Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2160/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəki Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-936/2020 saylı qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142460006 saylı kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin müqaviləsinin bağlanılması, borc məbləğinin 5 il müddətində 1 % olmaqla ödənilməsi və cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-936/2020 saylı qətnаməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı xx xxxxxxxx 2014cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Kreditin müəyyən hissəsini ödəsə də, sonradan qalan borcunu ödəyə bilməmişdir. Bank tərəfindən məhkəməyə müraciət edilmiş, ondan və zamini X1 cəmi 1681.5 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə xx xxx 2016-cı il tarixli 2(075)-4914/2016 saylı məhkəmə əmri qəbul edilmişdir. Məhkəmə əmri icra qurumuna göndərilmiş, həmin borcun əsas hissəsi ödənilmişdir. Cavabdeh1 ASC ilə arasında bağlanan xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsine düşmüşdür. İddiaçı təşkilat qeyd edilən fərmanın icrası ilə bağlı onunla borc məbləğinin restrukturizasiyasını həyata keçirməli, mövcud olan borc məbləğini birinci il güzəşt tətbiq etməklə ona 5 illik yeni ödəniş cədvəli verməlidir. Lakin bank tərəfinden bütün bunlara əməl edilməmiş, kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı ona heç bir təklif göndərilməmişdir. Əksinə o, müraciət edən zaman əlaqə saxlanıldığı və xəbərdarlıq göndərildiyi bildirilmiş, lakin bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Hətta zamindən tutulma aparılması üçün müraciət edilmişdir. Ölkə başçısının humanist addımı bank əməkdaşları tərəfindən və əsassız olaraq zamindən tutma aparan Cavabdeh2 tərəfindən kobud şəkildə pozulmuşdur. Bunun nəticəsində o, əsəb və stress keçirmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə cavabdehin nümayəndəsibirinci instansiya məhkəməsində iddiaçıya restrukturizasiya müqaviləsi təklif edilmədiklərini etiraf etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-936/2020 saylıqətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyası iclasında iştirak etməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-936/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri altına düşmüşdür. Bununla bağlı İddiaçı ilə əlaqə saxlanılmış, restrukturizasiya müqaviləsi bağlamaq üçün banka müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı müqavilə bağlamaqda müstəqil olmuş, fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddətdə müqavilə bağlamaq istəyinin olması ilə bağlı hər hansı hərəkət etməmişdir. İddiaçı hüququndan sui-istifadə edərək fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü maddəsinə görə əmlak və ya qeyriəmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi kimi prinsipləri var. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının 6-cı bəndində göstərilir ki;
1. Banklara tövsiyə edilsin ki: 1.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 1.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 1.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. «Mənəvi zərərin ödənilməsi bаrədə qаnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 03 nоyаbr 2008-ci il tаrixli Qərаrının 8-ci bəndində Plenum izаh etmişdir ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1097-ci mаddəsinə müvаfiq оlаrаq mənəvi zərərin ödənilməsi bаrədə iddiа о hаllаrdа təmin edilə bilər ki, iddiаçının fiziki və mənvəvi sаrsıntılаr keçirməsi, bunlаrın cаvаbdehin qаnunsuz hərəkəti və yа hərəkətsizliyi nəticəsində bаş verməsi, qаnunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər аrаsındа səbəbli əlаqənin оlmаsı və zərərvurаn şəxsin təqsiri müəyyən edilmiş оlsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı apellyasiya şikayətində mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini bildirsə də, öz dəlillərini əsaslandırmamış, o bu barədə mötəbər dəlilləri məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri altına düşmüşdür. Bununla bağlı İddiaçı ilə əlaqə saxlanılmış, restrukturizasiya müqaviləsi bağlamaq üçün banka müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı müqavilə bağlamaqda müstəqil olmuş, fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddətdə müqavilə bağlamaq istəyinin olması ilə bağlı hər hansı hərəkət etməmişdir. İddiaçı hüququndan sui-istifadə edərək fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanında fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi bankların vəzifəsi deyil, hüququ kimi göstərilmişdir. Odur ki, müqavilə azadlığı prinsipini rəhbər tutaraq iddia tələbində göstərilən müqavilə bağlamaq vəzifəsini cavabdehin üzərinə qoymaq əsassızdır. Ona görə də İddiaçı müqaviləsi üzrə zamindən tutulmalar haqlı olaraq həyata keçirilir. İddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan əlavə apelyasiya şikayətində cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində iddiaçıya restrukturizasiya müqaviləsi təklif edilmədiyini etiraf etdiyi göstərilmiş, lakin bunu təsdiq edən sübutlar iş materialları və işin halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi bildirmişdir ki, restrukturizasiya ilə bağlı sonuncuya müraciət olunmuş, iddiaçı restrukturizasiya müqaviləsinin bağlanması üçün hər hansı hərəkət nümayiş etdirməmişdir. Fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra iddiaçı banka müraciət etmiş, lakin müddət keçdiyindən haqlı olaraq müqavilənin bağlanmasından imtina edilmişdir. Bundan əlavə iddiaçı ona mənəvi ziyan dəydiyini və bunun cavabdehlə əlaqəli olmasını təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-936/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiаçı İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-936/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov