə alınmamışdır. İddiaçı Cavabdeh1 ilə 27 avqust 2004- cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikah dövründə özlərinə layiqli həyat şəraiti qurmağa çalışmışlar. Həyat yoldaşı biznes fəaliyyətini əsasən nəqliyyat sahəsində inkişaf etdirmişdir. Onlar 04 oktyabr 2014-eü il tarixdə 1 Hyundai markalı **-BP-***, 12 oktyabr 2014-eü il tarixdə Hyundai markalı **-BP- *** və **-BP-*** dövlət qeydiyyat nişanlı, 08 avqust 2015-ci il tarixdə Hyundai markalı 55- BR- 890 dövlət qeydiyyat nişanlı avtobuslar almışlar. Bir müddət əvvəl ailədə həyat yoldaşının şəriki X3 ilə avtobuslar barədə nəysə danışdıqlarını eşitmişlər. Əslində o, yoldaşı ilə Şaiqin pul götürüb iş gördüklərini bilmişdir. Lakin avtobusları girov qoymasından xəbəri olmamışdır. Məhkəmədən qətnamə gəldikdə yoldaşı həmin qətnamə haqqında onu xəbərdar etmiş, Şaiqlə banka borcları olduğunu, qətnamənin borcun tutulması ilə bağlı olduğunu bildirmişdir. Lakin o, bir neçə gün qabaq avtobusların bankın borcu qarşılığında ipotekaya qoyulduğunu və borcun qarşılığında hərracda satılacağını eşitmişdir. O bundan tamamilə narazıdır. Hesab edir ki, həmin əmlaklar onunla cavabdehin birgə nikahları dövründə əldə edildiyindən və həmin əmlaklarda onun da payı olduğundan hazırkı iddianı qaldırmışdır. Belə ki, bank borcun qarşılığında onların müştərək əmlaklarını onun razılığı olmadan satacaq və borcun müqabilində pulunu götürəcək. Həmin əmlaklar birgə nikah dövründə əldə olunduğundan onun da payı vardır. Cavabdeh2nə gələrkən aydın olmuşdur ki, əmlaklar 'TCP" Bank Olmayan Kredit Təşkilatı ilə həyat yoldaşı arasında bağlanmış TK 000419 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Hesab edir ki, əmlaklar ondan xəbərsiz ipotekaya qoyulduğundan ipoteka yüklülüyündən və həbsdən azad olunmalıdır. Əlavə olaraq bildirik ki, İddiaçı əmlaklar ipotekaya qoyularkən xəstə olduğundan müalicədə olmuşdur. Ona görə də həyat yoldaşı olan Cavabdeh1 ona bu barədə məlumat verməmiş, əmlakların ipotekaya qoyulması üçün iddiaçının notarial razılığı alınmamışdır. Qeyd olunanalara əsasən o apellyasiya şikayətinin təmin olunaraq. Şəki Rayon Məhkəməsinin 2(075)-1031/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. İpoteka ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Ailə Məcəlləsi: 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı; Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini tələb edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 27 avqust 2004-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Cavabdeh1 22 dekabr 2014-cü il tarixdə "xxxx" BOKT ASC-dən 36 ay müddətinə illik 23.06% olmaqla 310000 manat məbləğində kredit götürmüşdür. Qeyd olunan müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə "xxxx" BOKT ASC arasında 22 dekabr 2014-cü il tarixli, TK000419T01 saylı, 22 dekabr 2014cü il tarixli, TK000419T02 saylı, 22 dekabr 2014-cü il tarixli, TK000419T03 saylı və 07 avqust 2015-ci il tarixli, TK000419T05 saylı ipoteka müqavilələri bağlanmış, həmin ipoteka müqavilələri üzrə “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Universe” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Universe” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən kredit təşkilatı tərəfindən borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)-280/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-413/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(004)-280/2017 saylı qətnaməsi ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2019cu il tarixli, 2(102)-2217/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-413/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, könüllü icra müddəti ərzində Cavabdeh1 tərəfindən borcun ödənilməsi təmin edilməmiş, məcburi icra tədbirləri başlanılmış, ipoteka predmetlərinin açıq hərracdan satışı üçün ixtisaslaşdırılmış təşkilata, yəni – "xxxx" MMC-yə sifariş verilmişdir. Hazırda İddiaçı ipoteka predmetlərinin birgə nikah dövründə əldə edildiyini və əmlaklar ipotekaya qoyularkən onun notarial razılığının alınmadığını əsas gətirərək sözügedən ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-2141/2020 saylı qətnaməsi ilə Cavabdeh1 və X1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(103)-1462/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-2141/2020 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh1 və X1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olsa da iddianın təmin edilməsi üçün əsas deyil. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 354.1-ci maddəsinə əsaslanmış və kəsici müddəti tətbiq etməklə iddianı rədd etmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kəsici müddəti tətbiq etməklə iddianı rədd etməli deyildir. İddiaçının iddia tələbi iddianın əsassızlığına görə rədd edilməli idi. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir; Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı halda kəsici müddəti tətbiq etməkdə səhvə yol vermişdir. Bundan başqa kollegiyanın iclasında məyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-2141/2020 saylı qətnaməsi ilə Cavabdeh1 və X1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(103)-1462/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(001)-2141/2020 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh1 və X1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən müqavilənin etibarsız hesab edilməsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Əgər əvvəlki məhkəmə iddiaçının ərinin müqavilələrin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə müqaviləni mövcud və etibarlı hesab etmişdir. Qeyd edilməlidir ki, hər iki iddia da eyni əsasla qaldırılmışdır. Hər iki iddiada tələb müqavilənin etibarsızlığıdır. Eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə müqavilənin etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin müqavilənin hüquqi nəticə əmələ gətirən etibarlı bir müqavilə olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin müqavilənin etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan müqavilənin etibarlı olubolmaması baxımından heç bir əhəmiyyət kəsb etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 2(075)-1031/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1031/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar