Məhkəmə qərarları › İş №2(107)-2059/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2059/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2059/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1281/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi Amin adlı oğlu onun yanında qalmışdır. Həmin dövrdə uşağın bütün təlabatını o ödəmişdir. xx.xx.2019-cu il tarixdə oğlunun onun yanında qalmasını polis şöbəsində təstiqlənmişdir. Həmin vaxtdan Mingəçevir şəhər 11 saylı orta məktəbin 9-cu sinfinə getmişdir. Sonradan uşağın anası Cavabdeh Bakıdan gələrək ondan xəbərsiz uşağı götürüb öz yanına Bakıya aparmış və uşaq onun yanında olduğu dövründə alimentini ondan tələb edir. Halbuki, aliment uşağın saxlanması üçün verildiyi halda uşaq ananın yanında 6 ay olmasa da Cavabdeh həmin 6 aylıq, yəni 780 manat aliment pulunu əsassız olaraq ondan tələb edir. Qanunvericiliyin tələbinə görə uşaq onun yanında olduğu üçün cavabdehin ondan aliment istəməsini qanuna müvafiq hesab etmir. Ona görə də aliment üzrə yaranmış 780 manat borcdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin İddiaçı uşağın onun yanında olduğunu bildirdiyi müddətdə uşaq onun da yanında qalmışdır. İddiaçının uşağına baxmaq borcudur və həmin dövrdə də uşağa aliment ödəməlidir. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, göstərilən aliment üzrə icra işi onun icraatındadır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı ona verdiyi məlumata görə xx xxx 2005- ci il təvəllüdlü Amin adlı uşaq təxminən 5-6 ay müddətində İddiaçı yanında qalmışdır. Bununla bağlı Cavabdeh və İddiaçını icra şöbəsində izahat alınmışdır. Onun araşdırması nəticəsində məlum olmuşdur ki, uşaq xx xxx 2005-ci il təvəllüdlü Amin adlı uşaq təxminən 4-5 ay müddətində İddiaçı yanında qalmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1281/2020 nömrəli qətnaməsi ilə iddiaçi İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbi əsassız olduğundan rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçi İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1281/2020 saylı qətnaməsi qanunsuz, əsassız , qeyri obyektiv və ədalətsiz çıxarılmışdır. İşə baxan Mingəçevir şəhər məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-14, 384-387-ci maddələrinin tələblərinə riayyət etmədən qeyri obyektiv, səhih qətnamə qəbul etməklə onun Konstitusion hüquqlarımı pozmuşdur. Ona görə də, hesab edir ki, aşağıdakılara əsasən, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051 )-12812020 saylı qətnaməsi ləğv edilməlidir. Belə ki, ı̇şəbaxan Mingəçevir şəhər məhkəməsi bu halı aydınlaşdırmamışdır ki, bizim birgə nigahdan doğulmuş, xx xxx 2005-ci il təvəllüdlü oğlumuz X1 xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək mənim yanımda qalmış, oğlum Aminin bu müddətdə bütün gündəlik xərclərini, məktəb ləvazimatlarını və geyim paltarları onun tərəfindən tam həcmdə ödənilmişdir. Mingəçevir şəhər məhkəməsi isə Aminin saxlanması üçün müəyyən olunmuş və aliment borcu olan- 780 (yeddi yüz səksən) manat borcu Aminin özünə xərcləmişdir. Mingəçevir Şəhər Məhkəməsi isə bu məsələni hər tərəfli, tam araşdırmadan sənədlərə və təqdim olunmuş sübutlara hüquqi qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1281/2020 saylı qətnaməsi əsassız olduğuna görə ləğv edilməlidir.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, "Məhkəmə sübutlara obyektiv, qərəzssiz, hər tərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.” O- iddaçı İddiaçı tərəfindən yaranmış 780 manat aliment borcunu məhkəmə tərəfindən saxlanması üçün müəyyən olunmuş YYÇ-an oğlu Amin Əsgərzadəyə xərcləmişdir. Belə olan bir halda Mingəçevir şəhər məhkəməsi bu iş üzrə təqdim olunmuş sübutlara qiymət vermədən necə bir obyektiv qətnamə qəbul edə bilər. Ona görə də, Migəçevir Şəhər Məhkəməsinin onun hüquqlarının pozulması ilə əlaqədar qəbul edildiyindən əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 1281/2020 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1281/2020 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. lar Həmin məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-1116/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı xx xxx 2005- ci il təvəllüdlü Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsində Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış ərizdən görünür ki, Cavabdeh aliment borcu ilə bağlı icra və probasiya şöbəsinə müraciət etmiş, avqust ayından uşağın atası İddiaçı yanında olmasını və aliment borcundan 100 manatın çıxılıb qalıq aliment borcunun ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aliment borcunun silinməsi üçün əsaslı sübut təqdim olunmamışdır. İddiaçı aliment borcunun silinməsini ödənilməsinin üzürlü sayılmasını uşağın onun yanında qalması və uşağın bütün xərclərinin onun tərəfindən qarşılanması ilə əsaslandırsa da bu hal aliment borcunun silinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası və Beynəlxalq hüquq normalarından da bilindiyi kimi uşağa baxmaq və onların qayğısına qalmaq valideynlərin borcudur. İddiaçı borcun silinməsi üçün əsas ola biləcək hər hansı ağır xəstəliyə tutulması və bu xəstəliyin alimentin ödənilməməsi üçün üzürlü sayıla bilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bunun əksinə cavabdehin izahatından da görünür ki, İddiaçı aliment ödəmək üçün yetərli imkanı var. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “X2” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “X2” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. X3 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X2 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrəMingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1281/2020 nömrəliqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1281/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar