Məhkəmə qərarları › İş №2(107)-212/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-212/2025

04.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-212/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin və adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin, çıxarışın ləğvi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin və adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı, 18 saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1943-cü ildə anadan olmuş və hazırda 81 yaşı vardır. X17 vəfat etdikdən sonra birgə nikah müddətində əldə etdikləri əmlaklar vərəsəlik qaydasında, övladlarının yazılı razılığı əsasında onun adına qeydə alınmışdır. Qeyd edir ki, onun Yaqub Rüstəmovla olan evliliyindən 3 övladı – Vaqif, Rüstəm, Gülnarə adlı uşaqları doğulmuşdur. Oğlu Rüstəm 01 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil onunla oğlu Vaqif Rüsəmovun paylı mülkiyyətində olmuşdur. 2015-ci ildə qızı Gülnarə ona bildirmişdir ki, oğlu Vaqif mənzili satmaq istəyir. Ancaq həmin mənzil atadan qalan əmlak olduğundan, həmin mənzili onların ailəyə məhz mərhum Heydər Əliyevin göstərişi ilə verildiyindən satılmasını istəmir. O da həmin vaxt bir az xəstə olduğundan, hesab etdi ki, o öldükdən sonra ailəyə X18 Əliyev tərəfindən əri, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmova bağışlanmış həmin mənzili oğlu satsa, bunun qarşısını yeganə alacaq şəxs qızı Gülnarə ola bilər. Həmin vaxt qızına məhz bu səbəbdən öz payının yarısını bağışlamağa razılaşdı. Bu zaman onların arasında 30 iyul 2015-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. Ancaq sonradan ona məlum olmuşdur ki, mənzildə olan tam payını, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamışdır. Qeyd edir ki, həmin əmlakdan başqa Mingəçevir şəhərində Puşkin küçəsi 14/1 saylı evin 17 və 18 saylı 2 və 3 otaqlı mənzilləri, Yevlax rayonunda 25 ha torpaq sahəsi və ərindən qalma avtomobili olmuşdur. Həmin avtomobilin satılması tələb olunarkən ona “əziyyət verməmək” adı ilə Cavabdeh ondan bir neçə dəfə etibarnamə almışdır. Hərçənd həmin etibarnamə əsasında avtomobili satsa da, pulunu ona verməsə də, övladı olduğundan onunla münaqişə etməmişdir. X12 vəfat etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh onun ona vermiş olduğu həmin etibarnamədən istifadə edərək onun iradəsinə zidd olaraq, razılığı və xəbəri olmadan Mingəçevir şəhəri, Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzillərini əvvəlcə X12a bağışlamış, bu barədə ona heç bir məlumat verməmişdir. Daha sonra isə X12 vəfat etdikdən 1 gün sonra, 02 iyul 2023-cü ildə həmin mənzillərini Rüstəm Rüstəmovdan aldığı etibarnamə ilə adına keçirməklə ələ keçirmişdir. Həmçinin Yevlax rayonunda 25 ha torpaq sahəsinin sənədlərinin əsllərini sənədlərin arasından götürərək həmin sahəni icarəyə verərək qazanc əldə etmişdir. Ona Mingəçevir şəhərində olan 2 və 3 otaqlı mənzillərini geri qaytarmağı təklif etsə də, razılaşmamış, həmin mənzillərin bağışlanmasına dair əqdlərin etibarsız sayılması ilə bağlı çıxarılmış məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməklə işin uzanmasına, artıq 81 yaşı olduğundan onun tezliklə öləcəyini güman etməklə hərəkətlərini davam etdirmişdir. O, Bakı şəhəri Səbail rayonu F.Əmirov küçəsi 1 saylı evin, 18 saylı mənzilini qızı Gülnarəyə bağışlayarkən güman etmirdi ki, qızı onu, ümumiyyətlə, əmlaksız qoyar. Eyni zamanda Cavabdeh onun da qeydiyyatda olduğu və artıq yeganə yaşayış yeri olan həmin mənzilin satılması üçün oğlu Vaqifə təkliflər göndərmiş, məhz o, razı olmadığından oğlu Vaqif də mənzilin satılmasına razılıq verməmişdir. Bundan sonra Cavabdeh onun da qeydiyyatda olduğu və onun ona bağışladığı həmin mənzilin satılması üçün hüquqi zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən mənzilin naturada bölünməsinə dair iddia qaldırmışdır. Həmin ərizəsində də mənzildən sərbəst istifadəsinə dair dəlillər irəli sürmüşdür. Hazırda o, Cavabdeh əməlləri nəticəsində əmlaklarından, həmçinin yaşayış yerindən məhrum olmuşdur. Odur məhkəmədən Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə- 501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı, 18 saylı mənzilindəki ½ hissə əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı tərcüməçi vasitəsilə dindirilmiş və məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, Bakıda qeydiyyatdadır. ünvanı Fikrət Əmirovda yerləşən mənzildir. 1982-ci ildə Bakı şəhərində onun əri yüngül sənayedə yüksək vəzifəyə təyin olundu. Mübahisəli mənzil ərinə X9 tərəfindən verilmişdir. Əri ürək əməliyyatı keçirtdi. Yəqinki, özündə nə isə hiss edərək ona dedi ki, bu mənzil satılmasın. O da ərinə söyləmişdir ki, satılmayacaq. Əri 2011-ci ildə dünyasını dəyişmişdir. Qızı qardaşı Vaqif və qardaşının arvadı tərəfindən evin satılacağını ona bildirmişdir. Nəhayət qızı tərəfindən təkidlərdən sonra notariusa getməyə, mənzildəki payının yarısını qızına verməyə razılıq vermişdir. Notariusda Gülnarənin tanışları olmuş, hansı ki, Gülnarənin notariusla əlaqəsi olduğunu bilirdi. Onlar getmiş, notariusda o koridorda tək qalmışdır. Bundan sonra latın əlifbası ilə yazılmış sənədi ona imzalatdırdılar. Halbuki, o latın qrafikasını bilmir. Nələr baş verdiyini anlamamışdır. Həmin sənədin ləğv olunmasını istəyir. Sonra qızı avtomobili idarə etmək üçün ondan etibarnamə almışdır. Nəticədə həmin etibarnamədən istifadə edərək ona məxsus əmlakların hamısını qızı öz adına götürmüşdür. İndi ona aydın olub ki, onun yeganə yaşayış yeri olan mənzilini Gülnarə satmaq üçün məhkəməyə ərizə vermişdir. Onu qızı Gülnarə və sonuncunun oğlu belə hədələyiblər ki, evə narkomanları göndərəcəklər. Güman etmiş ki, evin 1/3 və ya ¼ hissəsini qızına verir. Amma belə olmamışdır. O, 33 illik evini itirmişdir. Belə ki, oğlu öləndə Gülnarə gəlmişdir. Buradaki evinə girəndə qızı demiş ki, ev Rüstəmin arvadı Dinanındır. Gülnarə ona dedi ki, onun evi yoxdur. Necə etmişsə. Bundan sonra “ASAN xidmət”də mənzili Gülnarə öz adına keçirmişdir. İndi o çöldə qalmışdır. Qızı onu aldadıb ondan etibarnamə almışdır. Həmin etibarnamə ilə ona məxsus bütün əmlakları öz adına keçirtmiş və satmağa calışır. Hazırda adına heç bir əmlakı yoxdur. Bu ev də satılsa, o çöldə qalacaqdır. Gülnarə Bakı şəhərində ev alarkən isə yetərincə böyük məbləğdə ilkin ödəniş üçün qızına pul vermiş, qızıda özunə Bakı şəhərində ayrıcada mənzil almışdır. Nəyi var qızına vermişdir. İndisə hec nəyi qalmamışdır. Başqa qalmağa yeri yoxdur. Qızı, ümumiyyətlə, onunla çox kobud və aqressiv rəftar edir. Odur ki, məhkəmədən bağışlanma müqaviləsindən imtina etdiyini, bağışlanmanın ləğv edilməsini xahiş edir.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı təmsil etdi şəxsin izahatına uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, cavabdehin istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun deyildir. Belə ki, cavabdehin mübahisəli mənzili satma niyyətinə dair ərizəsi vardır və həmin ərizəni məhkəməyə təqdim etmişdir. Mingəçevirdəki mənzillər Rüstəmin adına kecirtdikdən sonra niyə öz adına keçirtmişdir. Sistemdə cavabdehin adına 7-8 ev olduğu görünür. Konstitusiya Məhkəməsinin qərarına əsasən bağışlama müqaviləsindən imtina bağışlanma müqviləsinin ləğvini ehtiva edir. Aldığı etibarnamə ilə iddiaçının adına olan bütün əmlakları Cavabdeh özgəninkiləşdirmişdir. Hazırda onun müvəkkilinin adına heç bir əmlak yoxdur. Müvəkkilinin əmlakını əvvəl qardaşının sonra isə özünün adına keçirtməklə ələ keçirtmişdir. Müvəkkili 82 yaşında bir qadın olmaqla hazırda bu ev satılarsa, çöldə qalmaq təhlükəsi ilə üz-üzədir. Müvəkkilinin qeydiyyatda olduğu və yeganə ümid yeri olan evin qarşı tərəf hərracda satılmasını istəyir. Onsuzda qarşı tərəf gələcək varisdir. Lakin bu gün müvəkkili evsiz qalmaq təhlükəsinə görə məcbur olub bağışlamadan imtina edir. Bağışlamanı ləğv etmək barədə qarşı tərəfə fevral ayında məktub da göndərilmişdir. Həqiqətən də, ev X18 Əliyev tərəfindən bağışlanmışdır. Atalarının vəsiyyəti olmuşdur ki, həmin ev satılmasın. Baba yadigarı kimi saxlanılsın. İclas zamanı müəyyən oldu ki, qarşı tərəf öz anasına “ana” belə demir və xanım deyərək müraciət edir. Tərəflər arasında ailə münasibələri pozulmuşdur. 1 ilə yaxındır ki, qarşı tərəf anasının yanına gəlmir. Apellyasiya Məhkəməsinin qərarı ilə qarşı tərəfin İddiaçı qarşıqanunsuz hərəkətlərə yol verdiyini öz qərarında bir daha təsdiq etmişdir. Qarşı tərəfin yaşamağa bir çox sayda evi olduğu halda, 82 yaşlı anasının cəmi ümid yeri, qeydiyyatda olduğu sadəcə bu evdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xanıma heç bir sualı yoxdur. Xanıma yanlış məlumatlar verirlər. Evə gedə bilmədiyinə görə tələb etmiş ki, ya evin yarısı bölünsün və qardaşına təklif etmiş ki, ya o, pul versin, ya da özü versin və beləliklə ev ikisindən birinə qalsın. Onda o, məhkəməyə müraciət etmişdir ki, ev qiymətləndirilsin. İmkanı olar alar. Yoxsa ev satışa çıxarılacaqdır. Xanımın dediyi məlumat ki, ev satışa çıxacaq bu yanlış məlumatdır. Anasının qalmağa yeri həmişə var. Çöldə qalmaq söhbəti yalandır və ayıb olar. Həmin ev atasına verilən evdir. 1982-ci ildə atasına dövlət tərəfindən verilmişdir. Atası üç otaqlı evi təhvil verib Mingəçevirdən Bakıya köçmüşdür. Orada isə ona üç otaqlı ev verilmişdir. Vaqif arvad-uşağını boşayıb. 1 ay bundan qabaq anasının yanına gəlmişdir. Anasını qardaşının ehsanını aparmışdır. O, ev Rüstəmin oğullarının haqqıdır. Onun haqqını yeyirlər. Onu qapıdan qardaşı qovdu. Bəzi əmlaklar vardır ki, həmin əmlakları anası balaca qardaşının adına keçirtmişdir. Həmin əmlak və qazancları halalca atası və böyük qardaşı yaratmışdır. Onun qardaşı qeyriadekvat insandır və bunu təsdiq edən onda sənəd belə vardır. Onun qardaşı şizofreniya xəstəsidir.

6. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda mübahisəsi gedən ev verilmiş suallar və onlara verilən cavablardan görünür ki, həmin mənzildən ½ hissə anası tərəfindən qızına bağışlanmışdır. Hazırda həmin mənzil ½ hissə Vaqifin və ½ hissə Gülnarənin mülkiyyətindədir. Xanım öz iradəsi ilə həmin mənzilə sərəncam vermiş və öz işini həmin mənzillə bağlı bitirmişdir. Lakin Cavabdeh həmin evə mülkiyyət hüququndan istifadə edə bilmir. Onun mülkiyyət hüquqları qardaşı tərəfindən pozulmaqdadır. Verilmiş iddia isə ana ilə deyil, qardaş ilə bağlı verilmiş bir iddiadır. Məktub göndərilib ki, bir damın altında yaşamaları və birgə təsərrüfat idarə etmələri mümkün deyildir. Ona görə də qarşı tərəfə bildirmiş ki, ev qiymətləndirilsin və onun payı hər nə qədər edirsə, ona verilsin. O da çıxıb getsin. Əgər onun almağa imkanı yoxdursa, onda müvəkkili onun payını alsın. Ev də ona məxsus olsun. İddia həcminin artırılmasının səbəbi bu olmuşdur ki, naturada bölgüyə dair ekspertiza rəyi gəlmişdir. Ekspertiza rəyinə əsasən mənzilin naturada bölünməsi tikinti normaları uyğun hesab edilməmişdir. Ona görə qarşı tərəflə də razılaşa bilmədiklərindən hərracda satışa çıxarılmasına dair iddia vermişlər. Lakin o işin də sonu hələ bilinmir. Məhkəmənin icraatındadır. Yekun qərar yoxdur. Burada söhbət bağışlanmanın imtinasından yox, ləğvindən gedir. Qarşı tərəf həmin vaxt özündə olmadığını və oxuya bilmədiyi latın qrafikalı sənədə qol çəkdiyini bildirmişdir. Bütün bunlar bağışlanma müqaviləsinin ləğvi deyil, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Lakin bununla bağlı bütün müddətlər ötürülmüşdür. Onlar həmin mənzili satmaqda maraqlı deyillər. Sadəcə qanun çərçivəsində mümkün olan proseduraları edirlər. Ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin müvəkkili tərəfindən poulmasından söhbət belə gedə bilməz. 2015-dən bu yana kimi ana-bala kimi yaxşı münasibətləri olub. Anasının bütün müalicə xərclərini Gülnarə öz öhdəsinə götürüb və çəkib. Müvəkkilinin öz əmlakı üzərində sərəncam vermək hüquqları vardır. Bağışlanma müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Müqavilə Notarial qaydada tam qanuna uyğun şəkildə bağlanıb və üzərindən 9 ildən artıq bir müddət ötmüşdür. Qardaşla bacı ana ilə bala arasında heç bir problem olmayıb. Onlar bu qaydada əmlakları idarə etmişlər. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir.

7. Mİngəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Hüseynov), iddia tələbinin təmin olunması, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını Cavabdeh bağışlamaqdan imtinasının qəbul edilməsi, İddiaçı ilə Cavabdeh arasında 30 iyul 2015-ci il tarixdə Bakı şəhərin 9 saylı Notariat Kontorunda bağlanmış, 4Ə-501 reyestr nömrəli reyestrdə qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payının xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın (reyestr qeydinin) ləğv edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının doğma qızıdır. Onlar arasında münasibət əvvəllər normal olmuşdur. İddiaçının əri X5 xx.xx.2011ci il tarixdə ölmüşdür. Ondan miras qalmış əmlakları iddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi qəbul etmiş, digər vərəsələri, o cümlədən cavabdeh də öz miras payından iddiaçının xeyrinə imtina etmişdir. Ona görə də bütün miras əmlaklar üzərində, mübahisəli mənzil daxil olmaqla, iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Həmin miras əmlaklardan, mübahisəli mənzil üzərində həm iddiaçının, həm də oğlu X1 da ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda mübahisə predmeti olan mənzil isə iddiaçının ərinə 1982-ci ildə dövlət tərəfindən hədiyyə edildiyindən və hədiyyə isə X9 tərəfindən təqdim edildiyindən, iddiaçının əri mübahisəli mənzilin heç vaxt satılmamasını, yəni ata yurdu kimi saxlanmasını iddiaçıya şifahi şəkildə tapşırmışdır. Ona görə də iddiaçı özünün ölümündən sonra mübahisəli mənzilin oğlu Vaqif tərəfindən satılmasının qarşısını almaq üçün 2015-ci ildə öz ½ hissədə payını cavabdehə bağışlamış və bağışlama müqaviləsini də məhz mübahisəli mənzilin gələcəkdə satılmasının qarşısını almaq niyyəti ilə bağlamışdır. Bundan başqa iddiaçı cavabdehə başqa daşınmaz əmlakların idarə edilməsinə dair etibarnamələr vermiş, lakin sonradan, yəni 2023-cü ilin yay aylarında də iddiaçıya məlum olmuşdur ki, cavabdeh digər daşınmaz əmlakları öz adına rəsmiləşdirmişdir. Ondan sonra iddiaçı cavabdehə qarşı iddialar irəli sürmüş və hazırda da onunla bağlı məhkəmə mübahisələri davam edir. Bununla yanaşı, cavabdeh 2024-cü ilin yanvar -fevral ayında mübahisəli mənzilin naturada bölünməsi və yaxud açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon məhkəməsinə müraciət etmişdir. Ona görə də iddiaçı qəti olaraq bağışlamaqdan imtina etmək qərarına gəlmişdir. Belə ki, mübahisəli mənzilin iddiaçıya görə mənəvi dəyəri yüksəkdir. Çünki mərhum əri ölməmişdən əvvəl ona tapşırmışdır ki, mübahisəli mənzil ona Ulu öndər tərəfindən hədiyyə edildiyinə görə onun satılmasına imkan verməsin. Hazırda isə cavabdeh mübahisəli mənzilin açır hərracdan satılmasını istəyir. Bu halı isə iddiaçı mənəvi cəhətdən qəbul etmədiyinə, həmçinin başqa yaşayış sahəsinə malik olmadığına görə cavabdehin bu davranışlarını sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlər kimi qiymətləndirmiş və mübahisəli mənzilin ½ hissədə payını cavabdehə bağışlamaqdan imtina edir.

9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı cavabdehə 30 iyul 2015-ci il tarixdə bağışlanma müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını bağışlamışdır. İddiaçı və cavabdeh ana və qızı olduqlarından və ailə münasibətlərində olduqlarından iddiaçı hesab etmiş ki, qızı ilə olan münasibətləri həmişə belə yaxın olacaq və qızı heç vaxt onun mənzilini satmaz. Buna baxmayaraq, işə əlavə olunmuş digər məhkəmə sənədlərindən aydın olur ki, tərəflər arasında bundan başqa bir mübahisə daha vardır. Hazırda isə həmin mübahisə üzrə işə Kassasiya qaydasında baxılır. Həmin mübahisəinin mahaiyyətindən məlum olur ki, iddiaçının qızı olan cavabdeh avtomobil idarə etmək üçün aldığı etibarnamə vasitəsilə anasına, yəni iddiaçıya məxsus əmlakları özgəninkiləşdirərək özünün mülkiyyətinə götürmüşdür. Hazırda isə iddiaçının mülkiyyətində heç bir əmlak yoxdur. İddiaçının doğma qızı olan cavabdeh həm onun adına olan ünvan 1 ünvanında yerləşən mənzildə ½ hissəni bağışlama yolu ilə əldə etmiş, sonra isə aldığı etibarnamə ilə anasının qalan bütün əmlaklarını öz mülkiyyətinə götürmüşdür. Bununla belə yenə də anası ilə 1 ilə yaxındır ki, maraqlanmır və Konstitusiya və Ailə Məcəlləsinin müvafiq normalarının tələbinə uyğun olaraq borcunu yerinə yetirmir. İddiaçının isə yaşamaq üçün sadəcə hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mübahisəli mənzil qalmışdır. Hazırda isə cavabdeh həmin mənzili hərrac yolu ilə satışa çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh həmin hərəkəti ilə Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin V hissəsində və Ailə Məcəlləsinin 82.1-ci maddəsində göstərilən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olmasına dair tələbi pozmuşdur. Çünki cavabdeh keçmişdə iddiaçıya məxsus olan bütün əmlakları özgəninkişləşdirdiyindən, qeyd olunur ki, bir hissəsini öz mülkiyyətinə götürmüşdür. İddiaçının yaşaya biləcəyi yeganə yaşayış sahəsi ünvan 1 ünvanında yerləşən mənzildir və həmin mənzili cavabdeh hərrac yolu ilə satmaq üçün məhkəməyə müraciət etmişdir. Bütün bunlar isə son nəticədə qızına etimad edib evdə olan payını ona bağışlayan 81 yaşlı ananın yaşayış yerindən məhrum edilməsi ilə nəticələnə bilər. Lakin buna baxmayaraq, cavabdeh tərəf həmin evin satılmasında israrlıdır. Bununla da cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçı, yəni hədiyyə verən barəsində kobudcasına pozmuşdur. Bu isə bağışlamanın motivini aradan qaldıran haldır. Bundan əlavə iddiaçının xx.xx.1943-cü il tarixdə doğulması və 81-dən çox yaşının olması, buna baxmayaraq, məhkəmə iclası zamanı cavabdehin doğma anası olan iddiaçıya “xanım” olaraq müraciət etməsi və hətta onunla kobud rəftar etməsi və həmin halın məhkəmə tərəfindən cavabdehə irad tutulması nəzər alınmalıdır.

11. Məhkəmə ilk növbədə iddia tələbinə və iddia ərizəsinin məzmununa qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsinidə iddi tələbini yalnız bağışlanma müqaviləsinin ləğvi kimi göstərsə də, əslində o, iddia ərizəsində həm də bağışlamaqdan imtinanın əsaslarına istinad etmişdir. Ona görə də məhkəmə iddia tələbində yalnız bağışlama müqaviləsinin ləğv edilməsinin qeyd edilməsini iddiaçının ifadə tərzində mövcud olan qeyri-dəqiqlik kimi qəbul edir və iddia tələbinə bağışlamaqdan imtina kimi baxılıb qiymət verildikdən sonra bağışlanma müqaviləsinə qiymət verilməsi, iddia tələbindən kənara çıxma kimi deyil, qanunda göstərilən müstəsna hallardır.

12. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdehin qoca və xəstə anası olan iddiaçının səhhəti və yaxud həyat şəraiti ilə maraqlanmaması, ona baxmaması, həmçinin onunla aqressiv davranması, ən başlıcası isə mübahisəli mənzilin açıq hərracdan satılmasını tələb etməsi və bununlada iddiaçını yaşayış sahəsindən məhrum edilməsinə rəvac verməsi, bağışlamaqdan imtinaya əsas verən hallardır. Ona görə də iddiaçının bağışlamaqdan imtinası, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbləri baxımından qəbul ediləndir.

13. Məhkəmə qeyd etmişdir ki, hazırkı vəziyyətdə cavabdeh iddiaçıya münasibətdə ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, yəni iddiaçı üçün mənəvi dəyəri yüksək olan mübahisəli mənzilin açıq hərracdan satılmasına nail olmaq üçün iddia qaldırmaqla, iddiaçının mənəvi-psixoloji sarsıntı keçirməsinə və ailə bağlarını sarsırlmasına səbəb olan hərəkətlər etmiş, həmçinin əmək qabiliyyətli övlad kmi əmək qabuiliyyətli olmayan valideyninin-iddiaçının səhhəti və yaşayış tərzi ilə maraqlanmamaqla, ona qayğı göstərməməklə öz övladlıq borcunu yerinə yetirməmişdir. Bununla da cavabdeh qoca və yaşlı anasına münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri həm hərəkət, həm də hərəkətsizliklə pozmuşdur.

14. Məhkəmə, həmçinin iddia tələbinə münasibətdə müddətin ötməsi ilə bağlı cavabdeh tərəfin vəsatətinə münasibədtə qeyd edir ki, kəsici müddət kimi nəzərdə tutulmuş bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət iddiaçıya münasibətdə ötürülməmişdir. Belə ki, iddiaçı tərəfin imtinaya əsas verən halların ona məlum olduğu ilkin vaxt Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2127/2023 saylı qərarının çıxdığı xx.xx.2023-cü il tarixidir. Eləcə də cavabdehin 2024-cü ilin fevral ayında mübahisəli mənzilin açıq hərracdan satılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi də bağışlamaqdan imtinaya əsas olan hal olmuşdur. Bundan sonra bir il ərzində imtina haqqında bildirişi iddiaçı tərəf cavabdeh tərəfə göndərməli idi. İş materiallarında olan poçt qəbzindən aydın olur ki, xx.xx.2024-cü il tarixində ərizə, yəni bildiriş iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 673.3-cü maddəsində göstərilən müddət ötürülməmişdir.

15. Odur ki, məhkəmə bu normaların tələbindən çıxış edərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmalı və Bakı şəhərin 9 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən mənzildəki ½ hissə əmlak payının bağışlamaqdan imtinası qəbul edilməli və həmin müqavilə ləğv edilməlidir. Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarış ləğv edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 34-cü maddəsinin V hissəsi, 38-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 666.1, 673.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3, 12.0.1, 82.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmənin həmin qətnaməsi qanunsuz və əsassızdır, ləğv edilməlidir.

19. Qeyd etmək istəyir ki, valideyn-övlad olaraq o, daim anası İddiaçı hörmətlə yanaşmış, daim diqqət-qayğı göstərmiş, qulluğunda olmuş, onun bütün tibbi müayinə, müalicə və tibbi əməliyyat xərclərini həm ölkə daxilində, həm ölkə xaricində o, həyata keçirmişdir, o cümlədən özü ilə birgə Avropanın bir sıra ölkələrinə səyahətə aparmaqla övladlıq borcunu və vəzifələrini layiqincə yetərincə yerinə yetirmişdir. Belə ki, o, həmişə anasına “mama” deməklə bərabər əzizləmə kimi, “Lyuba xanım”, “xanım”, “gözəl”, “krasavisa” kimi sözlərlə müraciət etmiş və anası da bu müraciətləri çox xoş qəbul etmiş və indi də qəbul edir.

20. Konkret olaraq xx.xx.2014-cü il tarixdə o, anası İddiaçı Türkiyənin paytaxtı Ankara şəhərinə “X16 X6”ndə professor Fatih Ertaşın müayinə və müalicəsinə aparmış və onun müayinə və müalicəsi üçün 2000 (iki min) ABŞ dolları öz vəsaiti ilə pul xərcləmişdir, eləcə də nəqliyyat xərclərini, gündəlik qidalanma və otel xərclərini ödəmişdir. 2015-ci ildə “Bakı Medikal Plaza”da həmin türk professor Fatix Ertaş anamın ürək əməliyyatını həyata keçirmiş və bunun üçün 3000 (üç min) manat ödəmişdir. 2019-cu ildə anasında birinci dərəcəli mədə onkoloji xəstəliyi aşkar ediləndən sonra anasının bütün müalicə xərclərini, o cümlədən analizlər, MRT, KT müayinə xərclərini davamlı olaraq ödəmiş və özü ilə aparıb-gətirmişdir. Belə ödənişli müayinə və müalicələr üçün anası İddiaçı həmçinin Bakı şəhərində fəaliyyət göstərərn “Həyat Klinikası”na (275 manat), “Avropa Klinikası”na (1000 manat), “Medikal Hospital”a (əməliyyat üçün 4000 manat, həkim İlkin Həşimov), “Bakı Patologiya Mərkəzi”nə (150 manat) aparmışdır və qeyd etdiyi bütün xərcləri öz pulu ilə ödəmişdir. Bütün bunları o, bir övlad borcu kimi, övlad vəzifəsi kimi qəbul edir.

21. Lakin ədalətli məhkəmə araşdırması aparmayan məhkəmə qətnamədə heç bir əsas olmadan ümumi sözlərlə yazır ki, o, xəstə anasının səhhəti və həyat şəraiti ilə maraqlanmamış, ona baxmamış və tez-tez qətnamədə vurğulayır ki, Cavabdeh anasına ana kimi yox xanım kimi müraciət edir, hansı ki, o, yuxarıda qeyd etdiyi kimi anasına həmişə belə müraciətlər eləmişdir.

22. Yəni onun anasına münasibətdə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin təsiri altına düşən hər hansı pozuntu, eləcə də kobud pozuntu yoxdur və belə pozuntu olmuşsa onun ailə hüquq münasibətlərinə uyğun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olmasını məhkəmə hər hansı konkret, mötəbər sübutla müəyyən etməmişdir.

23. Bundan başqa, İddiaçı iddia ərizəsində, izahatında və ona verilmiş suallara cavablarında bildirir ki, Bakı şəhəri F.Əmirov küçəsindəki 1 saylı evin 18 saylı mənzilinin onun paylı mülkiyyətində olan ½ hissəsinin yarısını Cavabdeh bağışlanmasını güman etmişdir, yalnız sonradan ona bəlli olmuşdur ki, özünə məxsus olan payın bütövlükdə bağışlanması həyata keçirilmişdir. Belə olan halda iddiaçının iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsindən yox, bağışlama müqaviləsinin etibarsızlığından ibarət ola bilər, yəni iddia ərizəsində iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı kimi qoyulmalı olduğu halda ləğvi kimi qoyulmuşdur. Həmin tələb məhkəmə prosesində hazırlıq iclasında dəqiqləşmə aparmaqla da mümkün idi. Lakin məhkəmə iddia tələbinin hüquqi əsasına əhəmiyyət vermədən etibarsızlıq mübahisəsinə iddiada göstərildiyi kimi ləğv mübahisəsi kimi baxıb sonda qanunsuz qətnamə çıxarmışdır.

24. Onu da qeyd etmək istəyir ki, məhkəmə hazırkı mübahisəyə ailə hüquq münasibətləri zəminində baxıb qiymət verdiyinə görə bu mübahisə ilk öncə mediasiyada baxılmalı və mediasiya prosesində həll olunmadığı təqdirdə müvafiq mediasiya arayışı əsasında məhkəmədə baxılmalı idi. Bununla əlaqədar qeyd etmək istəyir ki, məhkəmə “Mediasiya haqqında” AR Qanununun tələblərini də pozmuşdur.

25. Bir daha qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsindən, məhkəmədə verdiyi izahatdan və ona verilmiş suallara alınmış cavablardan görünür ki, İddiaçı öz iradə ifadəsini həyata keçirərkən səhvə yol verdiyini (güman etdiyini) bildirmişdir. Belə ki, iddiaçı qeyd edir ki: 1. “Bu zaman onların arasında 30 iyul 2015-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. Ancaq sonradan ona məlum olmuşdur ki, mənzildə olan tam payını, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamışdır”. 2. “Nəhayət qızı tərəfindən təkidlərdən sonra notariusa etməyə, mənzildəki payının yarısını qızına verməyə razılıq vermişdir. Notariusda Gülnarənin tanışları olmuş, hansı ki, Gülnarənin notariusla əlaqəsi olduğunu bilirdi. Onlar getmiş, notariusda o koridorda tək qalmışdır. Bundan sonra latın əlifbası ilə yazılmış sənədi ona imzalatdırdılar. Halbuki, o, latın qrafikasını bilmir. Nələr baş verdiyini anlamamışdır”. 3. “Güman etmiş ki, evin 1/3 və ya 1/4 hissəsini qızına verir. Amma belə olmamışdır”. Göründüyü kimi onun iddia ərizəsində və izahatında qeyd etdiyi məsələlər bağışlanma müqaviləsinin ləğvi üçün deyil, əgər sübuta yetirilərsə, onun etibarsız olması üçün əsasdır. İşin materiallarından da göründüyü kimi məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

26. Hazırkı mülki işə baxılarkən Konvensiyanın 6-cı maddəsinin tələbləri qərəzli olaraq pozulmuş və o, ədalətli məhkəmə araşdırılması hüququndan məhrum olmuşdur. Belə ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, məhkəmə qanunu səhv təfsir etmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və göstərilən nəticəyə gələrkən yalnız iddiaçının adından yazılmış iddia ərizəsinə, izahatına, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan və Mingəçevir Şəhər Məhkəməsində bu işə baxılarkən və qətnamə çıxarılarkən baxılmamış olan, qüvvəyə minməmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-411/2024 saylı qətnaməsinə və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan və hazırkı mülki iş yekunlaşana qədər icraatı dayandırılmış mülki işə istinad etmişdir.

27. İşin faktiki və həqiqi halları isə ondan ibarətdir ki, atası Yaqub Rüstəmov vəfat etdikdən sonra miras əmlak kimi bir sıra əmlaklarla yanaşı hazırda mübahisələndirilən Bakı şəhəri Fikrət Əmirov küçəsindəki 1 saylı evin 18 saylı mənzili qalmışdır. Mərhum atasına münasibətdə anası İddiaçı, o, qardaşları Vaqif və Rüstəm mərhumun birinci dərəcəli vərəsələri olmuşlar. İşin materiallarına əlavə və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, qardaşları Vaqif və Rüstəm Rüstəmov miras əmlakdan anaları İddiaçı xeyrinə imtina etmişlər. Bu imtinalar əsasında digər əmlaklarla yanaşı Bakı şəhəri, Fikrət Əmirov küçəsindəki 1 nömrəli evin, 18 saylı mənzili tam mülkiyyət hüququ ilə anası İddiaçı adına rəsmiləşdirilmişdir.

28. 30 iyul 2015-ci il tarixli bağışlanma müqaviləsinə əsasən anası İddiaçı onun və digər vərəsələrin miras əmlakdan imtinaları əsasında tam mülkiyyət hüququ əldə etdiyi Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinin qeyd-şərtsiz ½ hissəsini ona bağışlamışdır. Anası bağışlama müqaviləsini öz iradəsinə uyğun, sərbəst olaraq bağlamış və mənzil üzərində olan ½ hissə payını bütövlükdə ona bağışlamaq niyyətində olmaqla müqaviləni imzalamışdır. Ümumiyyətlə, anası İddiaçı niyyəti ondan ibarət olmuşdur ki, mənzil onun sağlığında ½ hissədə onlar- övladlarının mülkiyyətində olsun və qardaşı Vaqif Rüstəmov mənzili kənar şəxslərə sata bilməsin.

29. Müqavilə əsasında ½ hissə üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan o, heç vaxt paylı mülkiyyətlərində olan Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzili barədə mübahisə və münaqişə yaratmamışdır. Lakin ½ mülkiyyət payı olan qardaşı Vaqif son vaxtlar onu mənzildən istifadə etməyinə maneələr yaratdığına, həmin mənzilə daxil olmağına imkan vermədiyinə, onu qovduğuna və ümumiyyətlə mənzildən istifadə hüququnu pozduğuna görə o, anası İddiaçı bildirməklə mənzilin naturada bölünməsi barədə Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün iddiası təmin olunmamışdır. Bundan sonra o, qardaşına təklif etmişdir ki, mənzil qiymətləndirilsin və mənzilin qiymətinə uyğun məbləğin yarısını ya o, ona versin ev bütövlükdə ona qalsın, ya da məbləğin yarısını o, ona versin mənzil bütövlükdə ona qalsın və bunu notarial qaydada rəsmiləşdirsinlər. X13 razılaşmadığına görə o, əlacsız qalıb mənzildən istifadə edə bilmədiyi üçün Səbail Rayon Məhkəməsində bərabər paylı mülkiyyətlərində olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə iddia qaldırmışdır və iddia qaldırmaqda məqsədi mənzilin hərracda kənar şəxslər tərəfindən alınması olmamış özü mənzili alıb, satış pulunun yarısını qardaşı Vaqifə vermək olmuşdur. Yəni, hər bir halda niyyəti mənzili almaq olmuş, kənar şəxslərə satmaq olmamışdır. Lakin qardaşı Vafiq məhkəmənin baş tutmaması üçün anası İddiaçı uydurma sözlərlə öyrətmiş və o, hazırkı iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir.

30. Qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsində yalnız bağışlama müqaviləsinin ləğvini tələb etsə də, məhkəmə hər hansı müstəsna hal olmadan və bu müstəsna hala dair hər hansı mötəbər sübut olmadan mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla iddia tələbindən kənara çıxaraq iddia tələbinə bağışlamaqdan imtina kimi baxmış və “bağışlamaqdan imtinanın qəbul edilməsi”, eyni zamanda “bağışlama müqaviləsinin ləğv edilməsi” barədə qərar qəbul etmişdir. Məhkəmə həmçinin qətnamədə göstərmişdir ki, “iddia ərizəsində yalnız bağışlama müqaviləsinin ləğv edilməsinin qeyd edilməsini iddiaçının ifadə tərzində mövcud olan qeyri-dəqiqlik kimi qəbul edir. Halbuki, iddiaçı iddia ərizəsini özü tərtib etməmiş və bu iddianı onun məhkəmə prosesində iştirak edən, ona hüquqi yardım göstərən nümayəndəsi (vəkili) tərtib etmişdir. Belə olan halda ifadə tərzindəki qeyri-dəqiqlikdən söhbət gedə bilməz və iddia tələbinə olduğu kimi, yəni bağışlama müqaviləsinin ləğvi kimi baxıb nəticəsi üzrə qətnamə çıxarılmalı idi.

31. Daha sonra, məhkəmə qətnamədə göstərmişdir ki, guya işin müəyyən olunmuş hallarına görə cavabdeh qoca və xəstə anasının səhhəti və yaxud həyat şəraiti ilə maraqlanmır, ona baxmır, onunla aqressiv davranır, mübahisəli mənzili açıq hərracdan satılmasını tələb edir ki, bu hallar da bağışlamaqdan imtinaya əsas verən hallardır və bu imtina Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbləri baxımından qəbul ediləndir.

32. Məhkəmə həmçinin işin bu halları ilə əlaqədar “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına istinad etsə də, bu qərarın müddəalarının iddiaçının xeyrinə səhv təfsir etmiş, öz mülahizələrini əsas tutmuşdur.

33. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(051)- 1072/2024 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 34.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 nömrəli qətnaməsinin ləğv edilərək İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin və adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

41. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun; 8.0 və 8.0.3-cü bəndinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

44. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

47. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(051)-1072/2024 nömrəli qətnaməsini tamamilə ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(051)-1072/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh anasıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 17 avqust 2013-cü il tarixdə İddiaçı verilmiş **********02-05101-093036 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilin ½ hissəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında 30 iyul 2015-ci il tarixdə bağlanmış, Bakı şəhəri 9 saylı Notariat Kontorunda 4Ə-501 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilindəki ½ hissə mülkiyyət payını Cavabdeh bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 avqust 2015-cü il tarixdə verilmiş **********02-05101-093036 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinin ½ hissəsi Cavabdeh mülkiyyətinə rəsmiləşdirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinin ½ hissəsinin Cavabdeh bağışlanmasına dair müqavilənin, həmçinin həmin müqavilə əsasında Cavabdeh adına qeydə alınmış Çıxarışın ləğv edilməsini tələb etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

54. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin qoca və xəstə anası olan iddiaçının səhhəti və yaxud həyat şəraiti ilə maraqlanmamış, ona baxmamış, həmçinin onunla aqressiv davranmış, ən başlıcası isə mübahisəli mənzilin açıq hərracdan satılmasını tələb etmiş və bununlada iddiaçını yaşayış sahəsindən məhrum edilməsinə rəvac vermiş, cavabdeh iddiaçıya münasibətdə ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, yəni iddiaçı üçün mənəvi dəyəri yüksək olan mübahisəli mənzilin açıq hərracdan satılmasına nail olmaq üçün iddia qaldırmaqla, iddiaçının mənəvi-psixoloji sarsıntı keçirməsinə və ailə bağlarını sarsırlmasına səbəb olan hərəkətlər etmiş, həmçinin əmək qabiliyyətli övlad kmi əmək qabuiliyyətli olmayan valideyninin-iddiaçının səhhəti və yaşayış tərzi ilə maraqlanmamaqla, ona qayğı göstərməməklə öz övladlıq borcunu yerinə yetirməmiş, cavabdehin qoca və yaşlı anasına münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri həm hərəkət, həm də hərəkətsizliklə pozmuşdur.

55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı apellyasiya şikayətinin onun anasına münasibətdə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin təsiri altına düşən hər hansı pozuntu, eləcə də kobud pozuntunun olmaması, belə pozuntu olmuşsa onun ailə hüquq münasibətlərinə uyğun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olmasını məhkəmənin hər hansı konkret, mötəbər sübutla müəyyən etməməsi, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının müddəalarının səhv təfsir edilməsinə dair dəlilini əsaslı hesab edir.

56. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

57. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 3-cü maddəsi).

58. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında izah edilmişdir ki, göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

59. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

60. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: -valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); -uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); -ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); -valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri).

61. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

62. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

63. Hazırkı halda iddiaçının cavabdehlə aralarında bağlanmış bağışlama müqaviləsinin ləğvinə dair tələbi isə bağışlama əməliyyatının aparıldığı vaxt onun mənzildə olan payının yarısını bağışladığını güman etməsi, ancaq sonradan mənzildə olan tam payının, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamasının ona məlum olması, Cavabdeh ona vermiş olduğu etibarnamədən onun iradəsinə zidd olaraq istifadə edərək, razılığı və xəbəri olmadan Mingəçevir şəhəri, Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzillərlə bağlı bağışlama əməliyyatlarını icra etməsi, Yevlax rayonunda 25 ha torpaq sahəsinin sənədlərinin əsllərini sənədlərin arasından götürərək həmin sahəni icarəyə verərək qazanc əldə etməsi, Cavabdeh onun da qeydiyyatda olduğu və artıq yeganə yaşayış yeri olan həmin mənzilin satılması üçün oğlu Vaqifə təkliflər göndərməsi, həmin mənzilin satılması üçün hüquqi zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən mənzilin naturada bölünməsinə dair iddia qaldırması, həmin ərizəsində mənzildən sərbəst istifadəsinə dair dəlillər irəli sürməsi ilə əsaslandırmışdır.

64. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Mingəçevir şəhəri, Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzilləri ilə bağlı bağışlama müqavilələrinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair mübahisəyə Şəki Apellyasiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(107)-411/2024 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(102)- 2978/2024 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsin Mülki Kollegiyasının 01 may 2024-cü il tarixli, 2(107)-411/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

65. Yevlax rayonunda 25 ha torpaq sahəsinin sənədlərinin əsillərini sənədlərin arasından götürərək həmin sahəni icarəyə verərək qazanc əldə etməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı cavabdehlə aralarında hər hansı bir məhkəmə mübahisəsinin olmasına istinad etməmiş, beləliklə 25 ha torpaq sahəsinə münasibətdə hüquqlarının cavabdeh tərəfindən pozulması əsaslandırılmamışdır.

66. Cavabdeh onun da qeydiyyatda olduğu və artıq yeganə yaşayış yeri olan həmin mənzilin satılması üçün oğlu Vaqifə təkliflər göndərməsi, həmin mənzilin satılması üçün hüquqi zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən mənzilin naturada bölünməsinə dair iddia qaldırması, həmin ərizəsində mənzildən sərbəst istifadəsinə dair dəlillər irəli sürməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 avqust 2015-cü il tarixdə verilmiş **********02-05101-093036 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzili ½ hissə paylarla Cavabdeh və X4 paylı mülkiyyətlərindədir.

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi).

68. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

69. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər

70. Həmin Məcəllənin 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

71. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

72. Kollegiya qeyd edir ki, paylı mülkiyyətçilər arasında paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə üzrə, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilmədikdə paylı mülkiyyətin mülkiyyətçisinin məhkəməyə müraciət etməsi ona qanunvericiliklə verilmiş hüquqdur.

73. İş materiallarından müəyyən edildiyi kimi Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilindən payın ayrılması ilə bağlı mübahisə Cavabdeh ilə X7 arasında olan mübahisədir. Cavabdeh həmin məsələni İddiaçı qarşı mübahisələndirilməmişdir.

74. Həmçinin mənzilin ½ hissəsinin bağışlama qaydasında əldə edilməsi, əldə etmiş mülkiyyətçinin digər mülkiyyətçidən əmlakdan payın ayrılması, öz payının dəyərinin digər mülkiyyətçi tərəfindən ona ödənilməsini, bunlar bir nəticə vermədiyi halda isə mənzilin hərracdan satılmasını tələb etmək imkanlarını aradan qaldırmır.

75. Beləliklə iş materiallarından Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsində nəzərdə tutulmuş, yəni İddiaçı bağışlamadan imtina etməsinə əsas verə biləcək hər hansı bir hala yol verməsi, bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının Bakı şəhəri F.Əmirov küçəsindəki 1 saylı evin 18 saylı mənzilinin onun paylı mülkiyyətində olan ½ hissəsinin yarısını Cavabdeh bağışlanmasını güman etdiyi, sonradan isə özünə məxsus olan payın bütövlükdə bağışlanmasının həyata keçirildiyinin ona bəlli olduğu halda iddiaçının iddia tələbinin bağışlama müqaviləsinin ləğv edilməsi deyil, bağışlama müqaviləsinin etibarsızlığı şəklində formalaşdırılmalı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, həqiqətən də iddiaçı iddia tələbini əsaslandıran hallardan biri kimi bağışlama əməliyyatının aparıldığı vaxt onun mənzildə olan payının yarısını bağışladığını güman etməsi, ancaq sonradan mənzildə olan tam payının, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamasının ona məlum olmasına istinad etmişdir.

77. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

78. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

79. Müqavilənin ləğv edilməsi isə gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

80. Göründüyü kimi müqavilə bağlanan zaman onun şərtlərinə dair baş vermiş yanılma, müqavilənin ləğvi deyil, etibarsızlığı üçün əsas təşkil edə bilərdi.

81. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı iddia ərizəsində yalnız bağışlama müqaviləsinin ləğvini tələb etsə də, birinci instansiya məhkəməsinin mülki prosessual qanunvericiliyin tələblərini pozaraq iddia tələbindən kənara çıxmasına dair dəlili ilə də razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbində yalnız bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğvini tələb etdiyi, iddiaçının bağışlamaqdan imtinasının qəbul edilməsi kimi bir iddia tələbi olmadığı halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını Cavabdeh bağışlamaqdan imtinasının qəbul edilməsi nəticəsinə də gəlmişdir.

82. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “Mediasiya haqqında” AR Qanununun tələblərini də pozmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

84. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həll edilməsi imkanları nəzərdə tutulsa belə, bu tələbə riayət edilməməsi mübahisəyə apellyasiya instansiyası mərhələsində baxılarkən iddianın baxılmamış saxlanılması üçün əsas təşkil etmir.

85. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

86. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.

87. Məhkəmə kollegiyası bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

88. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

89. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

90. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

91. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

92. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar).

93. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, çıxarışın ləğvinə dair iddia tələbi bağışlama müqaviləsinin ləğvinə dair iddia tələbi ilə bağlı tələb olduğundan, 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsinə əsas ola biləcək hər hansı bir sübut təqdim edilməməklə, bağışlama müqaviləsinin ləğvi hissəsində iddia tələbi əsaslı olmadığından, Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi hissəsində iddia tələbi özü-özlüyündə əsassızdır.

94. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.

95. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, işin hərtərəfli, tam və obyektiv araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə dair dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

96. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin, 18 saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

97. İddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

98. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin, 18 saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar