Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2063/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, X3 Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ümumilikdə ondan tutulan 240 manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə uşaqların saxlanması üçün hər ay ümumilikdə 240 manat aliment tutulur. İddiaçı İİ-ci dərəcəli əlil olduğundan, əmək qabiliyyəti olmayan şəxsdir, ağır diabet xəstəliyi ilə əlaqədar işləyə bilmədiyindən 240 manat alimenti ödəyə bilmir. İddiaçı hər ay 167 manat pensiya alır. Bundan başqa heç bir gəliri yoxdur. Qeyd edilən alimenti yaxın qohumlarının köməkliyi ilə ödəyir. İddiaçı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat cəmi 200 manat aliment ödəməyə imkanı çatır. Buna görə də məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı tutulan 240 manat məbləğində alimentin miqdarının azaldılaraq hər ay ümumilikdə 100 manat məbləğində müəyyən edilməsinə etiraz edir. Belə ki, iddiaçının ödədiyi alimentlə uşaqları saxlayır. Başqa gəlir yeri yoxdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-cı il tarixli qətnaməsinə əsasən xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən dəyişdirilərək hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində müəyyən edilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi(bacısı) Nümayəndə xx xxxxx 2006-cı ildə anadan olmuş X4 və xx xxxxxx 2008-ci ildə anadan olmuş X2 üçün hər ay üzrə hər uşağa 120(bir yüz iyirmi) manat sabit pul məbləğində olmaqla cəmi tutulan 240(iki yüz qırx) manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-525/2020 saylı qətnaməsi ilə mənim aliment tələbinə dair iddia qismən təmin edilmiş, hər ay üzrə hər uşağa 120(bir yüz iyirmi) manat sabit pul məbləğində olmaqla cəmi tutulan 240(iki yüz qırx) manat aliment azaldılaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində alimentin İddiaçı tutulması müəyyən edilmişdir.Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-525/2020 saylı qətnaməsi mənə poçt vasitəsilə göndərilmiş və xx.xx.2020-ci il tarixdə rəsmi təqdim olunmaqla verilmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı olduğu üçün onun ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi üçün hazırkı apellyasiya şikayəti ilə müraciət etmişdir. Alimentin miqdarının azaldılmasına dair yarımsəhifəlik iddia ərizəsində iddiaçı alimentin azaldılması üçün əsas verə biləcək heç bir sübuta istinad etməmiş və ya iddia ərizəsinə hər hansı belə sübutlar əlavə etməmişdir. Alimentin miqdarının azaldılmasına dair iş üzrə məhkəmə baxışı iclası zamanı da iddiaçının nümayəndəsi olan bacısı Nümayəndə alimentin miqdarının azaldılması üçün əsas verə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının alimenti azaltmaya dair iddia ərizəsində qeyd olunur ki, “aliment təyin olunan vaxtı mən 2-ci qrup olmaqla əmək qabiliyyəti olmayan şəxsəm”, 167 manatdan başqa heç bir digər gəlir yerim yoxdur. Bildirir ki, alimentin təyin olunduğu 2018-ci ildə də iddiaçı 2-ci dərəcəli əlilliyə malik idi, əksinə son iki ildə onun pensiya məbləğində 2-3 dəfə artımlar baş vermişdir. Yəni alimentin təyinindən sonra onun maddi vəziyyətini pisləşdirən, ağırlaşdıran heç bir hal baş verməmiş, bu barədə məhkəməyə hər hansı bir konkret sübut təqdim olunmamışdır. Əksinə onun və valideynlərində birlikdə və onların maddi köməkliyi ilə yaşayan, hər ikisi məktəbli olan uşaqlarının saxlanması xərcləri xeyli dərəcədə artmış, maddi durumumuz dözülməz və hədsiz dərəcədə pisləşmişdir. Hamıya məlum olan bu geriləmənin, ağır durumun hər hansı bir əlavə sübuta ehtiyacı olmadığı hamıya gün kimi aydın olmalıdır. Özünü imkansız, xəstə və əlil, pensiyaya möhtac kimi(!?) göstərməsinə baxmayaraq iddiaçının şəxsi maşını, şəxsi evi, pensiyadan əlavə əsasən daimi yaşadığı və olduğu Rusiyada xeyli əlavə qazanc(gəlir) yerləri, şəxsi biznesi və şəxsi ticarət yerləri mövcuddur. Məhkəməyə təqdim olunmuş sənədə istinadən qətnamədə qeyd olunur ki, iddiaçının 167.78 manat pensiyasının 138 manatı alimentə tutulur. Yəni olmaya iddiaçı elə yerdə qalan 30 manatla yaşayır, Rusiyaya gedib-gəlir, bununla öz şəxsi biznesini qura bilib !? Xüsusi olaraq nəzərə alınmalıdır ki, heç bir ciddi, diqqətəlayiq hallar və sübutlar olmadan da məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına tam ziddir, tam ədalətsiz və subyektiv yanaşmadır. Bildirmişdir ki, İddiaçı ilə 2005-ci ildə evlənərək ailə qurmuş, bir neçə ay Göyçayda yaşadıqdan sonra birlikdə X6 vilayətinə getmişik, orada yaşadığımız vaxtı iki uşaqları doğulmuşdur. 2017-ci ilin oktyabr ayında faktiki ayrılmışıq, onun Rusiyadakı kifayət qədər imkanları, gəlirləri özünə və ona şəxsən məlumdur. A.R Ailə Məcəlləsinin 75.1 -ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, uşaqlaın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “2020-ci il üzrə ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170(bir yüz yetmiş) manat müəyyən edilmişdir. “X9 “ AR Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan miqdarda maddi təminat almaq hüququ vardır. Faktiki olaraq əksər məhkəmələr Qanunda alimentin miqdarına dair birbaşa və birmənalı göstərilmiş normanı nəinki ciddi şəkildə nəzərə almırlar, əksinə burdakından xeyli aşağı müəyyən edilmiş alimentin miqdarını daha da azaltmaq perspektivinə “çox müsbət” yanaşırlar ki, bu da qanunsuzluq və yolverilməz ədalətsizlikdir ki, heç bir halda məhkəmələrin nüfuzuna xeyir gətirmir. Qey edilənlərə əsasən Göyçay rayon məhkəməsinin 2(046)-999/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş xx xxxxx 2006-cı ildə anadan olmuş X4 və xx xxxxxx 2008ci ildə anadan olmuş X7 18 yaşına çatanadək saxlanması üçün hər ay üzrə hər uşağa 120(bir yüz iyirmi) manat sabit pul məbləğində olmaqla cəmi tutulan 240(iki yüz qırx) manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində alimentin İddiaçı tutulması barədə Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-525/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qizi apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 525/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 525/2020 nömrəli qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “X9” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “X9” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X11 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X9 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir.Məhkəmə İddiaçı İİ-ci dərəcəli əlil kimi aldıgı 167.78 manat pensiyasından hər ay 138 manat məbləğində aliment tutululmasını nəzərə alaraq 240 manat alimentin miqdarı azaldılaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmayaraq tənqidi yanaşaraq qeyd edir ki,məhkəmə istinad etdiyi Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi qəbul edilən vaxt iddiaçı eyni gəlir mənbələrinə sahib olmuşdur. Eyni həyat şəraitləri mövcud olmuş, iddiaçı İİ dərəcəli əlil kimi pensiya almış, bundan sonra da gəlirlərində hər hansı dəyişiklik mövcud olmamışdır.Belə ki, məhkəmə alimentin miqdarın azaldılıması ilə baglı nəticəyə gəlməsi üçün iş materiallarında alimentin azaldılması üçün hər hansı bir əsas olmamış, bunula baglı İddiaçı və onun nümayəndəsi Nümayəndə tərəfindən hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmir və bildirir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli,Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh xeyrinə xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ümumilikdə ondan tutulan 240 manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində alimentin tutulması barədə iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə yalnız Cavabdeh xeyrinə xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ümumilikdə ondan tutulan 240 manat alimentin tutulması qət edilmişdir.Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müddəti ötürməsi ilə bağlı fikrinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə almış, Cavabdeh apelyasiya şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə Göyçay rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün qanunveriçiliklə müəyyən edilmiş 1( bir) ay müddəti ötürməmişdir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-525/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-999/2018 saylı xx xxx 2018-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə xx xxxxx 2006-cı il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ümumilikdə ondan tutulan 240 manat alimentin azaldılaraq hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində alimentin tutulması barədə iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2063/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2063/2020
16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver